13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
13:35 / 30-01-2026
Tramp Çinə görə Britaniyanı təhdid edir
13:26 / 30-01-2026
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
13:22 / 30-01-2026
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
13:20 / 30-01-2026
Zelenski Moskvada Putinlə görüşü istisna edib
13:06 / 30-01-2026
ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərir
12:53 / 30-01-2026
Ukrayna ordusunda fərarilərin sayı artır
12:45 / 30-01-2026
Qumar oyunları: 428 internet resursuna giriş məhdudlaşdırılıb
12:42 / 30-01-2026
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
12:36 / 30-01-2026
Sabah hava necə olacaq? - Proqnoz
12:29 / 30-01-2026
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları gedib
12:20 / 30-01-2026
Nazirliyin əməkdaşı 18 kq qızılla tutulub
12:09 / 30-01-2026
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
11:34 / 30-01-2026
Azərbaycan UEFA reytinqində irəliləyib
11:21 / 30-01-2026
Sahibə Qafarovaya ağır itki üz verib
11:01 / 30-01-2026
Tanınmış iş adamı həbs olunub - Səbəb
10:57 / 30-01-2026
Ağ ev münaqişəni sona çatdırmağa tələsir
10:47 / 30-01-2026
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
10:37 / 30-01-2026
Bayden Ağ evdən cəmi iki hədiyyəsini aparıb
10:23 / 30-01-2026
Agentlik sədrinin müavini vəzifədən azad edilib
10:22 / 30-01-2026
İndoneziyada Semeru vulkanı püskürüb
10:13 / 30-01-2026
Tramp sülhün əldə olunacağına əmindir
10:12 / 30-01-2026
Abşeronun prokuroru vəzifəsindən azad olunub
10:05 / 30-01-2026
Vəzifəli şəxslər saxlanılıb - Foto
09:55 / 30-01-2026
Rusiya BMT-dən nəyi xahiş edir?
09:46 / 30-01-2026
Ərdoğan: Türk dünyası XXI əsrə öz izini qoyacaq
07:31 / 30-01-2026
Kvant kompüterində "zaman kristalı" yaradılıb
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Partiya sədri: “7-dən 77-yə heç kəs seçkiyə inanmır” - Müsahibə
Tarix: 28-01-2018 21:59 | Bölmə: Müsahibə / Slayd

Əli Əliyev deyir ki, ölkədə manatımızdan daha çox seçki prosesi devalvasiya etdirilib
2018 - Azərbaycanda həm də prezident seçkiləri ilidir. Artıq seçki ili başlasa da, ölkədə seçki əhval-ruhiyyəsi hiss olunmur. Sanki nə müxalitəf, nə iqtidar, nə də cəmiyyət seçkiyə hazırlaşmır.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “Reytinq” qəzetindəki müsahibəsinə seçki ilindəki durğunluğun səbəblərinə aydınlıq gətirməklə başlayıb
Reyting.az həmin müsahibəni təqdim edir:
- Seçki ilindəki “ölgünlük” ölkədə mövcud olan siyasi rejimin nəticəsidir. Hakimiyyət uzun illərdir ki, məqsədyönlü şəkildə siyasi rəqabət fazasını və alətlərini sındırmaqla məşğuldur. Siyasi institutlar qeyri-rəsmi şəkildə ləğv edildiyindən, siyasi təqvimdən asılı olmayaraq həyat süst görünür.
Hakim partiya opponentlərinin meydandan sıxışdırılması ilə məşğuldur və dinc yolla hakimiyyətə gəliş, dövlət qurumlarında təmsilçiliyin əldə edilmə imkanları heçə endirilib. Nə parlament, nə bələdiyyə, nə də hökumətin işində legitim mübarizə şəraitində, qanuni prosedurlar nəticəsində təmsil olunmaq mümkünsüzdür. Vəziyyətin ən yaxşı izahını professor Şirməmməd Hüseynov verib: “YAP dövlət deyil, hakimiyyət qurub”.
Səhih şərhdir, deyilmi? Ona görə də indiki idarəçilik şərtləri də dövlətin gəlişməsini deyil, hakimiyyətin qorunub saxlanmasını nəzərdə tutur. Belə üslubda isə bircə idarəçilik forması - avtoritarizm məqbuldur. Siyasi rəqabət belə hakimiyyətlər üçün yad fəlsəfədir.
Hakimiyyətimiz artıq alternativ fikri bütün formalarda rədd edir, dözümsüzləşib. Durğunluğun kökü belə düşüncədədir.
Vəziyyətə ümidsiz baxmağın tərəfdarı deyiləm. 2013-cü ildə də belə vəziyyət hakim idi. Moskvanın layihəsi saydığım İbrahimbəyovun Milli Şurası aprel ayından təcil almağa başlamışdı. Elə təxminən o dövrdə də prosesin iç və kənar personajları hərəkətə gəlmişdi.
Fəallaşmanı aprel-may aylarına gözləmək lazımdır. O aylarda ciddi konfiqurasiya formalaşsa, ümumi nəticə haqda düşünmək olar. Əgər müxalifət toparlana bilməsə, müxtəlif qrupların məhəlli maraqlar uğrunda mübarizəsinin şahidi olacayıq. Əlbəttə ki, proseslərə müxalifətdaxili yerdəyişmələrlə yanaşı hakimiyyətdaxili qrupların toqquşması və beynəlxalq çevrələr də həlledici təsir göstərə bilər.
- Əvvəlki seçkilərdə də ölkədə seçkiyə inam güclü deyildi, amma müxalifət yenə də seçki hazırlığına xeyli əvvəldən başlayırdı. Müxalifət seçkidən əlini birdəfəlik üzüb, yoxsa nəyisə gözləyir?
- Əslində növbəti seçkilərin hazırlığı cari seçkilərdən sonra dərhal başlayır. Partiyaların gündəlik fəaliyyətinin arxasında seçkilərə hazırlıq durur. Bu, normalda belədir.
Lakin niyə özümüzü aldadırıq? YAP-ın ən ciddi zərbələrindən biri də insanımızın şüuruna “Seçki ilə mümkün deyil”,- ehkamını pərçimləməsidir.
Ölkədə manatımızdan daha çox seçki prosesi devalvasiya etdirilib. Aşınma o həddədir ki, 7-dən 77-yə heç kəs seçkiyə inanmır. Dövlətçilik prinsipi və vətəndaşlıq hissinə bundan böyük zərbə ola bilməz.
Müxalifət ümidsiz görünə bilər. Bu, aldadıcı təəssüratdır. Belə olsaydı, hakimiyyət hər addımda onu təqib etməz, insanları həbsə atmaz, beynəlxalq çevrələrə milyardlar xərcləməz, mətbuata milyonlar səpələməzdi. Güclü hakimiyyətlər özünə güvəndiyindən müxalifətin ağzını yummur, mətbuatı sıxışdırmır, insanları məhrumiyyətlərlə sınağa çəkmir.
Dediklərim müxalif düşərgənin potensial gücünün əlamətidir. Bunu iqtidar gözəl bilir. Bilir ki, hakimiyyətin ömrü bir ədalətli seçki qədər qısadır. Əks halda iqtidarın durumunu patoloji hal kimi qiymətləndirmək olardı. Hakimiyyətin bu halda fobiyası əsassız deyil. Əksinə, ciddi dəlillərə söykənən analitik bilgidir.
Hakimiyyət müxalifətdən rəqabət müstəvisində xeyli zəifdir. Bunu istənilən debatda sübut etməyə hazıram.
Biz, VİP olaraq əlimizi heç nədən üzməmişik. Yazı Yaradana məxsusdur. Müsəlmanlar ümidsiz olmamalıdır. Biz də inanırıq ki, Allahın qədərini bəndə pozmaq gücündə deyil. Deməli, bizə buyrulmuş əmrlərə diqqətlə yanaşmalı, özümüzü islah etməli və mübarizəmizi davam etməliyik. Qələbə Allaha məxsusdur. Onun ipindən düz və bərk tutsaq, qələbəyə müvəffəq olarıq.
İqtidarın rolunu şişirtməyin tərəfdarı deyiləm. İnamsızlığı isə qətiyyətlə rədd edirəm. Bu mənim yaşam fəlsəfəmə zidd hissdir.
- Maraqlısı odur ki, hakim düşərgədə də seçkiyə hazırlıq ciddi şəkildə hiss olunmur. Sanki hakimiyyət də müxalifət kimi nəsə gözləyir. Necə düşünürsünüz, hakim komandada seçki ilə bağlı fərqli fikirlər ola bilərmi?
- Yox, hakimiyyət seçkiyə ciddi hazırlaşır. Qarşısında olan maneələri dinməzcə aşmaqla məşğuldur. Sadəcə, cəmiyyətdəki susqunluq onların marağına uyğundur.
Sizin suallarınızda da olan bədbinlik tonu hakimiyyətin yaratdığı situasiyadan irəli gəlir.
Hakimiyyət ajiotaj tərəfdarı deyil. Çalışırlar ki, seçki ovqatı dövriyyəyə girməsin, cəmiyyət ümidsiz olsun, çıxılmazlıq psixojisi davamlı olsun. Bu, onların istəyidir.
Ancaq seçki onlar üçün xüsusi önəm kəsb edir. Onlar üç ciddi problemlə üz-üzədir - xalq və onun avanqardı olan zəiflədilmiş müxalifət, hakimiyyətdaxili qrupların amansız savaşı, çoxcəhətli və rəngarəng beynəlxalq ictimaiyyət və böyük dövlətlərin maraqları.
Daxili dəstəyi zəif olan iqtidar üçün formalaşdırılmış daxili mühit məqbuldur. Onlar seçkini adlamaq istəyindədirlər.
- Adətən Azərbaycan kimi ölkələrdə hakim komanda daxilində “çatlar” yaranmayınca, onun məğlubiyyətinin mümkün olmadığı düşüncəsi yaranır. Hazırki hakim komandadan qopmaları nə dərəcədə real sayırsınız? Yaxud qopmalar olarsa, bu, nə dərəcədə effektli əks mübarizəyə rəvac verə bilər?
- Əslində ölkənin siyasi mübarizə resursları hakimiyyət çətiri altına toplandığından mühit passivdir. Bu seçkilər sürprizlər gətirə bilər. Ailə komandanı dəyişmək, paradiqmaları yeniləməyi düşünür. Bu, çox sadə baxışla fərq edilən reallıqdır. Biz, bir qədər əvvəl bu işlərin məlumatını əyani surətdə görür və eşidirdik.
“Köhnə qvardiya” asanlıqla can vermir. Mübarizə şiddətlə davam etməkdədir. Ailə tədricən bütün sferalarda nəzarəti bərqərar etməyə çalışır. Arxasında hansı niyyətin durduğunu söyləmək çətindir.
Lakin yeni təyinatlara verilən göstərişlərdən sezmək olur ki, korrupsiyanın ya qarşısını almağa, ya da təmərküzləşdirməyə çalışırlar. Yəqin bir müddətdən sonra daha dəqiq fikir söyləmək mümkün olacaq. 10-a qədər dövlət müəssisəsində 2 ilə yaxındır ki, yeni komanda üzvlərinin rüşvətə və traybolizmə qarşı mübarizə apardığını dəqiq deyə bilərəm. Ancaq güc çatmadığı da ortadadır. Səbəbləri çoxdur. Təmamilə başqa mövzudur. Gələcəkdə bu barədə əlahiddə danışarıq.
İndi isə hakimiyyət dəhlizlərində baş verənlər şəksiz ki, gələcək mübarizə dönəmində həlledici amilə çevrilə bilər. Çünki neft pullarının total gəldiyi dövrdə xeyli sayda məmur nəzarətsiz şəkildə varlanıb, beynəlxalq əlaqələr qurub, ehtiyat meydançalar və instrumentariumlar yaradıb. Ayrı-ayrı məmurların ciddi siyasi, hərbi, kommunikativ, beynəlxalq, maliyyə resursları onları siyasi mübarizənin elementlərinə çevirə bilib. Zamanında mərhum prezident Heydər Əliyev belə təsadüfliklərə yol vermirdi. Lakin bu, sonrakı dönəmdə mümkün oldu. İndi isə məmurlar həlledici güc sahibidir. Necə davranacaqlarını, hansı addım atacaqlarını proqnoz etmək çətindir.
Həm də ölkədə fors-major yaradıcısı ola biləcək xeyli sayda insan var. Onların birinin gücü kifayətdir ki, situasiya dəyişsin.
- Hər seçki ilinin əvvəlində, seçkiyə az müddət qalmış ölkədə siyasi çalxalanma ehtimalı barədə fikirlər səslənir. Sizcə, 2018-də buna əsas yarana bilər?
- Bizim kimi avtoritorizmə söykənən quruluşa malik dövlətlərdə çalxalanma ehtimalı daim yüksək olur. Çünki cəmiyyətdə sabitləşdirici institutlar legitim deyil, millətin gəliri qeyri-bərabər bölünür, bu bölgü də əsasən regional prinsiplə aparılır, ideoloji boşluq dərindir, ölkə dini ideologiyaların real sınaq meydanıdır və s. Əvvəldə qeyd etdiyim kimi, iqtidar komandası bir nəsil dəyişikliyi keçidini də yaşayır. Bu, həm də ölkədə regional dəngəyə ciddi təsir edə bilər.
Beynəlxalq çevrələrin qarşıdakı seçkilərə münasibəti bilinmir. Misal üçün, son Davos sammitində hələlik prezident Əliyevin bir dənə də olsun ciddi protokol görüşü baş tutmayıb. Baxmayaraq ki, Davos siyasi rəhbərliklərin təması üçün ən münasib meydança sayılır. Hələlik dünya liderləri açıqda demokratiya və insan haqları məsələlərində reputasiyası o qədər də yüksək olmayan Azərbaycan rəhbərliyindən məsafə saxlayır. Bu vəziyyət prezident Əliyevin BMT-yə səfəri zamanı da sezildi.
Belə olduğu təqdirdə cəmiyyət istənilən vaxt laxladıla bilər. Hərçənd, mən şəxsən belə situasiyanın yaranmasının əleyhinəyəm. Lakin iqtidar bu ehtimalın qarşısını almaq üçün real addımlar atmır. Belə fors-majordan yalnız qanuni yolla formalaşmış institutlar - prezident, parlament, özünüidarə qurumları, müstəqil məhkəmələr, vətəndaş cəmiyyəti, müstəqil mətbuat xilas edə bilər. Hakimiyyətimiz isə bu qurumları formal saxlasa da, mahiyyətini mənimsəyib.
- Ümumiyyətlə, 2018-ci il Azərbaycan üçün köklü dəyişiklik ili ola bilərmi?
- Ola biləcəyini düşünürəm. Hətta nə qədər qəribə görünsə də, bunu seçki ilə bir o qədər bağlamıram. Şəxsi kanallarla əldə etdiyim məlumatlara görə, hakimiyyət daxilində menecment vurğuları dəyişib. Bu, kadr qərarlarının qəbulu ünvanına da, idarəçilik fəlsəfəsinə də, hətta idarə edən şəxslərin özlərinə də aiddir. Zahirdən tam görünən iqtidar komandasında idarəçilik dreyf edib. Artıq 3-5 il əvvəl qərar qəbul edən şəxslər prosesdə tam iştirak etmirlər. Düzdür, bu asanlıqla və rəvan getmir. Müqavimət güclüdür. Bununla belə, nələrsə edilir.
Ölkə islahatlara hamilədir. Bu ya yuxarıdan, ya da kənarın iştirakı ilə aşağıdan baş verəcək. İkinci gedişat təhlükəlidir. Dayanıqsızlıq şəraitində bu ssenari Suriya hadisələrini təkrar edə bilər. Həm idarə edənlərimiz, həm də geosiyasi yerimiz Suriyaya çox bənzəyir. Daha çox yuxarıdan ediləcək dəyişiklikləri istərdim. Özümüzün gücü çatmadığı şəraitdə iki ziyanın arasında seçmək zorundayıq.
Əlbəttə, obyektiv proses nəticəsində baş verəcək islahatları arzu edərdim. Təəssüf ki, bunun işartılarını görmürəm.
Ümid edirəm ki, bu il siyasi açılım ili olacaq. Qismən də olsa, ölkənin demokratiyaya, legitimizasiyaya ehtiyacı var.
Tam demokratik proseslərə keçid imkanını görmürəm, həm də düz saymıram. İnsan fizioloji aclıqdan sonra qidalanmağa tədricən başlamalıdır. Əks halda həzm traktında, həm də bütövlükdə orqanizmdə geridönməz fəsadlar yarana bilər.
Cəmiyyətimiz 25 ildir demokratiya aclığı keçirir. Birdən veriləcək maksimal azadlıqlar ölkəni dağıdar. İstər legitim proses, istərsə də süni gedişatda demokratiya zəruridir, lakin dozası nə əskik, nə də artıq olmalıdır. Resept ixtisaslı “həkim” tərəfindən müəyyən edilməlidir. İnanmaq istəyirəm ki, tarixi şansı əlində olacaq şəxs ölkəyə demokratiya müalicəsi təyin edəcək. Hər halda bu, istəkdir.
- Seçkilərdən sonrakı proseslər barədə nəsə deyə bilərsiniz? Hər halda seçkisonrası proseslər adətən dönüş nöqtəsinin başlanğıcı olur. Bu baxımdan, 2018-in sonunda hansı istiqamətdə dönüş ola bilər?
- Seçkinin özünü gözləmək lazımdır. Hələlik konkret fikir söyləmək çətindir. Seçki teatrının aktyorları niyyətlərini açıqlamırlar, ssenari də görünmür. Bir neçə nəfər istisna olmaqla, seçki tərəfləri mövqelərini göstərmirlər. Əgər seçki əvvəlki illərdə olduğu kimi söyüş, böhtan, bir sözlə, abırsızlıq məcrasına yönəldiləcəksə, onda heç nə. Yenə də “köhnə hamam, köhnə tas” olacaq. 4-5 nəfər təmkinli “müdrikin” və 2-3 nəfər tərbiyəsizin şousuna baxıb, növbəti 7 il də dözmək, yaxud da qeyri-qanuni hadisələrə ümid bağlamaq zorunda qalacayıq.
Lakin başqa versiya da mümkün sayılmalıdır. Yaşayaq, görərik.
İstərdim ki, bu seçkilərdə dövlət legitim prezidentə sahiblənsin. Ölkə düşmənçilik dalanından çıxa bilsin. Növbəti mərhələ dəyişikliklər illəri olsun.
Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
Bu gün, 11:01
Tanınmış iş adamı həbs olunub - Səbəb
Bu gün, 10:05
Vəzifəli şəxslər saxlanılıb - Foto
Dünən, 17:31
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Dünən, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
Dünən, 11:03
Şaraa Əsədi geri almaq istəyir
28-01-2026, 22:26
Kreml Zelenskini Moskvaya dəvət edib
28-01-2026, 16:17
Genişmiqyaslı münaqişə təhlükəsi artır - Foto
28-01-2026, 15:37
Magistratura üzrə sınaq imtahanının nəticələri elan olunub
28-01-2026, 14:09
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
28-01-2026, 13:37
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
28-01-2026, 12:19
Ukraynaya təhlükəsizlik zəmanəti verməyin əsas şərti müəyyən edilib
27-01-2026, 14:56
Professor: Müharibə başlasa, İrandakı rejimin süqutu qaçılmaz olacaq
27-01-2026, 11:08
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
27-01-2026, 09:44
Ən güclü ordular... - Siyahı
26-01-2026, 23:13
Rusiya Cənubi Qafqaza təsirini itirir
26-01-2026, 17:41
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
26-01-2026, 11:59
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
26-01-2026, 08:37
Yaddaş pozğunluğuna səbəb olan amil tapılıb
24-01-2026, 16:25
Bakıda yüksək vəzifəli şəxsi intim videoları ilə şantaj ediblər
23-01-2026, 12:05
ABŞ Ümumdünya Səhiyyə Təşkilatının sıralarını tərk edib
23-01-2026, 11:44
Avropa ölkələrində iğtişaşlar başlayıb, yaralananlar var
23-01-2026, 10:58
TRIPP: imkanlar və əsas risklər
23-01-2026, 09:28
Professor: Moskva Bakı və İrəvanın sülh prosesinə mane ola bilməyəcək
22-01-2026, 15:05
Sülh Şurasına üzvlük Azərbaycanın imkanlarını genişləndirir
22-01-2026, 13:19
Davos görüşləri: Azərbaycan dünyaya yenidən təqdim olunur
22-01-2026, 11:54
2026-cı il: Ermənistanda nələr ola bilər?
22-01-2026, 09:14
Professor: İranda etirazların “Allaha qarşı çıxış” kimi təqdim olunması təhlükəlidir
21-01-2026, 15:56
Mollazadə: Putin Qorbaçovun yolu ilə gedir
21-01-2026, 11:08
Azərbaycan ilə Ermənistan arasında buzlar tam əriyib?
21-01-2026, 10:50
Ali Məhkəmə estetik əməliyyatlarla bağlı vahid qərar verib
21-01-2026, 10:32
İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə bağlı nümayəndə heyətini qəbul edib - Fotolar
21-01-2026, 09:56
Azərbaycan Trampın Sülh Şurasına dəvətini qəbul edib
21-01-2026, 08:58
Tramp: İranı Yer üzündən silə bilərəm!
20-01-2026, 19:45
Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib - Fotolar
20-01-2026, 16:16
Prezident Davosda "Euronews" televiziyasına müsahibə verib - (Yenilənib) - Fotolar
20-01-2026, 11:29
Bölgələrə güclü qar yağıb
20-01-2026, 09:54
ABŞ kreditorlarla münaqişəyə başlayır

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər