13:35 / 14-03-2025
Ruslar Kurskda daha bir yaşayış məntəqəsini azad edib
13:14 / 14-03-2025
Xocalı rayonuna növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
13:12 / 14-03-2025
Əfv Məsələləri Komissiyasının iclaslarının vaxtı uzadılıb
13:01 / 14-03-2025
Sabahın hava proqnozu açıqlanıb
12:55 / 14-03-2025
Əliyevin Ermənistandan tələbləri beynəlxalq hüquq normalarına tam uyğundur - Professor
12:35 / 14-03-2025
Jurnalistlərin həbs müddəti uzadılıb - (Yenilənib)
12:14 / 14-03-2025
Nazir Pərviz Şahbazovun biznes planı "batıb"
12:11 / 14-03-2025
Humanitar təşkilatlar Qəzzaya yardımı azaldır
12:04 / 14-03-2025
Mirzoyan: "Sülh sazişi imzalandıqdan sonra ATƏT-ə ehtiyac qalmayacaq"
11:52 / 14-03-2025
İşğaldan azad edilən ərazilərdə ötən il 3 min km yol salınıb
11:46 / 14-03-2025
2024-cü ildə istehsalatla əlaqəli 87 nəfər həyatını itirib
11:28 / 14-03-2025
Moskva yenidən PUA hücumuna məruz qalıb
11:00 / 14-03-2025
Yevlaxda iki nəfər bıçaqlanıb
10:53 / 14-03-2025
Bakıdakı "Boranı" restoranında yanğın olub
10:52 / 14-03-2025
Ermənistan Qafqaz əhəmiyyətli referenduma hazırlaşır
10:34 / 14-03-2025
DİN və Penitensiar Xidmət əməliyyat keçirib
10:06 / 14-03-2025
BMT-nin Ali Komissarlığı Vardanyan işi üzrə yekun rəyini açıqlayıb
10:02 / 14-03-2025
Ukrayna ordusu Kursk bölgəsini tərk edir
09:49 / 14-03-2025
Gəncədə iki yeniyetmə itkin düşüb
09:45 / 14-03-2025
Abşeronda yaşlı qadın dəm qazından boğulub
09:43 / 14-03-2025
Britaniya Azərbaycana müdafiə attaşesi göndərib - Foto
09:19 / 14-03-2025
Oğurluqda şübhəli bilinən beş nəfər ələ keçib - Foto
08:54 / 14-03-2025
Okeanlarda daha sürətlə qabarma prosesi gedir
08:48 / 14-03-2025
Xarici İşlər Nazirliyi İşçi Qrupun Ruben Vardanyan işi ilə bağlı rəyini alqışlayır
08:40 / 14-03-2025
Hava limanında sərnişin təyyarəsi yanıb
08:31 / 14-03-2025
Teleulduz ikinci dəfə oğurluq üstə tutulub
08:20 / 14-03-2025
Kursk hadisəsi Kiyevin nüfuzuna zərbə vurub
08:14 / 14-03-2025
Trampın xüsusi nümayəndəsi Moskvadan geri dönüb
14:48 / 10-03-2025

20:14 / 09-03-2025

21:05 / 10-03-2025

16:31 / 09-03-2025

22:52 / 10-03-2025

19:56 / 11-03-2025

13:26 / 10-03-2025

21:09 / 13-03-2025

15:56 / 10-03-2025

17:57 / 10-03-2025

11:09 / 11-03-2025

Azərbaycanda mühacir hökuməti qurulur - Müsahibə
Tarix: 14-05-2020 11:37 | Bölmə: Müsahibə

Köçəri Nağıbəyli təklif edir ki, Qərbi Azərbaycan mühacir hökuməti Ermənistanla sərhəd rayonda fəaliyyət göstərsin
Qərbi Azərbaycan Respublikasının elan edilməsi, onun mühacir hökuməti və parlamentinin yaradılması ilə bağlı yeni təkliflər ölkəmizdə geniş müzakirələrə səbəb olub. Professor Qafar Çaxmaqlı başda olmaqla, bir qrup ziyalının səsləndirdiyi bu təklif artıq bütün çevrələrdə müzakirə edilir.
Uzun illər Qərbi Azərbaycan məsələsilə məşğul olan, sonuncu deportasiyadan sonra ilk Qərbi Azərbaycan təşkilatını quran, Milli Azadlıq Hərəkatının gənc öncüllərindən olmuş, “İrəvan” qəzetinin təsisçisi və baş redaktoru Köçəri Nağıbəyli bu mövzuda Reyting.az-ın suallarına cavab verib.
- Köçəri bəy, son zamanlar Qərbi Azəraycan məsələsi yenidən gündəmə gətirilib. Buna münasibətiniz necədir?
- Düşmənə qarşı yaradılan istənilən qurumu dəstəkləyirəm. Mən uzun illərdir ki, Qərbi Azərbaycan məsələsi ilə məşğulam. 1988-ci ilin əvvəllərində mərhum Əbülfəz Elçibəyin təşəbbüsü ilə Zəngəzur Cəmiyyəti yaratdıq. Sonradan onun mətbu orqanı olan “Ata yurdu” qəzetini təsis etdik. Hörmətli professorumuz Teymur Əhmədov bu qəzetin ilk baş redaktoru oldu. Yəni mən, 1988-ci ildən bu məsələlərlə məşğulam, bu işlə məşğul olan hər kəsi də yaxşı tanıyıram.
Biz, 1990-cı ildə ilk olaraq Zəngəzur-İrəvan hökumətinin yaradılması təşəbbüsünü cəmiyyətin Məclisində qaldırdıq. Bundan qısa müddət sonra məni, Rusiya imperiyasının nökəri Əbdürrəhman Vəzirovun göstərişi ilə həbs etdilər. Üstümə 18 erməninin ölüm işi qoyuldu. SSRİ qanunvericiliyinə görə, mənə güllələnmə cəzası düşürdü. Guya mən 18 ermənini aparıb Keşlə qəsəbəsində avtobusda yandırmışdım. Beləcə, mən bir müddət həbsxanada yatmalı oldum. SSRİ imperiyası dağıldıqda sonra həbsdən çıxdım. Laçın, Şuşa və Tərtərdə ermənilərə qarşı döyüşlərdə iştirak etdim. Və yenidən Qərbi Azərbaycan məsələsi ilə məşğul olmağa başladıq. İlk olaraq “İrəvan” qəzetini təsis etdik. Qərbi Azərbaycanın ən körkəmli ziyalıları bu prosesdə iştirak etdi. Rəhmətlik İsrafil Məmmədov, Əziz Ələkbərli, Firudin Cəlilov, Vahid Əziz və digər ziyalılarımız “İrəvan” qəzetində dəfələrlə Qərbi Azərbaycanın dərdlərini qaldırır, torpaqlarımızın qaytarılması məsələsini müzakirəyə çıxarırdılar. Sözsüz ki, biz bu ideyanı hər zaman bəyənmişik, dəstəkləmişik. Bu torpaqlar bizimdir, ata yurdumuzdur.
- Qərbi Azərbaycan mühacir hökuməti ideyasına müsbət yanaşırsınız. Bəs beynəlxalq hüquq bunu mümkün hesab edirmi?
- Bilirsinizmi, şəxsən mənə və cəmiyyətimizdə təmsil olunan yüzlərlə ziyalı üçün məsələnin mənəvi tərəfi daha vacibdir. O torpaqlar bizimdir. Bu torpaqlar uğrunda mübarizə aparan hər kəsi dəstəkləyirəm. Beynəlxalq hüquq ola bilsin ki, bir qədər fərqlidir.
BMT Ermənistanı indiki sərhədləri daxilində müstəqil dövlət kimi tanıyıb, indi ora iddia etmək hüquq baxımından ola bilsin ki, problem yarada bilər. Amma unutmayaq ki, ermənilər də Qarabağda saxta rejim qurublar.
- Siz Qərbi Azərbaycan məsələsini daima qaldıran ziyalılardansınız. Buna görə doğurdanmı daima çətinliklərlə qarşılaşırsınız, yoxsa başqa səbəblər var?
- Mənə qarşı böyük təzyiqlər var. Məsələn, ermənilərin təşəbbüsü ilə mən Rusiyaya buraxılmıram. Zamanında Opera Teatrının qarşısındakı mitinqlərində ermənilər mənim adımı çəkərək başıma pul qoyublar. İddia ediblər ki, Bakıda ermənilər mənim təşkilatçılığımla öldürülür. Zəngəzur Cəmiyyətinin təşkilatçılığı ilə ermənilər Bakıdan və Azərbaycanın bir çox rayonlarından çıxarılıb və onların yerinə Qərbi Azərbaycandan gələn qaçqınları yerləşdirmişik. Bunu hər kəs bilir.
- Həqiqətən siz erməni öldürmüsünüz?
- Mən erməni öldürməmişəm. Ancaq ermənilərin Bakıdan, eləcədə Azərbaycandan təmizlənməsində Zəngəzur təşkilatının böyük xidməti olub. Bu da doğru addımdır. Baxın, zamanında biz Bakıdan erməniləri təmizləməsəydik 1918-1920-ci illərdə olduğu kimi, həm qarşıda düşmən, həm də arxada düşmənlə qarşılaşmalı olacaqdıq. Yəni o zaman Şamaxıda, Qubada, Bakıda olduğu kimi, bizə arxadan zərbə vura bilərdirlər və bu gözlənilirdi də. Bakının türkləşdirilməsi həm də bu baxımdan əhəmiyyətli oldu.
- Hazırda nə işlə məşğulsunuz?
- Qərbi Azəraycan məsələsi ilə ən azı 30 ildir k, məşğuluq. Hazırda Qərbi Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinin sədriyəm. Cəmiyyətin 114 özəyi var. Burada körkəmli şairlər, alimlər, yazıçılar, professorlar təmsil olunur. Uzun müddətdir ki, mübarizə aparırıq və o torpaqlara qayıdacağımız son günümüzə qədər də bu işi buraxmayacağıq.
Biz 32 ildən çoxdur ki, vaideynlərimizin məzarlarını ziyarət edə bilmirik. Sözsüz ki, bu müddət ərzində bizim təkliflərimiz də olub. Təklif etmişik ki, deportasiya qurbanlarının xatirəsinə abidə qoyulsun, muzey yaradılsın, Qərbi Azərbaycan məsələsi Azərbaycan dərsliklərinə salınsın. Əlimizdən gələn hər şeyi etmişik. Təəssüflər olsun ki, Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün qılıncının dalı-qabağı kəsən dövrdə bizə ciddi maneə yaradıblar. “İrəvan” qəzetini üç dəfə çap etməyə çalışsaq da, hər dəfə qarşımızı alıblar. Sonuncu dəfə tədbir keçirəndən sonra Ramiz Mehdiyevin şəbəkəsi məni işdən çıxardı. Artıq 20 ildir ki, işsizəm. Ofisimizi əlimizdən alıblar, maneələr yaradıblar. Çox yaxşıdır ki, bu gün onlar artıq yoxdur.
İrəvan bizim ata yurdumuzdur, türk oylağıdır. Hesab edirəm ki, bu adda qəzetin nəşr edilməsinə də ehtiyac var və bunu etmək lazımdır.
- Bir neçə gün əvvəl Qərbi Azərbaycan Mühacirət Respublikası elan edilib. Buna reaksiyanız maraqlı olardı...
- Mən müsahibənin əvvəlində qeyd etdim ki, düşmənə qarşı yaradılan istənilən təşkilatı müdafiə edirəm. Bu işdə mənim və təşkilatımızın təcrübəmizə ehtyac duysalar, dəstək verməyə hazıram. Ancaq bəzi məqamları da diqqətə çatdırmağı gələcəkdə uğur əldə edilməsi baxımından faydalı sayıram.
Fikrimcə, əgər Qərbi Azərbaycan Mühacir Hökuməti qurulucaqsa, bu bizim Qərbi Azərbaycanla sərhəd rayonların birində fəaliyyət göstərməlidir. Məsələn, Gədəbəy rayonunun Başkənd yaşayış məntəqəsi seçilə bilər. Hökumət və parlament formalaşandan sonra sərhəd rayonlarından birində oturmalıdır.
Xatırladım ki, hələ 20-30 il əvvəl təkliflərimiz olub ki, Gədəbəyin Başkəndində yerləşək, orada hazırlaşıb torpqlarımızı azad etməyə çalışaq. Biz əvvəl-axır silahaya sarılıb vətənizimizi həm təmizləməli, həm müdafiə etməli, həm də ata-baba yurdumuza sahib çıxmalı olacağıq. Dövlət də bizə dəstək verməlidir ki, tarixi torpaqlarımızı azad edək. Qərbi Azərbaycan, İrəvan məsələsi əslində Qarabağ məsələsinin tərkib hissəsidir. Bu gün 30 min erməni Qarbağda özünə “dövlət” qurur. Əvəzində Qərbi Azərbaycandan 100 minlərlə insan deportasiya edilib. Bu insanların dövlət yaratmaq, hökumət qurmaq və ata-baba torpaqlarına iddia etmək haqqı var. Biz bu haqqı müdafiə edirik.
Həmçinin fikrimcə, referendum keçirilməli, xalqın iradəsi əsas götürülməlidir. Əks təqdirdə hər gələn özünü mühacir hökumətin parlamentində, rəhbərliyində görə, buna iddia edə bilər. Odur ki, seçkilər məsələsini vacib hesab edirəm, seçkili orqanlar xalq tərəfindən seçilməlidir. Yəni bu işlər peşəkarcasına yerinə yetirilməlidir. Əks təqdirdə sabah biri durub elan edər ki, mühacir hökuməti mənəm. Bu halların olmaması üçün hər şey xalqın iradəsi ilə olmalıdır.
Digər məsləhətim odur ki, zamanında Mehdiyev-Əli Həsənov üçün mirzəlik edən şəxsləri bu quruma buraxmaq olmaz. Bəziləri Mehdiyevə mirzəlik ediblər, indisə yeni səhnədə qəhrəman olmaq istəyirlər.
Digər tərəfdən, hazırda dünyada koronavirus mərhələsi yaşanır, bütün ölkələrdə karantin rejimi hökm sürür. Azərbaycanda da müəyyən işlər görülür, rüşvətə və korrupsiya ilə bağlı tədbirlər həyata keçirilir. Ola bilsin ki, bir qədər səbr edib sonradan bu mövzunu gündəmə gətirmək və sistemli addımlar atmaq daha məqsədəuyğun olardı.
Həmçinin bu hökumətin, onun parlamentinin rəhbərliyi elə fomalaşmalıdır ki, həqiqətən də bu yolda mübarizə aparanlar, buna mənəvi haqqı olanların təmsilçiliyi baş versin. Yoxsa, 3-5 nəfər toplaşıb özünü hökumət üzvü təyin etməklə iş bitməz. Bu mənada təklif edirəm ki, uzun illər bu işlərlə məşğul olan, təcrübəli, siyasi hazırlığı, intellekti olan insanlar bu məsələlərin içində olmalıdır.
- Qərbi Azərbaycan Mühacir Respublikası elan edilməzdən əvvəl sizə dəvət gəlibmi, bu barədə müzakirələr aparılıbmı?
- Yox, bu barədə mən ancaq mətbuatda oxumuşam. Konkret olaraq mənim əvvəldən məlumatım olmayıb. Ancaq bu ideya hər zaman olub. Hesab edirəm ki, bu, ciddi bir işdir. Qərbi Azərbaycanlı alimləri, ziyalıları bu prosesə qoşmadan uğur əldə etmək çətin olardı. Ziyalılar bu işlə məlumatlandırılmalıdır. Uzun illər bu istiqamətdə işləyənlərin fikir və tövsiyələri öyrənilməlidir.
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə