Prezident özünə iki müavin təyin edib
Tarix: 10-08-2017 16:33 | Bölmə: Dünya / Xəbər lenti

İran prezidenti Həsən Ruhani özünə iki qadın müavin və bir qadın köməkçi təyin edib.

Reyting.az saytı xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə, H.Ruhani Məsumə İbtikarın prezidentin qadın və ailə məsələləri üzrə müavini, Laya Cuneydinin prezidentin hüquq məsələləri üzrə müavini, Şəhindoxt Molaverdinin isə prezidentin vətəndaşlarla iş üzvə köməkçisi vəzifələrinə təyin olunması barədə sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə islahatçı siyasətçi İshaq Cahangiri yenidən birinci müavin (vitse-prezident) vəzifəsinə təyin edilib.

Bundan öncə Nazirlər Kabinetində qadınlara da yer verilməsi barədə prezidentə çağırışlar olub. Lakin yeni hökumətin tərkibi açıqlandıqda məlum olub ki, orada heç bir qadın yoxdur.

Yeni hökumətdə 17 nazirdən 7-si yenidir. Önəmli dəyişikliklərdən biri Gömrük Komitəsinin sədri Məsud Kərbasiyanın hazırkı iqtisad naziri Əli Tayyibniyanın əvəzinə bu vəzifəyə təqdim olunmasıdır. H. Ruhani müdafiə nazirinin müavini Əmir Hatəmini hazırkı müdafiə naziri Hüseyn Dehqanın yerinə nazir vəzifəsinə təqdim edib. Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini isə Cavad Azəri əvəzləyəcək.

Yaxın günlərdə parlament yeni Nazirlər Kabinetinin səlahiyyətini təsdiqləyəcək.






Bölməyə aid digər xəbərlər
18-07-2017, 12:46 İran odla oynayır