13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
11:56 / 18-09-2025
Milli Məclisdə dinləmə keçiriləcək
11:55 / 18-09-2025
Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb
11:50 / 18-09-2025
Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"
11:44 / 18-09-2025
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
11:35 / 18-09-2025
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
11:20 / 18-09-2025
Makron həyat yoldaşının qadın olduğunu sübut etməyə çalışacaq
11:16 / 18-09-2025
Ermənilərin məhkəməsi gələn həftə keçiriləcək
11:09 / 18-09-2025
"Vahid Mədəniyyət Reyestri" sistemi yaradılacaq
10:57 / 18-09-2025
Yaponiya 100 illik rekorda imza atıb
10:57 / 18-09-2025
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzub - 300 minlik əmlakı qaytaracaq
10:53 / 18-09-2025
Rusiyada azərbaycanlı iş adamını həbs etmək istəyirlər
10:52 / 18-09-2025
Trampın xanımı ukraynalı uşaqlardan xüsusi hədiyyə alacaq
10:42 / 18-09-2025
Ukrayna dəmir yollarına yenidən zərbələr endirilib
10:35 / 18-09-2025
Slovakiya və Macarıstan Rusiyadan enerji idxalını azaltmayacaq
10:27 / 18-09-2025
Türkiyəli nazir: "Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarəti artacaq"
10:17 / 18-09-2025
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
09:22 / 18-09-2025
Azərbaycanda Milli Musiqi Günü qeyd olunur
09:16 / 18-09-2025
Putinin müharibə əleyhdarı olan silahdaşı istefa verib
09:05 / 18-09-2025
Ərdoğan: Haram əllərin müqəddəs Qüdsü ləkələməsinə izn vermərik!
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

“Kreml hesabatı” - Başlanğıc, yoxsa...
Tarix: 03-02-2018 20:35 | Bölmə: Xəqani CƏFƏRLİ

Ötən ilin yayında ABŞ Konqresinin hər iki palatası “Amerikanın əleyhdarlarına qarşı sanksiyalar vasitəsilə mübarizə haqqında” (“Countering America’s Adversaries Through Sanctions Act”) Qanunu faktiki olaraq yekdilliklə qəbul etdi. Qanunun 241-ci maddəsi 6 ay ərzində Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafı haqqında hesabatın hazırlanması ilə bağlı icra hakimiyyəti orqanlarının üzərinə vəzifə qoymuşdu. Sonradan “Kreml hesabatı” şərti adını alacaq sənədin hazırlanması haqqında qanunun qəbulundan ötən müddət ərzində bir çox fikirlər səslənib.
“Kreml hesabatı” ilə bağlı fəal iş aparanların arasında Rusiya müxalifətinin, xüsusiylə mühacirətdəki müxalifət nümayəndələri də var idi. Eyni zamanda Rusiya müxalifəti ABŞ Konqresinə müraciətlərində “Kreml hesabatı”na hansı məmur və oliqarxların adının düşməsi ilə bağlı ciddi təkidlər edirdilər.

Nəhayət, qanunda nəzərdə tutulduğu kimi, sənədin qəbulunun 6 ayı tamam olanda, yəni yanvarın 29-da ABŞ-ın Maliyyə Nazirliyi “Kreml hesabatı”nı Konqresə təqdim etdi. Məlum oldu ki, “Kreml hesabatı”nda 210 Rusiya siyasətçisi və oliqarxının adı var.
Əlibaba və 210 quldur
“Krem hesabatı”na Rusiya hökumətinin bütün üzvülərinin, Prezident Administrasiyanın vəzifəli şəxslərinin, Baş prokuror və İstintaq Komitəsi sədrinin, Moskva və Sankt-Pterburq merlərinin, kiçik istisnalar olmaqla dövlət şirkətləri rəhbərlərinin, eləcə də oliqarxların adlarının düşməsi dünyada geniş əks-səda doğurub.
“Kreml hesabatı”nın belə geniş siyahıdan ibarət olmasından ən çox ruhlanan Rusiya müxalifətidir. Üç il əvvəl qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun qardaşı İqor Eydman “Kreml hesabatı”na adı düşənləri “Əlibaba və 210 quldur” adlandırıb.
“Kreml hesabatı”nın müəllifləri hesab edir ki, siyahıdakı 210 nəfər Putin rejiminin təcavüzkar siyasətinə, çirkli pulların yuyulmasına, Avropada dözümsüzlüyün qızışdırılmasına vəbir çox qərb ölkələrində seçkinin nəticələrinə təsir etməyə görə məsuliyyət daşıyırlar.
“Kreml heabatı”na adı düşənlərə qarşı hansı sanksiyaların tətbiq olunması ictimaiyyətə açıqlanmasa da, ABŞ-ın Maliyyə Nazirliyi yaydığı məlumatda bildirir ki, həmin sanksiyalar sənədin məxfi hissəsində qeyd olunub.

“Kreml hesabatı”nın ictimaiyyətə açıqlanmayan məxfi hissəsinin yüzlərlə səhifədən ibarət olduğu artıq məlumdur. “Kreml heabatı” ilə bağlı bütün məqamların aydın olmamasına baxmayaraq, sənədin açıqlanması artıq öz nəticəsini göstərməkdədir. Belə ki, adları siyahıya düşən oliqarxların sərvəti bir gün ərzində 1,1 milyard dollar azalıb. Ən çox itkiyə məruz qalan “LukOİL” şirkətinin sahibi, Azərbaycan əsilli Rusiya oliqarxı Vahid Ələkbərovdur. Ələkbərovun sərvəti bir gün ərzində 266 milyon dollar azalıb.
Rusiya müxalifəti “Kreml hesabatı”na adı düşən şəxslərə qarşı fərdi qaydada sanksiyaların tətbiq olunması üçün yeni kampaniyaya başlayıb.
ABŞ Konqresində də hesab edirlər ki, siyahının açıqlanması yetərli deyil və konkret sanksiyalar elan olunmalıdır. Maliyyə Nazirliyində isə düşünürlər ki, “Kreml hesabatı”nın açıqlanmasından sonra qərb bankları siyahıya adı düşənlərlə maliyyəəməliyyatı aparmayacaq.
Rusiya yalnız maliyyə sahəsində deyil, yeni texnologiyaların əldə edilməsində də problemlə üzləşəcək. Sərmayəsiz və texnologiyasız hansısa inkişafdan danışmaq isə sağlam ağlın məhsulu ola bilməz.
Belə görünür ki, “Kreml hesabatı”nın açıqlanması “Amerikanın əleyhdarlarına qarşı sanksiyalar vasitəsilə mübarizə haqqında” Qanunun qəbulu ilə başlayan prosesin sonu deyil, başlanğıcıdır. “Kreml hesabatı” adları siyahıda olanların başı üzərində “Domokl qılıncı” rolunu oynayacaq.
“Kreml hesabatı”na Rusiyanın bütün siyasi və iqtisadi elitasının salınması Vladimir Putinə olan münasibətin nəticəsidir. Bu şəxslərin adları siyahıya bircə səbəbə - Putinə bağlı olduqlarına görə salınıb. Putinin özünün adının siyahıda olmaması da bununla bağlıdır.
Vaşinqton “Kreml hesabatı” ilə bütün dünyaya mesaj verir ki, Rusiya prezidenti ilə yaxın münasibətlər faktiki olaraq cinayət əməli kimi qəbul edilir. Bundan sonra Rusiya prezidentinin beynəlxalq aləmdən təcridi daha da sürətlənəcək.
Putin üçün geri sayım başlayıb
“Kreml hesabatı”nın təsiri ilə Putinin ətrafında mərkəzdənqaçma prosesi başlayacaq. Adları siyahıya düşən məmurların “vətənpərvər” və “mübariz” bəyanatlarına baxmayaraq, ehtiraslar ötüb keçəndən sonra Putinin arzuolunmazlığı ilə bağlı rəylər güclənəcək. Xüsusiylə oliqarxlar bu vəziyyətə uzun müddət dözə bilməyəcəklər.

Məmurların “sədaqəti”nin də uzun müddət davam edəcəyi inandırıcı deyil və Putini Birinci Pavelin taleyi gözləyə bilər. Ümumiyyətlə, Rusiya tarixi - hakim dairələrin maraqları ilə hökmdarın marağı üst-üstə düşməyəndə səltənət sahibinin öldürülməsi, devrilməsi, hakimiyyətdən “könüllü” əl çəkməsi faktı ilə zəngindir.
“Kreml hesabatı” Rusiyanın daxili siyasətinə öz təsirini gücləndirib. Artıq müxalifət daha cəsarətli mövqe nümayiş etdirməyə başlayıb. Eyni zamanda, Rusiya müxalifəti daxilində kövrək də olsa, birləşmə prosesinə start verilib. Belə görünür ki, Rusiya müaxlifəti artıq Putini məğlubedilməz vəəbədi hesab etmir. Yəni, “Kreml hesabatı” ilə Putin üçün geri sayım başlayıb. Bu proses sosial-iqtisadi vəziyyətin günü-gündən pisləşməsi ilə daha da sürətlənəcək.
Son dörd ildə ardıcıl olaraq Rusiya vətəndaşlarının gəlirləri azalır, xərcləri artır. Rəsmi məlumatlara görə, ölkədə 23 milyon vətəndaş yoxsulluq həddindən aşağı gəlirə malikdir.
Rusiyada səfillərin sayı 5 milyona çatıb.Səfil və yoxsulların sayı artan xətt üzrə davam edir və hətta Putin də bu vəziyyətin Rusiya kimi zəngin ölkə üçün utancverici olduğunu bəyan edib.
Putin hakimiyyəti indi həmişəkindən daha çox neftin qiymətindən asılı vəziyyətə düşüb.Əgər neftin qiyməti 40 dollardan aşağı enərsə, Rusiyada iqtisadi-sosial fəlakət başlaya bilər. Ümumiyyətlə, Putinin Rusiyada yaranmış iqtisadi vəziyyətdən çıxış yolu tapa bilməməsi bir yana, bununla bağlı təsəvvürlərinin olmadığı da aşkar görünür.
Üçüncü ölkələr üçün təhlükə
Rusiyanın hərbi-sənaye kompleksinə qarşı sanksiya tətbiq edən Vaşinqton şimal qonşumuzun neftdən sonra ikinci gəlirli sahəsini çökdürmək istəyir.ABŞ-da ümid edirlər ki, sanksiyadan sonra Rusiyadan silah və hərbi texnika almaq istəyənlər fikirlərini dəyişəklər.
Azərbaycanda bəzi media orqanları rusiyalı politoqa istinad edərək Rusiyadan silah alınmasının ölkəmiz üçün problem yaratmaycağını aşılamağa çalışırlar.Görünür, onlar Vaşinqtonun Rusiyadan silah alınması ilə bağlı mövqeyindən ya xəbərsizdir, ya da bilərəkdən məsələni təhrif edirlər.

Məsələ isə ondan ibarətdir ki, ABŞ-ın Maliyyə Nazirliyi Rusiyadan önəmli miqdarda silah alan ölkələrə qarşı da sanksiya tətbiq edəcəklərini çox açıq şəkildə bəyan edib. Maliyyə Nazirliyi Vaşinqtonun bu mövqeyini Rusiyadan silah alan dövlətlərin nəzərinə çatdıracaq.
ABŞ qanunvericiləri Rusiyaya qarşı yeni sanksiyalar üzərində də işləyir. ABŞ-ın Ədliyyə Nazirliyinin prokurorları Beynəlxalq Olimpiya Komitəsində, FİFA-dakı korrupsiya ilə bağlı geniş araşdırma aparılmasını tələb edirlər.ABŞ ədliyyəsinin idman sahəsində korrupsiya hallarına qarşı dözümsüzlüyü də məzh Rusiya faktoru ilə bağlıdır.
ABŞ ədliyyəsi bu ilin yayında futbol üzrə dünya çempionatının keçirilməsi hüququnun Rusiyanın rüşvət hesabına əldə etdiyindən şübhələnir. Bu məqamı ona görə qeyd edirəm ki, ABŞ-ın Rusiyanın adı keçən məsələlərə dözümsüzlüyü, kəskin münasibəti tam aydın olsun. Əks halda rusiyalı politoqun sözünəinanıb Rusiyadan silah almaq ölkəmizə qarşı da sanksiyaların gündəmə gəlməsinə səbəb ola bilər.
Ümumiyyətlə, Rusiyanın faktiki olaraq ABŞ-ın düşməni elan olunduğu, bu düşmənin qarşısının alınması ilə bağlı ciddi addımların atıldığı indiki zamanda Moskva ilə münasibətlərə yenidən baxmağın vaxtı çatıb.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?