Rusiya Kursk vilayətinə 50 min hərbçi yerləşdirib
Tarix: 11-10-2024 12:03 | Bölmə: Dünya
Rusiya Kursk vilayətinə 50 min hərbçi yerləşdirib

Rusiya Ukrayna cəbhəsindəki mövqelərini zəiflədərək Kursk vilayətinə 50 minə yaxın hərbçi yerləşdirib.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aleksandr Sirski bildirib.

General-polkovnik deyib ki, Rusiya komandanlığı bu qüvvələri düşmənin hücum əməliyyatları apardığı digər cəbhələrdən gətirib.

“Biz bilirik ki, başqa istiqamətlərdən 50 minə yaxın hərbçi Kursk istiqamətinə köçürülüb”, - Sırski bildirib.

Onun sözlərinə görə, Rusiya qüvvələrinin Kursk vilayətinə köçürülməsi ilə əlaqədar digər istiqamətlərdə, xüsusilə Zaporojye, Xerson vilayətlərində və cəbhənin Kramatorsk sektorunda düşmən qruplarının zəifləməsi müşahidə olunub: “Bu, əlbəttə ki, müdafiə əməliyyatı keçirməyimiz üçün şəraiti asanlaşdırdı”.

“Bloomberg”in daha əvvəl yazdığı kimi, Ukrayna Rusiyanın Kursk vilayətində ələ keçirdiyi əraziləri bir neçə ay, hətta daha uzun müddətə saxlaya biləcək. Rusiya qüvvələri əsasən Ukraynanın şərqindəki əməliyyatlara diqqət yetirərək yalnız məhdud əks-hücumlar həyata keçirib.

Eyni zamanda, sentyabrın 10-da “DeepState” analitikləri Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələrinin Kursk qrupunun sol cinahından keçdiyini bildiriblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}