23:20 / 03-07-2025
Günay Qurbanova yenidən Avropa çempionu olub
22:38 / 03-07-2025
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - Foto
21:10 / 03-07-2025
Dövlət başçıları Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər - Fotolar
19:57 / 03-07-2025
"Sputnik-Azərbaycan" işi: beş nəfər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib
19:05 / 03-07-2025
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kəndində olublar - (Yenilənib) - Fotolar
18:17 / 03-07-2025
Peşə tanınması: 179 namizəd keçid balını toplaya bilməyib
18:01 / 03-07-2025
Paşinyanın partiyası müxalifəti terrorçulara köməkdə ittiham edir
17:43 / 03-07-2025
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırıb
17:19 / 03-07-2025
Rusiya aktivlərinin müsadirəsi üçün layihə hazırlayıblar
16:47 / 03-07-2025
Azərbaycan dili üzrə test imtahanının nəticələri elan olunub
16:37 / 03-07-2025
Çempionlar Liqası: "Araz-Naxçıvan"ın rəqibləri müəyyənləşib
16:31 / 03-07-2025
Abituriyentlərin şikayətləri araşdırılıb
16:12 / 03-07-2025
Beyləqanda 16 yaşlı oğlan kanalda batıb
16:01 / 03-07-2025
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb
15:55 / 03-07-2025
Azərbaycan və Özbəkistan prezidentləri Xankəndidə fabrikin fəaliyyəti ilə tanış olublar
15:43 / 03-07-2025
Güclü külək əsəcək - Xəbərdarlıq
15:25 / 03-07-2025
Admiral ruslarla bağlı xəbərdarlıq edir
15:06 / 03-07-2025
Qırğızıstan prezidenti Azərbaycana işgüzar səfərə gəlib - Yenilənib
15:04 / 03-07-2025
İlham Əliyev Rəşid Meredovu qəbul edib - Fotolar
14:55 / 03-07-2025
ABŞ qoşunlarını Avropadan çıxaracaqlar
14:40 / 03-07-2025
İlham Əliyev Qarabağa səfər edib - (Yenilənib+) - Fotolar
14:34 / 03-07-2025
İki prezident Füzuli rayonuna səfər edib - Foto
14:29 / 03-07-2025
Ruslar sosial binaları vurub, ölən və yaralılar var
14:23 / 03-07-2025
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunacaq
13:52 / 03-07-2025
İsrail iki ölkə barədə Rusiya ilə gizli danışıqlar aparıb
13:43 / 03-07-2025
Məhkəmə Vüqar Səfərli ilə bağlı qərar verib
13:08 / 03-07-2025
Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır
13:16 / 29-06-2025

17:57 / 30-06-2025

15:08 / 30-06-2025

21:03 / 30-06-2025

13:20 / 29-06-2025

13:01 / 01-07-2025

13:16 / 02-07-2025

00:40 / 29-06-2025

14:15 / 30-06-2025

23:57 / 28-06-2025

12:56 / 29-06-2025

11:03 / 30-06-2025

Demokratiya kabusu
Tarix: 22-06-2019 13:49 | Bölmə: Nadir QOCABƏYLİ

Vaxt vardı Türkiyədə millət özünü Ərdoğandan ötrü öldürürdü. O zaman mən də Türkiyədə idim. O, əsl qəhrəman idi. Onu bir mitinqdə Türkiyə iqtiqlal marşının müəllifi, Türkiyədə çox sevilən Mehmet Akif Ərsoyun şeirindən bir sətir ("Məscidlər qışlamız, minarələr süngümüz...) söylədiyinə görə həbs etmişdilər.
Sonra o, İstanbul meri oldu. Yaxşı işlər gördü deyə (belə deyirdilər), nüfuzu daha da artdı. Oturub-durduğum türk gənclər mənə "abi, Türkiye Atatürkten sonra böyle bir lider görmedi", - deyirdilər.
AK Parti seçkilərdə qalib gələrək uzun illərdən sonra tək iqtidar oldu, amma Ərdoğanı baş nazir olmağa qoymadılar. Baş bakan vəzifəsinə formal olaraq yumşaq xarakterli Abdullah Gül oturduldu. Bir müddətdən sonra bu maneə də aşıldı, ancaq Ərdoğanın prezident olmaq yolu da hamar olmadı...
İndi eyni şeylər Əkrəm İmamoğluya münasibətdə baş verir. Bircə fərq var: 20 il qabaq Rəcəb Tayyib Ərdoğanın simasında sağçılar (dindarlar) təqib olunurdu, indi yazılanlara görə, təqib edənlər özləri (laik solçular) sıxışdırılır.
O vaxt İstanbul universitetinə başıbağlılar buraxılmırdı, universitetin rektoru Kamal Aləmdaroğlu milli düşmən elan olunmuşdu, indi hicabsızların təqib olunmasıyla bağlı informasiyalar yayılır.
Tutaq ki, gənc Ərdoğanın keçdiyi bütün prosedurları İmamoğlu da yavaş-yavaş keçdi; əvvəlcə həbs olundu (deyilənə görə, artıq Ərdoğan onu hədələməyə başlayıb), sonra mer, baş nazir və prezident oldu və 20 il də o hakimiyyətdə qocaldı, bu zaman ərzində nüfuzdan düşdü, sağ mühafizəkarlar yeni bir gənc ortaya çıxardılar...
Biz buna demokratiya, demokratik mübarizə deyirik. Çox əcəb, olsun demokratiya. Yaxşı, bəs bu demokratiyada Türk xalqının, sadə insanların, əhalinin qazancı nədir? Mən çoxdandır getmirəm, Türkiyədə zamanın gətirdiyi dəyişiklikləri çıxsaq, elə bir ciddi inkişaf varmı? Ərdoğanın tərəfdarları var, əleyhdarları yoxdur deyəcək. Amma 20 il əvvəl də beləydi.
O vaxt da, yəni solçu Ecevitin, qərbçi Çillərin, Yılmazın idarə etdiyi Türkiyədə də inflyasiya baş alıb gedirdi, əhali evsizlikdən, maaş azlığından, yoxsulluqdan əziyyət çəkirdi, indi də elədir. Əminəm ki, 20 il sonra da eyni şey olacaq...
Çünki Türkiyə xalqı öz potensialını elmə, texnologiyaya, iqtisadi və mədəni tərəqqiyə yox, məhz demokratiyaya sərf edir və bu demokratiya onu elə yorur ki, başqa şeylərə vaxtı qalmır. Bütün enerjisini bir-birini tənqid və təhqir etməyə, cürbəcür mənasız seçki dartışmalarına sərf edən millətin başqa nəsə etməyə heyi-hərəkəti qalarmı? Qalmaz!
Qərbin istədiyi də məhz budur. Bizi zahiri demokratiya ilə yormaq, amma onun altında, "pərdə arxasında" nələrin yatdığı haqda danışmağa qoymamaq, danışanların səsini batırmaq, dilini kəsmək, onlara hər cür mane olmaq.
Ərdoğan ABŞ-ın xeyir-duası ilə hakimiyyətə gəlsə də (radikal, Qərbə sərf etməyən mühafizəkar islama qarşı Fətullah Gülənin yumşaq, idarə olunan islam layihəsi), sözəbaxan lider olmadı. Möhkəmlənən kimi istismarçılara, işğalçılara öz yerlərini göstərməyə başladı. ABŞ belə bir adamı idarə edə biləcəyini düşünməklə səhvə yol vermişdi. Odur ki, onu aradan götürmək lazım idi. Çevriliş cəhdi baş tutmadı. Embarqolar, inflyasiya da kömək eləmədi. Odur ki, CHP-yə dəstək verməyə başladılar və indi də Əkrəm İmamoğlunu ortaya atıblar. Sizi inandırım ki, bu adamın soyadını da Ərdoğanın elektoratını ələ almaq üçün seçiblər.
Bizim demokratşüvənlərin də onu əziz qardaşları kimi müdafiə etməsi layihənin Qərbdən güclü dəstək aldığına tutarlı dəlillərdəndir. Çünki Azərbaycanda bir ovuc adamın eyni anda eyni şeyi xorla oxuması, birmənalı olaraq Qərb təlimatıdır.
Dünyada bir kabus dolaşır - Demokratiya kabusu!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?