21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Piterli Nadejdanın İçərişəhər sevgisi
Tarix: 26-02-2019 15:55 | Bölmə: Akif CABBARLI

Vasifin çoxdan gözlədiyi gün gəlib çatmışdı. Axır ki, Sankt-Peterburq Universitetində keçirdiyi illərin əvəzedilməz qazancı - ən əziz dostu-sirdaşı, qəlbinə çox yaxın bildiyi Nadejda Smirnova tələbə yoldaşının təklifini yerə salmamış, Bakıya uçmağa qərar vermişdi. Amma əvvəlcədən şərtini də kəsmişdi – bu şəhərdə beşcə dəqiqə də olsun boş vaxt keçirməyəcəklər. Vasif bir tarixçi kimi Bakının keçmişindən, bu günündən bol-bol məlumat verəcək, Nadyanı lap yorulanadək əriş-arğac gəzdirəcək, bu şəhərin yaranışından bu gününədək ən sirli, müəmmalı məqamlardan tutmuş bu gününün modern görüntülərinədək hər şey barədə Azərbaycana və azərbaycanlılara böyük hörmət bəsləyən piterli qızın sorğularını tam cavablandıracaqdı. Nadya əvvəlcədən Sankt-Peterburqun nüfuzlu qəzetlərinin biri ilə müqavilə də bağlamışdı; bu şəhər barədə seriyalı yazılar təqdim edəcəkdi piterli oxucuların diqqətinə.
Bu da Nadya – Nadejda Vasilyevna. Ötən üç ildə qız heç dəyişməmişdi. Vasifin nəzərində isə əksinə, lap qəşəngləşmişdi. Elə bil bəmbəyaz şəhəri yarıb keçən əsrarəngiz Neva çayından elə indicə silkinib çıxan əfsanəvi su pərisi idi Nadya, durmuşdu qarşısında. Qucaqlaşıb öpüşdülər, diqqətlə bir-birinin üz-gözünə baxdılar və adətincə qəşş edirmiş kimi xeyli gülüşdülər də. Təhsil illərində də belə idilər. Birinci semestrın ortalarından möhkəmcə dostlaşmışdılar. Kitabxanaya, gəzməyə bir gedər, şəhəri demək olar ki, piyada dolaşardılar. Nadyanın anası Viktoriya xala da Vasifin xətrini çox istəyirdi. Kim bilir, bəlkə də ürəyində belə bir kürəkəninin olmasını da istəyirdi. Gənclərin məhəbbətindən universitetdə hamı xəbərdardı. Güman edirdilər ki, Vasif bəlkə də bu şəhərdə tapdığı sevgisinin xatirinə Bakıya dönməyəcək. Amma doğma şəhər, valideynləri onu maqnit kimi özünə çəkirdi. Diplom müdafiəsindən dərhal sonra Bakıya qayıtdı və ixtisası üzrə işləməyə başladı. Amma doğrusu, elə bil ürəyinin tən yarısını bölüb, Neva sahillərində qoymuşdu. Ötən üç ildə iki dəfə bu şəhərə getmiş, Nadya ilə görüşmüş, tələbəlik illərində olduğu kimi, Fontanları, Ermitajı, Qosinıy Dvorı, Neva sahillərini gəzib dolaşmış, ötən illərin xatiələrini birgə vərəqləmiş, kövrəlmişdilər. Vasifin “gəl, əvvəl ZAKSa, sonra da Bakıya” təklifini isə Nadya “anamı tək qoyub, gedə bilmərəm, axı”,- deyə təbəssümlə qarşılamışdı. Amma qızın özü də, Vasif də bu sözün qətiliyinə inanmamışdılar. Qəti qərarın veriləcəyi günü, saatı isə heç biri dəqiq bilmirdi...
Vasif Nadyanın işləri, anasının vəziyyəti ilə bağlı qısaca hal-əhval tutduqdan sonra onun çamadanını götürdü, aralıda saxladığı təptəzə maşına sarı dəvət etdi.
- Hə, Vasya, şəxsi maşınındır? Axı, sən bizim şəhərdə də avtomobil həvəskarıydın.
- Nadya, indiki dövrdə maşınsız heç mümkün deyil, amma Bakıda maşını qoyuruq qaraja, yalnız piyada, ayaqla – Piterdəki kimi... Hələ qocalmamışıq, axı.
- Qocalmaq nədir, Vasya, sən lap tələbəlikdəki kimisən, şən, qıvraq, həyat eşqli.
- Düzdür, hər şey əladır, amma hər ikimizdə bircə şey çatmır – mənim həyatımda sən, səninkində də mən.
- Eh, Vasya, dünyanın işini bilmək olmaz. Bir də gördün...
Vasif çamadanı maşının yük yerinə qoyub, Nadyanı yenidən möhkəm-möhkəm bağrına basdı, gözlərinə baxdı və adəti üzrə ucadan güldü.
Vasifin avtomobili rahat-rahat sürməsi, yol boyu sıralanmış nəhəng tikililər, imarətlər barədə ətraflı məlumat verməsi Nadyanın ürəyindən idi. Olimpiya İdman Sarayı, Heydər Əliyev prospekti boyunca sıralanan göydələnlər, möhtəşəm Heydər Əliyev Mərkəzi, körpülər, xiyabanlar, enli, izdihamlı prospektlər qızı heyran qoymuşdu. Əvvəlcədən razılaşdıqları kimi Vasif Nadejdanı evlərinə gətirdi. Əziz qonağının anası Süsən xanımın bişirdiyi ləzzətli dolmadan, plovdan dadmasını istəyirdi. Bir də ki, Nadya əsl şərq qonaqpərvərliyini əyani görməli, müşahidə etməliydi ki, dostlarına danışmağa sözü, qəzetə yazmağa tutarlı faktı da olsun, axı...
Vasifin anası həm zahiri görünüşünə, həm də səmimiliyinə görə qonağın çox xoşuna gəldi. Süsən xanımın stola düzdüyü çaydan, paxlavadan daddılar. Xeyli söhbətləşdilər.
...Nadya Bakıda cəmi bircə dəfə olmuşdu. Onda hələ orta məktəbdə oxuyurdu. Anası və xalası ilə Türkiyəyə istirahətə gedərkən, yolüstü Bakıda iki günlük qalmalı olmuşdular.
- İlahi, bu şəhər doğrudanmı mən gördüyümdür? Ola bilməz. Vasif, sən məni hara dəvət etmisən? Bəlkə yuxu görürəm? Doğrusunu söylə.
- Nadya, Nadya, sən yuxu-zad görmürsən, Bakı möcüzələr şəhəridir. Bizim paytaxtımız ildən-ilə yox, gündən-günə, saatdan-saata dəyişir. Bu şəhəri qurub-yaradan, yaraşığa mindirən insanlar paytaxtımızı ürəkləri qədər sevir, əzizləyirlər.
Fəvvarələr meydanı, nəhayətsiz Bakı bulvarı, yaşıl xiyabanlar, ən bahalı maşınların şütüdüyü geniş prospektlər, uca çinarlar, başlıcası, deyib-gülən insanlar, şən uşaqlar Nadyanı qəribəliklər aləminə aparmışdı. Xeyli gəzdilər, sonra Vasif təklif etdi ki, gəl, səni bir İçərişəhərə də aparım. Orada əsl nağıllar aləminə düşəcəksən.
Vasif bir gənc tarixçi alim kimi İçərişəhərin keçmişi haqqında kifayət qədər zəngin məlumata malik olsa da, Nadyanın gəlişi ərəfəsində yenidən möhtəşəm Qala divarları arxasında süslənən, əsrlərdən bəri öz qədimliyini, möhtəşəmliyini qoruyub saxlayan memarlıq abidələri, saray və meydanlar barədə oxuyub-öyrənmiş, yüzilliklərin daş salnaməsinə yeni baxış bucağından nəzər yetirmişdi. İçərişəhər Dövlət Qoruğunun rəsmiləri, burada çalışan tədqiqatçı-alimlərlə, qocaman sakinlərlə görüşüb söhbət etmiş, Piterdən gələn əziz qonağını maraqlandıracaq xeyli məlumat əldə etmişdi.
- Nadya, bizim İçərişəhər ki var, qədimliklə müasirliyi, tarixin qaranlıq səhifələri ilə işıqlı, nurlu gələcəyi qovuşduran sehrli bir körpüdür. İndi sən bu yerləri gəzdikcə dediklərimin təsdiqini tapacaqsan.
Vasif Nadyanın ona diqqət kəsilməsini görüb, tarixçidən daha çox publisist kimi danışmağa üstünlük verirdi. Əslində, Nadyanın Sankt-Peterburq qəzetlərinin birində xüsusi yazı ilə çıxış edəcəyini bildiyindən, elə danışırdı ki, qız mətn hazırlayarkən o qədər də çətinlik çəkməsin. İçərişəhərin ecazkar görkəmi Nadyanın tarixçi baxışlarının müşayiəti ilə nəinki onun gözlərində, eləcə də foto və videoçəkilişlərdə tarixiləşdirdi. O, bu görüntüləri anasına, dostlarına göstərəcək, həm də yazılarında gen-bol istifadə edəcəkdi.
- Biz azərbaycanlıların qəlbində bir qürur ünvanı, şərəf nişanəsi kimi əbədiləşən İçərişəhər tarixi keçmişimizi, dövlətçilik ənənələrimizi, milli-mənəvi dəyərlərimizi Şirvanşahlar sarayının divarlarında, Xanəgahda, Multanı və Buxara karvansaralarında, Məhəmməd məscidində, Qoşa Qala qapılarında, ikimərtəbəli karvansaralarda, daş döşənmiş ensiz küçələrdə, tarixin lap dərinliklərinədək uzanan dar dalanlarda yaşadır. Özgürlüyümüzün, güclülüyümüzün, etibarlılığımızın və sədaqətimizin, istedadımızın və tolerantlığımızın daşlaşmış, heykəlləşmiş yadigarı olan bu məkan hər kəsi heyran qoyur – elə şəhərimizə təşrif buyuran saysız qonaqlarımızı, Nadejda xanım, səni də, Azərbayacan böyük maraq göstərən turistləri də.
Nadya Vasifi səmimiyyətlə qucaqlayıb, “Vasif, etibar və sədaqət dedin ha, uzağa niyə gedək, səndə yetərincə görmüşəm”, – dedi.
- Nadya, öz qədim tarixinin bir dönəmində Azərbaycan dövlətçiliyinin rəmzi olan Şirvanşahların paytaxtı kimi də tarixə düşmüş İçərişəhər cəmi iyirmi iki hektar ərazidə yerləşsə də, adət-ənənələri, memarlıq inciləri, ticarət qayda-qanunları, qonaqpərvərliyi və regional əlaqələri ilə o vaxtdan bu vaxta öz əhəmiyyətini saxlamaqdadır. Bax, bu gördüyün, maraqla nəzər yetirdiyin ərazidə dörd dünya əhəmiyyətli abidə - Şirvanşahlar Saray Kompleksi, Qız qalası, Məhəmməd məscidi və İçərişəhərin özü, ölkə əhəmiyyətli iyirmi səkkiz memarlıq və dörd arxeoloji abidə yerləşir, min üç yüzədək ailə yaşayır. İçərişəhər bir kompleks kimi öz mədəni, tarixi əhəmiyyətinə görə 1977-ci ildə Tarix-Memarlıq Qoruğu statusu almış, 2000-ci ilin dekabrında isə Qız qalası və Şirvanşahlar Sarayı ilə birlikdə YUNESKO-nun Dünya Mədəni İrsi siyahısına salınmışdır. Nadya, yəqin ki, müasir siyasi tariximizin çox görkəmli şəxsiyyətlərindən olan Heydər Əliyevin dövlətçilik fəaliyyəti ilə yaxından tanışsan. Universitetimizdə də müəllimlərimizin onun haqqında necə şövqlə, həyəcanla danışdıqları yadındadır. 2003-cü ilin fevralında Heydər Əlirza oğlu Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı xüsusi sərəncam imzalamışdı. Həmin vaxtdan burada bütün yeni tikinti işləri dayandırılmış, qədim şəhərin tarixi simasının qorunması istiqamətində kompleks tədbirlərə start verilmişdir. İki il sonra, 2005-ci il fevralın 10-da Prezident İlham Əliyev Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinin yaradılması haqqında sərəncam vermişdir. Bununla da ölkə rəhbəri mərkəzi və yerli icra hakimiyyətinin səlahiyyətlərini özündə əks etdirən İçərişəhərin idarə edilməsinin unikal sistemini yaratmış oldu. Dövlət başçısının bu prinsipial baxışı – analoqu olmayan idarəetmə modeli İçərişəhərin qorunması üçün yeni stimul verib.
Nadejda İçərişəhərin daş döşənmiş küçələri ilə lap Ermitajdakı kimi ehtiyatla gəzir, hər bir tikiliyə, yol boyu sırlanamış əntiq mallar mağazalarına heyrət dolu baxışlarla nəzər yetirirdi. İçərişəhərin milli və islam qanunları çərçivəsində, eləcə də modern geyimli sakinlərinin səmimi yanaşmaları, yeri düşdükcə Nadejda ilə görüşüb, hal-əhval tutmaları, hətta evlərinə bir stəkan mürəbbəli çaya dəvət etmələri onun bu qədim Şərq şəhəri barədə təəssüratını qat-qat zənginləşdirirdi. Məşhur “Brilyant əl” kinofilminin epizodlarının birinin çəkildiyi küçədən keçəndə bu barədə Vasifin xatırlatması onun lap ürəyindən oldu.
- Mən də özümü indi o filmin personajlarından biri hesab edirəm – dedi.
Vasif Nadya üçün həqiqətən də böyük maraq doğuran bəzi məlumatlar üzərində dayandı.
- YUNESKO-nun Dünya İrs siyahısına daxil edilmiş İçərişəhərin çoxəsrlik tarixini əks etdirən milli, maddi-mədəni abidələrin mühafizə edilməsi, qədim şəhər haqqında bilgilərin əhali arasında yayılması və təbliği missiyası İçərişəhərin tarix muzeyinin, Şimalı Azərbaycanda mövcud olmuş orta əsr feodal dövləti Şirvanşahların tarixini, memarlığını, mədəniyyətini əks etdirən nümunələrin öyrənilməsi, kütləvi nümayişi və təbliği vəzifəsi isə Şirvanşahlar Saray Kompleksi Dövlət Tarix-Memarlıq Qoruğu muzeyinin üzərinə düşür. İçərişəhərdə böyümüş yüzlərlə məşhur sənət adamı, ictimai xadim, alim və mühəndis hazırda ölkədə aparılan sosial-iqtisadi və mədəni quruculuq işlərində fəal iştirak edir. Onların nümayəndələrindən ibarət Ağsaqqallar Şurası ilə bu məkanın qorunub saxlanılması, gələcək nəsillərə ərməğan edilməsi istiqamətində birgə tədbirlər yaxşı səmərə verir. İndi bu ərazidə yaşayan və işləyənlər yaxşı bilirlər ki, İçərişəhər bizim keçmişimiz olmaqla bərabər, gələcəyə aparmaq istədiyimiz əbədiyaşarlıq simvoludur. Onun gözəlliyinə, bakirəliyinə tuşlanan hər hansı bədxah niyyətə isə elliklə “yox” deyir bakılılar. Ümumiyyətlə, Nadya xanım, İçərişəhərin idarəçilik prinsiplərinin London, Krakov, Amsterdam şəhərlərində keçirilən tədbirlər zamanı YUNESKO-nun Dünya İrs siyahısına daxil olan digər şəhərlərdə də tətbiqi tövsiyə olunub.
- Deyəsən, söhbətim səni çox yordu, Nadyacan. Gəl, indi İçərişəhərin bəzi ünvanlarına da baş çəkək.
Razılaşdılar. XI əsrə aid Məhəmməd məscidi, Ramazanovların evi, məşhur cazmen Vaqif Mustafazadənin yaşadığı bina, Kiçik qala küçəsi, karvansaralar, muzey və qalereyalar, restoran və mağazalar – bu məkanın qədimlik nişanəsi verən adicə daşlar da, qapı-pəncərə çərçivələri də yaşı yüz əsrlərlə ölçülən bu qədim məkanın özgürlüyündən xəbər verirdi.
Yaşı yüzü haqlamış Ağadadaş kişinin öz kiçik dükanının piştaxtasından bərli-bəzəkli bir araxçını götürüb, hədiyə kimi Nadyanın başına qoyması və qıyğacı baxışlarla cavanları süzüb, - bir-birinizə yaman yaraşırsınız, Allah sizi ayırmasın – deməsini Nadya yəqin ki, ömrünün sonuna kimi unutmayacaqdı.
Ötən əsrlərin cazibəsindən ayrılmaq Nadya üçün o qədər də asan deyildi. Piterli qız nə deyəcəyini, hansı fikirləri dilə gətirəcəyini kəsdirə bilmirdi. Qırıq-qırıq, nəfəsini dərə-dərə bircə bu kəlmələri deyə bildi:
- Vasif, sevdim bu şəhəri, İçərişəhərə isə lap ürəkdən vuruldum. Adam bu yerlərdən bir də heç yana getmək istəmir, vallah.
Vasif bu sözləri çoxdan, lap çoxdan gözləyirdi.
- Nadyacan, deyirəm elə bu gün Piterlə danışaq, qoy sizinkilər də gəlsin. Bizim camaat, qohum-əqrəba onları yaxşı qarşılayıb, yaxşı da yola salarlar. Bizim İçərişəhərdə əsl Azərbaycan sayağı və təbii ki, sənin də ürəyincə olan bir məclis də qurarıq – xeyir məclisi, toy şənliyi. Hə, nə deyirsən? Nikahımızı da Şirvanşahlar sarayında kəsdirərik, qədim adətləri yada salarıq. Buna İçərişəhər də çox sevinər. Bu şəhərin sakinlərinin də ürəyindən olar. İçərişəhərin labirint döngələri çoxdan bir-birini sevən, əziz tutan biz cavanların məhəbbətindən daha da nurlanar, işıqlanar, İnşallah.
Qız qalasının önündə bir-birinin gözlərinə həyəcanla baxan, sonra da qəşş edincəyədək gülən Vasiflə Nadyanın səs-küyü İçərişəhərin qədim qala divarları fonunda qəribə bir əks-səda yaradır, əsl məhəbbət rapsodiyasının melodiyalarını ətrafa yayırdı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək