21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Pansionatda.. otel otağı - Hekayə
Tarix: 19-11-2019 12:47 | Bölmə: Akif CABBARLI

(Hekayə)
Məşhur pansionatın əsas korpusunda dördmərtəbəli binanın dördüncü mərtəbəsində onun üçün ayrılmış bir nəfərlik otağa girən andan ürəyi sıxılmağa, hədsiz darıxmağa başladı. Oğlu evdən gətirilən qab-qacağı, pal-paltarı şkafa yerləşdirdi, çaynikə su doldurub qaynamağa qoydu. Sonra bir alma soyub, səliqə ilə dilimlədi.
- Atacığım, alma ye, susuzluğa da, ürəyinə də xeyirdir. İndi çay da dəmləyərəm, içərsən. Bir azdan səni nahara da çağıracaqlar yəqin.
- Hə, hə, sən get, bala, yolda tıxaca düşərsən yoxsa.
Oğlu sağollaşıb düşəndə kişi onu ötürmək istəsə də alınmadı. Elxan buna heç cür razılaşmadı.
- Dincəl, rahatlan, əl-üzünü yu, çay içib sonra çıxarsan dəniz qırağına, məndən narahat olma, - dedi.
Yarım saatdan sonra Asif Yaşıldərəli isti gödəkçəsini geyinib dəhlizə çıxdı. İri, işıqlı çil-çıraqlar, rəngbərəng divar kağızları, şabalıdı qapılar binanın yenicə təmir olunmasından xəbər verirdi. Dəhliz boyu asta-asta addımlayan kişi bura axırıncı gəlişini xatırlamağa çalışdı. Gərək ki, o vaxtdan altı il keçmişdi. Onda bu dəhlizlər tamamilə köhnə dəbdə bəzənsə də, isti idi, maraqlı idi. İndi təmirdən təzə çıxsa da, heç adama yapışmırdı bu divarlar, işıqlı dəhlizlər. Sanki qocaman, mehriban, məsum bir insana modern kostyum geyindirmişdilər. Zahiri dəyişiklik insanın içini, qəlbini dəyişdirmədiyi kimi, bu bər-bəzək də qəribə bir soyuqluq, etinasızlıq saçırdı. “Hə, nədir, yenə yazıçılığın tutub deyəsən? Camaat maya qoyub pul töküb, iş görüb, sən də emosional duyğulara güc vermisən, nədi?”, – deyə Asif müəllim mızıldandı. Yaxşısı budur, çıx dəniz qırağına, təmiz havadan çək ciyərlərinə.

Pansionatla çimərliyə düşən pilləkənlərin arası üç yüz-dörd yüz metr olardı. İstirahət ocağının böyük ərazisi vardı və bu ərazi bütünlüklə təbii şam meşəsini xatırladırdı. Bütün terraslar, cığırlar birbaşa sahil zolağına çıxırdı. Hava sərin idi, amma payız günəşi nədənsə küsmüş uşaqlar kimi işıq əvəzinə qaş-qabaq saçırdı. Heç sən deyən istiliyi də yox idi. Topa-topa buludlarla baş-başa verib, zamanənin gərdişi barədə xısınlaşırdılar sanki. Həyət-bacada tək-tük adam gözə dəyirdi. “Görünür, müalicə kabinetlərindədirlər”, – deyə Asif müəllim ürəyindən keçirdi. “Yaxşısı budur, gedim mən də müalicə həkimiylə görüşüm”.
Köhnə dostu Zahid həkim kifayət qədər qocalmışdı. Yuxarı təşkilatlar müalicə ocağını abıra salsalar da, ötən illərin ağrısı-acısı bu kişinin sifətində açıq-aydın sezilən nişanələr cızmışdı. Səsi də kallaşmışdı. Astadan, sanki ürəyində danışırdı. Əslində, heç onun nə dediyini o qədər də asan başa düşmək olmurdu. Nəyisə təkrar soruşmaq da düzgün çıxmadığından söhbətləri təkqapıya oynanılan futbol yarışını xatırladırdı. Ötən gəlişində Asif müəllim həkimini belə görməmişdi. Bu cür ciddi dəyişiklik, Zahid kişinin sozalması ürəyini sızlatdı. Ayağa durub sağollaşanda gözü güzgüyə sataşdı.
- Hə, elə sən özün də o məsələ... Üzü sonuncu dayanacağa dirənən köhnə vaqon kimi xarlayıb tökülürsən, vallah. Ora-buranı qartlayıb, təkəm-seyrək tüklərini yan darasan da, gözünün altındakı qara torbacıqlar, sifətindəki xış yeri kimi şırımlar işlərin sən deyən qaydada olmadığından xəbər verir, Asif, - deyə ürəyindən keçirdi.
Sonra əsgər sayağı ovuclarını havada şappıldadıb xudahafizləşdilər. Danışdılar ki, hər gün görüşsünlər. Nədən ki, Asif müəllimin qan təzyiqini həkim özü ölçəcəkdi, tibb bacısını bu işə qatmayacaqdı. Yeməkxanada göndərildiyi stolun ətrafında daha üç nəfər əyləşmişdi. Bir kişi ilə iki qadın yeni gələn pasiyenti səmimi qarşıladılar. Axıradək bircə kəlmə də danışmadı. Xasiyyəti belə idi. Əvvəl kəşfiyyat aparar, kimin necə nəfəs aldığını, nə düşündüyünü, nə danışdığını dəqiqləşdirər, sonra münasibət qurardı. Yeməyini səbrlə yedi, sonra axıra saxladığı kotleti səliqə ilə salfetə büküb ayağa qalxdı.
- Bu kotleti otağa aparmıram, bayırda məni gözləyən pişiklərdən birinə verəcəm, - dedi. Stol yoldaşları bu sözlərin zarafat, yoxsa ciddi olduğunu kəsdirə bilmədilər.
- Elə sənin kimilərdir də o pişikləri qudurdan, – deyə tosqun qadın fısıldadı.
- Axı, o pişiklər qudurmayıblar, sadəcə, ac olduqları üçün pilləkənin başında dayanıb ürəyiyumşaq adamları gözləyirlər.
- Hə, yaxşı-yaxşı, biz daşürəkliyik də deyirsən.
- Yox, bacı, mən həkim olmadığımdan sənin ürəyinin hansı materialdan olduğunu deyə bilmərəm.
Söhbət burada bitdi. Çünki ilk dəfə gördüyü adamla bu cür polemikanın çox uzanmasına ehtiyac da yox idi. Bayırda kotletin “müştəriləri” çox olsa da, vaxtilə evində saxladığı ağappaq, gombul pişiyini xatırladan birini gözü tutdu və kənara səsləyib, salfetin arasındakı kotleti ona yedirtdi. Pişik dərhal yemini içəri ötürdü, ağzını-burnunu yaladı, sonra da xumar baxışları ilə təzə hamisinə virtual təşəkkürünü də çatdırdı.
Bu vəziyyət eynilə axşam yeməyindən sonra da təkrarlandı və Asif müəllim qəlbində izaholunmaz bir rahatlıq duyğusu da yaşadı. Sonra stol yoldaşının – ucqar dağ rayonundan gəlmiş ixtisasca həkim olan Arif kişinin dəvətilə onun otağına getdi. Burada daha iki nəfərlə də tanış oldu. Ortalıqdakı jurnal stolunun üstünə düzülmüş meyvələrdən daddı və yeni tanışların təkidilə əlli qram zoğal arağı da içdi. Çünki etiraza yer yox idi. Pansionatlarda bu cür qonaqlıqlar təbii hesab olunur və bunlar bir növ istirahət gündəliyində tez-tez rast gəlinən prosedur qaydalarından sayılır.
Xudahafizləşib otağına döndü. Elə içəri girib idman paltarını geyinən andan ağlından ildırım sürətilə keçdi ki, gecə mütləq öləcək. Otaq ona büsbütün məşhur “Otel otağı” filmini xatırlatdı. Özünü də yüzdə-yüz Kərim müəllimin yerinə qoydu.
“Hə, nə olsun, o kişinin adı Kərim idi, mənimki də Asif. O, İstanbuldaydı, mən də Xəzərin sahilində, evimdən o qədər də uzaq olmayan məsafədə. O adamın səfəri büsbütün başqa məqsədli idi, mənimki də guya ki, istirahət, müalicə məqsədli. Ha fikirləşirəm, son beş-altı ildə - bu işsiz-gücsüz, imkansız dövrümdə yaşamaq limitimin tükəndiyini anlayandan ölməkdən savayı heç bir çıxış yolunun olmadığını dəqiq bilirəm. Bu anın nə vaxtsa baş verəcəyini anbaan gözləyirəm. Nə isə, yatım görüm axırı necə qurtarır”, – deyib, odeyalı üstünə çəkdi.
Təbii ki, mən qəhrəmanımın və həmkarımın o qədər də çıxılmaz vəziyyətdə qalmasını istəmədiyimdən yatmasını istədim ki, dincəlsin, gümrahlaşsın, yeni günə təzə duyğularla başlasın.
Ertəsi günü oyanıb yaxşıca yuyundu. Ölmək o qədər də asan məsələ deyilmiş fikrilə geyinib həyətə çıxdı. Bir xeyli gəzişib, səhər yeməyinə yollandı. Arif həkim onu səmimiyyətlə qucaqladı.
- Qardaş, nə isə kefsizsən, nə olub? Nədir, tək qalmısan? Mən o xanımları gecə bir-bir qəbul elədim, qardaşcanı. Axı mən həm də həkiməm. Bu dünyada kef çəkməlisən. O tərəflərdə nələr olur, heç bərkgedən alimlərimiz də bilmir. Sonra bir şey deyim, gecə sizin mərtəbədə elə sən yaşda bir kişi ömrünü balalarına bağışlayıb. Xəbərin yoxdur?
Arif müsahibinə zəndlə, şübhəli-şübhəli baxırdı. Az qala ölən kişinin niyə Asif müəllim olmadığını cidd-cəhdlə soruşacaqdı. Asif Yaşıldərəlinin bədənindən soyuq bir gizilti keçdi və Arifi məscidlərdə əli əlcəkli, qara xalatlı ölüyuyanlara-mürdəşirlərə oxşatmaqdan savayı əlacı qalmadı.
Birdən-birə Asif müəllimin dəhşətli dərəcədə ürəyi bulandı. Doktorun dediyi qadınların sir-sifəti, vulqar hərəkətləri, ədaları gəlib durmuşdu gözünün qabağında. Vallah, əlli il qadınsız həyat sürərəm, o kifirlərin əlindən də yapışmaram. Bu fikri ürəyindən keçirsə də, dilinə gətirmədi. Tez-tələsik özünü Zahid həkimin yanına çatdırdı. Təzyiqini ölçdürdü – 180-nin 100-ə. Bu rəqəmlər onun üçün deyildi. Gecənin xofu, Arifin iyrənc söhbəti barometrə güc gəlmişdi. Zahid həkim isə bunu dəniz kənarında oksigenin bolluğu ilə izah elədi.
- Eybi yox, üç-dörd günə yoluna qoyarıq, heç nəyin fikrini eləmə.
- Heç nəyin fikrini eləmə. Ay Allah sənin köməyin olsun. Necə yəni heç nəyin fikrini çəkmə, ürəyinə salma. Mənim yerimdə olsan vallah təzyiqdən divara dırmaşarsan. Heç nəyin üstündə işdən araladılar, büdcəmə girdilər, dost-aşnanın, qohum-əqrəbanın vəzifəsiz adamdan üz döndərməyi, telefon zənglərinin kəsilməsi, evdəki maliyyə sıxıntıları, daha nələr-nələr... Di gəl döz. Oksigenin bolluğu-zadı bəhanədir, mən xasiyyətdə insanların bu dünyadan yeganə umacağı tamam başqa şeylərdir – diqqət, itirilmədən axtarılmaq, gecədən səhərədək uzanan şən dost məclisləri, qohum-qardaşın xeyir işləri, qayğısı, sayğısı, bir sözlə, biganəlikdən, unudulmaqdan uzaq bir həyat. Bunlar olmayanda, çatışmayanda isə mənim kimisinə nə qalır? – sadəcə otel otağına bənzər sakit bir guşə və...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək