09:38 / 06-07-2025
Elçin Əmirbəyov: "Ermənistanla saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb"
09:32 / 06-07-2025
Bu gün ali məktəblərə qəbul imtahanıdır
08:53 / 06-07-2025
Gəncin qətlində şübhəli şəxs saxlanılıb
18:09 / 05-07-2025
Mingəçevirdə iki qayıq toqquşub - Beş nəfər xəsarət alıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
14:16 / 05-07-2025
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - Sərəncam
12:19 / 05-07-2025
“AzerGold”-un qiymətli metal satışından gəlirləri artıb
12:09 / 05-07-2025
Beş kollecə direktor təyin ediblər - Siyahı
12:04 / 05-07-2025
Sadiq Qurbanov: “Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın qələbəsidir”
10:36 / 05-07-2025
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - Video
10:35 / 05-07-2025
Türkiyəyə güclü qar yağıb
10:31 / 05-07-2025
Kürdə boğulan 19 yaşlı gəncin meyiti tapılıb
10:09 / 05-07-2025
Azərbaycanlı “qanuni oğru”lar barədə qərar verilib
09:26 / 05-07-2025
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb
19:49 / 04-07-2025
Şəmkirdə üç uşaq göldə batıb - Yenilənib
19:48 / 04-07-2025
İran prezidenti Qarabağa gəlib - (Yenilənib)
19:46 / 04-07-2025
Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları müzakirə olunub - Fotolar
19:14 / 04-07-2025
Ərdoğanı Füzulidən yola salıblar - (Yenilənib) - Foto
18:42 / 04-07-2025
İlham Əliyevlə İran prezidenti arasında görüş olub - Fotolar (Yenilənib)
18:35 / 04-07-2025
Ukrayna və ABŞ prezidentləri telefonla danışıblar
18:25 / 04-07-2025
Müsavat Rusiya səfirliyi qarşısında aksiya keçirmək istəyir
18:19 / 04-07-2025
DTX-nın saxladığı sabiq diplomatın məhkəməsi başlayıb
18:01 / 04-07-2025
Ali Məhkəmə inzibati mübahisələrə dair işlərlə bağlı qərar qəbul edib
17:42 / 04-07-2025
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
17:21 / 04-07-2025
Deputatlar daha 15 qanuna dəyişiklik edəcək - Siyahı
17:05 / 04-07-2025
Fransada “səssiz etiraz”: ABŞ demokratiyasına şübhə ilə yanaşırlar
16:59 / 04-07-2025
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
16:33 / 04-07-2025
ECO-nun növbəti sammiti İranda keçiriləcək
16:31 / 04-07-2025
Ərdoğan ilə Pezeşkian Xankəndidə görüşüblər
16:20 / 04-07-2025
Meyxanaçı azadlığa buraxılıb
13:01 / 01-07-2025

13:16 / 02-07-2025

14:40 / 03-07-2025

19:48 / 04-07-2025

12:16 / 02-07-2025

10:26 / 02-07-2025

14:53 / 01-07-2025

15:33 / 02-07-2025

17:18 / 02-07-2025

16:55 / 02-07-2025

00:12 / 02-07-2025

Sabiq deputat: “Tofiq Qasımov faktiki sürgün həyatı yaşadı” - Müsahibə
Tarix: 03-02-2020 17:17 | Bölmə: Müsahibə

Qulamhüseyn Əlibəyli deyir ki, sabiq nazirin uğrunda mübarizə apardığı müstəqil Azərbaycanda deyil, qürbətdə vəfat etməsi təəssüfləndiricidir
Ötən həftə Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Qasımov İsveçrdə vəfat etdi. Son 25 ildə Azərbaycanla münasibətlərini kəsən sabiq nazir haqqında danışan Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Reyting.az-a deyib ki, Tofiq müəllimi prinsipial insan, Azərbaycanın dövlət müstəqilliyi uğrunda, xalqımızın firavan gələcəyi naminə mübarizə aparan şəxsiyyət kimi xatırlayır:
- Tofiq Qasımovun xalq hərəkatı dövründəki fəaliyyəti, sonra qısa müddət ərzində Xarici işlər naziri kimi gördüyü işlər bütövlükdə Azərbaycanın dövlət maraqlarının qorunmasına yönəlmişdi.
Tofiq müəllimlə mənim tanışlığım xalq hərəkatı dövrünün ilk illərinə təsadüf edir. Tofiq müəllimlə AMEA və BDU-da AXC-nin yerli strukturlarının yaranması zamanı tanış olmuşduq, qısa müddətdə mənimlə işgüzar münasibətləri yaranmışdı. Həmin dövrdə iclaslarda, toplantılarda birgə iştirak edirdik, sonradan bir çox məsələləri birlikdə müzakirə edirdik. Bu tanışlıq bizi daha da yaxınlaşdırdı.
1989-cu ildə Suverenlik haqqında konstitusiya qanunu qəbul edildi. Bu qanunun hazırlanmasında və müzakirəsində birgə iştirak edirdik.
Baxmayaraq ki, Tofiq müəllim ixtisasca fizik idi, amma dövlət və hüquq haqqında mükəmməl anlayışı və təsəvvürü olan şəxslərdən sayılırdı. Bu mərhələdə Tofiq müəllimi daha yaxından tanımışam. Ondan sonrakı dövrdə - Ali Sovetdə və Milli Məclisdə birgə işləmişik. Tofiq müəllimin sahəsi fizika olsa da, o, hüquq elmini və fələfəsini hüquqşünaslardan daha peşəkar bilirdi.
- Tofiq Qasımovla AXC-nin əlaqələri nə zaman dayandı?
- Təbii ki, AXC hakimiyyəti zamanı Tofiq Qasımov Xarici işlər naziri idi və tez-tez xaricə səfərlər edirdi. Azərbaycanın dövlət maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda qorunmasında aktiv iştirak edirdi. Eyni zamanda Tofiq müəllimin müstəqillikdən sonra Azərbaycan diplomatiyasının formalaşmasında aktiv iştirakı olmuşdu. Hakimiyyət dəyişikliyindən sonra Tofiq müəllim AXC ilə əlaqələrini saxlayırdı. Amma müəyyən dövrdən sonra AXC-dən uzaqlaşdı. O dövrdə qanunsuz aksiyaya görə həbs edildi, sonra azad olundu və Türkiyəyə köçdü. Bundan sonra Tofiq müəllimlə əlaqəmiz kəsildi. Səhv etmirəmsə, bundan sonra fəaliyyətini Müsavat Partiyasında davam etdirdi. Amma onunla 1995-ci ildən sonra əlaqəmiz olmayıb.
- Əlaqənin kəsilməsinə səbəb onun AXC-dən istefa vermək məcburiyyətində qoyulması oldu?
- Mən belə bir fikrə rast gəlməmişəm. Ola bilsin ki, müəyyən qədər incikliyi olsun, amma mən bundan məlumatlı deyiləm.
- Ancaq 1994-cü ildə AXC Ali Məclisinin sədri vəzifəsinə Tofiq Qasımov deyil, Siz seçildiniz...
- Bəli, AXC Ali Məclisinə sədr seçkilərində mənim və Tofiq müəllimin namizədliyi var idi. Faktiki olaraq o dövrdə ciddi seçkilər keçirildi. Həmin dövrdə mən partiyada Ali Məclisin sədri idim. Ali Məclis üzvlərinin böyük əksəriyyəti mənə etimad göstərdi və səs çoxluğu ilə mən qalib gəldim. Ola bilsin ki, bu, Tofiq Qasımovun AXC-dən inciməsinə səbəb olmuşdu. Amma o dövrdə Ağsaqqallar Şurası deyilən şöbə var idi və Tofiq müəllim də orada təmsil olunurdu. Yəni onlar müəyyən tövsiyə və məsləhətlər verirdilər. Bu mənada Tofiq Qasımovun zorla AXC-dən uzaqlaşdırılmasını həmin dövrlə bağlı məlumatı olmayan insanlar deyə bilər.
- Uzun illər Tofiq Qasımovla birgə işləmisiniz. Onunla bağlı xatirələriniz varmı?
- Biz daha çox işgüzar formada məsələləri müzakirə etmişik. AXC-nin fəaliyyəti və daha sonra qanunvericilik məsələlərini.

T. Qasımov
Amma hər dəfə mənimlə bir situasiyada zarafat edərdi. O zaman avtomobillə harasa gedəndə deyərdi ki, Qulamhüseyn sürücünün yanında əyləşməlidir. Zarafatla da deyərdi ki, sən arxada çox yer tutacaqsan, qabaqda əyləş. Düşünərdi ki, mən kök olduğum üçün arxada əyləşsəm, sıxlıq yarada bilərəm.
Özü heç vaxt avtomobil sürməzdi.
- Heç nazir olan vaxtı onun qəbuluna getmişdiniz?
- Yox, mənim buna ehtiyacım yox idi. Tofiq müəllim Xarici işlər naziri olmaqla yanaşı Milli Məclisin üzvü idi. Daha doğrusu, parlamentdə dövlət quruculuğu komissiyasının sədri idi. Mən də Milli Məclisdə Konstitusiya hüququ bölməsinə rəhbərlik edirdim. Bir çox hallarda bizim bölmə Dövlət quruculuğu komissiyasına hüquqi yardım göstərirdi. Odur ki, mən də komissiyanın iclaslarında iştirak edirdim və faktiki işgüzar münasibətlərimiz olurdu.
- Doğurdanmı Tofiq Qasımov kadr məsələlərinə ciddi yanaşırdı və digər qurumlardan fərqli olaraq Xarici İşlər Nazirliyinə barmaqla sayılacaq qədər AXC üzvünü işə qəbul etmişdi?
- Söhbət AXC-dən getmir, ümumiyyətlə Tofiq Qasımov prinsipial adam idi. Öz mövqeyini daima qoruyub saxlamağa çalışan və bunu bacaran insan idi. Sözsüz ki, həmin dövrdə hərəkatda xeyli adam var idi ki, onlar AXC üzvü olduqları üçün hakimiyyətdə təmsil olunmaq istəyirdilər. O cümlədən də Xarici İşlər Nazirliyində işləmək niyyətində olanlar var idi. Amma Tofiq müəllim hesab edirdi ki, nazirlikdə yalnız peşəkarlar çalışmalıdır. Yəni AXC üzvü olmaq nazirlikdə işləmək üçün kifayət etmirdi. Sözsüz ki, Tofiq müəllim perspektiv gördüyü AXC üzvlərini nazirlikdə işə götürmüşdü. Ancaq ucdantutma cəbhəçiləri işə götürmürdü. Ümumiyyətlə, Tofiq müəllim əvvəldən nazirlikdə olan komandanı işlətməyə çalışırdı və bu işin öhdəsindən müəyyən mənada gəlirdi.
- Tofiq müəllimin vəfatı haqda xəbəri necə qarşıladınız?
- Sözsüz ki, hər yaranan bir gün gözlərini əbədi yumacaq. Bu taleh bizi də gözləyir. Hər halda Tofiq müəllimin qürbətdə vəfat etməsi təəssüfləndiricidir. Ona görə ki, Tofiq müəllim uğrunda mübarizə apardığı müstəqil Azərbaycanda deyil, ondan kənarda vəfat etdi, faktiki sürgün həyatı yaşadı. Ömrünün son 20 ilini mühacir kimi yaşadı. Doğurdan da, adamın ürəyi o mənada ağrayır ki, müstəqillik uğrunda mübarizə aparasan, təmiz insan olasan, prinsipiallığını qoruyasan və ideyandan dönməyəsən, eyni zamanda da Azərbaycanda deyil, qürbət bir ölkədə gözlərini əbədi yumasan...
Allah rəhmət eləsin!
- Doğurdanmı Tofiq Qasımov İsveçrəyə köçdükdən sonra Azərbaycanı və azərbaycanlıları beynindən birdəfəlik silmək qərarı vermişdi?
- Tofiq müəllim vətən uğrunda, müstəqillik uğrunda mübarizə aparmış bir şəxsiyyət idi. Sadəcə, sonradan hesab etdi ki, dostlar onu yaxşı müdafiə etməyib.
Mən Tofiq Qasımovun Azərbaycanla əlaqə saxlamamasını küskünlük kimi qiymətləndirərdim. Azərbaycan uğrunda mübarizə aparan şəxsin Azərbaycanı birdəfəlik silməsi əsla mümkün deyil. Tofiq müəllim, sadəcə, Azərbaycandan küsmüşdü...
Reyting.az
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə