00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ Evdə görüşüblər - (Yenilənib)
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
16:57 / 17-10-2025
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
16:46 / 17-10-2025
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
16:20 / 17-10-2025
Departament rəisi vəzifədən azad edilib
16:14 / 17-10-2025
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
16:00 / 17-10-2025
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
15:30 / 17-10-2025
Ramiz Mehdiyev 7 saat dindirilib?
15:04 / 17-10-2025
Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
14:47 / 17-10-2025
Maliyyə Nazirliyi: pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk yoxdur
14:29 / 17-10-2025
Prezident konfrans iştirakçılarına müraciət edib
14:15 / 17-10-2025
"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanıb
14:09 / 17-10-2025
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
13:49 / 17-10-2025
Robot azyaşlı dostu ilə kövrək şəkildə vidalaşıb
13:17 / 17-10-2025
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
13:12 / 17-10-2025
Avropada şərab istehlakı azalır
13:01 / 17-10-2025
Qurban Qurbanov yeni biznesə başlayıb
12:11 / 17-10-2025

17:37 / 15-10-2025

19:51 / 17-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

08:06 / 13-10-2025

22:14 / 14-10-2025

14:10 / 16-10-2025

12:32 / 13-10-2025

13:21 / 15-10-2025

13:38 / 13-10-2025

20:10 / 13-10-2025

Yazıçı: “Güclü xarakterə malik insan haqqında yazmaq ikiqat çətindir” - Müsahibə
Tarix: 22-10-2021 10:14 | Bölmə: Müsahibə

“Hakimə açılan atəş” romanı çapa hazırlanan Kənan Hacı deyir ki, xarakter güclü olanda mövzunun ağırlığı adamı qorxudur
Yazıçı Kənan Hacının “Hakimə açılan atəş” romanı “Qanun” nəşriyyatında çapa hazırlanır. Roman uzun illər ədliyyə sistemində çalışmış, Cəbrayıl və Zərdab rayon məhkəmələrinin sədri olmuş, Birinci Qarabağ savaşında şəhid olmuş Məhərrəm Məmmədovun ömür yolundan bəhs edir. Əsərdə həmçinin Azərbaycanın müstəqillik qazandığı dönəmdə yaşanılan hadisələr geniş təsvir olunur.
Reyting.az xəbər verir ki, Kənan Hacı “Hakimə açılan atəş” romanını səkkiz aya yazıb.
- Kənan bəy, siz müasir ədəbi nəslin öndə gedən isimlərindənsiniz. Daim sizi yazıb-yaradan görürük. Roman, hekayə, şeir, esse, ssenari... Bu məhsuldarlığın mənbəyi nədir? Hardan alırsınız bu enerjini?
- Sözün açığı, son zamanlar bir az ədəbi mühitdən kənara çəkilmişəm. Hiss etdim ki, ruhi dincliyə ehtiyacım var. Pandemik situasiya hamımızı çaşbaş vəziyyətdə qoydu, bu sıxılmış zaman içərisində ruhi müvazinəti qoruyub saxlamaq çox çətindir. Bununla bağlı bir hekayə də yazmışam. “Buzlu şüşə dövrünün qorxusu” adlanır, mətbuatda çap olunub. Amma qısa müddətdə özümü büsbütün yaradıcılığa kökləyə bildim.
Yazmaq məni nisbətən xilas etdi. Mən yazmayanda içimdə bir boşluq yaranır, boğuluram. Mənə elə gəlir ki, yazmadığım günlər boşuna gedir, adam özünü heç kimə lazım olmayan varlıq kimi hiss edir. Bu beyin gimnastikası ruhu da qocalmağa qoymur. Mənim yazmaqdan başqa çarəm yoxdur.
- Dediniz ki, pandemiya dövründə bir hekayə yazdınız. Bəs hal-hazırda nəsə yazırsınızmı?
- Bir deyil, bir neçə hekayə, üç povest yazmışam. “Timsah olmasaydı...” povesti melodramatik mövzudadır. Orda Qarabağ savaşından yaralı qayıtmış bir qazidən bəhs edilir. “Buynuz qəziyyəsi” povesti bu yaxınlarda “Yazı” dərgisində çap olundu. Nizami Gəncəvinin “İsgəndərnamə”si əsasında yazmışam. Bu da Nizami ilinə bir töhfəmiz olsun. “Pirosmaninin qonağı” povestim var, onu da jurnala təqdim etmişəm. Klassik şair Haşım bəy Saqibin itmiş əlyazması haqqındadır. Bundan başqa iki roman var. Onlar hələ çap olunmayıb. Mövzunu deməyim, sirr olaraq qalsın. Bir də “Hakimə açılan atəş” romanını yazıb bitirdim. Bu günlərdə “Qanun” nəşriyyatında çap olunacaq.
- Sirr deyilsə, bu roman nədən bəhs edir?
- Bu əsər ədalətli hakim haqqındadır. Uzun illər Cəbrayıl Rayon Məhkəməsinin, Zərdab Rayon Məhkəməsinin sədri olmuş Məhərrəm Məmmədovun həyat yolundan bəhs edir. Bu insanın həyat yolunu araşdırdıqca heyrətamiz faktlarla rastlaşdım. Açıq deyəcəm, mən məhkəmə sistemində belə bir hakimin olduğunu təsəvvürümə belə gətirə bilməzdim. Onu tanıyan, onunla birlikdə çalışmış insanlarla, tələbə dostlarıyla görüşdüm. İnanın, hamısı eyni sözü dilə gətirdi: “Məhərrəm müəllim əsl xalq adamı idi, haqq-ədalət uğrunda sonacan savaşan adam idi”.

Bu insan Birinci Qarabağ savaşında daim döyüş bölgəsində, əsgərlərin yanında olmuş, düşmənə qarşı döyüşmüşdü. O, hakim idi, rahat, isti kabinetində oturub birbaşa vəzifəsiylə məşğul ola bilərdi, olurdu da. Amma o ağır günlərdə məmurluqdan əlavə bir vətəndaş mövqeyi sərgiləmək, əsgərlərlə birlikdə səngərlərdə olmaq, onlara maddi və mənəvi dayaq olmaq üçün insanın ürəyində sonsuz, ilahi bir eşq olmalıdır. Vətən eşqi! Prinspial, qətiyyətli hakim olub, onu heç nəylə qərarından döndərmək mümkün deyildi. Şəhadətə yetdiyi gündən 30 ilə yaxın vaxt keçir. Bu gün də Zərdab camaatı onu minnətdar duyğularla xatırlayır. Onun haqqında xatirələr danışan adamların gözlərində dərin bir təəssüf hissi gördüm. Hələ də bu itgiylə barışa bilmirlər. Bir hakimin xalq tərəfindən bu qədər sevildiyini ilk dəfə idi ki, görürdüm. Həmişə haqqın, ədalətin yanında olmuşdu. O, 1993-cü ildə Kültəpə deyilən yerdə şəhid oldu. Mən onun şəhid olduğu yeri gedib görmüşəm. Amma düşünürəm ki, ölüm onun həyatının ən asan məqamı idi. Ən çətini yaşamaq və ədalətli hakim kimi, yurdunu, elini, obasını təmənnasız bir sevgiylə sevən yanar ürəkli bir vətəndaş kimi xalqın yaddaşında iz buraxmaqdır. Ölmək asandır, amma ölümün gözünə dik baxmaq insandan hünər istəyir. Hər insan bu mənəvi mərtəbəyə yüksələ bilmir.
- Əsər üzərində iş nə qədər çəkdi?
- Bu romanı səkkiz aya yazdım. Əsər də elə səkkiz fəsildən ibarətdir. Əvvəlcə düşünürdüm ki, mən bu əsərin formasını tapmalıyam. Həqiqətə sadiq qalmaqla şəxsiyyətin həyatına bədii don biçmək çox çətindir. İllah da belə güclü xarakterə malik bir insan haqqında yazırsansa, ikiqat çətindir. Xarakter güclü olanda mövzunun ağırlığı adamı qorxudur. Doğrudan da çox ağır mövzudur. Düşünürsən ki, öhdəsindən gələ biləcəksənmi? Bu narahatlıq sona qədər məni tərk etmədi. Yazıb bitirəndən sonra həyat yoldaşım oxudu. Onun fikri mənim üçün çox vacib idi. Çünki o, dilçidir, ədəbiyyatşünasdır. Oxuyub mənə dedi ki, əsərin bu qədər mükəmməl alınacağını gözləmirdim. Bu sözdən sonra ürəkləndim.
Sözsüz, bədii əsər təxəyyülün məhsuludur, amma mən çalışdım ki, mümkün qədər həqiqətə daha yaxın olum. Onun xarakterini rəngsiz-boyasız təsvir etmişəm. Gerçək hadisələri ümumiləşdirib bədii həllini verməyə çalışmışam. Ədəbi mətndə önəmli olan xarakter və hadisə arasındakı əlaqədir. Yəni hadisə xarakterin açılmasına xidmət etməlidir. Çalışmışam ki, bu balansı qoruyub saxlayım. Bilirsiniz, mən mətni qulağa xoş gələn bir musiqi əsəri kimi yazmağı xoşlayıram. Cümlələrin estetikası üzərinə çox fokuslanıram, mətnin həzzini yaşaya-yaşaya yazıram.Təbii ki, fabula yaddan çıxmamalıdır. Düşünürəm ki, əsər uğurlu alınıb. Umberto Eko yazır ki, kitablar inandırmaq üçün deyil, düşündürmək üçün yazılır. Məqsəd kimisə nəyəsə inandırmaq deyil, düşündürməkdir. Böyük adamların duyğuları da böyük olur, sevinci də, kədəri də. Belə bir insan üzərində empati quraraq onun düşüncələrini, duyğularını qələmə almaq olduqca çətin idi. Bu, ədəbiyyatın həm gücü, həm də ən təhlükəli yönüdür. Başqa bir insanın zehninə nüfuz etmək, onun düşüncələrini diriltmək o qədər də asan bir iş deyil. Çalışmışam ki, bunun öhdəsindən gəlim.
- Kitabı nə vaxt oxuya biləcəyik?
- Yəqin ki, yaxın günlərdə çapdan çıxacaq. Bu romanın geniş rezonans doğuracağına şübhəm yoxdur.
- İnşallah! Gözləyəcəyik.
- Təşəkkür edirəm!
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."