21:32 / 24-01-2021
İranın XİN rəhbəri Bakıya gəlib
20:48 / 24-01-2021
Türkiyə ordusu Suriyada PKK/YPG terrorçularını zərərsizləşdirib
19:12 / 24-01-2021
Peskov: "ABŞ səfirliyi Rusiyanın daxili işlərinə qarışır"
18:04 / 24-01-2021
Kürdə suyun səviyyəsi yenidən azalıb
17:56 / 24-01-2021
Füzulidən növbəti görüntülər yayılıb - Video
17:37 / 24-01-2021
Baş həkim barəsində həbs qərarı verilib
17:15 / 24-01-2021
Əfqanıstanda “Taliban” hərbçilərə hücum etdi, ölən və yaralananlar var
16:36 / 24-01-2021
Məhkəmə mərkəz rəhbərinin əməlini araşdıracaq
15:35 / 24-01-2021
Dəniz quldurlarının öldürdüyü həmyerlimizin nəşinin yanvarın 26-da Azərbaycana yola salınması planlaşdırılır
15:16 / 24-01-2021
Şəhid polkovnikin nəşi tapılıb - Foto
15:08 / 24-01-2021
Futbol komandasının baş məşqçisi istefa verib
15:01 / 24-01-2021
Azərbaycanda daha 287 nəfər koronavirusa yoluxub - Vəfat edənlər var
14:57 / 24-01-2021
30 erməni hərbçinin meyiti təhvil verilib
14:43 / 24-01-2021
Kəlbəcərdən daha bir video hazırlanıb - Video
12:55 / 24-01-2021
Gürcüstanda daha 546 nəfərdə koronavirus aşkarlanıb
12:43 / 24-01-2021
Ermənistanda daha 127 nəfər koronavirusa yoluxub
12:29 / 24-01-2021
Sabah hava necə olacaq? - Proqnoz
11:49 / 24-01-2021
Nazirlik Füzuli rayonundan yeni görüntülər yayıb - Video
11:45 / 24-01-2021
Çavuşoğlu: “Fərman İsmayılovun nəşinin Azərbaycana göndərilməsi üçün addımlar atılacaq”
01:30 / 24-01-2021
Ceyhun Bayramov hücum edilən Türkiyə gəmisinin kapitanı ilə danışıb
01:25 / 24-01-2021
Şamaxıda palçıq vulkanı püskürüb
01:19 / 24-01-2021
XİN rəhbərləri Türkiyə gəmisinə hücumu müzakirə ediblər
01:11 / 24-01-2021
Vəkillər Kollegiyasının daha bir üzvü vəfat edib - Foto
00:01 / 24-01-2021
Dəniz quldurları Türkiyəyə məxsus gəmini girov götürüb, azərbaycanlını qətlə yetiriblər
23:37 / 23-01-2021
Novruz çərşənbələrinin vaxtı məlum olub
23:27 / 23-01-2021
Azərbaycanın yığma komandası Belçikada oynayacaq
23:17 / 23-01-2021
“Nyu-York Tayms”: “Repressiya Putinin yeganə üsuludur”
23:05 / 23-01-2021
Eldar Quliyev "İstiqlal" ordeni ilə təltif edilib - Sərəncam
23:01 / 23-01-2021
İlham Əliyev Xalq artistinə təbrik məktubu yazıb
21:39 / 23-01-2021
Trampın qızına livanlı nişanlısından qiymətli hədiyyə
23:47 / 19-01-2021

17:09 / 22-01-2021

21:26 / 23-01-2021

15:06 / 22-01-2021

15:21 / 23-01-2021

17:29 / 20-01-2021

12:07 / 22-01-2021

22:49 / 22-01-2021

17:39 / 22-01-2021

01:30 / 24-01-2021

21:46 / 21-01-2021

23:37 / 23-01-2021

Deputat: “Qarabağda dünyanın nüfuzlu banklarının filiallarının açılmasına nail olmalıyıq” - Müsahibə
Tarix: 26-12-2020 21:55 | Bölmə: Müsahibə

Qüdrət Həsənquliyev: “Qarabağın bərpası üçün ora investisiya qoyuluşunu stimulllaşdırmalı, investorlar ən azı on il bütün növ vergilərdən tam azad olunmalı, növbəti on ildə isə 50% həcmində vergi ödəməlidır”
Reyting.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:
- Qüdrət bəy, Türkiyə-İsrail münasibətlərinin yaxşılaşdırılması və bu məsələdə Azərbaycanın səyləri barədə mətbuatda müəyyən yazılar dərc olunur. Hazırkı anda bunu mümkün sayırsınız?
- Azərbaycan Respublikasının Prezidenti zamanında Türkiyə-Rusiya münasibətlərinin də yaxşılaşdırılması üçün müəyyən işlər görmüşdü və bu səylər uğurla nəticələnmişdi. İsraillə münasibətlərdə bu niyə olmasın? Bizim İsraillə etimadlı dost münasibətlərimizin olması, o cümlədən hər iki dövlətin maraqlarının dostluq və əməkdaşlıq etməkdən keçməsi nəticənin pozitiv olacağına ümid verir. Mən istərdim Azərbaycan İran-İsrail münasibətlərinin də yaxşılaşdırılmasında da öz vasitəçilik missiyasını təklif etsin. Bu, hər iki dövlətin və regionun təhlükəsizliyi üçün çox vacibdir. Həm də İran bizə Ermənistanla münasibətlərin tənzimlənməsində öz vasitəçiliyini təklif etmişdi. Eyni zamanda ərəb ölkələrinin bir-birinin ardınca İsraildə səfirliklər açdığını da nəzərə alıb Azərbaycan qısa müddətdə İsraildə səfirliyini açmalıdır.
- Büdcə müzakirələri zamanı böyük özəlləşməyə gedilməsini, dövlətə məxsus Qapalı Səhmdar Cəmiyyətlərin səhmlərinin 49%-nin satışa çıxarılmasını təklif etdiniz. Təkliflərinizin nəzərə alınma ehtimalı nə qədərdir?
- Prezident dövlət əmlakından istifadənin səmərəliliyinin artırılması, o cümlədən bəzi dövlət müəssisələrinin özəlləşdirilməyə çıxarılmasını təmin etmək üçün Dövlət İnvestisiya Holdinqi yaradıb. 2021-ci ildə vergi və gömrük orqanları birlikdə qeyri-neft sektorundan 9 milyard manat vəsait toplayacaq, bu, 10 milyonluq ölkə üçün çox kiçik rəqəmdir. Bizə iqtisadiyyatda böyük sıçrayış lazımdır. İqtisadiyyatın aparıcı sahələri dövlətin nəzarətindədir. 74 illik dövlət mülkiyyətinə əsaslanan sovet sosialist təsərrüfat sistemi özünü doğrultmadı və iqtisadiyyatı neft ixracından asılı olan Sovetlər Birliyi neftin qiymətinin 9 dollara düşməsi ilə çökdü. Ona görə hər dəfə söyləyirəm ki, dövlət bizneslə məşğul olmamalı, iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalıdır. Dövlət müəssiələrində xərclər bəzən ağlasığmaz dərəcədə şişirdilir. Ona görə də büdcəyə az miqdarda vergi ödəyir, dövlət zəmanəti ilə xarici banklardan kredit götürür və həmin kreditləri də gəlirlə işləmədikləri üçün geri qaytara bilmirlər və nəticədə özləri yox, sonradan həmin vəsaiti biz büdcədən qaytarırıq. Ona görə geniş miqyasda özəlləşdirməyə getmədən sürətli iqtisadi inkişafı təmin etmək mümkün olmayacaq. Özəlləşdirilməyə gedilməsi beynəlxalq standartlara cavab verən maliyyə idarəçiliyinə, şəffaflığa və hesabatlılığa, o cümlədən sağlam rəqabətə geniş imkanlar açacaqdır. Bunlarsız isə güclü iqtisadiyyata sahib olmaq mümkün deyil.
- Siz eyni zamanda Qarabağın bərpası üçün hökuməti BMT-dən yardım istəməyə çağırmısınız. Beynəlxalq birliyin bərpa işlərinə kömək etmək ehtimalı nə qədərdir?
- Azərbaycan hər il BMT-yə 122 min dollara qədər üzvlük haqqı ödəyir. Biz ona görə bu təşkilata üzv olmuşuq və bu qədər üzvülük haqqı ödəyirik ki, BMT beynəlxalq sülhü və təhlükəsizliyi təmin etsin. Amma çox təəssüf ki, BMT TŞ-nın nüvə silahına sahib beş daimi üzvü beynəlxalq hüquq normalarını bir kənara tullayaraq bu təşkilatdan beynəlxalq aləmdə öz maraqlarını təmin etmək üçün istifadə edirlər. Məhz onların, yumşaq desək, öz vəzifələrinə səhlənkar yanaşması və ondan sui-istifadə etməsi nəticəsində bir milyon azərbaycanlı 30 ildir məşəqqətli qaçqın və köçkün həyatı yaşayır. Torpaqlarımız 30 il idi işğal altında qalmışdı, hələ bu gün də bir hissəsinə nəzarət edə bilmirik. İşğal olunmuş ərazilər yerlə-yeksan edilib, bir hissəsi isə işğalçı ölkə tərəfindən məskunlaşdırılıb. Ona görə Milli Məclisdə çıxışım zamanı qeyd etdim ki, BMT bərpa işlərinə əhəmiyyətli ölçüdə yardım etməsə onu ABŞ-da məhkəməyə verməliyik.
2010-cu ildə BMT-nin Nepaldan olan sülhməramlılarının Haitidə yaydığı xolera epidemiyası nəticəsində bir milyon insan xəstələnib, 10 min insan həyatını itirmişdi. Buna gğrə BMT-yə qarşı ABŞ məhkəmələrində iddia qaldırdılar. BMT 1946-cı ildə qəbul olunmuş Konvensiya ilə ona verilmiş immunitet hüququndan istifadə edərək məhkəmə baxışından və beləliklə də məsuliyyətdən yayındı. Amma BMT Baş katibi Haitidən üzr istədi, onlara kömək məqsədilə xüsusi fond yaratdı. Haiti istədiyinə nail olmasa da problemini dünya miqyasında ictimailəşdirdi və BMT-nin öz funksiyalarını layiqincə yerinə yetirmədiyini beynəlxalq birliyin diqqətinə çatdırdı.
Bununla yanaşı biz Qarabağın bərpası üçün ora investisiya qoyuluşunu stimulllaşdırmalı, investorlar ən azı on il bütün növ vergilərdən tam azad olunmalı, növbəti on ildə isə 50% həcmində vergi ödəməlidır.
Qarabağda dünyanın nüfuzlu banklarının filiallarının açılmasına nail olmalıyıq. Qarabağa daxili imkanlar hesabına investisiya cəlb etmək üçün vətəndaşlara öz vəsaitlərini gəlirli və təhlükəsiz sahələrə yatırmalarına kömək etmək məqsədilə məsləhətlər vermək üçün İqtisadiyyat Nazirliyi geniş xidmət sahələri yaratmalıdır.
- Prezident regionun bütün dövlətlərinə əməkdaşlıq təklif etdi, o cümlədən Ermənistana. Sülh sazişi imzalanmadan bu əməkdaşlığı mümkün sayırsınızmı?
- Ermənistanla sülh sazişinin imzalanması və əməkdaşlıq məsələləri Ermənistandan daha çox Rusiyadan asılıdır. Dünya təcrübəsində Rusiya ilə Yaponiya əməkdaşlıq etsələr də 2-ci Dünya savaşından sonra hələ də sülh sazişi imzalamayıblar. Biz qalib ölkə olduğumuzdan bu istiqamətdə daha çevik siyasət yürütməliyik. Məsələn, sülh sazişi imzalanmadan belə sərhədlərimizi Ermənistan vətəndaşlarına açıb, Ermənistana digər MDB ölkələri ilə olan hüquqi rejimi tətbiq edə bilərik. Bu, Ermənistan dövlətindən işğal etdiyi ərazilərdə törətdiyi vandalizmə görə kompensasiya tələbimizdən imtina kimi başa düşülməməli və biz müharibə canilərinin ədalət mühakiməsi qarşısına çıxarılması üçün əlimizdən gələni etməliyik. Amma sözsüz ki, Ermənistanla sərhədləri ilk növbədə, birtərəfli qaydada olmuş olsa belə, qardaş Türkiyə açmalı, ermənilərin Türkiyəyə vizasız gediş-gəlişinə şərait yaratmalıdır. Bir müddət sonra isə öncə qeyd etdiyim addımları biz ata bilərik. İşğal altında qalmış digər torpaqlarımız üzərində suveren hüquqlarımızın bərpası üçün müharibə variantını bir kənara qoyub suverenliyimizin və ərazi bütövlüyümüzün müharibəsiz bərpası olunması, müasir dövlət quruculuğu istiqamətində çalışmalıyıq.
- Sosial Tədqiqatlar Mərkəzinin son sorğusunun nəticələrəni bəzi adamlar şübhə altına alır, onun rəhbəri Zahid Orucu ruspərəstlikdə, Türkiyəni sevməməkdə və s. bu kimi absurd məsələlərdə ittiham edirlər. Siz həmin qurumun keçirdiyi sorğuların mötəbərliyinə nə dərəcədə inanırsınız?
- Zahid Orucun fəaliyyətini yaxından izləməyənlər və sorğunun nəticəri ilə tam tanış olub onu ciddi təhlil etməyən insanlar, yumşaq desək, belə ədalətsiz mövqe sərgiləyə bilər. Həmin sorğuda iştirak edənlərin yalnız 1% bildirib ki, Rusiya sülhməramlıları təkbaşına uğurlu ola bilər. Respondentlərin 95,1%-i bildirib ki, Azərbaycan bayrağı ilə bərabər Türkiyə bayrağına da sevgi duyurlar. Bu rəqəmlər rəsmi nəticələrdə öz əksini tapıb və ictimaiyyətə açıqlanıb. Məgər bu, xalqımızın ümumi əhval-ruhiyyəsini əks etdirmirmi? Hardadır burda ruspərəstlik və Türkiyəni sevməmək?
Zahid Oruc öz xalqını sevən və onun üçün fədəkarlıq etməyə hazır olan bir siyasətçidir. O, utopiyadan uzaq və realistdir. Zahid Oruc ölkəmizin və bölgənin xoş gələcəyini Türkiyə, Azərbaycan və Rusiyanın sıx əməkdaşlığında görür. Xalqımız üçün nəyin doğru və faydalı olduğunu düşünürsə, onu deyir. Kim istəsə, onun fikirləri ilə razılaşmaya bilər və bu çox normaldır. Amma onu milli maraqları nəyəsə qurban verməkdə günahlandırmaq ən böyük günahdır.
Bölməyə aid digər xəbərlər

9-01-2021, 17:58
Politoloq: “Zəngəzur dəhlizində Rusiyanın da marağı var” - Müsahibə
28-12-2020, 18:37
Hikmət Hacıyev: "UNESCO Ermənistanın qanunsuz əməllərinə adekvat reaksiya verməlidir" - Müsahibə
26-12-2020, 21:55
Deputat: “Qarabağda dünyanın nüfuzlu banklarının filiallarının açılmasına nail olmalıyıq” - Müsahibə
19-12-2020, 19:02
Rəşad Mahmudov: “Antiviral müalicələr xəstəxanalara müraciətləri 90 faiz azalda bilər” - Müsahibə
15-12-2020, 10:19
Sülhəddin Əkbər: “Bizi müharibə potensialı olan üç böyük problemli məsələ gözləyir” - Müsahibə
12-12-2020, 12:17
Aqil Abbas: “Ortada Zəngəzur söhbəti var...” - Müsahibə
2-12-2020, 13:51
Deputat: “Ermənistanın siyasi elitası barış barədə yox, revanş haqqında danışır” - Müsahibə
1-12-2020, 17:10
Sabiq komandir: “Türkiyə ordusu Laçın dəhlizindəki postlararası patrul xidmətinə cəlb edilməlidir” - Müsahibə
25-11-2020, 13:14
Tofiq Zülfüqarov: “Qarabağda hansısa mərhələdə ruslar, hansısa mərhələdə türklər aktiv görünəcək” - Müsahibə
20-11-2020, 11:25
Deputat: “Rusiya və digərlərində qıcıq doğuran odur ki, Türkiyə niyə böyük heyətlə gəlir” - Müsahibə
18-11-2020, 14:19
Ayaz Mütəllibov: “Türk ordusunun ölkəmizə gəlişini müsbət qiymətləndirirəm” - Müsahibə
11-11-2020, 20:14
Məhərrəm Əliyev: “Türkiyə Rusiya ilə birlikdə Qarabağda nəzarət funksiyasını həyata keçirəcəkdir” - Müsahibə
11-11-2020, 10:58
Deputat: “Prezidentin “Qarabağ bizimdir!” şüarına heç kim şübhə etməsin” - Müsahibə
7-11-2020, 17:53
Xocalının sabiq icra başçısı: “Xocalının azad olunan kəndləri Xocalıdan daha çox Şuşaya yaxındır” - Müsahibə
25-10-2020, 09:52
Yaqub Məmmədov: “Azərbaycan bayrağı Şuşada da, Xankəndində də dalğalanacaq” - Müsahibə
15-10-2020, 17:09
Hikmət Hacızadə: “Rusiyanın Qarabağa sülhməramlı qüvvə yerləşdirməsinə imkan verməməliyik” - Müsahibə
13-10-2020, 09:45
Politoloq: “Müharibə davam edəcək” - Müsahibə
12-10-2020, 12:38
Rusiyalı ekspert: “Gəncədə baş verənlər terror aktıdır”
11-10-2020, 12:21
Politoloq: “Türkiyə atəşkəsi uzatmağa razı olmayacaq” - Müsahibə
2-10-2020, 13:27
Metyu Brayza: “Makronun bəyanatı şokedici idi” - Müsahibə
25-09-2020, 14:34
Hərbi ekspert: “Ermənistan başa düşür ki, təkbaşına müharibəyə başlasa uduzacaq” - Müsahibə
22-09-2020, 19:00
Vahid Əhmədov: “İşğaldakı ərazilərimizi azad etmək üçün tarixi şans yaranıb” - Müsahibə
19-09-2020, 20:07
Keçmiş diplomat: “Azərbaycanda sabitliyi pozmaq istəyirlər” - Müsahibə
16-09-2020, 17:51
Qabil Hüseynli: “Türkiyə Cənubi Qafqaz uğrunda Rusiya ilə toqquşmalı olacaq” - Müsahibə
10-09-2020, 14:38
Mehman Əliyev: “Əli Həsənovun böyük siyasi iddiaları var idi” - Müsahibə
2-09-2020, 16:47
Rüstəm Behrudi: “Əgər deyilənlər həqiqətdirsə, onda Ramiz Mehdiyev bu xalqın düşmənlərindən biridir” - Müsahibə
2-09-2020, 13:32
Adil Əliyev: “Ramiz Mehdiyev Azərbaycanı ən azı 30 il geriyə sürükləmək istəyir” - Müsahibə
26-08-2020, 17:44
“Ramiz Mehdiyev dövlət və dövlətçilik üçün təhlükəlidir” - Müsahibə
23-08-2020, 18:04
Partiya sədri: “Azərbaycan Türkiyə ilə hərbi ittifaq sazişi bağlamalıdır” - Müsahibə
21-08-2020, 14:59
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
19-08-2020, 15:30
Deputat: “Xalq Lukaşenkonun kobud, kolxozsayağı davranışını qəbul etmək istəmir” - Müsahibə
18-08-2020, 12:56
Sərdar Cəlaloğlu: “Azərbaycan və Türkiyənin vahid orduya keçməsinin tərəfdarıyam” - Müsahibə
12-08-2020, 12:41
Deputat: “Türkiyə Qarabağın işğaldan azad olunması üçün Rusiya ilə danışıqlar aparmalıdır” - Müsahibə
12-08-2020, 11:19
Vahid Əhmədov: “Struktur dəyişiklikləri baş verəcək” - Müsahibə
6-08-2020, 12:18
Azərbaycanlı həkim: "Koronaviruslu xəstələrin 97%-də simptomlar 11-12-ci günlərdə üzə çıxır"
27-07-2020, 12:25
CXP sədri: “Rusiya Qafqazdan getməli olacaq” - Müsahibə
19-07-2020, 18:17
Politoloq: “General Polad Həşimovun vurulmasına dair şübhələr gəlib bir ölkənin üzərində durur” - Müsahibə