Rusiya qoşunları Çernobıl AES-i tərk etməyə hazırlaşır
Tarix: 31-03-2022 19:04 | Bölmə: Dünya / Xəbərlər
Rusiya qoşunları Çernobıl AES-i tərk etməyə hazırlaşır

Rusiya qoşunları Çernobıl Atom Elektrik Stansiyasını (AES) tərk etmək niyyətlərini stansiyanın ukraynalı heyətinə bəyan ediblər.

UNİAN xəbər verir ki, Rusiya hərbçiləri həmçinin, peyk şəhəri Slavutiç şəhərini tərk etməyə hazırlaşır.

Məlumata görə, Slavutiç şəhərini mühasirədə saxlayan Belarusa doğru hərəkət etmək üçün hazırda Rusiya hərbçilərinin konvoyunun formalaşdırıldığına dair sübutlar da var/Report.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya hücum edib və təcrid zonasında yerləşən bütün Çernobıl obyektlərinə nəzarəti ələ keçiriblər.

Daha sonra, martın 9-da Çernobıl Atom Elektrik Stansiyasının enerjisi tamamilə kəsilib.




Bölməyə aid digər xəbərlər
26-11-2024, 21:38 Ordubadda zəlzələ olub

bütün xəbərlər