15:20 / 16-09-2025
Bakıda Beynəlxalq Kitab Sərgisi keçiriləcək
15:11 / 16-09-2025
Cəlilabadda məktəbli bıçaqlanıb
15:07 / 16-09-2025
Nigar Köçərlinin kitabları müsadirə olunub? - Açıqlama
14:55 / 16-09-2025
Alla Puqaçovanın son müsahibəsi 16 milyondan çox baxış toplayıb
14:50 / 16-09-2025
Prezident iqamətgahı üzərindən uçan PUA ələ keçirilib
14:44 / 16-09-2025
İsrail iqtisadiyyatını ağır sınaqlar gözləyir
14:06 / 16-09-2025
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub - Yenilənib
13:39 / 16-09-2025
Prezidentlər Füzulidən sonra Şuşaya gediblər - Fotolar
13:31 / 16-09-2025
Zülfüqarov: Xankəndidə terror törətməklə bir neçə məqsədə çatmaq istəyiblər
13:27 / 16-09-2025
Sabah yağış yağacaq
12:57 / 16-09-2025
Əliyar Ağayev “Bayer”in oyununa təyinat alıb
12:53 / 16-09-2025
Əlisəmid Kür reanimasiyaya yerləşdirilib
12:45 / 16-09-2025
Deputat: “Əvvəlcə ingilis-rus, sonra Azərbaycan dilində yazırlar”
12:39 / 16-09-2025
“Qərbi Azərbaycanın Səsi”nin əhəmiyyəti hiss olunur
12:05 / 16-09-2025
Məleykə Abbaszadə: "İmtahanlarda ən aşağı nəticə coğrafiya və kimya fənləri üzrədir"
11:57 / 16-09-2025
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
11:51 / 16-09-2025
DİM sədri: buraxılış imtahanlarında yeni test modeli tətbiq ediləcək
11:46 / 16-09-2025
Makqreqor prezident olmaq niyyətindən əl çəkir
11:42 / 16-09-2025
İlin ikinci Günəş tutulması baş verəcək
11:39 / 16-09-2025
Paşinyanı impiçment etmək istəyirlər
11:13 / 16-09-2025
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub
11:10 / 16-09-2025
Dörd ölkədən Azərbaycana bəzi məhsulların idxalına məhdudiyyət qoyulub
11:06 / 16-09-2025
Trampın London səfəri: kral Uels şahzadəsini önə verəcək
10:59 / 16-09-2025
Nazir: “Müharibə 60 və ya 90 günə bitə bilər”
10:49 / 16-09-2025
Rusiyanın komandanlıq məntəqələri vurulub
10:37 / 16-09-2025
Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
10:28 / 16-09-2025
Tramp qəzetdən 15 milyard dollar təzminat istəyir
10:20 / 16-09-2025
“Formula-1” ilə əlaqədar əhaliyə müraciət edilib
20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

22:10 / 12-09-2025

09:10 / 12-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

00:21 / 12-09-2025

Yaqub Məmmədov: “Ermənistandakı seçkilərdən çox şey asılıdır” - Müsahibə
Tarix: 25-05-2021 10:04 | Bölmə: Müsahibə

Parlamentin sabiq sədri: “Paşinyan hakimiyyətdə qalmasa və radikallar hakimiyyəti götürsə, zənnimcə, gərginlik davam edə və bir qədər də kəskinləşə bilər. Ancaq onların nə etməsindən asılı olmayaraq, bu, Ter-Petrosyanın dediyi kimi, erməni xalqının ziddinədir”
Hazırda Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin müəyyənləşdirilməsi prosesi gedir. Ermənistan tərəfi buna mane olmağa çalışsa da, delimitasiya və demokrasiya prosesi qaçılmazdır və Azərbaycanın sərhədboyu ərazilərinin işğal altında saxlanmasına son qoyulacaq.
Azərbaycan parlamentinin sabiq sədri, professor Yaqub Məmmədov Reyting.az-a müsahibəsində həm Azərbaycan-Ermənistan sərhəddində baş verənlərdən, həm də yeni üçtərəfli sazişin bağlanacağı barədə iddialardan danışıb:
- Sözsüz ki, sərhədlərin müəyyənləşdirilməsi gerçək olacaq.
Hazırda iddialar var ki, üçtərəfli saziş imzalana bilər. Məncə, bu sazişin imzalanmasını, sazişdə hansı məqamların olmasını gözləmək lazımdır.
Hələlik Ermənistanda seçki prosesidir və orada müxtəlif yanaşmalar irəli sürülür. Qənaətimcə, Ermənistanda seçkilər başa çatdıqdan sonra bir sıra məsələlər aydınlaşacaq və bəlli olacaq ki, istiqamət hara gedir. Görək hakimiyyətə hansı qüvvələr gələcək, onlar bu müqaviləyə necə reaksiya verəcəklər. Odur ki, erməni mətbuatında yazılanları, deyilənləri izləmək olar, amma bir qədər də gözləmək lazım gəlir. Mənə elə gəlir ki, indi proqnoz vermək bir qədər çətindir.
- Levon Ter-Petrosyan dünən xüsusi məqalə ilə çıxış edib. Sabiq prezident bildirib ki, Ermənistan vaxtında güzəştlərə gedərək “ləyaqətli” saziş imzalamaqdan qaçıb və nəticədə ağır məğlubiyyətlə üzləşməli olub. Birinci prezident hesab edir ki, erməni elitası son müharibədən də nəticə çıxarmayıb və bu, ölkəni yeni məyusluğa aparır...
- Levon Ter-Petrosyanın əvvəlcədən mövqeyi belə idi ki, bu münaqişə danışıqlar vasitəsi və sülh yolu ilə həll olunmalıdır. Levon müharibə tərəfdarı deyildi. Mən də onunla müzakirə aparmışam.
Ter-Petrosyan məndən sonra səhv etmirəmsə, iki dəfə rəhmətlik Heydər Əliyevlə görüşdü. Onun məsələyə dair konkret mövqeyi və baxışları var idi. Buna görə də Xankəndində olan radikallar onu hakimiyyətdən uzaqlaşdırdılar, dövlət çevrilişi ilə onu qovdular.
Bəli, Ter-Petrosyan məsələlərə daha praqmatik yanaşırdı, Azərbaycanla münasibətlərin pisləşməsinin tərəfdarı deyildi. Onun əvvəllər də yazıları olmuşdu, fikirləri aydın idi. Onunla görüşüm zamanı da mövqeyi belə idi ki, məsələni müharibə ilə həll etmək olmaz, danışıq və sülhlə yoluna qoymaq lazımdır.
- Ter-Petrosyan da iyunun 20-də keçiriləcək parlament seçkilərində iştirak edəcək. Yaxın dövr üçün Ermənistanla bağlı proqnozunuz necədir?
- Hələ Ermənistanda bir müddət söz davası gedəcək. Mətbuatda müxtəlif tipli yazılar dərc olunacaq, oradakı radikal qüvvələr öz sözlərini deyəcək, hakimiyyəti ittiham edəcəklər və s. Deyə bilmərik ki, orada seçki bitən kimi hər şey qaydasına düşəcək. Müəyyən müzakirələr gedəcək. Əsas məsələ odur ki, hakimiyyətə gələn qüvvələr daha praqmatik, daha real siyasət yeritsinlər. Bu baş verərsə, münasibətlər bərpa oluna bilər. Bu mənada seçkilərdən çox şey asılıdır.
- Yəni seçkilərin nəticəsi istiqaməti dəyişə bilər?
- Paşinyan hakimiyyətdə qalmasa və radikallar hakimiyyəti götürsə, zənnimcə, gərginlik davam edə və bir qədər də kəskinləşə bilər. Ancaq onların nə etməsindən asılı olmayaraq, bu, Ter-Petrosyanın dediyi kimi, erməni xalqının ziddinədir. Bu işin perspektivi yoxdur.
Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi bitib, belə bir münaqişə artıq yoxdur. Onlar heç nə əldə edə, yenidən bizimlə müharibə apara bilməzlər. Onların ordusu da qalmayıb, iqtisadi baxımdan imkanları da yoxdur ki, ordu qursunlar. Sadəcə, söz davasıdır, təxribat edə bilərlər.
- Samvel Babayan adlı ekspert erməni hökumətinə təklif edib ki, təcili peşəkar ordu qursun...
- Onlar peşəkar ordu yaratmağa çalışsınlar. Axı biz də yerimizdə saymırıq ki, lazım olanı edəcək, tədbirlər görəcəyik.
Bir daha qeyd edim ki, ermənilər müharibə variantı ilə heç nə edə bilməyəcəklər. Verdikləri bəyanatları daha çox ölkə daxilinə hesablanıb. Yəni boş şeylərdir.
Azərbaycanın dövlət başçısı çıxışlarında qəti və birmənalı şəkildə deyir ki, bizim üçün Dağlıq Qarabağ problemi yoxdur. İlham Əliyev bunu elə-belə demir... Əliyev vəziyyəti bizdən çox bilir, daha dəqiq məlumatlara malikdir və prosesi bilavasitə idarə edən şəxsdir. Ona görə də, inamlı və qəti şəkildə deyir ki, problem bitib.
- Avropa parlamentinin bir qrup deputatı Azərbaycanın terrorçu elan etdiyi şəxslərin Ermənistana qaytarılmasını, Qənimətlər parkının ləğvini istəyir. Bu kimi məsələləri nəzərdə tutan bəyanatı necə şərh edə bilərsiniz?
- Buna təbii yanaşmaq lazımdır. Bizimkilər buna reaksiya veriblər və mən də bu reaksiyalara qatılıram.
Avropa parlamenti niyə indiyə qədər qərar vermirdi? Onun qərarına baxan kimdir, nə qərar və bəyanat istəyirsə, versin. Bizim Milli Məclis və Xarici İşlər Nazirliyi onlara müvafiq cavab verib və mən bu cavabla həmrəyəm. Hesab edirəm ki, onlara o qədər də əhəmiyyət vermək lazım deyil. Çünki məsələ o səviyyədə həll edilmir. Daha doğrusu, biz məsələni həll etmişik.
- ATƏT-in Minsk qrupunun səs-sorağı gəlmir. Onlar bundan sonra prosesdə hansı formada iştirak edə bilərlər?
- Onların səsi gəlmir, ümumiyyətlə hiss olunmurlar. Bu gün real olaraq onların fəaliyyəti görünmür. Görək sonrakı mərhələdə necə olacaq.
- Deyirsinz ki, bu prosesdə əsas oyunçu Rusiya və Türkiyədir?
- Təbii. Görünür Qərb dövlətləri də bununla razıdır. Erməni diasporu əsassız hay-küy salır. Amma Qərb ölkələri tərəfindən böyük çağırışlar hiss olunmur.
- Azərbaycanın dövlət başçısı bəyan etdi ki, Ermənistanla sülh müqaviləsi imzalamağa hazırıq. Bu nə zaman baş verə bilər?
- Saziş mütləq olacaq, sadəcə, geci-tezi var. Ermənistanın başqa yolu yoxdur, sülh müqaviləsi imzalamasa dövlət kimi çökəcək, sosial problemlər baş alıb gedəcək, böyük intriqa və çəkişmələr müşayiət olunacaq. Beləcə, erməni dövlətçiliyi real təhlükə ilə üzləşəcək. Onlar bunu başa düşməli və sülh müqaviləsi imzalamalıdır.
Ermənistandakı radikallar bu reallıqları yaxşı anlayırlar. Sadəcə, bu problemi onlar yaradıblar, bəhrəsini görüblər və indi də bunu əldən vermək istəmirlər. Problemi radikallar və onlara dəstək verənlər yaradıblar.
Bu məsələnin birmənalı və birdəfəlik həlli bizim Rusiya ilə yaxşı münasibətlər qurmağımızdan asılıdır. Dəfələrlə demişik ki, bu məsələnin həlli Rusiya ilə bağlıdır. Rusiyada öz sözünü dedi.
- Rusiya növbəti mərhələdə başqa yol seçməzmi?
- Bunu demək çətindir. Bu, həm bizdən asılıdır, həm də Putindən sonra Rusiyada rəhbərliyə kimin gəlməsindən...
- Düşünürsünüz ki, Vladimir Putin hakimiyyətdən gedə də bilər?
- Mən belə hesab etmirəm, ancaq əbədi heç nə yoxdur. Hər şey dəyişir, geci-tezi var. Demək olmaz ki, Putin ömür boyu prezident olacaq. Bioloji faktor kimi onun da yaşayış müddəti var. Hər halda Putinin bizə münasibəti yaxşıdır.
Bəzi məqamları qeyd edə bilərəm. Bütün prezidentlər ümumi qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Yeganə Vladimir Putin bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və müharibə Azərbaycan ərazilərində gedir. Yəni Putin istisna olmaqla başqaları belə fikirlər işlətməyib.
Əlbəttə, mən burada Türkiyənin rolunu da vurğulamaq istərdim.
Mixail Qarbaçovdan və Boris Yeltsindən fərqli olaraq görünür ki, Putinin bizə münasibəti çox yaxşıdır.
Boris Yeltsin elə bu işlərin başında dururdu. Açıq-aşkar ermənilərin tərəfini tuturdu. Mənim Yeltsinlə təmasım olmuşdu, onunla dəfələrlə danışmışdım...
- Boris Yeltsin Qarabağ münaqişəsinə necə yanaşırdı?
- Boris Yeltsin deyirdi ki, problemi özünüz danışıb həll edin, biz işinizə qarışmırıq. O tərəfdən də ermənilərə silah-sursat verirdilər. Ermənistanda qoşunları vardı, 366 polkları xüsusi canfəşanlıq edirdi, eləcədə Cənub Hərbi Dairəsində olan orduları da Ermənistana kömək edirdi. Bir sözlə, Rusiya o zaman Ermənistana hərtərəfli dəstək verirdi.
Reyting.az
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə