HƏMAS-ın daha bir yüksək rütbəli üzvü öldürülüb
Tarix: 12-10-2023 10:36 | Bölmə: Dünya
HƏMAS-ın daha bir yüksək rütbəli üzvü öldürülüb

İsrail Müdafiə Qüvvələri HƏMAS-ın daha bir yüksək rütbəli üzvü Məhəmməd Əbu Şamalı öldürüb.

Reyting.az
xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, cümə axşamı gecəsi İsrail Müdafiə Qüvvələri ötən şənbə günü Qəzza zolağı yaxınlığında İsrail ərazisinə hücuma edən HƏMAS-ın bir hissəsi olan elit Nuxba bölməsinə və komandanlıq mərkəzlərinə zərbələr endirib.

Bundan əlavə, İsrailin Hərbi Hava Qüvvələrinin təyyarələri HƏMAS terrorçularının dəniz qüvvələrinə rəhbərlik edən Məhəmməd Əbu Şamala zərbələr endirib. Bildirilir ki, onun evindən suda fəaliyyət göstərən silahlıların saxlanılması üçün anbar kimi istifadə olunurmuş.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}