General: “Rusiya NATO-ya hücum edə bilər” - Xəbərdarlıq
Tarix: 23-07-2024 16:06 | Bölmə: Dünya
General: “Rusiya NATO-ya hücum edə bilər”

Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi, general-leytenant Karsten Breuer Rusiyanın hərbi güclənməsində təhlükənin artdığını görür.

Reyting.az
xəbər verir ki, bu barədə alman general “Sächsische Zeitung”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, indi aydın olur ki, Rusiya ordusu Qərbə yönəlib.

"Beş-səkkiz ildən sonra Moskvanın silahlı qüvvələri NATO ərazisinə hücum etmək üçün maddi baza və şəxsi heyətlə təchiz olunacaq", - Breuer deyib.

O əlavə edib ki, qiymətləndirmə onun öz təhlilinə, müttəfiqlərin kəşfiyyat xidmətləri və hərbçilərinin məlumatlarına və Kreml hökmdarı Vladimir Putinin bəyanatlarına əsaslanır.

"Rusiya ordusu ildə 1000-dən 1500-ə qədər əlavə tank istehsal edir. NATO-ya üzv olan Avropanın beş ən böyük ölkəsinin arsenalında bu rəqəmin yalnız yarısı var", - Breuer bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər