23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Bu gün “Qəbələ”-“Zirə” qarşılaşması olacaq
Tarix: 30-11-2019 01:51 | Bölmə: İdman / Xəbərlər
Bu gün “Qəbələ”-“Zirə” qarşılaşması olacaq

Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura start veriləcək.

Reyting.az
xəbər verir ki, turun ilk oyunu Qəbələ şəhər stadionunda keçiriləcək. “Zirə”ni qəbul edəcək “Qəbələ” mövsümün ilk yarısında çempionatdakı son ev oyununa çıxacaq.

“Qırmızı-qaralar” tarixində 20-ci dəfə bu rəqiblə görüşəcək. Əvvəlki 19 görüşdə 7 qələbə qazanan “Qəbələ” 8 dəfə heç-heçə edib. Yalnız 4 matçda məğlub olan komanda 26 qol vurub, 17-ni buraxıb. Aleksey Qay “Zirə”nin qapısından hamıdan çox – 4 qol vurub.

19 görüşdən 2-si kubok, 17-si Premyer Liqa çərçivəsində keçirilib. Çempionatda 5 qələbə əldə edən “qırmızı-qaralar” 8 dəfə bir xalla kifayətlənibsə, 4 matçdan məğlub ayrılıb. “Qəbələ” top fərqində də üstünlüyə malikdir – 19-15.

Qəsəbə klubunu 10-cu dəfə qonaq edəcək komanda öz meydanında 4 qələbə qazanıbsa, eyni sayda heç-heçə edib və yalnız bir dəfə uduzub. Bu matçlarda 13 qol vuran “qırmızı-qaralar” 7 top buraxıblar (gabalafc.az).




Bölməyə aid digər xəbərlər
23-02-2024, 09:36 Obameyanq tarix yazıb
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}