23:08 / 04-12-2024
Gəncədə taksi sürücüsü bıçaqlanıb
21:47 / 04-12-2024
Azərbaycan Kuboku: 1/4 final mərhələsinin cütləri müəyyənləşib
21:04 / 04-12-2024
Həsənquliyev: “Əli Kərimli müxalifətdəki kiçicik etimadı da itirmişdi”
19:19 / 04-12-2024
Məhkəmə Rüfət Səfərov barəsində həbs qərarı verib
19:13 / 04-12-2024
Paşinyan: "Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil"
18:47 / 04-12-2024
Müttəfiqlər Trampın andiçmə mərasimini gözləyir
18:34 / 04-12-2024
Bakı-Sumqayıt ekspres marşrutu istifadəyə verilir
18:01 / 04-12-2024
"Qarabağ" 1/4 finala vəsiqə qazanıb
17:53 / 04-12-2024
Gürcüstanda müxalifət koalisiyasının lideri saxlanılıb
17:38 / 04-12-2024
"Abzas Media" işi: ibtidai istintaq başa çatıb
17:32 / 04-12-2024
Atları ovlayan ilk insanların qalıqları tapılıb
17:23 / 04-12-2024
Bu qanunu pozanları ağır cərimələr gözləyir
17:11 / 04-12-2024
Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşüb
16:52 / 04-12-2024
Afət Telmanqızı yeni vəzifəyə təyin olunub
16:47 / 04-12-2024
DSX “Vətəndaş A”nın dronunu vurub? - Açıqlama
16:28 / 04-12-2024
Bir qrup sahibkar həbs olunub
16:24 / 04-12-2024
Bakıda və rayonlarda leysan olacaq - Xəbərdarlıq
16:11 / 04-12-2024
Bakıda məktəbdə şagird bıçaqlanıb
16:08 / 04-12-2024
Bayden afrikalılara 1 milyard dollar yardım ayırıb
15:59 / 04-12-2024
NATO Rusiya və Çini hədəfə çevirib
15:19 / 04-12-2024
Emoməli Rəhmon İlham Əliyevə zəng edib
15:04 / 04-12-2024
İstanbulda saxta spirtdən ölənlərin sayı 17-yə çatıb
14:56 / 04-12-2024
Trampın sülh planı… - Prezidentlər razılaşmasa nə baş verəcək?
14:53 / 04-12-2024
Portuqaliya çempionu Taylandda itkin düşüb
14:42 / 04-12-2024
Şuşaya növbəti köç karvanı gedib - (Yenilənib)
14:19 / 04-12-2024
Ədliyyə Nazirliyində təyinat olub
14:13 / 04-12-2024
“Ukrayna Rusiya ərazilərində doğru hədəfləri vurur” - General
13:40 / 04-12-2024
İsrail əsgərləri xaricə getsələr həbs olunacaqlar - Foto
13:32 / 04-12-2024
Kadırovun xüsusi təyinatlı alayına hücum olub - Foto
11:41 / 04-12-2024
Bir musiqiçi Gülyaz Məmmədovaya 47 dəfə elçi göndərib
12:05 / 01-12-2024
SDU tələbələrinin məqaləsi ABŞ-da nəşr edilib - Fotolar
19:19 / 04-12-2024
Məhkəmə Rüfət Səfərov barəsində həbs qərarı verib
08:57 / 03-12-2024
Fazil Mustafa vətəndaş qəbulu keçirib - Fotolar
13:30 / 30-11-2024
DAMMİB İH-yə yeni sədr və üzvlər seçilib
12:57 / 04-12-2024
Kollec direktoru vəzifədən azad edilib
12:58 / 02-12-2024
SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb
11:57 / 04-12-2024
Həm axtarışda olan terrorçu, həm də Əsədin yerinə namizəd - Colani kimdir?
14:13 / 03-12-2024
Naxçıvan Dövlət Universitetinə rektor təyinatı olub - Sərəncam
13:11 / 02-12-2024
Cəbrayıla daha 34 ailə köçürülüb - (Yenilənib)
11:09 / 03-12-2024
Sumqayıtda yaşayış binasında partlayış olub - (Yenilənib)
11:36 / 03-12-2024
İki ölkə Ukraynaya qoşun göndərmək istəyir
Politoloq: “Beynəlxalq siyasi konyuktura Azərbaycanın xeyirinə dəyişir” - Müsahibə
Tarix: 05-08-2018 17:29 | Bölmə: Müsahibə
Qabil Hüseynli deyir ki, beynəlxalq aləmdə Azərbaycanın ərazi bütövlüyü məsələsi ön plana çıxır və ölkəmizə yaxşı prespektivlər açılır
Məlum olduğu kimi, uzun illərdir Ermənistanda hakimiyyəti ələ keçirmiş hərbi xuntanın iqtidarına son qoyulub. Hakimiyyətə gələn Nikol Paşinyan isə hələ iqtidar sahibi olmamış yeni prinsiplərin hakim olacağını bəyan eləmişdi. Paşinyan hakimiyyətə gələndən sonra digər məsələlərlə yanaşı, Qarabağ məsələsi ilə bağlı da fərqli yanaşma ortaya qoydu. Onun bəzi çıxışlarına və mesajlarına diqqət yetirdikdə guya sülh çağırışları verirmiş kimi görünür. Amma erməni liderin əsas niyyəti hələ ki bəlli deyil.
Həm Ermənistandakı vəziyyət, həm yeni hakimiyyətin Qarabağ münaqişəsinə yanaşması, həm də Rusiyanın son dövrlərdəki mövqeyi ilə bağlı suallarımızı tanınmış politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli cavablandırıb.
Q. Hüseynli “Reytinq” qəzetinə müsahibəsində regionda və Qarabağ münaqişəsi ətrafında baş verən proseslərlə bağlı maraqlı məqamlara toxunub.
Reyting.az saytı həmin müsahibəni təqdim edir:
- Qabil bəy, Paşinyan hakimiyyətə gələndən sonra Qarabağla bağlı bir qədər fərqli mövqe tutmağa çalışır. Sizcə, bu, növbəti siyasi oyunudur, yoxsa, Paşinyan həqiqətən Qarabağla bağlı fərqli həll yolu istəyir?
- Bəzi ekspertlər hesab edirlər ki, Paşinyan Qarabağ məsələsi ilə bağlı yumşaq mövqe tutub, amma mən yumşalma hiss etmirəm. Əksinə, hazırda Ermənistanın mövqeyində radikallaşma hiss olunur. Çünki Paşinyan şərtlər irəli sürür, gah da o şərtlərdən geri çəkilir. Yəni, tərəddüdlü bir mövqe tutubdur.
Əvvəl danışıqlar prosesini boykot edirdilər. İndi də prosesə Rusiyanın ötürməsiylə rəvac vermək istəyirlər. Danışıqların tərəfdarı kimi çıxış edirlər. Yəni, Paşinyan Qarabağ məsələsi ilə bağlı “nala-mıxa vurmaq” siyasəti yürüdür. Bir daha deyirəm, onun sülh çağırışlarında səmimiyyət hiss etmirəm. Bu səbəbdən də qeyri-səmimiliyə uyğun yanaşma ortaya qoyulmalıdır.
- Paşinyanın həyat yoldaşının da bir sıra mesajları oldu. Hətta oğullarını Dağlıq Qarabağa hərbi xidmətə yola saldılar və bunu təbliğat kampaniyasına çevirdilər. Bəs bu haqda nə deyə bilərsiniz?
- Bəli. Onun həyat yoldaşı qadınlardan istifadə edərək, guya sülhə çağırış edir. Sadəcə, bu, beynəlxalq ictimai rəydə Ermənistanın yeni obrazının yaradılmasına yönəlmiş cəhdlərdir. Yəni, çox hiyləgər bir gedişdir. Bir tərəfdən də işğalçı obrazlarını yumşaltmaq istəyirlər. Onsuz da Ermənistanın işğalçı obrazını bütün dünyaya çatdıra bilməmişik. Hətta BMT-nin qətnamələrində də Ermənistanın işğalçı dövlət kimi adı çəkilmir.
Bu, sülhsevər mesajlar - istər həyat yoldaşı olsun, istər özü olsun, - sadəcə, temotik gedişlərdir. Bölgədə sülhün yaradılmasına yönəlmiş konkret təkliflərin və addımların atılmasını görmürük.
Üstəlik, çox təmtaraqlı və populistcəsinə oğlunu Dağlıq Qarabağa, ön cəbhəyə göndərir. Bunun ətrafında da böyük bir təbliğat kampaniyası qurur. Bütün bunlar göstərir ki, Paşinyanın sözü ilə əməli arasında böyük fərq var.
- Bununla bağlı Azərbaycan tərəfi də müəyyən bəyanatlar verdi. Sizcə, Azərbaycanın belə bir məqamda mövqeyi necə olmalıdır?
- Bu günlərdə Azərbaycan prezidenti Qaradağ rayonunda şəhid ailələri və Qarabağ əlilləri ilə görüşdə çıxış edərkən göstərdi ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi Azərbaycan üçün qırmızı xətdir, bundan bu yana keçmək mümkün deyil. Yəni, Ermənistan tərəfi kompromistlərdən, güzəştlərdən danışırsa, Azərbaycanın güzəşt limiti çoxdan bitibdir. Son güzəştimiz ondan ibarət olub ki, Dağlıq Qarabağa Azərbaycanın sərhədləri daxilində Muxtar Respublika statusu verməyə hazır olduğumuzu bildirmişik. Bu da Azərbaycanın əvvəlcədən elan etdiyi, geniş səlahiyyətli muxtariyyət statusunun davamıdır. Əlbəttə ki, Azərbaycan bundan sonra da yolunu davam etdirməli və eyni zamanda, diplomatiyamızın apardığı işlərin kəsərini artırmalı, dünya ictimaiyyətini bölgədə baş verən münaqişənin, müharibənin anatomiyası ilə tanış etməlidir. Çünki bu məsələlərdə hələ də ikili standartlar qalıb. Xüsusilə də son dövrdə Qərb dünyasında münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli haqqında həm Avropa Birliyindən, həm NATO sammitindən səslənən çağırışların reallaşdırılması üçün diplomatik addımlar genişləndirilməlidir. Belə deyək, beynəlxalq siyasi konyuktura yavaş-yavaş da olsa, Azərbaycanın xeyirinə dəyişir. Azərbaycanın ərazi bütövlüyü məsələsi ön plana çıxır. Təbii ki, bu istiqamətdə məsələni beynəlxalq hüquq normalarına uyğun həll etmək üçün Azərbaycana yaxşı prespektivlər açılır.
- Adətən, Ermənistan danışıqlar prosesini uzadır, hər hansı ciddi proses ərəfəsində təxribata əl atır və nəticədə cəbhədə gərginlik artır. Sizcə, Paşinyanın son qeyri-müəyyən davranışları cəbhədə gərginliyi artıra bilərmi?
- Azərbaycan danışıqlar prosesindən bir nəticə görməsə, Ermənistanın siyasi rəhbərliyinin qeyri-səmimi bəyanatlar verdiyini sübuta yetirəcəyi məndə şübhə yaratmır. Onda heç Ermənistanın vəziyyəti qarışdırmasına ehtiyac qalmayacaq. Yəni, Azərbaycan tərəfi ərazi bütövlüyünü bərpa etmək üçün beynəlxalq hüququn icazə verdiyi normalar daxilində müəyyən addımlar atacaqdır. Ermənistanın da qorxduğu bu addımların atılmasıdır. Tez-tez fəryad edərək Rusiyadan “Azərbaycanın hücumunu dayandırın”,- deyə yalvarması da buradan irəli gəlir. Nala-mıxa vurmaq məsələsində Rusiya daha pərgardır. Məsələləri ört-basdır etmək, malalamaq məsələsi də onlara aiddir.
- Vasitəçi ölkələrin addımlarını və Rusiyanın mövqeyini necə dəyərləndirirsiz? Münaqişənin həllinə yardımçı ola bilərlərmi?
- Zənnimcə, dünyada ikili standartlardan imtina və beynəlxalq hüquq normalarına müraciət etmə halları çoxalıb. Məsələn, NATO-nun zirvə toplantılarında artıq 2013-cü ildən başlayaraq, postsovet məkanında bütün münaqişə ocaqlarının dövlətlərin ərazi bütövlüyü çərçivəsində həlli məsələsi sammitin qəbul etdiyi son bəyanatlarda öz əksini tapır.
Məsələn, Paşinyan çıxışında ermənilərə vəd verdi ki, NATO-nun zirvə toplantısında bəyanatda ərazi bütövlüyü məsələsinin adının çəkilməyəcəyi haqda guya məsul şəxslərdən təminat alıb. Ona görə də guya həmin toplantıya qatılacaqdır. Amma qatıldı, əks prosesin şahidi oldu. Çünki yenə bəyanat qəbul edildi, yenə Azərbaycanın ərazi bütövlüyü məsələsi bəyanatda vurğulandı.
Ondan əvvəl də artıq bir neçə ildir ki, Avropa Birliyi, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyü məsələsini problemin yeganə həll yolu kimi vurğulayır. Avropa Birliyinin Xarici İşlər üzrə Komissiyasının sədri dəfələrlə vurğulayıb ki, münqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Avropa Birliyi məsələyə yalnız bu prizmadan baxır. Demək istəyirəm ki, beynəlxalq konyukturada dönüş var. Amma Rusiyanın hərəkətləri müəyyən təlatümlər yaradır. Rusiyanın problemə yanaşması ikibaşlı təəssürat oyadır.
Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova Azərbaycana gəldi. Burada yedi-içdi, dənizdə çimdi... Yəni ona lazımınca qonaqpərvərlik göstərildi. O da Azərbaycanın ünvanına xoş sözlər söylədi. Rusiyaya qayıdan kimi erməniləri sakitləşdirmək üçün Azərbaycanın ərazi bütövlüyünə kölgə salan başqa cür bəyanat səsləndirdi. Sözsüz ki, bu, Xarici İşlər Nazirliyinin, Lavrovun mövqeyidir. Nazirlikdə kök salmış çoxsaylı erməni soylu insanların mövqeyidir ki, bu, işlərin rəvan getməsinə mane olur.
- Sizcə, Rusiya XİN-in mövqeyi Rusiyanın mövqeyi deyilmi? Biz necə əmin ola bilərik ki, Rusiya daha optimal mövqe ortaya qoyacaq?
- Hələki belə deyək, nəfəsimizi dərərək sentyabrın 1-nə kimi müəyyən təmkin nümayiş etdirməliyik. Çünki sentyabrın 1-də Azərbaycan Respublikası Prezidentinin Rusiyaya rəsmi səfəri başlayır. Həmin rəsmi səfərdə hərtərəfli danışıqlar aparılacaq və ana mövzu Dağlıq Qarabağ problemi olacaq. Yəqin ki, həmin məsələlərdən sonra Rusiyanın ikibaşlı mövqeyi qalacaqsa, bu da üzə çıxacaq. Yox, bu ikibaşlı münasibətdə dəyişiklik yaranarsa, o da üzə çıxacaq. Sözsüz ki, problemin həlli yolundakı daş-kəsəyi yığışdırmış olacaq. Rusiya əvvəlki kimi dovşana qaç, tazıya tut deyəcəksə, onda bizim əlimizdə alternativ yollar az deyil. Məsələn, Gürcüstanın torpaqları işğal edilsə də, böyük həvəslə Avropa qitəsinə, qərb dünyasına üz tutub. Qərbmeyilli siyasətlə haçansa NATO-ya, Avropa Birliyinə daxil olmaq və beləliklə,ərazi bütövlüyünü təmin etmək prespektivləri üzərində düşünür.
Mən, Azərbaycanın NATO, Avropa Birliyi prespektivlərindən danışmıram. Sadəcə, Rusiya strateji tərəfdaş kimi Azərbaycanı seçmək istəyirsə, bölgənin lider dövləti kimi onu qəbul edirsə, onda Azərbaycana yanaşmada öz səmimiyyətini sübuta yetirməli, beynəlxalq hüquq normalarına hörmətlə yanaşmalıdır. Bütövlükdə Cənubi Qafqazda proseslərin inkişafı yolunda başlıca əngələ çevrilmiş bu problemin həllinə yardım etməlidir. Əgər biz əks mövqeləri görəcəyiksə bütün xalq, bütün millət, siyasi elita düşünməli olacaq.
- Qabil bəy, son günlər Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi güclənib. Ermənistandakı Rusiya bazasının çıxarılması ilə bağlı kampaniya da aparılır. Bu barədə nə deyə bilərsiniz?
- Birmənalı şəkildə söyləmək mümkündür ki, Ermənistan əhalisinin minimum 80 faizi anti-Rusiya əhval-ruhiyyəsinə köklənib və ölkədəki rus hərbi bazalarının çıxarılmasını tələb eləyir. Elə Paşinyan da anti-Rusiya dalğasında hakimiyyətə gəldi və Qərbyönümlü siyasət yürüdəcəyinə, NATO ilə inteqrasiya tutacağına vəd verdi. Bir müddət də bu istiqamətdə müəyyən addımlar atmağa çalışdı. Rusiyanın müqaviməti ilə baş-başa qalandan sonra danışıq tərzini də, münasibətini də ciddi surətdə dəyişdi. Yenə də “Rusiya”, “Ana Rusiya”,- deyərək Rusiyaya sığınmağı tövsiyyə eləməyə başladı. Hələki məsələ belədir ki, Rusiya daha çox Paşinyanın ağlına qulaq asır, xalqı heçə sayır. Amma xalqın içərisində Qərbyönümlü siyasətə meyl güclənir. Bunu həm də tələb eləyən faktor bu gün Ermənistanın büdcəsinin əsas hissəsini təmin edən Amerikadakı erməni Milli Konqresi, Avropadakı erməni diasporası və onun qurduğu təşkilatlardır. Yəni, bu təşkilatlar Ermənistanın üzünü Qərbə doğru çevirməyi fikirləşir və bu istiqamətdə Paşinyan hökümətinə dəstək verir. Mən inanmıram ki, bu təzyiqlərin arası kəsilsin. Paşinyanın ürəyi istəyən kimi hərəkət etməsinə imkan versinlər.
- İndi bu prosesin Azərbaycanın xeyrinə zəmin hesab etmək olarmı?
- Əlbəttə ki, bu saat Rusiyanın Cənubi Qafqazdakı təsirini qoruyan, yayan yeganə ölkə Ermənistandır. Cənubi Qafqazda Rusiyanın iki böyük hərbi bazası var ki, onlar Ermənistanda yerləşir. Ermənistanın sərhəddi Rusiya ordusu tərəfindən qorunur. Ən çox Rusiyapərəst siyasət yürüdən də Ermənistandır. Bundan sonra Cənubi Qafqazda müəyyən abu-hava yarana, proseslərin beynəlxalq hüquq norması çərçivəsində həlli istiqamətində gərəkli addımlar atıla bilər.
Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər

18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 21:27
Rahib Qərib: “Mən seçicilərimə vəd yox, kişi sözü verirəm” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə
9-10-2022, 14:22
Sülhəddin Əkbər: “İran yalnız Zəngəzur dəhlizinin açılacağından qorxmur” - Müsahibə