Nobel Sülh mükafatçısı koronavirusa yoluxub
Tarix: 24-03-2020 12:51 | Bölmə: Dünya / Xəbərlər
Nobel Sülh mükafatçısı koronavirusa yoluxub

Finlandiyanın sabiq prezidenti, Nobel Sülh mükafatçısı Marti Axtisaari koronavirusa yoluxub.

Məlumata görə, hazırda keçmiş prezidentin səhhəti normaldır.

Qeyd edək ki, martın 21-də keçmiş prezidentin xanımı Yeva Axtisaarinin də koronavirusa yoluxduğu aşkarlanmışdı. 82 yaşlı Marti Axtisaari 1994-2000-ci illərdə Finlandiyanın prezidenti olub. BMT-nin diplomatı olan Axtisaari Kosovo münaqişəsinin həlli istiqamətində göstərdiyi uzunmüddətli səylərə görə 2008-ci ildə Nobel Sülh mükafatına layiq görülüb.

Xatırladaq ki, Finlandiyada koronavirusa 700 yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib/APA




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}