18:09 / 05-07-2025
Mingəçevirdə iki qayıq toqquşub - Beş nəfər xəsarət alıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
14:16 / 05-07-2025
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - Sərəncam
12:19 / 05-07-2025
“AzerGold”-un qiymətli metal satışından gəlirləri artıb
12:09 / 05-07-2025
Beş kollecə direktor təyin ediblər - Siyahı
12:04 / 05-07-2025
Sadiq Qurbanov: “Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın qələbəsidir”
10:36 / 05-07-2025
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - Video
10:35 / 05-07-2025
Türkiyəyə güclü qar yağıb
10:31 / 05-07-2025
Kürdə boğulan 19 yaşlı gəncin meyiti tapılıb
10:09 / 05-07-2025
Azərbaycanlı “qanuni oğru”lar barədə qərar verilib
09:26 / 05-07-2025
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb
19:49 / 04-07-2025
Şəmkirdə üç uşaq göldə batıb - Yenilənib
19:48 / 04-07-2025
İran prezidenti Qarabağa gəlib - (Yenilənib)
19:46 / 04-07-2025
Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları müzakirə olunub - Fotolar
19:14 / 04-07-2025
Ərdoğanı Füzulidən yola salıblar - (Yenilənib) - Foto
18:42 / 04-07-2025
İlham Əliyevlə İran prezidenti arasında görüş olub - Fotolar (Yenilənib)
18:35 / 04-07-2025
Ukrayna və ABŞ prezidentləri telefonla danışıblar
18:25 / 04-07-2025
Müsavat Rusiya səfirliyi qarşısında aksiya keçirmək istəyir
18:19 / 04-07-2025
DTX-nın saxladığı sabiq diplomatın məhkəməsi başlayıb
18:01 / 04-07-2025
Ali Məhkəmə inzibati mübahisələrə dair işlərlə bağlı qərar qəbul edib
17:42 / 04-07-2025
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
17:21 / 04-07-2025
Deputatlar daha 15 qanuna dəyişiklik edəcək - Siyahı
17:05 / 04-07-2025
Fransada “səssiz etiraz”: ABŞ demokratiyasına şübhə ilə yanaşırlar
16:59 / 04-07-2025
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
16:33 / 04-07-2025
ECO-nun növbəti sammiti İranda keçiriləcək
16:31 / 04-07-2025
Ərdoğan ilə Pezeşkian Xankəndidə görüşüblər
16:20 / 04-07-2025
Meyxanaçı azadlığa buraxılıb
16:17 / 04-07-2025
Azərbaycan diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
16:01 / 04-07-2025
Xankəndidə 17-ci Zirvə görüşü: ölkə başçıları mesajlar verir - (Yenilənib) - Fotolar
15:47 / 04-07-2025
Üç şəhidimiz Kəlbəcərdə dəfn edilib - Fotolar
21:03 / 30-06-2025

13:01 / 01-07-2025

13:16 / 02-07-2025

14:40 / 03-07-2025

07:52 / 01-07-2025

12:16 / 02-07-2025

19:48 / 04-07-2025

10:26 / 02-07-2025

15:33 / 02-07-2025

14:53 / 01-07-2025

16:55 / 02-07-2025

Zərdüşt Əlizadə: “Turan ordusu, pantürkizm... bunlar nağıldır” - Müsahibə
Tarix: 21-06-2021 10:17 | Bölmə: Müsahibə

Politoloq: “Türkiyənin NATO daxilində imkanları genişlənir. Rusiyalı siyasətçilər və təbliğatçılar isə bağırırlar ki, Turan birliyi yaranır, Turan ordusu gəlir. Hansı Turan? Fikrimcə, bunlar real məsələlər deyil”
İyunun 15-də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Şuşa Bəyannaməsi imzalanıb. Politoloq Zərdüşt Əlizadə Reyting.az-a müsahibəsində Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışıb:
- Şuşa Bəyannaməsini oxuduqda anlayırsan ki, Azərbaycan və Türkiyə arasında buna qədər imzalanan digər əməkdaşlıq və qarşılıqlı kömək haqqında sənədlərlə müqayisədə yeni heç nə yoxdur. Bundan əvvəl bu iki dost ölkə arasında imzalanan sazişlərdə qeyd edilib ki, Azərbaycan Tükiyəyə müraciət edə, Türkiyə də Azərbaycana kömək edə bilər. Eynilə də Türkiyə bizə müraciət edə və Azərbaycan köməklik göstərə bilər.
Şuşa Bəyannaməsinin əhəmiyyəti nədədir?
İlk dəfə və müharibədən sonra tam açıq şəkildə deyilir ki, Azərbaycana qarşı üçüncü dövlət müharibəyə başlasa qarşısında Türkiyəni görəcək. Yəni Şuşa Bəyannaməsində açıq yazılıb ki, hər hansı dövlət əlini Azərbaycana uzatsa həm də Türkiyə ilə qarşılaşacaq. Məlum məsələdir ki, bu, kimə yönəlib. İndiki şəraitdə Azərbaycan-Rusiya münasibətləri normal olsa da, bu, Rusiya və Ermənistana xəbərdarlıqdır. Yəni Azərbaycana qarşı hər hansı hücum və təcavüz əməliyyatı olarsa, Azərbaycan bunun qarşısını tək deyil, Türkiyə ilə bilikdə alacaq.
- Bu Bəyannamə Azərbaycan ərazilərinin tam qarantiyaya alınmasına təminat verirmi?
- Diplomatiya böyük prosesdir. Diplomatiyada mərhələlər olur, şərait nəzərə alınır. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək, Rusiya sülhməramlılarının nəzarətində qalan ərazilər üzərində nəzarəti təmin etmək üçün ağıllı və gərgin işləməlidir. Burada əsas məsələ tankların, ordunun, silahların sayı deyil, diplomatik qabiliyyət və fəaliyyətdir. Əgər Azərbaycan Ermənistanda və Qarabağda yaşayan erməni əhali ilə normal münasibətlər yarada bilsə və bunu dünyaya göstərsə, bir müddətdən sonra Rusiyaya sakitcə deyə bilərik ki, qardaş, biz erməni əhali ilə barışmışıq, onların təhlükəsizliyinə problem yoxdur. Yəni sizin Qarabağda qalmağınıza ehtiyac duyulmur. Ancaq düşmənçilik, inamsızlıq, atışmalar və əsirlər kimi məsələlər davam edərsə, ruslar deyəcək ki, biz burada qalıb təhlükəsizliyi təmin etməliyik, yoxsa müharibə başlayar. Yəni burada məsələ özümüzə qalır. Biz işləri, siyasətimizi elə qurmalıyıq, dünya əmin olsun ki, azərbaycanlılardan ermənilərə təhlükə yoxdur.
- Gələcəkdə Azərbaycanda Türkiyənin hərbi bazalarının yerləşdirilməsini mümkün hesab edirsinizmi? Doğrudur, bunun üçün Azərbaycanın hərbi doktrinasında və qanunlarında bəzi dəyişikliyə ehtiyac var. Eyni zamanda Azərbaycan Qoşulmama Hərəkatında təmsil olunur. Amma buna baxmayaraq, Ərdoğan hərbi baza məsələsini mümkün sayır...
- Rusiyanın Ermənistanda 102-ci hərbi bazası mövcuddur və orada 5 min nəfərlik güclü ordusu, raket-təyyarə sistemi var. Bu baza 44 günlük müharibə zamanı Ermənistana kömək edə bildimi? Yox. Deməli, bu özü-özlüyündə hansısa zəmanətdir. Ümumən baza hər hansı bir hökumətin əlini uzatması üçün dirsək yeridir. Məsələn, ABŞ-ın Azərbaycanda bazası yoxdur, amma bu ölkənin təyyarələri Əfqanıstana uçanda Azərbaycanın hava limanlarından istifadə edirdi. Gəlib burada otururdu, yanacaq doldururdu, mümkündür ki, hansısa yükləri endirir və ya götürərək uçub gedirdi. Əslinə bu da bazadır.
- Demək istəyirsiniz ki, artıq klassik hərbi baza anlayışı əhəmiyyətini itirib?
- Bəli, belədir. Həm də bazanın nə zaman lazım gəldiyi məsələsi vacibdir. Məsələn, ABŞ Atlantik okeanı ilə Sakit okean arasında yerləşir. Onun dünyada 700 bazası var, o cümlədən Avropada. Ən böyük bazası da Kosovadadır. Bu nəyə görədir? Ona görədir ki, ABŞ uzaqdadır. Bu yaxınlarda onlar təlim keçdilər. Bunun üçün xeyli sayda ordunu, silahları təyyarələrlə daşıdılar. Amma Türkiyə Azərbaycandakı hərbi əməliyyatlara qoşulmaq istəsə, sizcə, Türkiyə çoxmu uzaqdadır?
Türkiyə ilə Naxçıvan sərhəddədir. Əgər təhlükə Ermənistandan gələcəksə, Türkiyənin Ermənistanla sərhədləri var. Hamı da bilir ki, Türkiyənin qoşun hissələri iki saatdan sonra İrəvanda ola bilər. Odur ki, “baza” sözü əhəmiyyətini itirir. Sadəcə, bizdə Roma papasından daha çox katolik olmaq istəyən, İlham Əliyevdən daha çox cənab Ərdoğanı sevmək istəyən adamlar var. Yəni bəzi türkçülərimiz ölkəmizi ayaq altına sərməyə hazırdır.
Politoloqlar var və hesab edirlər ki, onların əsas rolu Azərbaycanda Türkiyə bazasının yaradılmasına nail olmaqdır.
Əzizim, baza həm də sənin ölkə kimi süverenliyindən müəyyən qədər imtina etməyin deməkdir.
Baxın, Azərbaycanın döyüş təcrübəsi olan azı 50 minlik ordusu var, yaxşı texnikası, hava qoşunları, xüsusi təyinatlıları - hər şeyi var. Bizə qarşı isə indiki halda 1960 rus sülhməramlısı durub. Həm də nə biz Rusiya ilə, nə də Rusiya bizimlə müharibə aparmaq istəmir. Əksinə, Rusiya çalışır ki, Azərbaycanla əməkdaşlığı möhkəmləndirsin. Ona düşmən Azərbaycan - yəni ikinci Ukrayna və ya Gürcüstan lazım deyil.
Bir tərəfdən də Azərbaycanın Rusiya ilə şimal sərhədləri, Xəzər donanması mövcuddur. Yəni vurmağa imkanlar var. Amma niyə vursun, bəyəm ağlımızı itirmişik?
Rusiyanın Ukrayna, Moldova, Gürcüstan problemləri var. Artıq Ermənistan da Rusiya üçün problemdir, inanılmış müttəfiq deyil. Əksinə, İrəvanla müqayisədə Putinin Azərbaycanla daha sıx münasibətləri, qarşılıqlı inam və etimadı var. Odur ki, bütün bunları nəzərə alaraq tələsməyək.
Qanunlarımızı dəyişib ölkəmizdə xarici ölkə bazasının yerləşdirilməsinə əsas yarada bilərik. Bəs buna ehtiyac varmı? Mən düşünürəm ki, ehtiyac yoxdur.
- Şuşa Bəyannaməsini Rusiyanın maraqlarına uyğun saymanlar kifayət qədərdir. Gələcəkdə bu ölkədən təhlükə gözləmək olarmı?
- Yox. Rusiyanın maraqları 10 Noyabr Bəyannaməsi ilə təsdiqini tapdı. Hansı təhlükə var? Əsas təhlükə ölkə daxilindəki rüşvət, korrupsiya və oğurluqdur.
Azərbaycanın 52 milyard dollar valyuta ehtiyatı var, ordumuz qələbə çalıb, işğaldakı ərazimizin 75 fazini geri qaytarmışıq, qalan 25 faizini isə qaytarmaq üçün də nə etmək lazım olduğunu yuxarıda dedim...
- Zərdüşt bəy, Azərbaycanın nəzarət edə bilmədiyi ərazilərin - Xankəndi, Xocalı və başqa yaşayış məntəqələrimizin taleyi necə olacaq?
- Yuxarıda qeyd etdiyim kimi, ağıllı və diplomatik siyasət lazımdır. Ermənistan və Qarabağda yaşayan ermənilərlə münasibət qurulmalıdır. Əgər barışmaq istəyirsənsə dilinin altına qənd qoy, göstər ki, düşmən deyilsən və xoş məram nümayiş etdir. Lazım gəldikdə, kömək et. Yəni insanlar arasında münasibətlər qurulmalıdır. Qarabağ erməniləri səndən qorxubsa, sən də onlara düşmən olmadığını göstər.
İki erməninin geri qaytarılması üçün dövlət başçısı İlham Əliyevə müraciət etdik. Dedik ki, cinayət törətməyənləri buraxın getsinlər. Minalanmış ərazilərin xəritələri ilə dəyişdik. Bizə 97 min minanın basdırıldığı xəritə verildi. Kim inanacaq ki, orada həqiqətən 97 min mina var? İnanırsınız ki, Birinci Qarabağ müharibəsində - ordudakı nizamsızlıq zamanında, bu minaları basdıranda mühəndis dəqiqliyi ilə xəritələrdə bunu göstəriblər? Mən əmin deyiləm. Ancaq bunun da həlli yolu var. Qarabağ böyük materik deyil, balaca ərazidir. Bir milyard dollar ayır, tender elan et. Dünyada minaları təmizləyən şirkətlər tenderdə iştirak etsinlər, bir ilə ərazi minalardan təmizlənsin. Bununla da Qarabağ olsun tər-təmiz...
- Türkiyə artıq tək Cənubi Qafqazda yox, həm də Əfqanıstandadır. Bəziləri isə iddia edir ki, Şuşa Bəyannaməsi həm də Turana gedən yolun başlanğıcıdır. Yəni Ərdoğan Şuşada hədiyyə aldığı atını Orta Asiyaya və Sibirə doğru çapa biləcəkmi?
- Türkiyənin Əfqanıstanda iştirakçılığı göstərir ki, Ankaranın NATO daxilində həm hörməti, həm də imkanları genişlənir. Bəziləri sevinə-sevinə deyirdilər ki, Türkiyə dinçi, islamçı yanaşma ortaya qoyur, Avropaya yabançıdır və s. Bunlar boş-boş söhbətlərdir. Türkiyə NATO-da ikinci qüdrətli ölkədir. Bəyəm NATO-nun başına at təpib ki, Türkiyədən imtina etsin?
Orta və ya Mərkəzi Asiyaya gəlincə, bu məsələ başqa cürdür. Təsəvvür edin ki, orada bir güləşçinin 130 kiloqram çəkisi var - bu, Çindir. Digər güləşçi də 90 kiloqramdır - bu da Rusiyadır. Buradan da 70 kiloqramlıq Türkiyə gəlir və deyir ki, mən də iştirak edəcəyəm. Bunlar müxtəlif çəkilərdədir. Həm iqtisadi, həm siyasi, həm də bəşəri baxımdan.
Maşallah Türkiyəyə, bizə baxanda çox qüdrətli dövlətdir. Amma meydanda 1,5 milyardlıq Çin və 140 milyonluq Rusiya da var. Həm də bunlar dünyanın ikinci ən böyük nüvə silahına malik ölkələrdir. Eyni zamanda onların Mərkəzi Asiyada 200 illik tarixi, əlaqələri, münasibətləri var. Türkiyə də gəlib orada nəsə iş görə bilər. Ancaq Turan ordusu, pantürkizm, panislamizm... Məncə, bunlar nağıldır.
Ərəb dövlətləri birliyi var. Nə baş verir? Bir-birilə it-pişik kimi yola gedirlər.
Slavyan dövlətləri birliyindən danışmaq mümkündürmü? Bunu mümkün sayanlar Polşa-Rusiya, Ukrayna-Rusiya münasibətlərinə baxsınlar.
Hansı etnik, dini və ya mədəni əsasda birlik ola bilər? Siyasi birlik yalnız mənafe üzərində olur.
Mərkəzi Asiya üçün Türkiyə faydalı tərəf müqabilidir. Həmçinin mümkündür ki, dövlət nümunəsi, ordu quruculuğu təcrübəsidir. Biz Türkiyədən öyrənə bilərik, ancaq hər halda futbol sahəsini yox. Deməli, realist olmaq lazımdır.
Bəli, rusiyalı siyasətçilər və təbliğatçılar bağırırlar ki, Turan birliyi yaranır, ordusu gəlir. Hansı Turan? Fikrimcə, bunlar real məsələlər deyil.
Reyting.az
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə