15:02 / 28-04-2024
Bu gün magistraturalara qəbul imtahanı olub - Yenilənib
14:08 / 28-04-2024
Sabahın hava proqnozu açıqlanıb
11:09 / 28-04-2024
Ukraynaya məxsus 17 PUA vurulub
08:08 / 28-04-2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
07:56 / 28-04-2024
Ağdamda növbəti mina partlayışı olub, xəsarət alan var
22:50 / 27-04-2024
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
22:39 / 27-04-2024
Yunanıstanın baş naziri Türkiyəyə səfərə hazırlaşır
18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
18:15 / 27-04-2024
DİN: "Toplum TV”-nin əməkdaşı saxlanılmayıb"
17:09 / 27-04-2024
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
15:53 / 27-04-2024
Ali Məhkəmənin hakimi özünü öldürüb
14:39 / 27-04-2024
Prezident bir qrup sahibkarı təltif edib - Siyahı
13:42 / 27-04-2024
ANAMA əməkdaşı Şuşada minaya düşüb
12:45 / 27-04-2024
Laçının Sus kəndinə ilk köç olacaq - Fotolar
12:11 / 27-04-2024
Sabah hava necə olacaq? - Proqnoz
11:59 / 27-04-2024
Dünyanın ilk süni enerji adası tikilir
10:14 / 27-04-2024
Xankəndidə silah və sursatlar aşkarlanıb
10:09 / 27-04-2024
Marsdakı "hörümçək sürüsü"nün sirri açılıb - Fotolar
09:27 / 27-04-2024
Britaniyanın lüks avtomobilləri Rusiyaya daşınır
08:18 / 27-04-2024
"Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - Fotolar
08:09 / 27-04-2024
Rusiyada azərbaycanlılarla taciklər arasında kütləvi dava: ölən və yaralananlar var
21:36 / 26-04-2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - Fotolar
20:58 / 26-04-2024
İlham Əliyevlə Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
20:46 / 26-04-2024
Azərbaycan və Almaniya prezidentləri görüşüb - (Yenilənib) - Fotolar
19:35 / 26-04-2024
43 pişiyi ac-susuz saxlayan şəxsi həbs ediblər
19:06 / 26-04-2024
Rusların hücum etmək istədiyi iki xəstəxana təcili boşaldılır
18:43 / 26-04-2024
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndi və Şuşaya səfər ediblər - (Yenilənib) - Foto
18:41 / 26-04-2024
İsveç Latviyaya qoşun və zirehli texnika göndərir
16:58 / 23-04-2024
İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumda iştirak edir - (Yenilənib)
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
17:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
17:29 / 24-04-2024
24 Aprel - Erməni Yalanı Günüdür
18:05 / 23-04-2024
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
09:21 / 24-04-2024
Bakıda Qırğız Kino Günləri başlayıb - Fotolar
09:19 / 24-04-2024
Azərbaycan Kuboku: bu gün finalçılar bəlli olacaq
13:07 / 26-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı gedib - (Yenilənib)
10:09 / 27-04-2024
Marsdakı "hörümçək sürüsü"nün sirri açılıb - Fotolar
14:30 / 24-04-2024
İlham Əliyevlə Sadır Japarov görüşüb, yeni sənədlər imzalanıb - (Yenilənib)
00:11 / 24-04-2024
İrana qarşı sanksiya siyahısı genişləndirilib
13:21 / 24-04-2024
Azərbaycanda Rusiya əleyhinə ikinci cəbhə olmayacaq
“Yüksək texnologiyalar ölkə iqtisadiyyatında mühüm əhəmiyyətə malikdir”
Tarix: 17-12-2017 13:05 | Bölmə: Layihə
İKT üzrə ekspert: “Poçt və telekommunikasiya sahəsində xidmətlərin çeşidi artsa da, bəzi problemlərin həlli vacibdir”
Hər il 6 dekabr Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramı kimi qeyd olunur. Peşə bayramı Azərbaycan prezidenti İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli Sərəncamına müvafiq olaraq təsis edilib. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri dekabrın 6-da öz peşə bayramlarını qeyd edirlər.
Peşə bayramının bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Ölkəmizdə telefon rabitəsinin tarixi 1881-ci ildə ilk telefon xəttinin istismara verilməsi ilə başlayıb. Müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkədə poçt və teleqrafın inkişafı istiqamətində mühüm işlərin görülməsini zəruri edib. Müstəqil dövlətin Poçt və Teleqraf Nazirliyi təsis edilib.
1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra digər sahələrlə yanaşı, rabitə də davamlı inkişaf yoluna qədəm qoyub. Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı da diqqətəlayiq inkişaf yolu keçib. Bakıda Dəmir yolu yanı poçtamt binasının, Rabitə evi, onlarla rayon mərkəzində rabitə qovşaqları üçün binaların, bundan başqa, respublikada yüzlərlə poçt şöbəsi binasının tikintisi də məhz həmin dövrə təsadüf edir.
Müstəqillik illərində ölkəyə rəhbərlik etdiyi dövrlərdə də Ulu Öndər bu sahənin inkişafını diqqətdə saxlayıb. Azərbaycanda rabitənin inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri ümummilli lider Heydər Əliyevin 2003-cü fevralın 17-də “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə 2003-2012-ci illəri əhatə edən Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamı olub və ötən müddətdə respublikada informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində reallaşdırılan siyasət məhz bu strategiyanın üzərində qurulub.
Sürətlə inkişaf edən yeni texnologiyaların bir-birini əvəzlədiyi müasir dövrdə isə bu tərəqqi prezident İlham Əliyevin rəhbərliyi ilə daha geniş vüsət alıb. 2005-ci ildə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib, Milli Strategiyanın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı” hazırlanıb, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı yaradılıb. 2006-cı ildə “Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında” dövlət başçısının Sərəncam imzalaması və buna uyğun olaraq hər il dekabrın 6-sı bu sahədə çalışanların peşə bayramı günü kimi təsis edilməsi göstərilən dövlət qayğısının daha bir təzahürüdür. Görülən işlərin nəticəsidir ki, Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir.
Qədim tarix və kifayət qədər də böyük uğurlara imza atan Azərbaycan son illərdə İKT-nin inkişaf göstəricilərinə görə dünyada lider yerlərdən birini tutur.
Nazirlikdən verilən məlumata görə, MDB ölkələri arasında ilk dəfə Azərbaycanda sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb, respublikanın bütün rayon mərkəzləri magistral fiber-optik telekommunikasiya şəbəkəsinə qoşulub, Azərbaycan regionun ən təhlükəsiz “Data Mərkəz”inə malikdir. Bu gün yerli və beynəlxalq IT xidmətləri provayderləri “Data Mərkəz”də tam təhlükəsiz şəkildə öz infrastrukturlarını yarada bilərlər.
Hazırda Azərbaycanda hər 100 nəfərə 78 internet istifadəçisi düşür ki, onların da 65 faizi genişzolaqlı internetdən istifadə edir. Bu göstəriciyə görə, ölkəmiz MDB və Mərkəzi Asiyada liderliyini saxlayır. Hazırda respublika üzrə əhalinin hər 100 nəfərinə düşən sabit şəbəkə abunəçilərinin sayı 15-ə bərabərdir. Eyni zamanda, ölkə ərazisində fəaliyyət göstərən hər üç mobil operatoru "4G" xidmətləri göstərir, hər 100 nəfərə 106 mobil abunəçi düşür və s.
Bu gün ölkə ərazisində Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə uyğun olaraq, rəqəmli yayıma keçid tam təmin olunub. Əhali radio-televiziya verilişlərini daha keyfiyyətli, kəsintisiz izləmə imkanı əldə edib. Poçt və telekommunikasiya sahəsində xidmətlərin çeşid və keyfiyyətinin yüksəldilməsi, infrastrukturun müasirləşdirilməsi, kadr potensialının gücləndirilməsi, sahə üzrə fəaliyyətin liberallaşdırılması istiqamətində də ardıcıl işlər görülüb.
Azərbaycan həm də poçt sahəsində regional mərkəzə çevrilir. Ölkəmizin yerləşdiyi əlverişli geostrateji mövqe Bakının iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi, beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni imkanlar açıb. Artıq Azərbaycan poçtu ölkələrarası elektron ticarətin həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) kimi fəaliyyət göstərir. Bu istiqamətdə həyata keçirilən layihə öz bəhrəsini verir.
Son illərdə Azərbaycanın İKT sahəsində əldə etdiyi ən böyük nailiyyətlərdən biri ilk növbədə, regionda kosmos sənayesinə sahib yeganə ölkəyə çevrilməsidir. 2009-cu ildə prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Proqramın uğurlu icrası nəticəsində ölkəmizin ilk peyki olan və dünyanın üçdəbirini əhatə edən “Azerspace-1” orbitə çıxarılıb. Hazırda “Azerspace-2” peykinin istehsal prosesi gedir və peykin 2018-ci ildə orbitə göndərilməsi planlaşdırılıb.
Ölkədə “Elektron hökumət”in formalaşdırılmasına da ciddi diqqət yetirilir və məmur-vətəndaş münasibətlərinin IT vasitələrindən istifadə etməklə sadələşdirilməsi, şəffaflaşdırılması bürokratik əngəllərin qarşısının alınmasına xidmət edir. “Elektron hökumət” portalı vasitəsilə dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsi aparılır, elektron imzanın istifadəsi üçün infrastruktur davamlı olaraq təkmilləşdirilir.
Qeyd edilənlərlə yanaşı, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, vahid məkandan və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədilə “Şəbəkə xidmət” mərkəzləri yaradılıb ki, bu da qısa müddətdə özünü müsbət təcrübə kimi doğruldub.
Ölkədə rəqabətədavamlı və yüksək ixrac potensiallı, innovativ İKT sənayesinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “Yüksək Texnologiyalar Parkı” fəaliyyət göstərir. Bu qurumlar Azərbaycan iqtisadiyyatının gücləndirilməsinə, xarici investisiyaların cəlb edilməsinə və ölkədə İKT məhsulları istehsalının genişləndirilməsinə, yeni yaranan şirkətlərin fəaliyyətinin təşkilinə və innovativ təşəbbüslərə (“start-up”lara) maliyyə dəstəyini və təşkilati dəstəyi təmin edir.
Azərbaycan İKT sahəsində də bir çox regional layihələrin təşəbbüskarı və aktiv icraçısıdır. BMT Baş Assambleyasının qətnamələri (2009, 2012 və 2013-cü illərdə) ilə dəstəklənən “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin reallaşdırılması, həmçinin ölkəmizin iştirak etdiyi “Avropa-Yaxın Şərq informasiya magistralı”nın (Europe-Persia Express Gateway – EPEG) imkanlarından istifadə edilməsi ölkəmizin internetə çıxış potensialının xeyli artmasına səbəb olacaq.
Son illərdə Azərbaycanda İKT sahəsində əldə edilən uğurları nümayiş etdirmək baxımından hər il təşkil edilən “Bakutel” sərgisinin də böyük rolu var. Dünyada bu sərgiyə olan marağın ilbəil artması ölkəmizin İKT sahəsinin uğurla inkişaf etdiyini göstərir.
Bu barədə fikirlərini “Reytinq”lə bölüşən İKT üzrə ekspert, iqtisadçı-kibernetik Həsən Babayev deyib ki, rabitə və yüksək texnologiyalar sahəsi ölkə iqtisadiyyatında və cəmiyyətin həyatında mühüm əhəmiyyətə malikdir, eyni zamanda ölkəmizin davamlı inkişafı üçün prioritet sahələrdəndir.
Onun sözlərinə görə, problemlərlə yanaşı, xeyli işlər də görülüb: “Unutmaq lazım deyil ki, Azərbaycanda müasir və müstəqil rabitə sisteminin əsasları, həmçinin bugünkü inkişafının təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Uzun bir inkişaf yolu keçən rabitə sahəsinin inkişaf perspektivlərinin Ulu öndərin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” ilə müəyyənləşdirildiyini, məhz bu illər ərzində İKT sahəsinə dövlət tərəfindən böyük diqqət və xüsusi qayğı göstərilərək, məqsədyönlü, kompleks və ardıcıl fəaliyyətin həyata keçirildiyini qeyd etmək olar”.
H. Babayev bildirib ki, bu gün rabitə sahəsində həyata keçirilən texniki siyasət sözügedən strategiyanın tətbiqi ilə bağlı qəbul olunmuş dövlət proqramlarının icrası yönündə görülmüş genişmiqyaslı işlərin nəticələrinə əsaslanır, həmçinin prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramlarında öz əksini tapır: “Məhz ölkə başçısının dəstəyi və qayğısı, bu sahədə qəbul edilmiş normativ hüquqi aktlar və dövlət proqramları sayəsində son illərdə rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində mühüm işlər görülüb, yüksək nəticələr əldə edilib. Bu sahədəki nailiyyətlər, ölkəmizin qazandığı uğurlar beynəlxalq miqyasda da reytinq cədvəllərində layiqli yer tutub”.
Müsahibimiz onu da vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidentinin şəxsi diqqəti və rəhbərliyi ilə həyata keçirilmiş fəaliyyət sayəsində dünyanın kosmik klubunda öz layiqli yerini tutan, kosmik sənaye sahəsində inamla irəliləyən və bu sahədə xüsusi nailiyyətlərə imza atan Azərbaycan bu gün artıq “Azerspace-1”- telekommunikasiya və “Azersky” – Yer səthinin məsafədən müşahidə peykinə malikdir, eyni zamanda növbəti illər üçün peyk layihələrinin icrasını davam etdirir. “Bu gün də cəmiyyətin müasir rabitə və informasiya texnologiyalarına olan tələbatını yüksək səviyyədə təmin etmək üçün dünya təcrübəsi əsaslı şəkildə öyrənilir, sahə üzrə ən müasir yeniliklərin ölkədə tətbiqi imkanları dərindən araşdırılır. Ötən illər ərzində qəbul olunmuş müvafiq qanunlar və normativ hüquqi aktlar İKT sahəsinin irəliləyişi yolunda geniş imkanlar açmaqla bərabər, azad bazar və sağlam rəqabət prinsiplərinin gözlənilməsinə, vətəndaşların və dövlət orqanlarının İKT-dən istifadəsinə lazımi şərait yaradıb. Hazırda respublikamızda “Elektron hökumət”in formalaşdırılmasına böyük diqqət yetirilir, “Elektron hökumət” portalı vasitəsilə dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsi reallaşdırılır, elektron imzanın istifadəsi üçün infrastruktur davamlı təkmilləşdirilir. Ölkəmizin ərazisində rəqəmli yayıma keçidin tam təmin edilməsi sayəsində əhali indi radio-televiziya verilişlərini keyfiyyətli, fasiləsiz izləmək imkanına malikdir. Poçt və telekommunikasiya sahəsində xidmətlərin çeşidi və həcmi artıb, bütövlükdə infrastruktur müasirləşdirilib. Amma təbii ki, problemlər də var. Aidiyyatı qurumların bu problemlərin həlli yönündə addımlar atması zəruridir”, - deyə H.Babayev fikrini tamamlayıb.
Z.MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

22-06-2022, 12:01
Patrik Andrade "Qarabağ"dan ayrılıb
31-05-2021, 10:30
Ermənilər dövlət sərhəddində növbəti təxribat törədib?
11-01-2020, 17:00
Mərkəzi Seçki Komissiyası DSK-nın qərarını ləğv edib
27-01-2019, 21:02
Elektron elm üçün fundamental layihələr icra olunur - Foto
20-01-2019, 11:03
Müasir texnologiyaların tətbiqi daha da sürətlənir
12-01-2019, 18:12
“Qaynar xətt” vətəndaşların işini asanlaşdırıb
5-01-2019, 10:28
Bir mərkəzdə 46 elektron xidmət... - Fotolar
29-12-2018, 21:27
İKT sahəsində mühüm araşdırmalar aparılıb
22-12-2018, 21:39
İnnovativ və texnoloji yeniliklər…
15-12-2018, 22:52
İKT-yə investisiya qoyuluşu 69 faiz artıb
8-12-2018, 23:15
50-dən artıq startap...
30-11-2018, 07:12
İKT ilə bağlı yeni tədbir…
25-11-2018, 08:57
Elektron dövlət və E-elm... - Yeniliklər
19-11-2018, 09:46
Vətəndaşlara “şəxsi kabinet” hazırlanır
4-11-2018, 17:41
Elektron sənəd dövriyyəsi yeni mərhələyə qədəm qoyur
28-10-2018, 06:21
“Rəqəmsal hökumət”ə keçid başlayıb
20-10-2018, 20:14
Dövlət orqanlarında elektron xidmətlərin təşkili araşdırılır
15-10-2018, 01:12
İKT sektoru üzrə gəlirlər 1,2 milyard manata yüksəlib
7-10-2018, 06:54
“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”
29-09-2018, 14:26
Elektron ticarətin strategiyası hazırlanır
24-09-2018, 00:33
Elektron mediada təhlükəsizlik müzakirə olunub
16-09-2018, 11:19
İnformasiya ehtiyatları təkmilləşdirilir - Qaydalar
1-09-2018, 00:13
İKT sahəsində yeni layihələr reallaşdırılacaq
24-08-2018, 15:12
Müasir texnologiyaların tətbiqi genişlənir
13-08-2018, 10:12
Daha bir peykimiz orbitə hazırlanır
5-08-2018, 15:32
Ölkəmizdə elektron ticarət dövriyyəsi artır
30-07-2018, 13:35
İKT üçün yeni tədbirlər planı var
23-07-2018, 02:27
Müasir texnologiyalar daha da təkmilləşdirilir
14-07-2018, 14:01
“Elektron hökumət”ə müraciətlərin sayı 23 milyonu ötüb
7-07-2018, 22:21
Əmlakla bağlı elektronlaşma prosesi genişlənir - Yenilik
30-06-2018, 14:10
Müasir texnologiyalar biznes mühitini yaxşılaşdırır
23-06-2018, 10:45
İKT sahəsində elmi araşdırmalar davam etdirilir
11-06-2018, 01:03
Virtual məkan uşaqlar üçün təhlükəyə çevrilib - Ekspert
2-06-2018, 11:32
Elektron sənədləşmənin yeni mərhələsinə start verilib
26-05-2018, 21:57
İKT böyük şirkətləri bir araya gətirib
19-05-2018, 21:50
“Elektron dövlət” idarəçilik keyfiyyətini artıracaq
14-05-2018, 20:32
“Mobil elektron imza" layihəsinə start verilib
6-05-2018, 21:58
İnformasiya təhlükəsizliyi ilə bağlı yeniliklər edilir
28-04-2018, 10:46
Uşaqların zərərli informasiyalardan qorunması prioritetə çevrilib
23-04-2018, 23:28
Çətin relyefli ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi üçün yeni işlər görülür
16-04-2018, 19:59
Təhlükəsizlik Mərkəzi Azərbaycanın virtual sərhədlərini necə qoruyur?
8-04-2018, 12:25
Elektron media və sosial şəbəkələrin problemi – Ekspertlər
31-03-2018, 06:58
Dövlət xidmətlərində elektronlaşmanın yeni mərhələsi başlayır
17-03-2018, 08:46
İKT üzrə yeni tədqiqatlar aparılır
11-03-2018, 09:23
“Azerspace-1”in 25-dən çox ölkədə müştəri bazası var
3-03-2018, 09:32
Elektron arayışların tətbiqi...
25-02-2018, 11:06
Şagird qəbulunun elektronlaşdırılması valideynlərin işini asanlaşdırıb
12-02-2018, 22:01
Təhsildə müasir texnologiyaların tətbiqinə yeni imkanlar yaranır