Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
Sülh savaşı - Zahid Oruc yazır
On yeddi mindən çox müəllimin maaşı artacaq
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
Anar Əsədlidən 4 şikayətçi var
Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır - Müraciət
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Tarix: 26-08-2016 16:18 | Bölmə: Müsahibə

Ayaz Mütəllibov: "Gələcəkdə Rusiya-İran-Türkiyə-Azərbaycan birliyi yarana bilər”
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Modern.az saytına müsahibə verib. Eks-prezident müsahibəsində Qarabağ problemi ilə yanaşı, Türkiyədəki dövlət çevrilişi cəhdinə və digər məsələlərə də toxunub.
Reyting.az saytı A.Mütəllibovun müsahibəsini təqdim edir:
- Ayaz müəllim, bu ilin aprelində cəbhədə "dördgünlük müharibə”dən sonra Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar intensivləşdi. Konfliktin sülh yolu ilə həll edilməsi perspektivini necə qiymətləndirirsiniz?
- Bu, düzgün siyasi addımdır. Məsələnin sülh yolu ilə həlli üçün hər bir şərait yaradıla bilər. Azərbaycan prezidentinin təklifi ilə Bakıda Azərbaycan-Rusiya-İran sammiti oldu.
Putinlə Ərdoğanın görüşü dünyanın geosiyasi xəritəsini dəyişir, Azərbaycanın bu ölkələr üçün əhəmiyyətini artırır. Odur ki, bu ölkələr Qarabağ konfliktini aradan götürməklə, regionda stabillik yarada bilərlər və gələcəkdə Rusiya-İran-Türkiyə-Azərbaycan birliyi yarana bilər. Aydındır ki, Azərbaycan bu birlikdə körpü rolunu oynamalıdır.
Qarabağın həlli məsələsinə gəldikdə, onu da qeyd etməliyəm ki, Rusiya ilə İranın təzyiqi nəticəsində, Ermənistan Qarabağdan qoşunlarını çıxara bilər.
- Azərbaycanda Fətullah Gülən tərəfdarlarına qarşı mübarizə aparılır. Gözləntiləriniz nədir?
- Türkiyədə gedən proseslər bizə dərs olmalıdır. Çünki türk mətbuatı iddia edir ki, gülənçilər hakimiyyət daxilində hakimiyyət yaratmaqla dövlət çevrilişi etmək istəyiblər. Prezident Ərdoğanın da çıxışlarında bu, öz əksini tapmışdır. Belə iddia edirlər ki, gülənçilərin əsas metodu hakimiyyət daxilində hakimiyyət yaratmaqdır. Fərqi yoxdur, hansı ölkədə olur olsun, dövlətçilik üçün təhlükə yaradırlar. Azərbaycan Baş Prokurorluğunda bununla bağlı araşdırmalar aparılması haqda məlumatlar var.
- Türkiyə Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başlayıb. Suriya münaqişəsində dönüş olacağı proqnozunu vermək olarmı?
- Bəli, dönüş mümkündür. Qeyd etməliyik ki, Türkiyənin Suriyaya girməsi Putinlə Ərdoğanın görüşünün nəticəsi də ola bilər. Bu onu göstərir ki, əməliyyatlarda Rusiya Türkiyə ilə bir məxrəcə gəlib. ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Türkiyəyə tələsik səfəri onu göstərir ki, ABŞ da bu əməliyyatlarda yaxından iştirak edəcək.
- Nəzərə alaq ki, Türkiyənin hərbi müdaxiləsindən əvvəl ölkədə hərbi çevrilişə cəhd edildi. Bunun arxasında böyük güclər dayanmışdı yoxsa yalnız Türkiyə ordusundakı bir qrup insan?
- Türkiyədə indiyə qədər baş verən dövlət çevrilişlərinin arxasında böyük ölkələrin durmadığını düşünmək sadəlövhlük olardı.
- Azərbaycanda Konstitusiyaya dəyişiklik üçün referendum keçiriləcək. Bu addıma münasibətiniz necədir?
- Müsbətdir. Deməli, prezident ölkədə yeni idarəçilik strukturları yaradır. Əlbəttə ki, ölkəni daha da effektiv idarə etmək üçün.
- Ölkə müxalifətinin gücü zəifləməkdədir. Bunun səbəbini nədə görürsünüz?
- Bütün dünyada müxalifət iqtidarın davamıdır. Bu mövqedən demək olmaz ki, ölkədə müxalifət hərəkatı zəifləyib. Ancaq bunu xalqın qəbul etdiyi müxalifətə aid etmək olar. Azərbaycanda isə müxalifətin fəaliyyəti gözə çarpmır. Deməli zəifləyib.
Bölməyə aid digər xəbərlər
















ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki