21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Peşəkarlıq və ləyaqət nümunəsi - Foto
Tarix: 12-01-2020 10:56 | Bölmə: Akif CABBARLI

Vaxtilə Azərbaycan Teleradio Verilişləri QSC-də bir yerdə çalışdığım, hazırda “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin direktoru olan İlqar Paşazadə ilə budəfəki Yeni il bayramlaşmasında möhtərəm həmkarım sonda xatırlatdı:
“Unutmamısansa, yanvarın 12-si sənin dostunun doğum günüdür – 90 illik yubileyini qeyd edəcəyik”. Söhbət İlqarın atasından və mənim köhnə dostumdan - bir vaxtlar Azərbaycan Radiosuna rəhbərlik etmiş, peşəkarlığı və xeyirxahlığı ilə çoxumuzun ustadı olmuş unudulmaz media təşkilatçısı Tahir Paşazadədən gedirdi.
Dərhal ürəyimdən keçirdim ki, uzun illər çox sayda teleradio jurnalistinə yoldaşlıq, həmkarlıq və dostluq dərsi keçmiş Tahir müəllimilə bağlı təəssüratımı “Xalq qəzeti”nin oxucuları ilə də bölüşüm. Beləliklə, ötən əsrin 70-ci illərində Azərbaycanın ictimai-siyasi həyatında özünün xüsusi çəkisi ilə seçilən teleradio jurnalisti, rəhbər işçi, haqq və ədalət keşiyində mərd əsgər kimi dayanan, tabeliyində çalışanların qədrini bilən, hətta onlarla dostluq etməyi bacaran bir insan kimi tanıdığımız Tahir Paşazadənin şərəfli ömür yoluna, bioqrafiyasına nəzər salaq.
Neçə-neçə sənədli televiziya filminin, radio-pyeslərin ssenari müəllifi, dünya klassiklərinin əsərlərini dilimizə çevirmiş məharətli tərcüməçi kimi tanınan Tahir Hadı oğlu Paşazadə 1930-cu il yanvarın 12-də Bakı şəhərində anadan olub. Paytaxtdakı 190 nömrəli məktəbi bitirəndən sonra tibb məktəbində təhsil alıb. 1953-cü ildə isə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.
Gənc mütəxəssis kimi Tahir Paşazadə əvvəlcə Neft Texnikumunda pedaqoji fəaliyyətə başlayıb, 1956-cı ildən isə Sabunçu rayon gənclər təşkilatına rəhbərlik edib. O, 1958-ci ildən ömrünün sonunadək o vaxtkı Televiziya və Radio Verilişləri Komitəsində rəhbər vəzifələrdə çalışıb. Azərbaycan Radiosunun fars redaksiyasında redaktor, şöbə müdiri, baş redaktor işləyən Tahir müəllim çox keçmədən ilk partiya təşkilatının katibi seçilib. İctimai-siyasi fəallığına görə Moskva Ali Partiya Məktəbinə göndərilərək rəhbər işçilər hazırlayan ikiillik kurs keçib.
İkinci ali təhsildən sonra Bakıya qayıdan perspektivli jurnalist 1972-1976-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi partiya komitəsinin katibi işləyib. Həmkarımız həmin dövrdə iki dəfə 26 Bakı komissarı (indiki Səbail) Rayon Sovetinin deputatı seçilib. Teleradio sahəsində yetkin kadr kimi formalaşmış Tahir Paşazadə 1976-cı ildən Azərbaycan Dövlət Telerdio Komitəsinin sədr müavini vəzifəsinə irəli çəkilib.

Tahir Paşazadə
Tanınmış media xadimi SSRİ və Azərbaycan Jurnalistlər ittifaqlarının üzvü olub. O, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunub, Azərbaycan jurnalistlərinin ən nüfuzlu “Qızıl qələm” mükafatına layiq görülüb.
Azərbaycanda öz nurunu, ziyasını gənclərdən əsirgəməyən, biliyini, bacarığını gənc jurnalistlərin yetkinləşməsinə yönəldən rəhbər kadrlardan biri də məhz Tahir müəllim olub. Zahirən xeyli ciddi görünsə də, olduqca səmimi, yumor hissi güclü, ürəyiaçıq, səxavətli və xeyirxah insan kimi tanınan Tahir Paşazadə teleradio jurnalistikasının peşəkarlarından, bu sahənin nüfuzlu təşkilatçılarından biri idi. Onun çoxlarına örnək olası zəngin bioqrafiyasına nəzər yetirdikdə bu insanın bir ömür çərçivəsində nə qədər əhatəli, yaddaqalan işlər gördüyünə heyran olmaya bilmirsən.
Yaxşı yadımdadır, Tahir müəllim adəti üzrə vaxtaşırı dəhliz boyu sıralanan iş otaqlarına baş çəkir, fəaliyyətimizlə maraqlanır, yeri gəldikcə tövsiyələrini çatdırırdı. Onunla söhbət etmək, fikir və düşüncələrini öyrənmək həyat universiteti təsiri bağışlayırdı. Dünyada baş verənləri məharətlə təhlil edir, bizim üçün qaranlıq qalan beynəlxalq hadisələrə geniş aydınlıq gətirirdi. Respublika radiosunun rəhbəri olaraq Azərbaycanın uğurlarına sevinir, ara-sıra rast gəldiyi neqativ hallara görə üzülür, radio verilişlərində hər iki yönün tarazlı əksini tapmasına həssaslıqla yön verirdi. Hər bir gənc jurnalistə Vətənə məhəbbət, xalq sevgisi, yüksək vətəndaşlıq duyğuları aşılayırdı.
Yeri gəlmişkən xatırladım ki, Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru İlqar müəllim də Paşazadələr ocağının layiqli yetirməsi kimi bu gün Tahir müəllimin düşüncə və ideyalarını layiqincə reallaşdırır, doğma Azərbaycanımızı MDB dövlətləri səviyyəsində şərəflə təmsil edir. O, 2016-cı ildə Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamı ilə “3-cü dərəcəli Vətənə xidmət” ordeni, 2012-ci ildə isə Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub.
İlqar müəllim də, bu sətirlərin müəllifi də yaxşı xatırlayır ki, Tahir müəllimin və onun fədakar dostlarının xeyirxah missiyasının ardıcıllığı və möhkəm özüllərə söykənməsi nəticəsində ötən əsrin 70-80-ci illərinin jurnalistikasında əsl milli ruh hökm sürür, gənclərdə azərbaycançılıq hissi aşıb-daşırdı. Belə insanların vaxtilə düşündükləri, lakin müəyyən səbəbdən həyata keçirə bilmədikləri ideyalar bu gün Azərbaycan Televiziyası və Radiosunda uğurla reallaşdırılır.
Yadıma gəlir ki, Azərbaycan ədəbiyyatının ölməz klassikləri Nizamini, Xaqanini, Qətran Təbrizini orijinaldan oxuyan, yüksək səviyyədə təhlil edən Tahir müəllim doğma dilimizin saflığını qorumağı daim önə çəkir, dilimizə xor baxanlara qarşı amansızlığını gizlətmirdi. Yığıncaqlarda, yaradıcılıq müzakirələrində həmişə fikrini ucadan bildirirdi. Deyirdi ki, rusca danışmaq, yazmaq, ingiliscə yaxşı bilmək çox əladır, amma doğma dilimizi yaddan çıxarmaq, yeri gəldi-gəlmədi, əcnəbi sözlərə yer vermək millilikdən, vətəndaşlıqdan uzaq bir işdir. Bəli, bu fikirləri Tahir müəllim Sovetlər birliyinin dünyaya meydan oxuduğu bir vaxtda qorxmadan, çəkinmədən dilə gətirirdi. Çünki dağlar diyarı Xızının əsilli- nəcabətli ocağının tanınmış nümayəndəsi, məşhur şair-alim Axund Zəki soyunun ziyalı davamçısı məhz bu cür olmalı, bu sayaq hərəkət etməli idi.
Tahir Paşazadə yaxşılıq etməyi, imkansızlara əl tutmağı özünün həyat idealına, yaşam tərzinə çevirmişdi. Heç unutmaram, 1978-ci ilin payız ayları idi. Bacımın həyat yoldaşı xidməti ezamiyyət zamanı xəstələnib Ukraynanın Xarkov şəhərindəki hərbi hospitallardan birinə yerləşdirilmişdi. Xəstənin yanına getməyə isə maddi imkanım yox idi. Qohumların gümanları yalnız mənə gəlirdi. Xeyirxah insan olan baş redaktorumuz Valid Sənanin izahatı ilə sədr müavini Tahir Paşazadə məni diqqətlə dinlədi. Sonra Valid müəllimə dedi ki, bəlkə, elə Akifi Xarkova on günlüyə ezamiyyətə göndərək, necə deyərlər, həm ziyarət, həm ticarət.
Məsələ bircə günün içində həll olundu və mən ertəsi gün birbaşa reyslə Xarkova uçdum. Yolboyu yalnız Tahir müəllimin niyə problemi məhz bu yolla həll etdiyini düşündüm. Deməli, Tahir müəllim artıq xərcə düşməməyim, uzaq yolda heç bir çətinliklə üzləşməməyim, rahat gecələməyim üçün bu addımı atmışdı. Beləliklə, Xarkovda müalicə olunan xəstə qohumuma baş çəkdim, həm də Bakı ilə Xarkovun iqtisadi, mədəni əlaqələri barədə silsilə radio-süjetlər hazırlayıb geri döndüm. Bax əsl xeyirxahlıq, təmənnasızlıq timsalı olmaq buna deyərlər.
Tahir müəllimsiz keçən illər indi məndə belə bir qənaət yaradır ki, bu insan əsl ziyalı, milli-mənəvi dəyərlərimizin yorulmaz keşikçisi, yüksək mədəniyyət sahibi idi. Onun yaradıcılıq irsi cəmiyyətdə yaxşı mövqe tutmaq, insanlarla işləmək üçün həyat və yaradıcılıq örnəyidir. Sağ olsaydı, bu gün 90 yaşını doğmaları, dostları ilə bir yerdə qeyd edəcəkdi. Əvəzində, xatirəsini dərin ehtiramla yad edir, Allahdan ruhuna rəhmət diləyirik.
Akif CABBARLI,
yazıçı-publisist
Bölməyə aid digər xəbərlər

Təqvim yada salır

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək