“Hizbullah”a növbəti ağır zərbə vurulub
Tarix: 09-10-2024 14:17 | Bölmə: Dünya
“Hizbullah”a növbəti ağır zərbə vurulub

İsrail ordusu Beyrutdakı hücumda “Hizbullah”ın logistika qərargahının komandiri Süheyl Hüseyn Hüseyninin öldürüldüyünü açıqlayıb.

Reyting.az
xəbər verir ki, Hüseyninin Beyrutda “Hizbullah”ın kəşfiyyat məntəqələrinə hücum zamanı öldürülüb.

Qeyd edilir ki, İran və “Hizbullah” arasında silah transferində Hüseyninin mühüm rolu olub.

İsrailin baş naziri Benyamin Netanyahu hücumda Həsən Nəsrullahın mümkün varisi kimi göstərilən “Hizbullah” İcraiyyə Şurasının sədri Haşim Safiyuddinin öldürüldüyünü də iddia edib.

“Hizbullah”a bir zərbə vurduqlarını və zəiflətdiklərini” iddia edən Netanyahu Livan xalqını “Hizbullah”a qarşı mövqe tutmağa çağırıb. İsrailin müdafiə naziri Yoav Gallant da Safiyuddinin öldürüldüyünü ehtimal edərək İrana mesaj verib: “Livanda tüstü yox olanda, İran ən qiymətli varlığı olan “Hizbullah”ı itirdiyini anlayacaq”.

Bu arada “Hizbullah”ın iki nömrəsi sayılan Şeyx Naim Qasim bildirib ki, qrupun Livanda atəşkəs səylərini dəstəkləyir. Buna baxmayaraq, Qasim Qəzzada müharibənin dayandırılmasını Livanda hərbi əməliyyatların dayandırılması üçün ilkin şərt kimi qeyd etməyib. Boş qalan vəzifələri doldurduqlarını deyən Kasımın sözlərinə görə, təşkilatın yeni idarə heyəti müəyyənləşib.

Son bir ildə “Hizbullah” 20-yə yaxın liderini itirdiyi halda, Qasim İsrailin “Hizbullah”ın döyüş qabiliyyətinin azaldığına dair iddialarını rədd edərək, münaqişənin davam edəcəyini və İsrailə müqavimət göstərəcəklərini bəyan edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər