21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Kənan Hacı – Obrazları ilə dostluq edən yazıçı
Tarix: 03-03-2020 11:02 | Bölmə: Akif CABBARLI

Kənan Hacı imzası müasir poeziyamızda və nəsrimizdə çox yaxşı tanınır və sevilir. Onu digər yazarlarımızdan fərqləndirən, dostları üçün dəyərə mindirən bir çox xüsusiyyətlər var ki, bunlar barədə görkəmli söz adamları, tənqidçilər ara-sıra öz yazılarında, ədəbi icmallarda geninə-boluna bəhs ediblər. Təbii ki, mən də onun bir çox hekayələrini, romanlarını, poeziya nümunələrini oxumuş, təsirlənmişəm. Qonşu olduğumdan təəssüratımı çox vaxt qəzet səhifələrində, saytlarda yox, elə özü ilə söhbətlərimdə, axşam gəzintiləri zamanı polemik uzlaşmalarımda bildirmişəm.
Kənan məndən yaşca kifayət qədər kiçikdir, amma bu gənc yazar şəxsən mənim üçün hətta gözləmədiyim halda yaşlı bir tələbənin qarşısında meydan sulayan bir gənc müəllim qismində ədəbi mövzularda elə fikirlər, qənaətlər söyləyib ki, sözün əsl mənasında heyran qalmışam. İmzasını çoxdan tanıdığım, hörmət bəslədiyim, mütaliə etdiyim bir müəlliflə görüşümün, tanışlığımın tarixçəsi çox da uzun deyil. Təxminən beş il əvvəl hansısa yubiley tədbirlərinin birində çox əziz saydığım insan, Əməkdar jurnalist Flora Xəlilzadə əllərimizi bir nöqtədə birləşdirib, - tanış olun, ikiniz də mənim üçün əziz adamsınız, dostlaşın, söhbətiniz tutacaq, çox yaxın olacaqsınız, - demişdi.
Flora xanımın proqnozu düz çıxdı. İş elə gətirdi ki, eyni binada mənzil aldıq. Ölkə prezidentinin hədiyyəsindən ikimiz də eyni zamanda bəhrələndik. 2017-ci ildən bu günə eyni həyətin, bir binanın sakinləriyik. Demək olar ki, hər gün görüşürük, dərd-sərimiz birdir, xoş saatlarımızı, dəqiqələrimizi bərabər paylaşırıq.
Kənan çox səbirli, ədalətli, geniş erudisiyalı oğlandır. Hər kəsin öz dili ilə danışmağı bacarır. Naqqalları, dayaz düşüncəliləri, Kənanın öz ifadəsi ilə desək, ünsiyyət problemi olanları belə səbirlə dinləyir, sonra söhbəti elə bir məcraya yönəldir, belələrini ustalıqla elə başa salır ki, getsinlər öz işləri ilə məşğul olsunlar, hələ ki, bir stasionar işi, vəzifəsi olmayan yazıçıya imkan versinlər ki, gedib oturub yazı-pozusunu eləsin, halalca çörəyini qazansın.
Əslində, Kənan qazancını heç vaxt hansısa qəzetdən, jurnaldan göndərilən az-çox qonorarla ölçmür. O, ədəbi yaradıcılığa jurnalistikadan gəlib. “Ədalət” və “İki sahil” qəzetlərinin parlament müxbiri olub, sayt redaktoru kimi fəaliyyət göstərib. Bu illərdə özünə çoxlu dost, həmdəm qazanıb. İndi də öz dostlarına, kitablarının nəşrinə yardımçı olanlara və yazdıqlarını diqqətlə oxuyub dəyər verənlərə güvənir. Bakıda doğulsa da, bu şəhərin acılı-şirinli günlərini, illərini yola versə də, ölkəmizin bütün regionlarında xətrini istəyən, səsinə səs verən dostları, həmkarları, qələm yoldaşları var. Deyir ki, nə qədər bakılıyamsa, bir o qədər şəkili, gəncəli, qəbələliyəm. Bir dəfə xanım tənqidçilərdən biri onu öz yazısında “Bakı ədəbiyyatının tanınmış nümayəndəsi” kimi xarakterizə etmişdi. Kənan bu termini qəbul eləməmişdi, bildirmişdi ki, Bakı ədəbiyyatı, Gəncə ədəbiyyatı, Lənkəran nəsri kimi ifadələr qəbuledilməzdir, ümumilikdə şimallı-cənublu Azərbaycan ədəbiyyatı, söz sənəti var və biz hamılıqla sözümüzün, elmi, fəlsəfi və ədəbi düşüncələrimizin yorulmaz, fədakar daşıyıcıları olmalıyıq.
Kənan Hacı statistik göstəricilərə görə başqalarından nə qədər irəli, yaxud geridir, deyə bilmərəm – indiyədək 14 kitabı işıq üzü görüb, bu kitabların ikisində poeziya nümunələri toplanıb. Deməli, nəsrimiz udub, poeziyamız isə ara-sıra yenə şeirlər yazdığı üçün Kənan kimi bir şairi də qazanıb desək, yanılmarıq. Onun “Sonuncu dərviş”, “Rəqqasə”, “Fironun dəftəri” əsərləri, “Hacı İsgəndər” tarixi romanı, “Yeraltı külək”, “Quş üçün karusel” povestlər toplusu zənnimcə müasir Azərbaycan ədəbiyyatını zənginləşdirən ədəbi faktlar kimi olduqca dəyərlidir. Öz iç dünyasını, acılı-şirinli xatirələrini, ətrafında baş verən irili-xırdalı hadisələri bütün təfərrüatı ilə yazıya gətirən gənc nasiri oxuyarkən adamın yadına Dostoyevski, Şoloxov, Folkner, İsa Hüseynov, İsi Məlikzadə, Mövlud Süleymanlı, Orxan Pamuk kimi məşhur söz adamları düşür. Bu isimlərdən, eləcə də adlarını çəkmədiyim bir çox məşhur yazarlardan təsirlənmək təbiidir və hər bir nasirin “başına gələ bilər”. Məsələnin digər tərəfi məhz ondadır ki, Kənan Hacı özünə ustad, müəllim hesab etdiyi yazıçıların müəyyənləşdirdiyi ədəbi magistralda yolun tən ortası ilə şütüyür, piyada cığırlarına məhəl qoymur. Onu oxuculara sevdirən də bu cür orijinallığı, təkrarsızlığıdır.

K. Hacı
Kənanın əsərlərində üç obraz yaddaşında dərin izlərlə qalıb – Firon, student və dərviş obrazları. O, bu obrazları sevə-sevə yaradıb, qəlbində onlara əbədi yer ayırıb. Söz düşəndə də deyir ki, bu obrazlar sadəcə hansısa personaj rolunda deyillər – onlar mənim dostlarımdır, əzizlərimdir, sevincimizi, kədərimizi yarıbayarı bölürük. Təki məndən inciməsinlər.
Çox maraqlı yanaşmadır. Klassik roman ənənələrinə uyğun münasibətdir. Həyatdakı dostlarına olduğu kimi, yaratdığı obrazlara da bu cür dostcasına ülfət göstərmək, məhəbbət sərgiləmək Kənan Hacının nəsr yaradcılığındakı gələcək uğurlarından, Azərbaycan oxucusu tərəfindən həmişə sevil-sevilə qarşılanacağından soraq verir.
Martın 3-ü dostumuz və qardaşımız Kənan Hacının ad günüdür – 45 yaşı tamam olur. Amma xatirladım ki, həmin tarix Hacıyevlər ailəsində ikiqat bayramdır - Kənan bəyin xanımı, BDU-nun müəllimi və bir çox şeir, hekayə və publisistik yazıların müəllifi kimi tanıdığımız İlhamə xanımın da doğum günü məhz martın 3-nə təsadüf edir. Ad gününüz, şad gününüz mübarək, əziz qonşularımız! Yazın-yaradın, həmişə birlikdə olun.
P.S. Bu yazının ilk variantı martın 2-də əsən güclü xəzrinin qurbanı olub. 20-ci sahə dairəsində avtobusdan düşən bir məktəbliyə kömək edərkən əlimdəki qovluğu caynağına alıb hansısa dalanın künc-bucağında görünməz edən külək Kənan Hacı barədə düşüncələrimə yenidən nəzər salmaq şansı verdi. Necə alındı, deyə bilmərəm. Kənan özü bu barədə eşidəndə bircə onu dedi ki, eyb etməz, küləklər təki dərd-sərimizi, narahatlığımızı və nigarançılığmızı qanadlarına alıb uzaqlara, lap uzaqlara aparsın.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək