19:18 / 18-07-2025
Ali Məhkəmə “Meydan” TV ilə bağlı qərarı qüvvədə saxlayıb
19:10 / 18-07-2025
Ukraynada daha bir azərbaycanlı hərbçi həlak olub
18:00 / 18-07-2025
Oleq Bakinski: "Mənə bəraət verin"
17:55 / 18-07-2025
Ramiz Məmmədov "Şamaxı"dan ayrılıb
17:51 / 18-07-2025
Alimlər yeni planet kəşf ediblər
17:42 / 18-07-2025
Bakı və rayonlarda ağaclar qanunsuz kəsilib
17:21 / 18-07-2025
İyulun 23-dək isti hava davam edəcək
17:17 / 18-07-2025
"Qarabağ" hücumçu ilə vidalaşıb
17:08 / 18-07-2025
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
16:48 / 18-07-2025
Prezident Xocalıda sakinlərlə görüşüb - Maraqlı dialoq
16:40 / 18-07-2025
Professor: Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər
16:20 / 18-07-2025
XİN: "Azərbaycan Suriyada baş verən prosesləri yaxından izləyir"
16:14 / 18-07-2025
Maştağada xüsusi əməliyyat: istixanada 881 kq narkotik vasitə aşkarlanıb
16:10 / 18-07-2025
Azad İsazadə: Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər
16:10 / 18-07-2025
Həbsdəki oğluna narkotik gətirən ata tutulub
16:06 / 18-07-2025
“Xəzər TV”-yə xəbərdarlıq edilib
15:57 / 18-07-2025
Premyer Liqa: 2025/2026 mövsümünün püşkatması olub
15:38 / 18-07-2025
Ermənistanın rəhbər şəxsləri terrorçuların hədəfindədir
15:34 / 18-07-2025
Səbailin bir hissəsində işıq olmayacaq
15:23 / 18-07-2025
“AzSığorta” ASC-yə icrası məcburi sərəncam verilib
14:49 / 18-07-2025
Vaxtilə Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib
14:35 / 18-07-2025
Prezident Xocalı kərpic zavodunun açılışını edib - Fotolar
13:41 / 18-07-2025
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bərpa olunur
13:33 / 18-07-2025
Əcnəbilərin çimərliyə getməsinə qadağa qoyulub
13:21 / 18-07-2025
İlham Əliyev tarixi məscid binasının bərpadan sonra açılışında iştirak edib - Fotolar
13:18 / 18-07-2025
Dron hücumları dünya bazarında nefti bahalaşdırır
13:07 / 18-07-2025
ABŞ öz vətəndaşlarını Suriyanı tərk etməyə çağırır
12:58 / 18-07-2025
81 cinayətkar xüsusi reyslə Əfqanıstana uçur
12:51 / 18-07-2025
Sabahın hava proqnozu açıqlanıb
14:26 / 14-07-2025

14:30 / 14-07-2025

11:18 / 14-07-2025

07:40 / 16-07-2025

09:15 / 14-07-2025

10:54 / 16-07-2025

17:53 / 14-07-2025

14:56 / 16-07-2025

11:19 / 17-07-2025

12:18 / 16-07-2025

11:57 / 16-07-2025

10:50 / 14-07-2025

Keçmiş diplomat: “Azərbaycanda sabitliyi pozmaq istəyirlər” - Müsahibə
Tarix: 19-09-2020 20:07 | Bölmə: Müsahibə

Fikrət Sadıqov: “Rusiyadakı müəyyən dairələr ölkəmizə qarşı informasiya müharibəsini genişləndirməyin vacibliyini düşünürlər. Təkcə cəbhə xəttində deyil, inormasiya səngərində də bizimlə vuruşmaq və bizi zədələməyin lazım olduğu qərarını veriblər”
Sentyabrın 18-də Dossier.center saytı Rusiyaya xidmət etməsi mümkün ola biləcək azərbaycanlıların siyahısını yayıb. Həm İrəvanda, həm də Bakıda Rusiyaya xidmət edə biləcək şəxslərlə bağlı yazıda qeyd edilir ki, “QRU” zabiti Valeri Çernışovun sənədləri arasında, Kremlin maraqları naminə istifadə edilə biləcək Azərbaycan vətəndaşlarının da adları olub. 76 nəfərdən ibarət olan siyahıda tanınmış siyasətçilərin, ictimai xadimlərin, jurnalistlərin, politoloqların, universitet dekanlarının və perspektivli tələbələrin adları yer alıb. Bu siyahı ölkədə narazılıqla qarşılanıb. Artıq siyahıda adı olan bir sıra şəxslər hüquq-mühafizə orqanlarına müraciət ediblər və Dövlət Təhlükəsizliyi Xidməti məsələyə aydınlıq gətirib.
Siyahıda adı olan Qərb Universitetinin professoru, sabiq diplomat, politoloq Fikrət Sadıqov məsələ ilə bağlı Reyting.az-a müsahibə verib.
- Fikrət müəllim, Azərbaycanda fəaliyyət göstərən bir qrup jurnalist, politoloq və tələbələrin Rusiyanın maraqlarına işləməsinin mümkünlüyünə dair siyahı yayılıb. Xarici KİV-lərdə yer alan bu iddianı necə qiymətləndirirsiniz?
- Bu, cəfəng və absurddur. Sözsüz ki, burada əsas məqsəd ara qarışdırmaq, təxribatları qabarıq formada həyata keçirmək, sabitliyi pozmaq və ölkədə gərginlik yaratmaqdır.
Məncə, bu addımın hansı hadisələr fonunda baş verməsinə də diqqət yetirilməlidir. Tovuz istiqamətində baş verən hadisələr fonunda və Rusiyadan Ermənistana aparılan 400-500 ton silah-sursatın “tikinti materilları” kimi təqdim edilməsindən sonra.
Görünən odur ki, Rusiyadakı müəyyən dairələr ölkəmizə qarşı informasiya müharibəsini genişləndirməyin vacibliyini düşünürlər. Təkcə cəbhə xəttində deyil, inormasiya səngərində də bizimlə vuruşmaq və bizi zədələməyin lazım olduğu qərarını veriblər. Sadəcə, belə təxribat xarakterli məlumatlar bu məqsədlərə yönəlib.
Həmçinin bunun arxasında kimlərin dayandığı da bəllidir. Bəzi mənbələrdən aydın olur ki, bu işə Marqarita Simonyan kimi jurnalistlərin də dəstəyi var.
- Siyahıda adı olan və tanıdığımız şəxslərin çoxu əslində xarakter və düşüncə tərzinə görə fərqli insanlardır. Niyə belə fərqli baxış bucağı altında olan şəxslərin hamısını eyni siyahıya salıblar?
- Mənə elə gəlir ki, siyahının hazırlanmasında əsas kriterya kimi ora salınanların rusdilli olmasıdır. Guya bu şəxslər fəaliyyətlərində Rusiya maraqlarını öndə tuturlar.
Amma görünür, bir sıra azərbaycandilli jurnalistlər və xadimlər də ora daxil edilib ki, bunu qarışdırsınlar. Bu, təxribatın üsullarından biridir. Azərbaycan və rusdilli jurnalistləri qatışdırmaqla yalana don geyindirmək və yazdıqlarını real fakt kimi təqdim etməyə çalışıblar. Yəni hazırladıqları “məhsul”u inandırıcı göstərmək istəyiblər.
Amma bundan irəli gələn düşüncəyə əsaslanıb belə nəticə çıxarmaq olar ki, siyahı o qədər fərsiz və primitiv formada hazırlanıb ki, bir sıra məqamları nəzərə almağı unudublar. Əvvəla siyahıda olan bir çoxları Azərbaycan maraqları naminə on illər ərzində fəaliyyət göstəriblər. Bu fəaliyyət yalnız media və televiziya məkanlarında deyil, eyni zamanda ölkə xaricində də öz əksini tapıb. Təbii ki, onların baxışına görə belə adamları sıradan çıxarmaq lazımdır. Əsas məqsədlərdən biri də budur.
- Fikrət müəllim, siz öz adınızı bu siyahıda görəndə hansı hisslər keçirdiniz və ilk təəssüratınız necə oldu?
- İş ondadır ki, siyahının yayılmasına dair hazırlanan məqalə “Bu şəxslərdən gələcəkdə Kremlin maraqlarına uyğun istifadə etmək olar” başlığı ilə gedir. Təsəvvür edin ki, iki aydan sonra mənim 75 yaşım olacaq. Bunlar, məni 75 yaşında hansı maraqlarda görmək və necə istifadə etmək istəyirlər, bu, əslində çox gülüncdür. Əgər 75 yaşda olan insandan bunlar gələcəkdə istifadə etmək istəyirlərsə, bu, absurd haldır. Mənim qənaətimcə, o siyahıya tələm-tələsik adların salınması göstərir ki, onlar belə məqamları nəzərə almayıblar. Bunun özü çox ağılsız hərəkətdir. Məqsədləri isə Azəbaycana, onun maraqlarına, stabilliyinə və imicinə zərbə vurmaqdır. Bunu istəyirlər və buna görə də, kimin necə yaşının olması, kimdən necə istifadə edilə biləcəyini nəzərə almayıblar.
Əgər onlar yazsaydı ki, bunlar artıq hansısa işdə istifadə edilir, buna inanmaq olmazdı. Çünki faktlar yoxdur. Mənim kimi adamların adını ora salmaq göstərir ki, onlar ümumiyyətlə, bu işə peşəkarlıqla yanaşmayıblar. Görünür, indiki dövrdə Azərbaycanın maraqlarına zərbə vurmaq o qədər vacibdir ki, belə məqamları fikirləşməyiblər.
- Siyahıda adı olan şəxslərin mütləq əksəriyyəti müxtəlif illərdə Rusiyada keçirilən tədbirlərdə iştirak edib. Ola bilərmi ki, siyahıya məhz tədbirlərdə iştirak edən şəxslərin adı salınıb?
- Hamının adından danışmaq istəmirəm. Mən tədbirlərdə, konfrans, seminar və dəyirmi masalarda iştirak edərkən hər zaman Azərbaycanın maraqlarını öndə tutmuşam və çıxışlarımı ölkəmin maraqlarına uyğun şəkildə qurmuşam. Burada daima Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun tarixi aspektləri, siyasi amilləri və ermənilərin təxribatçı rolunu ifşa edən çıxışlarım olub. Hər şey göz önündədir.
Kimsə ABŞ, İngiltərə və ya Ukraynaya gedir və tədbirdə iştirak edirsə, çıxış etməsi də qəbahət deyil. Həm də hansı məzmunda çıxış edirsən, nə danışırsan məsələsi də önəmlidir. Çıxışlarda Azərbaycanı müdafiə etmək, ölkənin maraqları naminə nə qədər faktlar, arqumenlər gətirmək və hücumedici addımlar atmaq əsas məsələdir.
Bəli, ola bilər ki, Rusiyada müxtəlif illərdə tədbirlərdə iştirak edənləri bu siyahıya salıblar. Onların məntiqinə görə, bu adamlar gələcəkdə onların “maraqlarına” işləməyə hazır ola bilərlər. Amma həmin siyahıda mənim tanıdığım adamlar var və onlar Azərbaycan dövlətinə, onun maraqlarına xidmət edirlər.
Dili bilmək və digər dillərdə çıxış etmək Azərbaycanın maraqlarına cavab verir. Əgər sən konkret fakt və dəlillərlə çıxış edirsənsə, deməli, düşmənə faktlar əsasında zərbə endirirsən.
- Siyahıda adı olan bir çox şəxslər bildirib ki, bu məsələ ilə əlaqədar hüquq-mühafizə və təhlükəsizlik orqanlarına müraciət edəcəklər. Sizin planlarınız necədir, müraciət etməyi düşünürsünüzmü?
- Düşünürəm ki, artıq müraciət etməyə ehtiyac yoxdur. Çünki Dövlət Təhlükəsizliyi Xidmətinin açıqlaması oldu və bu qurum məsələyə öz qiymətini verdi. Deyərdim ki, obyektiv və vaxtında verilən qiymətdir.
Reyting.az
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə