22:54 / 20-10-2025
Əyləncəli heyvanlar... - Fotolar
22:25 / 20-10-2025
Fərid Qayıbov COP10-un sədri seçilib
22:14 / 20-10-2025
Xələf Xələfov Tehranda İran rəsmiləri ilə görüşüb - Fotolar
18:18 / 20-10-2025
Britaniya ordusu PUA-ları xəbərdarlıq etmədən vuracaq
18:17 / 20-10-2025
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
18:04 / 20-10-2025
Tramp Ukrayna prezidentini hədələyib
18:02 / 20-10-2025
"Qarabağ" İspaniyaya yollanıb
17:49 / 20-10-2025
Novella Cəfəroğlu: "Mən “vurulan” adamın arxasınca danışmamışam"
17:24 / 20-10-2025
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
17:11 / 20-10-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
16:56 / 20-10-2025
Bulvar İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb
16:51 / 20-10-2025
Nazirliyin istirahət evinin rəisi niyə tutulub? - Açıqlama
16:39 / 20-10-2025
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
16:31 / 20-10-2025
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib - Fotolar
16:19 / 20-10-2025
Venesuela həmləsi - Nurlan Umudov yazır
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
15:52 / 20-10-2025
Nazir müavini vəzifədən azad olunub
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
15:46 / 20-10-2025
Sabiq baş nazir: "Ramiz Mehdiyevdən kömək ummamışam"
15:23 / 20-10-2025
Ziya Məmmədovun qardaşı: "Məni istintaqa cəlb etməyiblər"
14:51 / 20-10-2025
Rektordan Mehdiyevin gəlini ilə bağlı - Açıqlama
14:42 / 20-10-2025
AZAL təyyarəsi Sankt-Peterburqa qayıtmağa məcbur olub - Yenilənib
14:41 / 20-10-2025
Nizami Rəmzinin qızı həbs edilib
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
13:02 / 20-10-2025
Ramiz Mehdiyevin gəlini işə çıxmır
12:53 / 20-10-2025
Tramp gücləndirilmiş təhlükəsizlik şəraitində Floridanı tərk edib
12:37 / 20-10-2025
Sabahın hava proqnozu açıqlanıb
12:14 / 20-10-2025
Xaçmazda 34 yaşlı şəxs güllələnib
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

16:01 / 18-10-2025

14:10 / 16-10-2025

15:51 / 20-10-2025

16:07 / 20-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

23:49 / 15-10-2025

12:02 / 16-10-2025

19:14 / 18-10-2025

Postsovet adamı və İlon Mask
Tarix: 10-03-2019 01:07 | Bölmə: Xəqani CƏFƏRLİ

Təxminən iki il əvvəl mətbuatdakı dostlardan biri məni inandırmağa çalışırdı ki, “Space X” şirkətinin yaradıcısı və rəhbəri İlon Mask fırıldaqçıdır. Əslində isə, dünyada baş verən siyasi, iqtisadi və texnoloji yeniliklər Azərbaycan mətbuatına Kremlin sərt nəzarəti altında olan Rusiya mətbuatı vasitəsilə çatdığı üçün, bir çox məsələlər haqqında soydaşlarımızda yanlış təsəvvürlər yaranır. Təəssüf doğuran hal ondan ibarətdir ki, informasiyanı Kremlin nəzarətindəki mətbuatdan alan postsovet adamı alternativ mövqeyi dinləmək istəmir.
Ötən ay Rusiyada keçirilən rəy sorğularının nəticələri mütəxəssisləri və məlumatlı şəxsləri tam çaşdırmışdı. Çünki, rəy sorğusunda iştirak edənlər Rusiyanın kosmos sahəsində dünya lideri olduğuna təkid edirdilər. Sorğu iştirakçılarının əksəriyyətinin dəlili ondan ibarət idi ki, kosmosa ilk insanı Rusiya (Bu, Sovet İttifaqının uğurudur) göndərib, Beynəlxalq Fəza Stansiyasına amerikalı astronavtları Rusiyanın “Soyuz” gəmiləri daşıyır. 1961-ci ildə Yuri Qaqarinin kosmosa uçuşunu bu gün dəlil kimi dilə gətirənlər NASA tərəfindən kosmosa göndərilən “Parker Solar Probe” aparatının Günəşə ən yaxın məsafədə dövrə vurduğunu və digər kosmos gəmisi "InSight"ın Marsın səthinə enərək təhqiqtalar apardığını, Çinin “Çanye-4” kosmik aparatının Ayın əks səthinə enməsinə də əhəmiyyət verməyərək, Beynəlxalq Fəza Stansiyasına astronavtları ancaq Rusiyanın kosmik gəmisinin daşıdığını qabartmağa çalışırdılar.
Krımın ilhaqına görə beş il əvvəl ABŞ Rusiyaya sanksiya tətbiq edəndə, o zaman Rusiya baş nazirinin müavini, hazırda isə “Roskosmos” dövlət şirkətinin baş direktoru olan Dmitri Roqozin Vaşinqtonu təhdid edərək demişdi ki, bundan sonra amerikalılar Beynəlxalq Fəza Stansiyasına hava balonları ilə uçmalı olacaqlar. Rusiya əlverişli kommersiya səbəbindən Beynəlxalq Fəza Stansiyasına uçuşlardan imtina etməsə də, ötən ilin oktyabrında stansiyaya göndərilən “Soyuz” gəmisinin qəzaya uğraması diqqətləri yenidən okeanın o tayına yönəltdi. Buna səbəb “Space X” şirkətinin “Crew Dragon” kosmik gəmisinin və “Boeing”in “Starliner” adlı personal daşıyıcı qurğusunun üzərində qızğın işin getməsi idi. “Soyuz” kosmik gəmisinin qəzaya uğradığı oktyabr ayından bütün diqqətlər “Space X” və “Boeing”in öz məhsullarının sınağını keçirəcəkləri tarixə yönəlmişdi. Nəhayət, martın 2-də “Falcon 9” daşıyıcı raketi “Space X” kompaniyasının yeni “Crew Dragon” kosmik gəmisi ilə birgə Beynəlxalq Kosmik Stansiyaya istiqamət aldı. Beynəlxalq Kosmik Stansiyanın ekipajı üçün 182 kiloqram ərzaq, elmi avadanlıq və material aparan “Crew Dragon” kosmik gəmisi martın 3-də avtomatik olaraq stansiyaya birləşdi və martın 8-də Yerə qayıtdı. Bununla da NASA-nın direktoru Cim Braydenstaynın dediyi kimi, kosmonavtikada yeni era başladı.
Əlbəttə, bu da son deyil. “Boeing” “Starliner” adlı personal daşıyıcı qurğusunun pilotsuz uçuş testini apreldə keçirəcək. “Crew Dragon” gəmisi isə artıq kosmonavtika tarixində ilk insan tərəfindən idarə olunan kommersiya gəmisi kimi tarixə düşməklə yanaşı, astronavtları Beynəlxalq Fəza Stansiyasına çatdırmaq sahəsində Rusiyanın müstəsnalığını aradan qaldırdı. Ancaq postsovet adamı hələ də bunların fərqində deyil...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?