23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ Evdə görüşüblər - (Yenilənib)
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
16:57 / 17-10-2025
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
16:46 / 17-10-2025
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
16:20 / 17-10-2025
Departament rəisi vəzifədən azad edilib
16:14 / 17-10-2025
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
16:00 / 17-10-2025
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
15:30 / 17-10-2025
Ramiz Mehdiyev 7 saat dindirilib?
15:04 / 17-10-2025
Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
14:47 / 17-10-2025
Maliyyə Nazirliyi: pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk yoxdur
14:29 / 17-10-2025
Prezident konfrans iştirakçılarına müraciət edib
14:15 / 17-10-2025
"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanıb
14:09 / 17-10-2025
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
13:49 / 17-10-2025
Robot azyaşlı dostu ilə kövrək şəkildə vidalaşıb
13:17 / 17-10-2025
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
13:12 / 17-10-2025
Avropada şərab istehlakı azalır
13:01 / 17-10-2025
Qurban Qurbanov yeni biznesə başlayıb
12:58 / 17-10-2025
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib
12:11 / 17-10-2025

17:37 / 15-10-2025

12:30 / 13-10-2025

19:51 / 17-10-2025

10:12 / 13-10-2025

08:06 / 13-10-2025

22:14 / 14-10-2025

14:10 / 16-10-2025

12:32 / 13-10-2025

13:21 / 15-10-2025

13:38 / 13-10-2025

20:10 / 13-10-2025

Astroloq: “Siçan ilində dövlət çevrilişləri, sui-qəsdlər daha çox olacaq” - Müsahibə
Tarix: 18-12-2019 11:40 | Bölmə: Müsahibə

Səbuhi Rəhimli 2020-ni qarışıq il kimi xarakterizə edir: “Ağıla gəlməyən hadisələr baş verəcək. “Siçan ili” ixtişaş və xaoslarla zəngindir”
2019-cu ilin son ayınının son günlərini yaşayırıq, qarşıdan insanların ümidlə gözlədiyi 2020-ci il gəlir. Yeni ilin gəlməsini tək ölkədə deyil, dünyanın hər yerində insanlar xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusu ilə gözləyirlər.
Yeni il həm də, yeni başlanğıc deməkdir. Çin təqviminə görə, hər ilin tamamı bir heyvan üzərində qurulur. Geridə qoyacağımız 2019-cu il - “Donuz ili” kimlər üçün nikbin, kimlər üçünsə isə bədbin bir il olaraq yadda qaldı.
Qarşılayacağımız 2020-ci il “Siçan ili” olacaq. Bəs astroloqlar 2020-ci il haqqında nə düşünür?
Reyting.az Modern.az-a istinadla tanınmış astroloq, "Qoroskop"qəzetinin baş redaktoru Səbuhi Rəhimli ilə müsahibəni təqdim edir.
- Artıq 2019- cu ili yola salırıq. Sizin düşüncənizə görə, “Donuz ili” necə yadda qaldı?
- Adətən bu tip suallara cavabım həmişə belə olub: “Yaşadığımız ili kim daha yaxşı yaşayıbsa, o daha yaxşı bilər”.
Bundan qabaq “İt ili”ndə olduğu kimi, “Donuz ili” də sakit illərdən biri kimi yadda qaldı. Hətta məhəlli münaqişələr belə olmadı. Ancaq təəssüf ki, qarşıdakı “Siçan ili” haqqında bunları söyləyə bilməyəcəm.
- Onda astanasında olduğumuz “Siçan ili”ndə nələr gözlənilir?
- “Siçan ili”ni təhlil etmək üçün o qədər də uzaq keçmişə baş vurmadım. Deməli, 1364-cü ildən bəri hesablayaraq, 2020-ci ilə qədər gəlib çatdım. Yəni vaxtilə “Siçan ili”ndə hansı hadisələrin baş verdiyini dəqiq şəkildə analiz etməli idim. Astronomik hesablamalara görə, yanvarın 1-i yalnız təqvim dəyişir.
“Donuz ili” yanvarın 25-də başa çatacaq. Yerini “Siçan ili” əvəzləyəcək.
“Siçan ili” də 2020-ci il yanvarın 25-dən başlayıb, 2021-ci il fevralın 11-nə kimi davam edəcək. Yəni 2020-nin 25 yanvarına kimi hələ “Donuz ili”nin öhdəsində olacağıq, sakitlik hökm sürəcək.
“Siçan ili” heç də ürəkaçan il olmayacaq. Dövlət çevrilişləri, sui-qəsdlər, müharibələr qarşıdakı ildə daha çox olacaq. Yəni “Siçan ili”nin xarakterik xüsusiyyətlərindən biri budur. Bu ilin tarixinə nəzər salsaq, görərik ki, vaxtilə Azərbaycana çox zərbələr vurulub. Ancaq texnologiyanın inkişafı baxımından uğurlu il kimi yadda qalacaq.
Ümumi götürsək, “Siçan ili” qarışıq il kimi xarakteriz olunur. Proqnozlaşdırılmayan, yəni ağıla gəlməyən hadisələr baş verəcək. “Siçan ili” ixtişaş və xaoslarla zəngin olacaq. Bir sözlə, çox qarışıq il kimi tarixə düşəcək.
Bir məqamı söyləyim ki, “Siçan ili” astronomik ilin başlanğıc ili hesab olunur. Yatmış enerjilərin oyanış dövrü “Siçan ili”nin əsas xüsusiyyətlərindəndir. İçimizdə olan, hətta özümüzə bəlli olmayan potensialın üzə çıxacağı bir dövr olacaq.
- Bəs “Siçan ili”ndə doğulanlara nələr vəd olunur?
- Çin qoroskopuna görə, hər ilin özünün iki dostu var. “Siçan”ın da əsas dostları “Meymun” və “Əjdaha” hesab olunur. Yəni bu dostluq üçbucağında hər üç ili birgə görmək mümkündür.
Rəqibləri isə “İt”, “Pələng” və “At”dır. Yəni “Siçan”ın əsas düşməni “At”dır. Altı ildən bir bu illər bir-biri ilə düşmən sayılır. Hətta bu ildən olanlar bir-biri ilə evlənə bilməzlər. Buna rəsmi qadağa qoyulub. Evlənsələr belə, evlilik uzun sürmür.
Gələn ilin aparıcı planeti isə Saturndur. Saturnun da himayəsində iki bürc var: onlardan biri oğlaq, digəri dolçadır. Bu iki bürc gələn ilin qəhrəmanları hesab olunur. Yəni zaman daha çox bu bürclərin xeyrinə işləyəcək. Məsələn, “Oğlaq” torpaq ünsürü olduğundan, digər torpaq ünsürləri olan “Buğa” və “Qız” bürcünə də sirayət edəcək. “Sutökən” ünsürlərdən isə “Əkizlər” və “Tərəzi”ni qeyd etmək istəyirəm. Yəni “Siçan ili” torpaq və hava ünsürləri üçün daha şanslı olacaq.
- Amma etiraf edək ki, 2019-cu il Azərbaycanda bəzi səsli-küylü hadisələrlə yadda qaldı. Parlamentin buraxılması, bir sıra məmurların istefası, vəzifədən azad olunmaları və s. 2020-ci ildə Azərbaycan siyasətində nələri proqnozlaşdırırsınız?
- Təbii ki, siyasətdə bu kimi halların davam edəcəyinin şahidi olacağıq. Parlament ən azı 40 faiz yenilənəcək. Bu dəfə hədəfdə icra başçıları olacaq.
- Ölkədə hər hansı bir fəlakətin olacağı gözlənilirmi?
- Təbii fəlakətin olacağını gözləmirəm. Çünki indiyə qədər araşdırmalarımın heç birində “Siçan ili”ndə bu kimi hallar baş verməyib. Məsələn, “Pişik ili” zəlzələ üçün xarakterikdir, “Əjdaha ili” daşqınlar ili kimi şərh olunur. Təbii fəlakət astrologiya elmi üçün xarakterik deyil, bu, Allahın əlindədir. Sadəcə, tarixi cəhətdən təhlil etsək, görərik ki, “Siçan ili”ndə bu hallara rast gəlinməyib.
- Bəs iqtisadi baxımdan vəziyyət necə olacaq?
- Onu deyim ki, ucuzluq olmayacaq. Əksinə, bahalaşma daha çox hökm sürəcək. Ucuzluğa gedilməyəcək. Hələ ki bu barədə ümidverici sözlər deyə bilməyəcəm.
- “Siçan ili”ndə Dağlıq Qarabağ məsələsinin həlli üçün ip ucu görünürmü?
- Dağlıq Qarabağ məsələsinin həlli müharibə ilə yekunlaşmayacaq. Tərəflər sülh yolu ilə məsələni həll edəcəklər. Ancaq bunun konkret 2020-ci ilə düşəcəyini söyləmək doğru olmaz. Bir məqamı qeyd edim ki, ermənilər nə etsələr də, o torpaqlar onlara qalmayacaq, bizim olacaq.
- Məşhurlardan kimlərsə sizə gələcək həyatında nələrin olacağını öyrənmək üçün müraciət edibmi?
- Mənim peşəm elədir ki, dövlət başçısından tutmuş, adi vətəndaşa qədər hər kəs müraciət edə bilər. Ancaq təbii ki, onları qəbul edib-etməmək mənim istəyimdən asılıdır. Açığı, mən siyasi sifətlərə proqnoz vermirəm. Siyasəti əxlaqdan uzaq bir şey sayıram. Siyasət oyundur, qeyri-səmimilikdir. Çünki siyasətdə daimi dostlar olmur, sadəcə, maraqlar olur.
Qaldı ki, məşhurlara, ya da tanınmış müğənnilərə - mən müştərlə işləmirəm. Özüm kimi xoşlayıramsa, onlarla işləyirəm. Bəli, onların aralarında məşhurlar da var. Ancaq adlarını söyləmək istəmirəm, qoy bu mənim sirrim olsun.
Reyting.az
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."