Paşinyanın deputat qaynı zaldan çıxarılarkən söyüş söyüb
Tarix: 25-08-2021 12:35 | Bölmə: Dünya / Xəbərlər
Paşinyanın deputat qaynı zaldan çıxarılarkən söyüş söyüb

Ermənistan Baş naziri Nikol Paşinyanın qaynı, Anna Akopyanın qardaşı, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından deputat Qraçya Akopyan bu gün Ermənistan parlamentində baş verən insident zamanı zaldan çıxarılıb.

“Sputnik Armenia” xəbər verir ki, Q.Akopyan təhlükəsizlik xidmətinin əməkdaşı tərəfindən zaldan çıxarılarkən ana söyüşü söyməyə başlayıb.

Həmin anlar “Hraparak” qəzetinin müxbiri tərəfindən lentə alınıb.

Sakitləşdikdən sonra jurnalistlərlə söhbət edən Paşinyanın qaynı deputat həmkarı Hayk Sarkisyanın parlamentdə insidentə səbəb olan Ermənistanın bütün keçmiş müdafiə nazirlərinin satqın olması fikrini təkrar edib/Report.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 13:14 Azərbaycanda əhali artıb
14-05-2024, 10:09 XİN İsraili təbrik edib

{sape_links}{sape_article}