Kanada Ukraynaya əsgər göndərməyə hazırdır
Tarix: 01-03-2024 17:00 | Bölmə: Dünya
Kanada Ukraynaya əsgər göndərməyə  hazırdır

Kanada öz əsgərlərini Ukraynada yerləşdirə bilər. Bir şərtlə ki, məqsəd ukraynalı hərbçilərə təlim keçmək olsun.

Reyting.az
xəbər verir ki, bunu Kanadanın müdafiə naziri Bill Blair bildirib.

Onun sözlərinə görə, kanadalı əsgərlərin Ukraynada yerləşdirilməsi kifayət qədər təmkinli və məhdud şəkildə, təlim qabiliyyəti ilə olmalıdır.

Nazir deyib ki, o, Kanada qüvvələrinin şəxsi heyətinin əməliyyat bölgəsi yaxınlığında yerləşdirilməsini və döyüş rolunun hər hansı komponentini öz üzərə götürmək təəssüratının yaranmasını istəmir.

B. Blair "Star” qəzetinə müsahibədə qeyd edib ki, azsaylı kanadalı hərbçilər artıq Ukraynadadır - onlar diplomatik personalı qoruyur və genişmiqyaslı işğaldan əvvəl "Uniter" əməliyyatı çərçivəsində ukraynalı əsgərlərə təlim keçiblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}