Baş məşqçi Fatih Terim də koronavirusa yoluxub - Yenilənib
Tarix: 23-03-2020 23:25 | Bölmə: İdman / Xəbərlər
Baş məşqçi Fatih Terim də koronavirusa yoluxub

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim də koronavirusa yolxub.

Reting.az
Türkiyə mediasına istinadla bildirir ki, bu haqda Fatih Terim özü məlumat yayıb.

O, koronavirus testinin pozitiv çıxdığını açıqlayıb.

***

Son məlumata görə, "Qalatasaray"da daha 3 nəfər koronavirusa yoluxub.

Komandanın iki məşqçisi və bir futbolçusu karantinə alınıb.

Məşqçilər Ümit Davala, Hasan Şaş və adı açıqlanmayan bir oyunçunun testinin nəticəsi müsbət çıxıb. Onlar artıq həkim nəzarətinə alınıblar.

Qeyd edək ki, baş məşqçisi Fatih Terimlə yanaşı "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak da koronavirus xəstəliyinə yoluxub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}