Türkiyə XİN: “Buçada baş verənlər dialoqa kölgə saldı”
Tarix: 07-04-2022 17:30 | Bölmə: Dünya / Xəbərlər
Türkiyə XİN: “Buçada baş verənlər dialoqa kölgə saldı”

“Buçada baş verənlər dəhşətdir və bu, Rusiya və Ukrayna ilə dialoqa kölgə saldı”.

Reyting.az 
xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsseldə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Türkiyə bütün imkanları ilə danışıqların davam etməsinə çalışır: "Biz Putinlə Zelenskinin görüşünə də ev sahibliyi etməyə hazırıq. Bu gün NATO iclasında da müzakirələrin gedişatı barədə danışdıq. Buçada baş verənlər proseslərə kölgə saldı. Amma təşəbbüslərimizi davam etdiririk. Ən qısa vaxtda sülhün olmasına çalışırq”.

Mövlud Çavuşoğlu daha sonra gözlənilən ehtimallardan söz açlb:

"Danışıqlarda iki ssenari ola bilər. Hələlik anlaşa bilmədikləri mövzuda müəyyən razılıq əldə olunduqdan sonra öncə xarici işlər nazirləri bir araya gələrək ilkin razılaşma imzalanır. Daha sonra ölkə liderləri görüşürlər.

İkinci ssenaridə isə Ukrayna və Rusiya prezidentləri XİN başçıları ilə birgə görüşəcəklər və dövlət başçılarının hüzurunda sənədi xarici işlər nazirləri imzalayacaq. Biz hər iki halda onları Türkiyədə qəbul etməyə hazırıq”.




Bölməyə aid digər xəbərlər
26-11-2024, 21:38 Ordubadda zəlzələ olub

bütün xəbərlər