21:32 / 13-10-2025
Hikmət Hacıyev: "Azərbaycan regional diplomatiyada ön sıralardadır"
21:18 / 13-10-2025
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
21:10 / 13-10-2025
Liderlər sülh sazişini imzalayıblar - Foto
20:30 / 13-10-2025
İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - (Yenilənib)
20:10 / 13-10-2025
Donald Tramp Misirdə İlham Əliyevi salamlayıb - Foto
18:04 / 13-10-2025
"Sədərək"də reklam qurğuları sökülür
17:57 / 13-10-2025
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq
17:31 / 13-10-2025
Dövlət Komitəsi dəbdəbəli ziyafətə 200 min xərcləyəcək
17:14 / 13-10-2025
Rusiyada terrorçuluq ittihamı ilə 2901 nəfər məhkum edilib
17:03 / 13-10-2025
Gəmidə hərbçilər üçün 800 növ yemək hazırlanır
17:03 / 13-10-2025
Agentliyin strukturu yenidən təşkil olunacaq
16:57 / 13-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
16:53 / 13-10-2025
Tramp İsrail prezidentindən Netanyahunun əfv edilməsini istəyib
16:46 / 13-10-2025
Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri görüşüblər
16:32 / 13-10-2025
Xəzərin Xaçmaz sahillərində suiti cəsədləri tapılıb
16:19 / 13-10-2025
İlham Əliyev Misirdə bir sıra ölkələrin liderləri ilə görüşüb
15:44 / 13-10-2025
Hikmət Hacıyev: "Azərbaycan Yaxın Şərqdə sülh gündəliyi baxımından..."
15:18 / 13-10-2025
İlham Əliyev Misirdə Nikol Paşinyanla görüşüb
15:03 / 13-10-2025
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
14:58 / 13-10-2025
210 minlik ordu müharibəyə hazır vəziyyətdədir
14:39 / 13-10-2025
Süni intellekt ABŞ-ı böyük iqtisadi problemdən qoruyub
14:22 / 13-10-2025
Təyyarələrdə yatmaq imkanı verən oturacaqlar ödənişli olacaq
14:13 / 13-10-2025
Rusiyada orduya könüllü cəlb etmək çətinləşib
13:53 / 13-10-2025
Ermənistan silahlı qüvvələrinin qanunsuz əmrləri məhkəmədə nümayiş etdirilib
13:38 / 13-10-2025
Şair Əlisəmid Kür dəfn olunub - Yenilənib
13:04 / 13-10-2025
Bakıda Azərbaycan-Rusiya-İran üçtərəfli görüşü keçirilib - Fotolar
12:53 / 13-10-2025
Milyonlarla insan qaranlıqda qalıb
12:42 / 13-10-2025
Mopedlərlə bağlı qayda dəyişir - Sürücülük vəsiqəsi tələb olunacaq
12:39 / 13-10-2025
Sabah yağış yağacaq - Proqnoz
17:58 / 09-10-2025

10:23 / 09-10-2025

11:37 / 10-10-2025

23:11 / 11-10-2025

23:55 / 08-10-2025

00:42 / 11-10-2025

21:50 / 09-10-2025

00:12 / 10-10-2025

22:29 / 10-10-2025

09:42 / 10-10-2025

10:56 / 09-10-2025

15:43 / 09-10-2025

Elçin Şıxlı: “Ermənistanın son təxribatında qlobal maraqlar var” - Müsahibə
Tarix: 17-07-2020 17:25 | Bölmə: Müsahibə

Siyasi şərhçi deyir ki, Ermənistanın son təcavüz aktı böyük güclərin maraq dairəsindədir: “Bu, həm Türkiyəni vurmağa, həm də Azərbaycana barmaq silkələməyə hesablanıb. Bu saat heç kimin gözləmədiyi halda təxribatlar Azərbaycan istiqamətinə yönəldilir”
İyulun 12-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən hərbi qarşıdurmanın tam səngidiyini demək olmaz. Cəbhədən gələn xəbərlər göstərir ki, düşmən ordusu hər an sakitliyi poza, Azərbaycanın hərbi və mülki əhalisini yenidən hədəfə ala bilər.
Cəbhənin Qərb istiqamətində baş verən qanlı döyüşlər, bunun arxasında duran səbəb və məqsədlərlə bağlı Reyting.az-ın suallarını siyasi şərhçi Elçin Şıxlı cavablandırır.
- Elçin bəy, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində Ermənistan ordusunun qəfil hücumunun arxasında hansı məqsədlər dayana bilər?
- Bu barədə hər kəs danışır, öz fikrini deyir. Məsələn, Rusiyanın siyasi şərhçiləri deyirlər ki, bunu ABŞ, Fransa etdi, erməniləri qızışdırırlar. Hətta boş-boşuna iddia edənlər də olub ki, Türkiyə Ayosofiyanı məscidə çevirdi və buna görə Türkiyəni cəzalandırırlar. Sözsüz ki, bunlar sərsəm fikirlərdir. Əslində bu, Rusiyanın əməlidir. Qənaətimcə, Rusiya ermənilərə tapşırıq vermişdi, erməniləri də bunu həyata keçiriblər. Məncə, bu iddia sonradan təsdiqini tapdı.
- Azərbaycan-Rusiya münasibətləri hazırda yüksək səviyyədədir. Ruslar niyə erməniləri qızışdırsın ki?
- İndi ABŞ Rusiyaya sanksiyalar tətbiq edib. Avropa Birliyi də Rusiyaya sanksiyalar tətbiq edir. Breksit prosesindən sonra İngiltərə də bu sanksiyalara qoşuldu və əlavə olaraq özünün sanksiyalarını tətbiq etməyə başlayıb. Həmçinin, rusların “Şimal Axını-2” layihəsinin tikilməsinə imkan verilmədi. Bu layihə sonuncu 60-100 kilometrinin tikilməsinə az qalmış sanksiyalar altında salındı. Beləcə, Rusiyanın trans-boru kəmər xətləri hələ ki, o istiqamətdə işləyə bilmir.
Rusiyada konstitusiya dəyişikliyi edildikdən sonra cənab Putin ölkə daxilində “səliqə-səhman”a başladı. İndi Rusiyada ən böyük problemlərdən biri Xaborovski vilayətində separatçı çağırışlardır. Oranın qubernatorunu qətl işinin təşkilində ittiham edərək həm işdən çıxardılar, həm də həbs etdilər. Xaborvski sakinləri isə ayağa qalxaraq qubernatorunu müdafiə edir və deyir ki, zamanında Uzaq Şərq Respublikası olub, indi biz onu yaradırıq.
Putin Belarusu Rusiyanın tərkibinə qatmaq istədi, bu da alınmadı. Sonradan Belarus qazla təhdid edildi, Qərbdən Minskə dəstək verildi. İndi Belarus Rusiyadan nə neft, nə də qaz alır. Alsa da, az miqdarda...
Ukrayna ilə münasibətlər olduqca gərgindir, Moskva istədiyinə nail ola bilmir. Hətta Normand formatında görüşlərdə deyir ki, Donbası verirəm, əvəzində sanksiyaları üzərimizdən götürün. Amma hələ ki, Krımdan danışmır.
Bu nöqtədə Türkiyə-Rusiya münasibətlərini də unutmamalıyıq. Suriyada toqquşdular, Liviyada əməlli-başlı üz-üzə gəldilər. Və nəticə olaraq Türkiyə Rusiyaya yerini göstərdi. Belə bir şəraitdə sözsüz ki, diqqəti daxili problemlərdən yayındırmaq istəyirlər, amma eyni zamanda da slavyan xalqları istiqamətində bir şey alınmır, Baltikyanı ölkələrə də girə bilmirlər. Odur ki, bu saat heç kimin gözləmədiyi halda təxribatlar Azərbaycana yönəldilir. Bu təxribata baxmayaraq biz düşmənlə döyüşdük, döyüşürük və döyüşəcəyik də. Amma burada məhəlli və Azərbaycan-Ermənistan səviyyəsindən yuxarıda olan maraqlar var. Söhbət qlobal maraqlardan gedir. Məsələn, Azərbaycan ərazisindən Rusiyanın bütün boru xətlərinə alternativ marşurutlarımız var. Yəni Rusiyaya ehtiyac olmadan bu boru kəmərləri Gürcüstan və Türkiyə üzərindən dünyaya çıxır. Odur ki, son təxribat həm Türkiyəni vurmağa, həm də Azərbaycana barmaq silkələməyə hesablanıb. Eyni zamanda Ermənistana mesaj verilir ki, özünü yaxşı aparmasan Azərbaycana mane olmayacağıq və cavabını verəcək.
- Düşünürsünüz ki, məqsəd iqtisadi maraqlardır?
- Bizim Azərbaycan Dövlət Neft Şirkəti artıq Bakı-Novorossiyski xətti ilə qaz ötürməyə başladı. Ayının oyunu armuda görə idi. Bütün bunları nəzərə almalıyıq. Daxildə nə baş verdiyini, Novorossiyski xəttini bərpa etməklə Rusiyadan nə aldığımızı bilmirəm. Fikrimcə, bunu hadisələrin gələcək inkişafı göstərəcək.
- Siz, Tovuz istiqamətində baş verən döyüşlərə daha geniş aspektdən yanaşdınız. Bəs bunun nəticələri necə ola bilər?
- Məncə, hələlik bu haqda konkret fikir bildirmək tezdir. Hələlik nəticə budur ki, gərgin qarşıdurma dayandı.
- Axı hazırda da Tovuzda vəziyyət gərgindir...
- Qeyd edirəm ki, Novorossiyski borusu işə düşdü. Sadəcə, bunun əvəzində Rusiyadan nə almışıq, bax, bunu bilmirəm. Hesab edirəm ki, erməni özbaşına heç vaxt belə bir şey etməzdi. Yəni ona nəsə vəd edilməsə, heç nə etməzdi. Çünki gerçək durumdan, Azərbaycan ordusunun imkanlarından məlumatlıdır.
Ruslar son məqamlarda hətta Türkiyə prezidenti Ərdoğanın və Müdafiə naziri Hulusi Akarın dediklərindən də təşvişə düşdü. Sözsüz ki, qardaş ölkənin Ermənistanla sərhəddə aviasiya və dronları ayağa qaldırması da səsləndirildi. Nəticədə Rusiya Ermənistanda olan öz qoşun hissələrini Türkiyə sərhədində bir qədər də artırıb.
Amma nəticə haqqında indi bir söz demək mümkün deyil. Hesab edirəm ki, bu xəmir hələ çox su aparacaq.
- Qərb cəbhəsində olan gərgin durumun Qarabağ cəbhəsinə keçirilməsi imkanlarını necə qiymətləndirirsiniz?
- Belə bir addım genişmiqyaslı müharibə deməkdir. Bu müharibə üçünsə əvvəlcədən hazırlıq olmalıdır. Pandemiya dövründə belə bir tədbirə getmək bir qədər çətindir. Niyə? Çünki iqtisadiyyat xeyli zəifləyib, neftin qiyməti enib. Ümumən dünyada dərin bohran var. Sözsüz ki, Ermənistanın vəziyyəti bu baxımdan bizdən üç dəfə pisdir. Belə vəziyyətdə nəsə bir şey etmək bir qədər çətindir. Odur ki, mən bir söz deməkdə çətinlik çəkirəm. Hərçənd, biz Tovuz istiqamətində sərhədin o tərəfinə gedə bilmərik. Amma Tovuz və Qazax eyni bölgədir. Tovuz cəbhəsində yaranan gərginlik zamanı Qazax istiqamətinə də bir neçə mərmi atılıb. Baxın, biz daima danışırıq ki, Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal edilib. Amma Qazax rayonunun 7 kəndi bu saat işğal altındadır. Davanı başlayıblarsa, lap yaxşı. Biz danışıqlar prosesində Qazaxın 7 kəndi haqqında da fikirlərimizi deməliyik. Bu saat bəlkə də məqamdır ki, Qazaxın 7 kəndi istiqamətində hərəkət ola bilər. Bu kəndlər bizimdir. Biz burada Ermənistan torpaqlarına girmirik. Bu kəndlərin təxminən iki və ya üçü neytral ərazidir, orada heç kim yaşamır. Yerdə qalanlarını isə ermənilər dağıdıb. Hər halda mən mülahizələrimi deyirəm. Bu istiqamətdə nəsə etmək olardı. Amma o da bəllidir ki, belə addımlar üçün əvvəlcədən hazırlıq və planlar olmalıdır.
Mənim anladığım budur ki, biz, ümumiyyətlə aqressiv bir şey etmək niyyətində deyilik. Amma ermənilər belə həyasızlığa gedirlərsə, deməli, bu barədə daha geniş düşünməliyik.
- Danışıqlar prosesinin perspektivi necə ola bilər?
- Danışıqların heç bir mənası yoxdur. Məmmədyarov on ildən çox danışıq apardı, sonra da bəlli oldu ki, viza üçün pul alınırmış və s. İndi yeni nazir təyin edilib, baxaq görək o nə edəcək…
Reyting.az
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə