09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
"Taliban" Əfqanıstanın daha iki əyalətini ələ keçirib
Tarix: 07-08-2021 15:59 | Bölmə: Dünya / Xəbərlər
"Taliban" Əfqanıstanın daha iki əyalətini ələ keçirib

“Taliban” qruplaşması Əfqanıstanın cənub-qərbində yerləşən Nimruz və şimalındakı Cauzcan əyalətlərinə nəzarəti ələ keçirdiyini elan edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə avqustun 7-də qruplaşmanın tviter səhifəsində məlumat yayılıb.

Qruplaşma Cauzcanın mərkəzi Şiberqan şəhərində yerləşdiklərini bildirib. Bir gün əvvəl Əfqanıstanın Müdafiə Nazirliyi Şiberqanın “Taliban”dan təmizləndiyini açıqlamışdı.

Qeyd edək ki, Əfqanıstanın 34-də əyaləti var/Report.




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb