18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

Maksim Musayev: “Əli İnsanovun yerində olsaydım, bu hakimiyyətin..." - Müsahibə
Tarix: 20-03-2019 13:43 | Bölmə: Müsahibə

Keçmiş deputat: “İnsanov həbs ediləndə Qərbi Azərbaycandan olan bir neçə akademik onun üzünə durdu”
Sabiq deputat, YAP-ın qurucularından biri olan Maksim Musayev "Yeni Müsavat”a müsahibə verib.
Reyting.az həmin müsahibəni təqdim edir:
- Siz demişdiniz ki, Əli İnsanov həbsdən çıxandan sonra müxalifətə qoşulmayacaq. Amma özü sizin dediklərinizi təkzib etdi, siyasətdə olacağını bildirdi. Hətta müxalifətin ona qoşula biləcəyi barədə proqnoz verdi. Bu barədə nə deyə bilərsiniz?
- Mən keçən dəfə də demişdim, Əli İnsanov müstəqil fikirli adamdır. Hər sahə üzrə özünün şəxsi mövqeyi var, istəyir elm, istəyir siyasət, istəyir iqtisadiyyat olsun. Çünki o, təkmil bir insandır. Mən indi zamin ola bilmərəm ki, hansı mövqeni tutacaq. Amma mən keçmiş partiyadaşı, deputat həmkarı kimi onun xüsusiyyətlərini bilərək bu fikri söyləmişdim ki, onun müxalifətə qoşulacağına inanmıram.
Bir də ki, iqtidar da bizim özümüzünküdür, azərbaycanlıdır, bu millətin nümayəndəsidir, müxalifət də özümüzünküdür, millətin seçilmiş oğlanlarıdır. Mən burada iki cəbhəyə bölünmək, onları düşmən kimi qarşı-qarşıya qoymağı xoşlamıram. Niyə? Çünki mən də, elə Əli müəllimin özü də vaxtilə müxalifətdə olmuşuq. Müxalifətlə iqtidar dil tapıb söhbət etməli, məsələlərə aydınlıq gətirməlidirlər. Bir tərəfin fikirlərinə digər tərəf qarşılıqlı şəkildə münasibət bildirməlidir.
- Əli İnsanovla görüşmək imkanınız olubmu?
- Mən Əli müəllimlə görüşməmişəm. Səbəbini deyim: o gün hesabladım, bu adam 5 min sutkadır ki, evindən, ailəsindən, qohum-əqrəbasından kənarda qalıb. 5 min sutkadır ki, həbsxanada, qazamatda olub. İndi gərək ona imkan verələr ki, adaptasiya olsun, özünə gəlsin, ətrafdakı məsələlərlə tanış olsun. Bəlkə onda elə ideyalar yarandı ki, biz heç o barədə bilmirik. Ona görə də, sözün düzü, əgər görüşü lazım bilsə, mən onunla görüşə gedəcəyəm. Çünki bu adam 5 min sutka həbsdə qalıb. Balaca məsələ deyil e. Bizi 5 gün nədənsə məhrum edəndə əzab çəkirik, elə deyilmi? Odur ki, özü nə vaxt lazım bilsə, mən görüşə bilərəm.
- Sabiq nazir çox iddialı danışdı. Sizə qəribə gəlmədi ki?
- Bilirsiniz, o, siyasətçidir də. Özü də yetkin adamdır, 73 yaşındadır. Danışmalıdır da. Həm də gedib orada restoranda-zadda gəzməyib ki. O əzabları görüb, məhbus yoldaşları ilə oturub-durub. Bunun yetkinliyi çox-çox genişmiqyaslı və dərindir.
- Qərbi Azərbaycan toplumu Əli İnsanovun azadlığa çıxmasını, söylədiyi fikirləri necə qarşılayıb?
- Vallah, xəbərim yoxdur. İnanmıram ki, qərbi azərbaycanlılar onun azadlığa buraxılmasından narazı qalsınlar. Yəqin ki, razıdırlar. Bir də ki, bu bölüşdürməni qəbul etmirəm. Bölüşdürürlər, qərbi azərbaycanlılar, naxçıvanlılar, qarabağlılar, şirvanlılar... Bunlar bizim milləti məhv etmək üçün düşünülmüş erməni variantıdır. Mən hər gün Ermənistan mediasına baxıram, erməni dilini unutmamaq üçün, oradakı siyasəti dərindən bilmək üçün.
Təbii ki, o siyasət mənim özümdən başqa heç kimə lazım deyil. Bilmirəm bu barədə kim maraqlanır, kim maraqlanmır. Orada böyük debatlar gedir. Qarabağ erməniləri, İrəvan erməniləri, Martuni erməniləri, Göyçə erməniləri və s. söhbəti gedir. Onlar deyirlər ki, biz bu bölgünü ləğv etməliyik, çünki bizi parçalayır. Eləcə də bu kimi bölgülər digər millətlərdə də var.
Mən Rusiyada oxumuşam, orada da müdafiə etmişəm, onların da xüsusiyyətlərini bilirəm. Həmçinin gürcülərlə də işləmişəm, onlar da belə bölgülər aparır. Yəni belə məsələləri yığışdırmalıyıq.
İndi qərbi azərbaycanlılara gəldikdə, sizə bir söz deyim, Əli İnsanov həbs ediləndə Qərbi Azərbaycandan olan bir neçə akademik televiziyada birbaşa onun üzünə durdu. Üçü də qərbi azərbaycanlı idi, elə deyilmi?
- Hesab olunur ki, Əli İnsanovun həbsindən sonra ən böyük zərbə elə Qərbi Azərbaycan toplumuna dəyib...
- Ay sağ ol. Onun üzünə neçə nəfər qərbi azərbaycanlı durub, bunu da unutmaq olmaz.
- Amma bəzən belə fikirlər də səslənir ki, qərbi azərbaycanlıların ağsaqqalı Əli İnsanovdur...
- Qətiyyən! Qətiyyən! Birincisi, qərbi azərbaycanlıların arasında belə bir tendensiya olmayıb ki, biz belə edərik, ya elə edərik. Bunlar artıq şeylərdir. Onsuz da kimin hansı qüvvəyə malik olduğu bəllidir. Artıq o dövr getdi.
- Keçmiş nazir azadlığa çıxmasına görə ABŞ və Avropaya təşəkkür etdi. Bildirdi ki, guya Azərbaycan prezidenti onu buraxmağa məcbur olub. Razılaşırsınızmı?
- Mən də o fikirləri eşitdim. Demək, o, nəsə bilirmiş ki, elə deyib.
- Deməli, siz də eyni fikirdəsiniz?
- Başqa cür nə düşünmək olar ki? Bir də yəqin cənab prezident bilib ki, azad etmək lazımdır. Cənab prezidentin burada imzası varsa, demək, rolu olub, bunu kənara qoymaq olmaz. ABŞ və digərləri sözünü deyiblərsə və həqiqətən də müdafiə ediblərsə - bu barədə mənim məlumatım yoxdur əlbəttə - sağ olsun hamısı. Amma sərəncamı imzalayan prezidentdir.
- Belə çıxmırmı ki, Əli İnsanovun keçmiş komandadaşları, hakimiyyət nümayəndələri ilə barışmaq fikri yoxdur?
- Mən inanmıram. Allah eləməsin, Allah eləməsin, mən də onun yerində olsaydım, bu hakimiyyətin bəzi adamları ilə heç bir kompromisə girmərəm. Mən onu düz başa düşürəm və düzgün mövqedə olduğunu da təsdiq edirəm. Həqiqətən də nə təhər olur, yüksək vəzifələrdə kresloda oturmusunuz... Sabah, birigün ola bilər ki, onlar üçün də belə variant əmələ gələ bilər, Allahın işini bilmək olmur. Ona görə də gərək bir-birimizin qayğısına qalaq. Əks təqdirdə, vəziyyət daha da pisləşə bilər. Burada şəxsi mənafe, pul, vəzifə güdmək milləti məhv edir.
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə