13:16 / 21-11-2024
Prezidentə əhəmiyyət vermirlər - Gürcüstan parlament öz işinə başlayır
13:12 / 21-11-2024
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DİM-dən açıqlama
13:10 / 21-11-2024
Zaxarova: “NATO qüvvələrinin Ukraynaya gəlməsi fəlakətə səbəb olacaq”
13:04 / 21-11-2024
Kino şirkəti Batmobil avtomobili istehsal edir
12:54 / 21-11-2024
Zaxarova: "COP29 beynəlxalq arenada Bakının nüfuzunu artıracaq"
12:45 / 21-11-2024
Trampdan qaçan amerikalılara 1 avroya ev təklif edirlər
12:38 / 21-11-2024
Rusiya-Ukrayna savaşı: Qərb silahları müharibənin xarakterini dəyişir
12:36 / 21-11-2024
Hesablama Palatası İşsizlikdən Sığorta Fondunun büdcəsi ilə bağlı təkliflər verib
12:24 / 21-11-2024
Sabah hava necə olacaq? - Proqnoz
12:13 / 21-11-2024
İrəvan-Tbilisi-İrəvan istiqamətində hava uçuşları başlayır
12:13 / 21-11-2024
Kərim Vəliyev pakistanlı komandanla görüşüb
12:00 / 21-11-2024
Sahil Babayev: "Bu paket 3 milyon insanı əhatə edəcək"
12:00 / 21-11-2024
Rusiyaya güclü artilleriya sistemləri göndərirlər - Foto
11:50 / 21-11-2024
Ermənistan 78 artilleriya qurğusu almaq istəyir
11:45 / 21-11-2024
Generalın oğlu vəzifəyə təyin olunub
11:43 / 21-11-2024
Rusiya Həştərxandan ballistik raket buraxıb - Foto
11:39 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqlayıb
11:27 / 21-11-2024
COP29 zirvəsi Ərdoğanı leyboristlərlə barışdırıb
11:19 / 21-11-2024
Dövlət sərhədini pozan hava gəmiləri və... - Hökumət yeni qərar verib
11:15 / 21-11-2024
Bakıda daha 46 marşrutun fəaliyyəti bərpa olunur
10:56 / 21-11-2024
Şəhid ailələri ilə bağlı yeni qaydalar təsdiqlənib
10:54 / 21-11-2024
Pivə istehsalçıları cərimələnib
10:42 / 21-11-2024
İranda güclü zəlzələ olub
10:03 / 21-11-2024
İlon Mask miqrasiya ilə bağlı təklif verib
10:02 / 21-11-2024
BMT rəsmisi: "Bakı Bəyannaməsi gələcək üçün mühüm impuls yaradacaq"
09:58 / 21-11-2024
Akula idmançını parçalayıb
09:51 / 21-11-2024
Vladimir Zelenskinin gizli planı varmış
09:42 / 21-11-2024
Merkel: “Tramp Putinə heyran olub”
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
15:55 / 20-11-2024
Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."
16:18 / 19-11-2024
Birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - Siyahı
00:03 / 19-11-2024
Yer kürəsinə təhlükə: qitələr arasındakı məsafələr itəcək
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə
Tarix: 15-10-2022 09:58 | Bölmə: Müsahibə
Qüdrət Həsənquliyev: “Rusiya Azərbaycanın Qarabağ üzərində suveren hüquqlarının bərpasına imkan verməlidir”
Məlum olduğu kimi, noyabrın 15-də Fransa Senatında Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsi müzakirəyə çıxarılacaq.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Reyting.az-a müsahibəsinə bu məsələnin gündəmə gəlməsi səbəbləri ilə başladı:
- Noyabrın 15-də bir qrup senatorun təqdim etdiyi Azərbaycanın əleyhinə qətnamə layihəsinin Fransa Senatında müzakirəsi olunacaq. Bu layihədə Azərbaycana sanksiyaların tətbiqi, neft və qaz ixracına embarqo qoyulması, Qarabağda yaşayan ermənilərin müstəqilliyinin tanınması, bizim xaricdəki əmlakımızın müsadirəsi və onların da üzərinə sanksiyaların qoyulması nəzərdə tutulur. Bu, məsələyə tamamilə düşmən mövqedən yanaşmadır.
Bildiyiniz kimi, oktyabrın 6-da Praqada Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin, Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə birgə görüşü keçirilib, nəticə də əldə olunub. Bütün bunlardan sonra bunun baş verməsi göstərir ki, doğrudan da ermənilərin bacısı olan Fransanın siyasi elitası özlərini bizə münasibətdə ermənilərdən də betər düşmən kimi aparırlar. Sözsüz k, bunun səbəbləri Fransadakı erməni diasporasının fəaliyyəti ilə bağlıdır, bundan başqa bildiyimiz kimi, bu məsələdə həm də xristian təəssübkeşliyi var. Bu faktor da çox rol oynayır.
Hazırda Ukrayna ilə Rusiya arasında müharibə gedir və bu məsələdə NATO Ukraynanı dəstəkləyir. Onlar çox istəyərdilər ki, Azərbaycanı da Rusiya əleyhinə hansısa fəaliyyətə cəlb etsinlər. Nəticədə Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaransın, bundan istifadə edib ermənilərin istədiyini Rusiyanın əliylə onlara versinlər.
Azərbaycan isə Rusiya ilə münasibətləri normal saxlayır, biz belə də davranmalıyıq. Ona görə ki, qardaş Türkiyədən başqa bizim torpaqların 20 faizi işğal olunanda heç kim o kiçik Ermənistanla münasibətlərinə yenidən baxmayıb. Nə hansısa formada təzyiq, nə də hansısa sanksiyalar tətbiq etməyiblər, əksinə, bizimlə müqayisədə Ermənistanla daha yaxşı münadibətlər qurublar, onlara maddi və siyasi dəstək veriblər. Yəni susmaqla Ermənistanın işğalçılıq siyasətini təqdir ediblər.
Rusiyada 2 milyon azərbaycanlı, eyni zamanda 30 milyona yaxın müsəlman-türk yaşayır, bizim oradakı azərbaycanlılar buradakı ailələrinə vəsait göndərirlər, ora bizim kənd təsərrüfatı məhsullarımızın ixracı üçün bir bazardır. Bundan başqa, böyük əmək bazarıdır, azərbaycanlılar gedib orada özlərinə iş tapırlar. Belə olduğu halda, bizdən Rusiya ilə münasibətlərimizə yenidən baxmağı tələb etmək, tamamilə qəbulolunmazdır. Sözsüz ki, Azərbaycan-Rusiya münasibətləri də onlarda qıcıq yaradır, yəni onların Azərbaycana qarşı bu qədər qəzəbinin bir səbəbi də budur. Amma Azərbaycanın təkcə Rusiya ilə deyil, Türkiyə ilə də yüksələn xətlə inkişaf edən münasibətləri onları qıcıqlandırır. Bizə təzyiqlər həm də Rusiya və Türkiyəyə görə müəyyən mənada artıb. Fransa Senatında da həmin qətnamənin müzakirəyə çıxarılması təzyiqlərin bir formasıdır.
Mən sizdən də, oxuculardan da üzr istəyirəm, əvvəl deyirdim ki, dünyada, məsələn, erməni həyasızlığı ilə müqayisə oluna biləcək davranış tapmaq çətin olar. Amma ermənilərin “bacı” dedikləri Fransanın bəzi senatorları, siyasətçiləri doğrudan da erməniləri geri qoyublar. Təsəvvür edirsiniz, o ölkəni başqa dövlətin guya ərazisinə müdaxilədə ittiham edirlər ki, orada bu gün də işğalın nəticəsi olaraq 1 milyon qaçqın və məcburi köçkün yaşayır.
44 günlük savaş 2020-ci ildə başa çatıb, hələ də onların 99,99 faizi yurd-yuvalarına qayıtmayıb. Erməni təxribatçıları bu gün də oralara minalar basdırır, bərpa-quruculuq işlərini yubadırlar. Şəhərlər yer üzündən silinib, daş daş üstündə qalmayıb. İşğalçıya heç bir münasibəti bildirməyənlər, Azərbaycanın əleyhinə qətnamə qəbul etmək istəyirlər. Səbəb Azərbaycanın delimitasiya, demorkasiya olunmamış sərhəddə hansısa yüksəkliyi öz nəzarətinə keçirməsidir. Buna görə Azərbaycanı işğalçılıq siyasəti aparmaqda ittiham edirlər. Amma dediyim kimi, bu gün də 1 milyon qaçqın və məcburi köçkünlə üz-üzə qalmış Azərbaycanı ittiham edirlər. Halbuki, bu insanları yurd-yuvalarından ermənilər didərgin salıblar. Azərbaycan belə bir acı reallıqla üz-üzə qalıb.
- Fransa Senatında qətnamə qəbul olunması ehtimalı nə qədər yüksəkdir? Azərbaycan hakimiyyəti buna qarşı hansı addımları atmalıdır?
- Milli Məclisdə də bu məsələ qaldırılıb. Yəqin ki, diplomatik kanallarla bu istiqamətdə müəyyən iş aparılır. Amma söylədiyim kimi, erməni diasporasına xoş gəlmək üçün və sadaladığım digər faktorlara görə fransızlar bizə münasibətdə bu cür ədalətsiz mövqe sərgiləyirlər. Hesab edirəm ki, həm Rusiya, həm də Türkiyənin rəhbərliyi nəzərə almalıdırlar ki, Azərbaycan həm də onlara görə bu təzyiqlərlə üz-üzədir.
Onsuz da onların qəbul edəcəyi qətnamə heç nəyi dəyişən deyil. Azərbaycan Qarabağ üzərindəki dövlət suverenliyini bərpa etməlidir. İlin sonuna qədər Ermənistan Azərbaycanla sülh sazişi imzalamalıdır və Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir. Əks halda, Azərbaycan Laçın dəhlizini bağlamalıdır. Ondan sonra bütün mümkün vasitələrlə Ermənistanla Qarabağı birləşdirən kommunikasiya - qaz, rabitə, elektrik enerjisi xətləri dayandırılmalıdır. Azərbaycan həmin vaxta qədər özü həmin xətlərə birləşdiriləcək yerə qədər kommunikasiya xətlərini çəkməlidir, ondan sonra Ermənistanın Qarabağdakı erməniləri maliyyələşdirməsi dayandırılmalıdır, bu, birbaşa Azərbaycanın daxili işinə müdaxilədir. Qarabağda kim Azərbaycan vətəndaşlığını qəbul edəcəksə, prezident də dedi ki, o peşman olmayacaq, qalıb yaşayacaq, internetlə, rabitə ilə, qaz və su ilə təmin olunacaq, kim istəməyəcəksə, çıxıb gedəcək.
Düşünürəm ki, Azərbaycan qəti addımlar atmalıdır. Məlumata görə, İspaniya parlamentində də Azərbaycan əleyhinə hansısa qərar qəbul olunub. Bunu görün hansı ölkə edir? İspaniyanın tərkibindəki Kataloniya öz müstəqilliyini elan edəndən sonra ora qoşun yeritdilər, separatçıların hamısını tutdular, dövlətin suverenliyini bərpa etdilər. Gərək nə qədər utanmayasan, abır-həyanı itirəsən ki, Azərbaycanın əleyhinə hansısa qərar qəbul edəsən. İspaniyada elə güclü erməni diasporası yoxdur? Bu, xristian təəssübkeşliyi, eləcə də Azərbaycanın Rusiya və Türkiyə ilə olan münasibətlərinə görədir.
Türkiyənin regionda iddialı siyasət yürütməsi onları qıcıqlandırır. Onlar 90-cı illərin Türkiyəsi ilə işləməyə öyrəşiblər, istədikləri vaxt onu aşağılayırdılar, alçaldırdılar. Bunu 1992-ci ildə etmişdilər. Məcbur etmişdilər ki, qardaş ölkənin ərazisini işğal edən Ermənistana Türkiyə taxıl ilə yardım etsin. Türkiyə o vaxt zəif idi, Qərbdən asılı idi. İndi Türkiyə daha güclüdür və daha çox müstəqil siyasət yürüdür. Bu da onları qıcıqlandırır. Onlar istəyirlər ki, Türkiyə də Rusiya ilə müharibə eləsin, Azərbaycan da bunların istədiyi kimi mövqe qoysun ortaya. Bunu görməyəndə qıcıqlanırlar.
- Fransa Senatında müzakirəyə çıxarılacaq qətnamədən, xristian təəssübkeşliyindən danışdınız, Zəngəzur dəhlizinin açılması məsələsinin vacibliyini vurğuladınız. Müsəlman ölkəsi olan qonşu İran da Zəngəzur dəhlizinin açılmasının birmənalı olaraq əleyhinədir...
- Açıq söyləyirəm, bunlar müsəlman deyillər, iblisdirlər. Başına çalma, əmmamə qoymaq, saqqal saxlamaq olar, amma bu sənin müsəlman olmağına dəlalət etmir. Dinimizə görə, hər bir müsəlman bir-biri ilə qardaşdır. Yəni biri haqsızlığa məruz qalırsa, o birisi onun haqqını müdafiə etməlidir. Amma İranın yanaşmasına baxın. Deyir ki, Zəngəzurdan dəhliz açılsa, bu guya sərhədlərin dəyişdirilməsi, İranın yolunun bağlanmasıdır. Nə qədər absurd iddiadır, nə qədər xəstə, ən başlıcası utanmaz olasan, bir damcı abır-həyan olmaya ki, bu sözü söyləyəsən. Yolun sərhəddə, dövlətlərin ərazi bütövlüyü məsələsinə nə dəxli var? Sanki hicəşməyə, özünün düşmən mövqeyini ifadə etməyə, bizə “sizinlə düşmənik”,- deməyə bəhanə axtarırlar. Söhbət bundan gedir. Ona görə də düşünürəm ki, Azərbaycan öz müttəfiqləri ilə ciddi işləməlidir. Məsələn, Pakistanla dostluğumuza görə Hindistan da üstümüzə gəlir. Bir az əvvəl də qeyd etdim ki, bir çox ölkələr dostlarımıza və müttəfiqlərimizə görə bizim üstümüzə gəlir.
Rusiya da bundan nəticə çıxarmalıdır. Rusiya imkan verməlidir ki, Azərbaycan Qarabağ üzərində suveren hüquqlarını bərpa etsin. Rusiya 44 günlük savaşda qismən silah-sursat versə də, hər halda Ermənistan tərəfdən Birinci Qarabağ savaşında olduğu kimi vuruşmadı. Bununla da Azərbaycanda Rusiyaya qarşı münasibətdə pozitiv dəyişiklik baş verdi. Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətidir. Rusiya Azərbaycansız bu bölgədə ola bilməz. Rusiyanın Azərbaycanda hətta başqa formada hərbi iştirakını da dəstəkləyə bilərik. Bu mənim şəxsi mövqeyimdir. Əvvəllər də söyləmişdim ki, Qarabağın işğaldan azad olunub suveren hüquqlarımızın bərpası naminə biz Rusiyanın mövcudluğunu təmin edə bilərik. Amma yenə də deyirəm, Rusiya imkan verməlidir ki, biz Qarabağın qalan hissəsini qansız qaytaraq, dövlət suverenliyimizi bərpa edək və orada da dövlət nəzarəti bərpa olunsun, Azərbaycanın qanunları tətbiq olunmağa başlasın. Rusiya bunu etməlidir və Azərbaycan da bu barədə Rusiya ilə açıq danışmalıdır. Bu prosesə siyasi partiyalar və ictimaiyyət də qoşulmalıdır. Bir qrup, yeri gəldi-gəlmədi Rusiya haqqında tənqidi yox, hətta təhqirəamiz çıxışlar edirlər.
Azərbaycan dəfələrlə bəyan edib ki, biz dövlətlərin ərazi bütövlüyü prinsipinin qorunmasının tərəfdarıyıq, Ukraynanın da ərazi bütövlüyünü dəstəkləyirik, imkanımız daxilində humanitar yardım da göstəririk. Bundan artığını bizdən gözləmək absurddur.
Həmişə deyirəm ki, Rusiya ilə Qərbin başı Ukraynada qarışıbsa, Azərbaycan bu şəraitdə öz problemini birdəfəlik həll etməyə çalışmalıdır. Biz Ermənistanın danışıqları sonsuzluğa qədər uzatmasına imkan verməməliyik. Konkret vaxt qoymalıyıq, Birinci Qarabağ savaşı zamanı, 1994-cü ildə Bişkekdə imzalanan protokoldan sonra danışıqları 28 iş uzatdılar. Onlar indi də danışıqları uzadacaqlar ki, Ukrayna-Rusiya savaşının necə başa çatmasını gözləsinlər. Sonra da özləri üçün daha əlverişli şəraitin yaranmasını gözləyəcəklər. Ona görə də Azərbaycan onlara bu imkanı verməməlidir.
Bizim bəzi “ermənilər” açıqlamalarında deyirlər ki, sentyabrın 12-13-də nə qazandıq? Bu adamlar özlərini qanmaz yerinə qoyublar, başqa ifadə də tapa bilmirəm, xalq da onları xain adlandırır. Xalq bilir ki, onlara bu sözləri dedirtdirirlər.
Sentyabrın 12-13-də Azərbaycan Ermənistanın təxribatına o cür sərt cavab verməsəydi, düzdür, şəhidlər verdik, Allah onların ruhunu şad eləsin, bu ayın 6-da da Praqada Şarl Mişelin, Makronun iştirakı ilə birgə bəyanat ortaya çıxmayacaqdı. Orada qeyd edilir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır.
Biz Ermənistanı sülhə məcbur etməliyik, başa salmalıyıq ki, prosesi uzada bilməyəcəksiniz, Azərbaycanla sülh müqaviləsi imzalanana qədər Qarabağdakı ermənilər rahat yaşaya bilməyəcək. Eləcə də nə Ermənistan inkişaf edə bilməyəcək, nə də rahat yaşaya bilməz. Torpağımı işğal edib sonra da deyirsən ki, atəşkəs elan edək, nə qədər istəyirsiniz danışaq, mən də inkişaf edim. Ona görə Azərbaycan nə xaricin nəzarətində olanların və onlar tərəfindən yönəldilən bizim satqınların açıqlamalarına fikir verməmlidir. Biz böyük dövlətlərin hədə-qorxusundan da çəkinməməliyik. Çünki biz haqlıyıq və öz suveren hüquqlarımızı bərpa etmək istəyirik. Bunun üçün Azərbaycan qəti addımlar atmalıdır. Ermənistanı hər addımbaşı başa salmalıyıq ki, Avropa İttifaqından iki ay müddətinə gətiriləcək 200 müşahidəçiyə arxayın olmasın, kimi istəyirsən gətirə bilərsən, amma ərazi bütövlüyümü tanımalısan. Bunun yolu odur ki, 2020-ci il noyabrın 10-da imzalanmış sazişə uyğun olaraq Azərbaycan Ordusu Zəngəzura daxil olub, orada cəmi 40 minə qədər erməni yaşayır, dəhlizi açmalıdır, sonra isə oradakı tikinti şirkətlərimizin əməkdaşlarının təhlükəsizliyini təmin etməlidir, onlar yolu çəkməlidirlər. Sonra biz onu Rusiya sülhməramlılarına təhvil verməliyik ki, 10 noyabr sazişinə uyğun olaraq bizim maneəsiz gediş-gəlişimiz üçün yolun təhlükəsizliyini təmin etsin. Yox, əgər dünya birliyinin üstümüzə gələcəyini düşünüb buna getməsək, bu halda Laçin yolu bağlanmalıdır. Bunun başqa alternativi yoxdur, Azərbaycanın qəti addım atmağının vaxtı çatıb. Bunu ermənilərə də başa salmalıyıq.
- Xankəndi ilə bağlı nə düşünürsünüz, orada proses necə getməlidir?
- Orada ilk növbədə antiterror əməliyyatından öncə, dediyim kimi, qaz xətti çəkilib Laçında Xankəndinə gedən kəmərə birləşdirilməlidir. Elektrik, rabitə xətlərini də çəkib hazır qoymalıyıq. Bundan sonra maksimum yanvarın 1-nə qədər gözləməliyik. Yeni il başa çatan kimi, yanvarın 3-4-də Azərbaycan konkret tələb irəli sürməlidir, vətəndaşlığı qəbul edirsiniz, sizi qazla, elektrik enerjisi ilə təmin edirik. Əks halda, mənim ərazimdə olub, dövlət suverenliyimi tanımayıb başqa bir dövlətdən də qaz, işıq alıb burada yaşamağına heç cür imkan vermək olmaz. Düşünürəm ki, Rusiya da buna qarşı çıxmamalıdır, əgər qarşı çıxarsa, Azərbaycan Rusiyaya da sözünü deməlidir. Açıq söyləyirəm, bu məsələdə mənim ən çox umduğum ölkə Türkiyədir. Türkiyə Rusiya ilə açıq danışmalıdır və açıq mövqe ortaya qoymalıdır. Biz pərdə arxasında hansı söhbətlərin getdiyini bilmirik. Əminəm ki, Azərbaycan bu işləri görür və Türkiyə də çəkilib kənarda durmayıb, Azərbaycana dəstək verir. Vermirsə, indi müraciət edirəm ki, Türkiyə yenidən canlanmalıdır, bu işdə Azərbaycana dəstək olmalıdır ki, məsələ tez yekunlaşsın.
Türkiyənin Rusiyaya təsir imkanları daha böyükdür. Bu gün Rusiyanın Türkiyəyə ehtiyacı var. Rusiya da görür ki, tək Azərbaycan yox, Türkiyə də bu ölkə ilə münasibətlərinə görə NATO-dakı müttəfiqləri tərəfindən hansı təzyiqlərlə üz-üzədir. Rusiya da bunları nəzərə almalıdır. Rusiya burada özünün hərbi mövcudluğunu qoruyub saxlamaq üçün Azərbaycana suverenliyini bərpa etməyə imkan verməsə, o halda açıq söyləyirəm, Azərbaycan dövlətinin və xalqının Rusiyaya münasibəti tamamilə dəyişəcək. Mən bunu başqa cür də təsəvvür etmirəm. Amma hesab edirəm ki, Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb.
- Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsində Rusiya ilə ABŞ-ın mövqelərində üst-üstə düşən və düşməyən məqamlar varmı? Çünki proseslərin gedişi göstərir ki, Rusiya ilə yanaşı ABŞ da Qarabağ məsələsi ilə bağlı öz istəklərinə uyğun qərarlar qəbul olunmasını istəyir.
- Çox yaxşı, mövqelərini açıqlasınlar. Azərbaycan bunların hər birindən tələb etməlidir ki, məsələn, Kataloniyada yaşayan katalonların sayı ermənilərdən on dəfə çoxdur, niyə ispanlar ora qoşun yeridib dövlət suverenliyini bərpa edə bilər, amma Azərbaycan Xankəndinə girə bilməz? Fərq nədədir? Buna bir aydınlıq verilməlidir. Ona görə söylədiyim kimi, Azərbaycan əvvəlcə sadaladığım məsələləri həl etməli, ardınca kim Azərbaycan vətəndaşlığını qəbul edəcəksə, erməni millətindən olan bizim vətədaşlara qarşı hansısa təhdid olacaqsa, Azərbaycan öz vətəndaşlarını qorumalıdır, bizim Daxili Qoşunlar Xankəndinə girib hər şey öz nəzarətinə götürməli, ermənilərin təhlükəsizliyini təmin etməlidir. Kim bizim vətəndaş kimi yaşamaq istəmirsə, Azərbaycandan getməlidir. Azərbaycanın bu məsələ ilə bağlı qəti qərarlar qəbul etmək vaxtı çatıb, tarixi şərait yaranıb, əminəm ki, prezident də bunu görür, bizdən daha çox məlumatlıdır, o daha çox şey bilir. O, Azərbaycanın imkanlarını, müttəfiqlərimizin bizi hara qədər dəstəkləyəcəyini də bizdən daha yaxşı qiymətləndirir. Ona görə də kənar təzyiqlərə boyun əyməməliyik, yaranmış tarixi şəraitdən istifadə edib Qarabağ üzərində Azərbaycanın dövlət suverenliyini bərpa etməliyik.
- İranda uzun müddətdir davam edən etirazlarla bağlı proqnozlarınız necədir?
- Əslində İranda bir xanımın öldürülməsi qığılcım rolunu oynadı. Vaxtilə Tunisdə bir nəfərin özünü yandırması inqilabla yekunlaşmışdı.
İran cəmiyyətində böyük narazılıq var. İnsanlar azad və firavan yaşamaq, qanunların aliliyini istəyirlər. Bu baxımdan bir xanımın öldürülməsi bəhanədir. İranda böyük islahatlar aparılmalıdır, ölkənin rəhbərliyi bu islahatlara getməsə, bu gün də olmasa, sabah İranda inqilabın baş verməsi ehtimalı çox böyükdür. Orada 30 milyon azərbaycanlı yaşadığını nəzərə alaraq biz də qonşu dövlət kimi, çox arzulayırıq ki, hər şey islahatlar yolu ilə baş versin. Bizim cənubda yaşayan soydaşlarımız da öz milli haqlarına qansız, itkisiz nail ola bilsinlər. Orada demokratiya olacaqsa, 30 milyonluq xalqın milli hüquqlarını əlindən almaq mümkün olmayacaq. Orada dərhal bir muxtariyyat, milli təhsil də olacaq. Gələcəkdə nə baş verəcəyinə isə artıq oradakı azərbaycanlılar özləri qərar verməlidirlər. Ən əsası odur ki, biz Şimali Azərbaycan olaraq oradakı ən pis ssenarilərə hazır olmalıyıq. Vaxtilə söyləmişəm ki, Azərbaycan, məsələn, qaçqınlar ordusunun qəbuluna, humanitar aksiyalara indidən hazır olmalıdır.
Əvvəllər də söyləmişəm ki, Azərbaycanda peşəkar ordu olmalıdır, gənclərin orduya çağırışına son qoyulmalıdır. Fiziki imkanları aşağı olan şəxslərin orduya aparılmasının xeyiri yoxdur. Orduda peşəkarlar olmalıdır. Bizim gənclərimiz gecə saat 4-də Rusiyanın bazarlarında 60 kiloluq kartof kisələrini çiyinlərində daşıyırlar, onların hamısını orduya cəlb etmək lazımdır. Hərbi Akademiyaya 150 bal toplayanlar girirlər. İstedadlı gənclərin orduya getməsi üçün stimul olmalıdır.
Məsələn, vaxtilə Rusiyada istedadlı gənclərin hamısı niyə hərbi akademiyalara qəbul olurdular? Çünki bilirdilər ki, ali hərbi məktəbi bitirəndən sonra hara göndərsələr, dərhal ona orada ev verəcəklər. Bizdə isə insanlar orduda xidməti başa da vururlar, pensiyaya çıxırlar, amma ev ala bilmirlər. Müqaviləli orduya keçməliyik. Düşünürəm ki, 40-50 min nəfərlik peşəkar ordu yaradılmalıdır. Qarşıdan büdcə layihəsinin müzakirəsi gəlir. Mən ordumuzun güclü havadan müdafiə sistemləri ilə təchiz olunması məsələsini təklif edəcəyəm. Laçın, Kəlbəcər və Zəngilanda ordumuzun ən azı 40-50 min nəfərlik dağ-desant diviziyaları olmalıdır. Ermənistan da bilməlidir ki, növbəti müharibə təxribatına gedərsə, Yerevanın özündə daş daş üstdə qalmayacaq. Bu müharibə ona lazımdır? Ona görə elə güc yaratmaq lazımdır ki, Ermənistan bir daha, necə deyərlər, gözünün ucu ilə biz tərəfə baxa bilməsin.
- Ordudan söhbət düşmüşkən, uzun müddətdir “Tərtər işi” məsələsi gündəmdədir. Bu işə görə bəraət alanlar, yeni həbs olunanlar da var. Sizcə, “Tərtər işi”ndə təqsiri olanların hamısı tutulubmu?
- Mən bir məsələyə görə əminəm. Bildiyiniz kimi, bu mövzuda heç kim danışmayanda parlamentdəki çıxışım yayılmışdı. “Silahlı qüvvələr haqqında” qanun qəbul olunanda indiki Baş Qəragah rəisi Kərəm Vəliyev Milli Məclisdə qonaq qismində iştirak edirdi. Düzdür, çıxışım xoşuna gəlmədi, mənə sərt cavab verdi, cavabını da aldı, amma onda da Azərbaycan Ordusunda işgəncələr olduğunu söyləmişdim.
Mən zaman-zaman ordu məsələsini parlamentdə deputat kimi ən çox qaldıran şəxslərdən biriyəm. Hər zaman demişəm ki, ordunun rəhbərliyi milii kadrlarla gücləndirilməlidir. Nəcməddin Sadıqov Baş Qəragah rəisi olanda da demişəm ki, bu, milli ordudur, orada başqa azsaylı xalqların, etnik qrupların da təmsilçiləri ola bilər, onlar da bizim vətəndaşlarımızdır, bu, etimadsızlıq məsələsi deyil, amma dövlət quran xalq Azərbaycan türkləridir. Biz Azərbaycan dövlətində azsaylı etnik qrupların öz mədəniyyətlərini, dillərini inkişaf etdirmələrinə, təhsillərinə, ölkəmizdə azad və firavan yaşamalarına görə məsuliyyət daşıyan xalqıq. Amma bir zaman milli ordunun rəhbərliyindəki Azərbaycan türklərinin sayı faiz etibarı ilə daha az olub. Ona görə deyirdim ki, milli kadrlarla gücləndirilməlidir. Türkiyənin hərbi akademiyalarında təhsil alan azərbaycanlıların vəzifədə irəli çəkilməsi təmin olunmalıdır.
İşgəncə məsələsini 2017-ci ildə qaldırmışam. Səbəbini demək istəmirəm, bir qrup şəxs bu məsələnin üstünə birdən-birə getməyə başladılar və elə təqdim edirlər ki, guya əvvəlcədən onların bundan xəbəri olmayıb. Başqa xeyli faktorlar var. Vicdanlı olub bu işin üstünün açılmasını istəyənlər də var, bu məsələdən vicdansızcasına öz şəxsi məqsədləri üçün yaralanmaq istəyənlər də var. Təsəvvür edin ki, bu iş üzrə Ali Məhkəməyə qədər qərar çıxarılıb, bütün bunlardan sonra Baş Prokurorluq bu işi yeniliyibsə, vaxtilə qanunsuz ittiham olunan şəxslərə bəraət verilibsə, o proseslərdə iştirak edənlər məsuliyyətə cəlb olunublarsa, deməli, burada dövlət başçısının siyasi iradəsi var. Baş prokuor Kamran Əliyev prokurorluq orqanlarında vicdanlı şəxs kmi tanınır, çox ümid edirəm ki, o bu işin obyektiv istintaqının sona qədər aparılmasını təmin edəcək və cinayətkarla layiqli cəzalarını alacaqlar. Almasalar, yenə kənar təsirlər vasitəsilə yenə kimlərsə məsuliyyətdən kənarda qalsa, növbəti mərhələ olacaq. Yəni bu elə bir məsələdir ki, bir az gec, bir az tez, həqiqət tam çılpaqlığı ilə üzə çıxacaq. O cinayəti törədən şəxslər gec də olsa, layiqli cəzalarını alacaqlar. Buna heç bir şübhəm yoxdur.
Reyting.az
Bölməyə aid digər xəbərlər

18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 21:27
Rahib Qərib: “Mən seçicilərimə vəd yox, kişi sözü verirəm” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə
9-10-2022, 14:22
Sülhəddin Əkbər: “İran yalnız Zəngəzur dəhlizinin açılacağından qorxmur” - Müsahibə