09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Ermənistanda 7 nazir təyinatı olub
Tarix: 03-08-2021 13:48 | Bölmə: Dünya / Xəbərlər
Ermənistanda 7 nazir təyinatı olub

Ermənistan Prezidenti Armen Sarkisyan 6 nazir və Baş nazirin müavini vəzifəsinə təyinatla bağlı sərəncam imzalayıb.

“Sputnik Armeniya” xəbər verir ki, Baş nazirin müavini vəzifəsinə Mqer Qriqoryan təyin edilib.

Vaqan Kerobyan iqtisadiyyat naziri, Vaqram Dumanyan təhsil, elm, mədəniyyət və idman naziri, Andranik Piloyan fövqəladə hallar naziri, Karen Andreasyan ədliyyə naziri, Anait Avanesyan isə səhiyyə naziri vəzifəsinə təyin olunublar. Onlar əvvəldən də bu postu tutublar.

Keçmiş iqtisadiyyat naziri Tiqran Xaçatryan maliyyə naziri təyin edilib/Report.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan onların təyin olunmaları üçün Prezident Armen Sarkisyana təqdimat göndərmişdi.




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb