23:24 / 30-06-2025
Rus İcmasının Mədəniyyət Mərkəzi bağlanıb?
21:03 / 30-06-2025
Rusiyada öldürülən qardaşların cənazəsi Azərbaycana gətirilib - (Yenilənib)
18:51 / 30-06-2025
İran liderinin müşavirini öldürmək istəyiblər
18:44 / 30-06-2025
Aİ rəsmisi: "Rusiyada azərbaycanlılara qarşı törədilən zorakılıq..."
18:38 / 30-06-2025
Tramp mütəffiqlərin təklifinə əhəmiyyət vermir
18:03 / 30-06-2025
Daha 17 qanuna dəyişiklik edəcəklər
17:57 / 30-06-2025
Bakıda əməliyyat: FTX-nın iki əməkdaşı saxlanılıb - (Yenilənib) - Fotolar
17:51 / 30-06-2025
Azərbaycanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
17:45 / 30-06-2025
Bəylər Eyyubov yeni vəzifəyə təyin olunub
17:34 / 30-06-2025
Şuşada biznes forum keçiriləcək
17:18 / 30-06-2025
Ukraynalı nazir slovakiyalı həmkarının təklifini qəbul etmir
17:11 / 30-06-2025
İşçi qrupun ştat və xidməti maşınlarının sayı artırılıb
17:03 / 30-06-2025
Beş ölkədən Azərbayacana quş əti idxalına məhdudiyyət qoyulub
16:51 / 30-06-2025
Ersin Tatar Azərbaycana gəlir
16:46 / 30-06-2025
Ərdoğan Azərbaycana səfər edəcək
16:27 / 30-06-2025
Şahın atom bombası istəyi: ABŞ bunun qarşısını necə alıb?
16:10 / 30-06-2025
İyul ayının hava proqnozu açıqlanıb
16:02 / 30-06-2025
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
15:20 / 30-06-2025
Dərmanların qiyməti yenidən tənzimlənib
15:08 / 30-06-2025
Professor: Şovinizm Rusiyanı uçuruma aparır
14:52 / 30-06-2025
Mənsum İbrahimov: Teatrımızın səhnəsinə yeni Məcnunlar gəlir - Foto
14:26 / 30-06-2025
Sabiq nazir təltif edilib
14:15 / 30-06-2025
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
13:53 / 30-06-2025
Tramp İranın iddiaları ilə razılaşmır
13:45 / 30-06-2025
Qarabağa səfərlər müvəqqəti dayandırılıb
13:43 / 30-06-2025
Çin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib
13:24 / 30-06-2025
"Azərbaycanfilm"dəki partlayışla bağlı cinayət işi açılıb
13:15 / 30-06-2025
Sabahın hava proqnozu açıqlanıb
13:13 / 30-06-2025
Mirzoyan Lavrova xəbərdarlıq edib
13:01 / 30-06-2025
Xarici İşlər Nazirliyində yeni idarə yaradılıb
09:25 / 26-06-2025

08:51 / 26-06-2025

16:17 / 26-06-2025

13:16 / 29-06-2025

18:04 / 26-06-2025

00:00 / 26-06-2025

12:57 / 27-06-2025

00:02 / 27-06-2025

08:55 / 28-06-2025

00:01 / 28-06-2025

16:30 / 26-06-2025

12:14 / 26-06-2025

Qonşuluqda “bəy tərifi” - (Həyat etüdləri)
Tarix: 11-01-2019 09:32 | Bölmə: Akif CABBARLI

Həyətimizdəki talvarın altında tez-tez yığışırıq. Ötənlərdən danışır, nərd oynayır, cavanlardan xahiş edib gətizdirdiyimiz sərin sudan içib feyziyab oluruq özümüz üçün. Sıralarımızda qeybətcil, ona-buna qara yaxan adamlar da var. Nə deyək, qonşudurlar, durub qovası deyilik ki...
İsti günlərin birində yenə topalaşıb adəti üzrə söhbətləşir, nərddə gücümüzü sınayırdıq. Camaat yavaş-yavaş seyrəlsə də, Həziqulu ilə mən iştahla şeş-beş atırdıq, Hətəm də tamaşa edirdi. Elə oldu ki, Hətəmə zəng edib evə çağırdılar. Kişi gözdən itən kimi Həziqulu zəri ovcunda sıxıb sınayıcı nəzərlərlə mənə baxdı:
- Tanıyırsan bu əclafı? Yanında heç nə danışma ha, “suka”nın yekəsidir. Neçəsinin evini yıxıb. Məndən sənə əmanət, sonra demə ki, xəbərdar eləmədim. Axı, sən qardaşsan.
Dinmədim. Əlimdə bir fakt yox idi deyə qonşum haqqında danışılanı təsdiqləyə bilməzdim. Oyuna davam elədik. Vaxt ötdü. Gördük ki, Həziqulu qayıdır. Bu dəfə Hətəm “şəkərim var, gedim dərmanımı içim, qayıdaram”,- deyib, ayağa qalxdı. Nərd azarım ölməmişdi, ona görə Həziquluya oynamağı təklif elədim. Birinci oyunu qurtarmamış əlini saxlayıb zəri nərdtaxtanın ortasında cütlədi.
- Qardaşcanı, səni özümdən çox istəyirəm, ona görə də mətləbləri sənə çatdırmalıyam. Bu Həziqulu ki var ha, əclafın biridir. Evə-zada çağırar, gedib-eləmə. Şər-xata adamdır, oğraş sonra deyəcək ki, çox yedin, çox içdin, qadına-qıza göz yetirdin. Bilmək olmaz, bir də gördün çayına, içkinə nə isə qatdı, günlərin birində o söz... Tak çto, uzaq ol o nadürüstdən. Axı, sən mənim qardaşımsan.
Bu da belə. Fikirləşdim ki, İlahi, bu adamlar görəsən mənim haqqımda nə düşünür, nə danışırlar? Günlərin birində isə məsələyə nöqtə qoymalı oldum.
Alatoran vaxtı idi. Talvarın işığını hələ yandırmamışdılar. Aralıdan gördüm ki, Həziqulu ilə Hətəm nərd çırpırlar. Elə həvəslə oynayır, daşları elə ləzzətlə şappıldadırdılar ki, həvəsə gəldim. Yaxınlaşmağımı hiss eləməmişdilər. Odur ki, söhbətlərini açıq-aydın eşidirdim. Hətəm adımı çəkib yağlı sifətinə bir şapalaq ilişdirdi:
- Bu mən ölüm, düzünü deyirəm, Vasif müəllim kimi demaqoq adam yer üzündə tapmazsan. Birinin üstünə beşini də qoyub, dərhal lazımi yerə çatdırır. Ondan ehtiyatlı ol həmişə. Bir də ki, yeyib-içməyin ölüsüdür. Daha demir ki, bəlkə birinin cibində siçan oynayır. Getməyəndə də adımıza yüz cür şəbədə qoşur, höcət olduğumuzu deyir.
- Adə, sən çox şeyi bilmirsən, onun kimi xəsis adam heç yerdə tapılmaz, qəpiyi çıxanda canı çıxır. O gün pivəyə getmişik, deyir ki, gəl hesabı almancasına verək. Guya beş-on manatı yoxdur cibində.
Məni görüb söhbəti xırp kəsdilər. Çatıb əl verdim, hal-əhval tutdum. Dedim ki, nərd sizi yordu, indi gəlin gedək pivələnməyə, hesabı da özüm verəcəm, Vasifcanı almancasına olmayacaq. A kişi, vallah, bizdən yoxdur, qədrimizi bilən tapılmır. Şükür Allaha, bir-birimizin dalınca danışmırıq, şəbədə qoşub min cür yarlıq yapışdırmırıq. Şükür olsun Tanrıya, nəyimiz əskikdir? Ağlımız başımızda, bir tikə çörəyimiz, sağlam canımız. Heç kimin də pisliyini, yaman gününü də istəmirik. Qalanını pivə barında deyərəm. Di tərpənin, gün axşam oldu, getdik sərin pivədən nuş eləyib, bu günümüzə şükür eləməyə.
Həziqulu ilə Hətəm bir-birinə və sonra da mənə elə diqqətlə, zəndlə və təəccüb dolu baxışlarla baxdılar ki, elə bil birinci dəfə görüşürdük, özü də reanimasiyadan təzəcə çıxmış adamlar kimi.
*****
Novator rəisin novator işçiləri
Yaşıltəpə Ərazi İdarəsinin rəisi Şirin Şəkərli hər yerdə özünü yenilikçi, novator rəhbər kimi təqdim edir, işçiləri də məhz bu ruhda “tərbiyə” etdiyini dönə-dönə vurğulayırdı. İnsan, xüsusən də rəhbər işçi gərək zamanla ayaqlaşmağı yox, lap qabaqlamağı da bacarsın, yoxsa səni basıb əzər, üstündən tank kimi keçərlər, o dünyalıq olarsan – deyirdi məclislərdə, iclaslarda, həyət-baca söhbətlərində.
Yeni ilin ilk günlərində yenə “novatorluğu” tutmuşdu. İlin ilk iclasında bəyanat verdi ki, təzələnməyə, yenilənməyə üstünlük verəcək, bu məsələləri fəaliyyətinin prioriteti hesab edəcək. İlk tədbiri isə öz iş kabinetində həyata keçirəcək. Odur ki, iclasdan dərhal sonra müavinlərini, təsərrüfat şöbəsinin müdirini yanına çağırdı:
- Mənim kabinetimin, istirahət otağımın mebelləri təcili dəyişdirilməlidir. Stolumu isə qapıdan girən kimi sol tərəfdə küncdə qoyarsınız. Otağın başında uzaq məsafədə oturmağım yetər. İçəri girənlər bilməlidirlər ki, sadə adamam, xalqa yaxınam. Televizoru da kabinetin ortasına yerləşdirin. Avanqard üslubu xoşlayıram. Kitab şkafını yığışdırın, tavandan asma, hörmə rəflərdən istifadəni daha üstün tuturam. Tavandan sallanan çil-çıraqları isə divar boyu düzülən abajurlarla bəzəyin. Yadınızdan çıxarmayın, keçən ilki stildən, görüntüdən əsər-əlamət qalmamalıdır. Eşitdiniz də dediklərimi.
Rəis yanındakıları bayıra çıxardı. Hamı təəccüb içində idi. Rəhbərin “novatorluq” xəstəliyinin şiddəti hər kəsi çıxılmaz vəziyyətdə qoymuşdu. Amma əlac yox idi. Şəkərlinin tərsliyi tutmuşdusa, deməli, çıxış yolu tapılmalıydı.
Nahar fasiləsinə bir az qalmış rəisin köməkçisi xəbər verdi ki, təsərrüfat müdiri Siracəddin müəllim gəlmək istəyir. Rəis əlində bir vərəq kağızla içəri girən işçisini başdan-ayağa süzüb – hə, təkliflərini, qeydlərini söylə görüm, nədən başlamalıyıq bu il? – dedi.
- Heç, rəis. Ərizəmdə yazmışam, məni əmrlə göndər evimə, fəaliyyətimi öz mənzilimdən telefon vasitəsilə, ya da elektron formada internet üzərindən davam etdirim. Bu da bir növ novatorluq olar, inanın. Müavininiz bağ evində, qalanları da kənddə, ata-baba yurdlarında işləyəcəklər. Bəs nə, rəisimiz novatordursa, bizə nə olub, kimin qızından əskikik, hə?..
*****
“Camaata əl çaldırmaq sənəmi qalmışdı?..”
Bu əhvalat qələm dostlarımın birinin başına gəlib. Deməli, ötən əsrin doxsanıncı illərində dostum mühüm ictimai-siyasi kampaniya çərçivəsində Bakı rayonlarının birində əhali ilə növbəti görüşə getməli olur. Yollardakı ənənəvi avtomobil sıxlığı səbəbindən maşınını görüş yerinin yaxınlığında sürətlə sürməli, müəyyən olunmamış yerlərdən keçməli olur. Təbii ki, yol polisi qənşərini kəsir və dostumuzu qədərincə cərimələyir də. Üstəlik, yekəpər serjant qələm adamının üstünə çəmkirir və hörmətli bir şəxsin görüş yeri həndəvərində situasiyanı korladığı üçün onu yaxşıca məzəmmətləyir. Dostum nə qədər əlləşir-vuruşur, polis nəfərini inandıra bilmir ki, elə həmin görüş məhz onunla keçirilməlidir. Serjant onun bəstə boyunu, arıq, cüssəsiz vücudunu diqqətlə süzüb “get özünü dola, sənin o yekəlikdə görüşdə işin ola bilməz, yaxşısı budur, cəriməni vaxtında ödə, üstünə faiz gəlməsin”, – deyir.
Nə isə. Görüş başlayır. Dostum çıxış edir, camaatın arzularını, iradlarını dinləyir, sorğusunu cavablandırır. Tədbir başa çatandan sonra maşının yanında həmin serjantla yenidən üz-üzə gəlir.
- Əə, sən nə üzlü adamsan, abrın-həyan yoxdur, bu cür hörmətli, möhtəşəm yığıncaqda çıxış eləmək, camaata əl çaldırmaq elə sənin kimisinəmi qalmışdı? Vallah, heç cür başa düşə bilmədim bu həngaməni.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir
15-07-2020, 13:02
Akif CABBARLI - Şəhid general-mayor Polad Həşimova açıq məktub - Akif Cabbarlı yazır