21:36 / 26-04-2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - Fotolar
20:58 / 26-04-2024
İlham Əliyevlə Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
20:46 / 26-04-2024
Azərbaycan və Almaniya prezidentləri görüşüb - (Yenilənib) - Fotolar
19:35 / 26-04-2024
43 pişiyi ac-susuz saxlayan şəxsi həbs ediblər
19:06 / 26-04-2024
Rusların hücum etmək istədiyi iki xəstəxana təcili boşaldılır
18:43 / 26-04-2024
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndi və Şuşaya səfər ediblər - (Yenilənib) - Foto
18:41 / 26-04-2024
İsveç Latviyaya qoşun və zirehli texnika göndərir
18:36 / 26-04-2024
Blinken Pekində Çini hədələyib
18:20 / 26-04-2024
20-yə yaxın məhbus həbsxanadan qaçmağa cəhd edib - Foto
18:15 / 26-04-2024
Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatlar dəqiqləşdirilir
18:08 / 26-04-2024
Erməni deputatlar saxlanılıb
17:58 / 26-04-2024
Ermənistan XİN: "Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq"
17:39 / 26-04-2024
"Beşiktaş" daha bir futbolçu ilə müqaviləni yeniləyib
17:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
17:23 / 26-04-2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
17:15 / 26-04-2024
Quba-Xaçmaz Regional filialına müdir təyinatı olub
16:58 / 26-04-2024
“Krokus”dakı terror aktına görə daha bir şübhəli saxlanılıb
16:56 / 26-04-2024
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - Foto
16:11 / 26-04-2024
Azərbaycanda partiya rəhbəri həbs edilib
16:05 / 26-04-2024
Əli Əsədov daha bir qərar imzalayıb
15:52 / 26-04-2024
Qəzzada daha 51 dinc sakin həlak olub
15:46 / 26-04-2024
Avtomobil şirkəti daha bir yeniliyə imza atıb - Fotolar
15:33 / 26-04-2024
Keçmiş rektor son söz üçün məhkəmədən yenə vaxt istəyib
15:14 / 26-04-2024
Azərbaycan prezidenti Almaniya kansleri ilə görüşüb - (Yenilənib) - Fotolar
14:06 / 26-04-2024
Rusiyanın yeni silahı ABŞ-a məxsus peykləri vura biləcək
13:54 / 26-04-2024
"Qarabağ" klubu cərimələnib
13:28 / 26-04-2024
Naxçıvan Nazirlər Kabinetinə Aparat rəhbəri təyin edilib
13:21 / 26-04-2024
Tehran-Tel-Əviv qarşıdurmasının növbəti dayanacağı haradadır?
13:07 / 26-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı gedib - (Yenilənib)
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
14:10 / 23-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
16:58 / 23-04-2024
İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumda iştirak edir - (Yenilənib)
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
00:05 / 23-04-2024
Abramoviç yeni futbol klubunu Avropanın ən yaxşısı edəcək
00:02 / 23-04-2024
Məşhur boksçu Mayk Tayson şirkətin səfiri olub
17:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
00:45 / 22-04-2024
Türkiyədə yenə zəlzələ olub
“143-cü çuxur”un iztirabları
Tarix: 27-05-2016 20:40 | Bölmə: Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər
Tarix: 27-05-2016 20:40 | Bölmə: Mətanət ƏLİYEVA
Mayın 14-17-də Nizami kinoteatrında İran kinosu günləri keçirildi. Açılış mərasimində Azərbaycanın və İranın hökumət adamları, tanınmış kino xadimləri də iştirak edirdilər.
Tədbiri keçirməkdə məqsəd Azərbaycan və İran xalqı arasında dostluğu möhkəmlətmək idi. Hesab edirəm ki, hər iki dövlət bu sahədə daha fəal çalışmalıdır, çünki bu iki dövləti düşmən etməyə çalışan böyük qüvvələr və daxildən o qüvvələrə dəstək verən məkrli vətəndaşlarımız var.
İndiyə qədər İranda olmasam da, İran xalqını və dövlətini həmişə sevmişəm, İranı özümün tarixi vətənim hesab etmişəm. İran xalqının özünəməxsusluğunu qoruyub saxlaması, sadəliyi, təvazökarlığı xüsusiylə təqdirəlayiqdir.
16-cı əsrdə böyük sərkərdə və dövlət xadimi Şah İsmayıl Xətai indiki İran dövlətinin ərazisi də daxil olmaqla, bir ucu İrəvan xanlığı, bir ucu Borçalı, bir ucu Dərbənd olan Böyük Səfəvilər dövlətini yaradıb. 1828-ci ildə İran Rusiya ilə müharibədə uduzub və Rusiya Azərbaycanın şimal hissəsini özünə birləşdirib.
İranı Məhəmməd peyğəmbərin qanuni varisi olan böyük sərkərdə İmam Əli tərəfdarlarının vətəni hesab edirəm. Gözümü açandan qohumlarımda, o cümlədən nənəmdə İmam Əliyə sonsuz məhəbbət görmüşəm.
Tarixi faktlarda göstərilir ki, Şah İsmayıl Xətai İmam Əlinin qan qohumu olub. Nədənsə tarixçilərimiz bəzən həqiqəti xalqdan gizlədir və Azərbaycanla Türkiyəni bir millət, iki dövlət adlandırırlar, halbuki Səfəvilər dövləti ilə Osmanlı imperiyası əbədi düşmən olublar və bu gün də bu dövlətlər müxtəlif qüvvələrə xidmət edirlər. Türkiyə İrana olan düşmənçiliyini, hər zaman olduğu kimi, indi də Azərbaycana qarşı davam etdirir.
2-ci Dünya müharibəsində Hitlerə xidmət edən Osmanlı imperiyası Azərbaycan ziyalılarının bir çoxunu təxribata çəkdi. Mikayıl Müşfiq, Seyid Hüseyn, Hüseyn Cavid kimi ziyalılarımız Osmanlı təxribatının qurbanı oldu, Məmməd Əmin Rəsulzadənin ailəsi sürgündə məhv oldu.
Hazırda Əlini sevənlərin vətəni İran müsəlman ölkələrini xaraba qoyan, müsəlmanları öz ölkələrindən didərgin salan ABŞ və onun müttəfiqlərinə qarşı vuruşur, Türkiyə isə ABŞ-a kömək edir.
Tarix boyu çox dövlətlər parçalanıb, onların ərazisində müstəqil dövlətlər yaranıb. Bizim də qismətimizə müstəqil Azərbaycan dövləti yaratmaq nəsib olub. Tariximizi düzgün bilib gələcəyimizi düzgün qurmalıyıq.
İran kinosu günlərində 4 film nümayiş olundu. Birinci gün nümayiş olunan "143-cü çuxur" filmi İran İslam İnqilabından sonra başlayıb 7 il davam edən İran-İraq müharibəsinə həsr olunub. Daha doğrusu, filmdə 1982-ci ildə oğlu müharibədə itkin düşən ananın iztirabları təsvir olunub.
Filmdə müharibə haqqında heç nə deyilmir. Hind filmlərində olduğu kimi, sanki məqsəd oxucunu ağlatmaqdır. Hamıya aydındır ki, müharibə dünyada ən dəhşətli şeydir. Ölüm, aclıq, dağıntı, qaçqınlıq - dünyada dəhşətli nə varsa hamısı müharibədə baş verir.
Film onda böyük sənət əsəri olardı ki, müharibənin qarşısını almaq istəyən ağıllı dövlət başçısına həsr oluna, yaxud müharibədə İraq xalqının günahı olmadığı təsvir olunardı.
İslam İnqilabından sonra Səddam Hüseyn qərb dairələrinin əli ilə İranı təxribata çəkdi və sonda da qərbin əli ilə faciəli şəkildə qətlə yetirildi. Filmdə bu həqiqətlər açılsaydı daha maraqlı olardı.
Filmdə təsvir olunduğu kimi, keçən əsrin sonunda İran kəndlilərinin son dərəcə kasıb yaşaması məni çox məyus etdi. İran kimi zəngin bir dövlətdə insanlar belə kasıb yaşamamalıdır. Filmdə təsvir olunan İran kəndi səhranı xatırladır, kənddə nə yaşıllıq var, nə də gözəl yollar...
Mən başa düşürəm ki, İran isti ölkədir, orada su qıtlığı ola bilər. Amma texnikanın bu qədər inkişaf etdiyi bir vaxtda kəndləri normal su ilə təmin etmək olar, yol çəkilişi üçün lazım olan neft məhsulları İranda bol olduğu halda kənd yollarının bərbad olması normal deyil.
"143-cü çuxur" filminin rejissoru qadındır. Hesab edirəm ki, qadınlar heç vaxt böyük sənət əsərləri yaratmayıblar və yarada bilməzlər. Qadınlar yalnız yaradıcı kişilərə ilham verə bilərlər.
İranda son vaxtlar İmam Əli, Yusif peyğəmbər haqqında çəkilən dini filmlərə Azərbaycanda çox maraqla baxılsa da, bu filmlərin bədii keyfiyyəti çox aşağıdır. Yaxşı olardı ki, İranın tarixi ilə bağlı filmlər çəkilsin. Məsələn, rəhmətlik yazıçımız Fərman Kərimzadə Şah İsmayıl Xətaiyə həsr olunmuş "Xudafərin körpüsü" və "Çaldıran döyüşü" adlı son dərəcə maraqlı romanlar yazıb. Onların əsasında gözəl film çəkmək olar.
İnanmıram ki, İranda yüksək səviyyəli filmlər yarada biləcək kino xadimləri yoxdur. Mənə elə gəlir ki, məqsəd dəyərli filmlər yaratmaq yox, ucuz üsullarla dini ideologiyanı təbliğ etməkdir. Bu işdə də yüksək peşəkarlıq, talant, intellekt lazımdır.
Mən İran filmlərində bunu görmürəm. Həm də mənə elə gəlir ki, müsəlman siyasi liderlər özlərindən əvvəlki böyük siyasətçiləri inkar etməklə öz dəyərlərini artırmağa çalışırlar.
Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər