21:59 / 29-10-2025
800 min illik yeraltı su hövzəsi aşkarlanıb
20:24 / 29-10-2025
İlham Əliyev Federal Milli Şuranın sədrini qəbul edib - Fotolar
20:15 / 29-10-2025
Yaponiya Trampın tələbinə əməl etməyəcək
20:06 / 29-10-2025
Avropa yenə təbii qaz problemi ilə üzləşir
19:55 / 29-10-2025
Vitse-prezident: Hərbi əməliyyatlara son qoymağın vaxtıdır
19:20 / 29-10-2025
İlham Əliyev Rumıniya Senatının sədrini qəbul edib - Fotolar
19:15 / 29-10-2025
Nuriyev: Mehdiyevin siyahısında erməni qarışığı olanlar üstünlük təşkil edə bilər
19:05 / 29-10-2025
Polşa ilə Rusiya arasında gərginlik artır
18:57 / 29-10-2025
Kreml Trampın bəyanatına şərh verib
18:52 / 29-10-2025
Litva Belarusla sərhədi bağlayıb
18:21 / 29-10-2025
“İçərişəhər” Dövlət Qoruğuna Aparat rəhbəri təyin edilib
18:00 / 29-10-2025
Səfirlik Monteneqrodakı hadisələrlə bağlı açıqlama yayıb
17:45 / 29-10-2025
Ukraynanın iki şəhəri mühasirəyə alınıb
17:44 / 29-10-2025
Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılışı olub
17:26 / 29-10-2025
Macarıstan AB-nin Belarusa qarşı planını pozub
17:19 / 29-10-2025
"QHT işi": Zamin Zəkinin məhkəməsi başlayıb
17:07 / 29-10-2025
Prezident məhkəmələrə sədr və sədr müavinləri təyin edib
17:05 / 29-10-2025
Ruslar Pokrovsk şəhərini mühasirəyə almağa çalışır
17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
16:59 / 29-10-2025
Prokuror Tağı İbrahimova 9 il cəza istəyib
16:47 / 29-10-2025
Məşhur aktrisa yeni filmlə ekrana qayıdır - Foto
16:30 / 29-10-2025
Baş Prokurorluq sabiq deputata xəbərdarlıq edib
16:29 / 29-10-2025
Assosiasiyaya sədr təyinatı olub
16:16 / 29-10-2025
Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala vəsiqə qazanıb
15:42 / 29-10-2025
Rusiyada azərbaycanlı iş adamı itkin düşüb
15:38 / 29-10-2025
Sem Altman: ABŞ texnoloji yarışda Çindən geri qala bilər
15:30 / 29-10-2025
BŞİH: “Sovetski”-də tarixi binanın sökülməsi ilə bağlı məlumat yalandır
15:21 / 29-10-2025
"Qarabağ"-"Çelsi" oyununun biletləri satışa çıxarılıb
14:37 / 29-10-2025
Azərbaycan və Oman XİN başçıları arasında görüş olub
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
20:19 / 27-10-2025
Nazir Emin Əmrullayevə bir neçə sual
14:34 / 29-10-2025
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
16:17 / 27-10-2025
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
16:57 / 27-10-2025
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
11:43 / 29-10-2025
Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
16:37 / 27-10-2025
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
12:22 / 27-10-2025
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
00:01 / 25-10-2025
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
Zərdüşt Əlizadə: “Rusiyanı bu müharibədə məğlub edəcəklər” - Müsahibə
Tarix: 25-05-2022 11:08 | Bölmə: Müsahibə

Türkiyəni NATO məsələsində haqlı sayan politoloq deyir ki, Ukrayna ordusu avqust və ya sentyabrda təşəbbüsü ələ alıb işğaldakı torpaqlarını azad etməyə başlayacaq
Rusiyanın Ukraynaya hücumu Finlandiya və İsveçi NATO-ya daxil olmaq məcburiyyətində qoysa da, Türkiyə bu iki ölkənin alyansa qoşulmasına qarşı çıxır. Politoloq Zərdüşt Əlizadə NATO daxilində Türkiyənin yeritdiyi siyasət, Rusiya-Ukrayna müharibəsi və onun nəticələri, eləcə də Rusiyanın müharibədən sonra üzləşəcəyi vəziyyətindən danışıb.
Z. Əlizadə Reyting.az-a müsahibəsinə Türkiyənin Finlandiya və İsveçlə bağlı qərarını qiymətləndirməklə başlayıb:
- Mən, bu məsələyə Türkiyənin milli və dövlət maraqları bucağından baxıram. Burada Rusiya amili ötəri və ikinci dərəcəlidir. Türkiyənin əlinə fürsət düşüb ki, NATO ölkələrindən onun hüquq və təhlükəsizliyinə hörmətlə yanaşmalarını tələb etsin. Amma təsadüf elə gətirib ki, Rusiya da bundan uda bilər. Halbuki uduşu da bəlli deyil. Dərindən fikirləşəndə Finlandiya və İsveçin NATO-ya daxil olub-olmamasının Rusiyaya isti və ya soyuğu da yoxdur. Hər iki ölkə neytral dövlət ənənəsinə malikdir və Rusiyaya hücum edəsi deyillər.
Türkiyə dünənə qədər Qərb dövlətlərinə öz ağrılarını, dərd və qayğılarını deyirdi, amma bunu qulaqardına vururdular. Məsələn, deyirdi ki, kürd separatizmi Türkiyə dövləti üçün təhlükədir. Müttəfiqləri də bildirirdi ki, yox, əsas insan hüquqlarıdır.
Rəsmi Ankara NATO ölkələrinin diqqətinə çatdırırdı ki, biz müttəfiqik, ümumi maraqlarımız var, Türkiyəni elmi-texnoloji və hərbi inkişafdan kənarlaşdırmayın. Amma ona deyilirdi ki, yox, sən özünü yaxşı aparmırsan, sənə filan silahları vermirik, bu layihədən səni çıxarırıq və s.
Qısası, Türkiyəyə qarşı ədalətsiz mövqe tuturdular. Türkiyə isə susmaq məcburiyyətində qalırdı, çünki başqa atılacaq addım yox idi. İndisə Türkiyənin əlinə imkan və fürsət düşüb. NATO-nun genişlənib-genişlənməyəcəyi onun qərarından asılıdır. Türkiyə NATO üzvlərinə deyir ki, qardaşlar və müttəfiqlər, mənim xoş niyyət göstərməyimi, razılıq verməyimi istəyirsinizsə, olsun, amma siz də mənim istəklərimi nəzərə alın, hüquqlarımı tanıyın.
NATO təkcə hərbi alyans deyil, həm də üzv dövlətlərin maraqlarını qoruyur. Türkiyə də bildirir ki, əgər belədirsə, müttəfiqiniz Türkiyənin təhlükəsizliyinə təhdid yaranmasına niyə imkan verirsiniz, onun təhlükəsizliyinə problem yaradan təşkilatı niyə müdafiə edirsiniz? Və Türkiyənin müstəqil dövlət kimi inkişafına təkan verə biləcək hərbi əməkdaşlıqdan məntiqi əsas olmadan, saxta bəhanələrlə niyə imtina edirsiniz? Ankara deyir ki, siz yanlış mövqedən çəkilin, Türkiyənin hüquqlarını tanıyın, mən də sizin hüquqlarınıza hörmət edim.
- Zərdüşt bəy, NATO daxilində yaranan bu böhran nə ilə nəticələnə bilər?
- Hər şey tərəflərin mövqeyindən asılıdır. Əgər Türkiyə öz mövqeyində möhkəm dursa İsveç və Finlandiyanı NATO-ya qəbul etməyəcəklər. Çünki demokratik dünyada qanun elə qanundur. Əgər İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, Ankara ilə danışıqlar aparmalı, nəticədə PKK-nı terror təşkilatı kimi tanımalıdır.
İkincisi, PKK-nın Türkiyəyə qarşı bu ölkələrdə sərbəst fəaliyyət göstərməsinə imkan verməməlidirlər. Lazım gəlsə, bununla bağlı qanun qəbul olunmalıdır. Bu ölkələr NATO sıralarına qoşulsalar Türkiyə ilə müttəfiq dövlət olacaqlar. Deməli, bu ölkələr müttəfiq dövlətin təhlükəsizliyinə xələl gətirən insanlar və təşkilatlara fəaliyyət imkanı yaratmamalıdır. Türkiyə bunu deyir.
Rəsmi Ankara ABŞ-a söyləyir ki, sən saxta bəhanələrlə məni “F-35” layihəsindən çıxarmısan, halbuki bu, beynəlxalq layihə idi. Ya bizə “Patriot” verin, ya da “F-35”-də iştirakımıza imkan yaradın. Bu da ABŞ-ın hikkəsindən, “ağa nəzərəm, belə gəzərəm”,-yanaşmasından yaranan problemdir.
Türkiyənin ABŞ-dan tələbi belədir: əgər istəyirsənsə ki, İsveç və Finlandiya NATO-ya daxil olsun, bu halda səhv qərarından geri çəkil. Sən geri çəkilmirsənsə, mən öz ədalətli qərarımdan niyə geri çəkilməliyəm?
İndi bizdə bəzi adamlar var ki, onlarda nökərçilik sindromu güclüdür. Bu səbəbdən də deyirlər ki, “Türkiyə ABŞ-ın üzünə ağ olur, sözünə baxmır”.
Əzizim, ABŞ da dövlətdir, Türkiyə də dövlətdir. Eyni hüquqlara malikdirlər. Bu hüquqları tanımaq lazımdır.
Mənim qənaətimcə, Türkiyə ədalətli mövqe tutub və yeri gəldiyi üçün özünü müdafiə edir. Türkiyə müttəfiqlərinə qarşı mövqe tutmayıb, öz haqqını qoruyur.
- Bəzi mütəxəssislərin iddiasına görə, Türkiyə Ukraynadan çox Rusiyanın yanındadır. Ən azından belə görüntü var. Sizcə, Ukrayna-Rusiya savaşında Türkiyənin yeri və rolu nədən ibarətdir, hardadır?
- Türkiyənin yeri və rolu öz mənafeyinin müdafiəsindədir. Azərbaycanın mövqeyi də maraqlarının müdafiəsindədir. Burada iki mövqe ola bilər:
Birincisi, Türkiyə və Azərbaycan qollarını çırmalayır və deyirlər ki, “qurban olaq” Rusiyaya, Rusiya bizim dostumuz və müttəfiqimizdir, rədd olsun Ukrayna, onun mübarizəsi boş söhbətdir. Rusiya savaşda və tələblərində haqlıdır. Bu halda biz nə olardıq? Olardıq ədalətsiz, Abxaziya və Osetiyanın tayı.
İkincisi, biz qışqırırıq və deyirik ki, rədd olsun faişist Rusiyası, biz Ukraynanın tərəfindəyik. Belə desək, bu, bizim mənafeyimizə böyük ziyan gətirər. İqtisadi, siyasi, təhlükəsizlik baxımdan zərər verər.
Türkiyə üçün həm Rusiya, həm də Ukrayna ciddi tərəf müqabilidir. Hər iki xalqla onun böyük siyasi və iqtisadi bağları var. İqtisadiyyat sahəsində Rusiya ilə böyük işlər görürlər. Qaz, neft, nəqliyyat, turizm, atom stansiyası... Rusiya türk şirkətləri və kənd təsərrüfatı üçün böyük bazardır.
Digər tərəfdən, xəritəyə baxsaq görərik ki, Qara dənizin cənub sahili Türkiyə, şimal sahili Ukraynadır. Hələ mən tarixi və mədəni bağlardan danışmıram. İqtisadi bağlar çoxdur, sıx əlaqələr var. Məsələn, Türkiyənin müqaviləsi var ki, gələcəkdə türk hərbi sənayesi Ukrayna hərbi sənayesinin şəriki olsun. Yəni, həm də bazardır.
Ukraynadan 100 minlərlə turist Türkiyəyə gəlirdi, həm də pul gətirirdi. Üstəlik, Ukraynadan da taxıl alırdı. Bütün bunlar olduğu halda Türkiyə niyə “ya-ya da” mövqeyində dursun? Yəni ya Rusiya, ya da Ukrayna arasında seçim etsin? Türkiyə deyir ki, həm Rusiya, həm də Ukrayna. Çalışır barışdırsın, vastəçilik edir, tərəflərlə danışıqlar aparır. Bu, çox nəcib və faydalı mövqedir. Burada beynəlxalq hüquqa zidd, xain mövqe yoxdur. Sadəcə, çox bəsit düşünən insanlar istəyirlər ki, Türkiyə hökmən ya Rusiyanın, ya da Ukraynanın tərəfində olsun. Amma Türkiyə haqlı olaraq hər iki tərəfin mövqeyini nəzərə alır və sülh təklif edir. Deyir ki, indi vuruşursunuz, amma qüvvəniz tükəndikdən sonra dayanacaqsınız, onsuz da bütün müharibələr sonda dayanır. Türkiyə də deyir ki, indidən dayanın, böyük itkilərə yol verməyin. Bu, məntiqli və hörmətə layiq mövqedir.
- Hazırda Rusiya və Ukrayna arasında qanlı savaş davam edir. Siz müharibənin indiki mərhələsini necə qiymətləndirirsiniz?
- İndiki mərhələdə Rusiya canlı qüvvə və texnika sarıdan böyük üstünlüyə malikdir və hücumdadır. Ukrayna ordusu cəsarətlə döyüşür, amma Donbasdan addım-addım geri çəkilir. Qərb yeni texnika və silahları bilərəkdən və ya bilməyərəkdən Ukraynaya çox ləng çatdırır. Putinin iqtisadi məsələlər üzrə sabiq müşaviri isə deyir ki, Qərb bunu qəsdən edir, məqsədi həm Rusiyanın, həm də Ukraynanın gücdən düşməsini təmin etməkdir. Mən bunu deyə bilmərəm. Onu deyə bilərəm ki, Qərb öz mövqeyini kəskin dəyişib, Ukraynaya maliyyə, hərbi yardım edir, siyasi dəstək verir. Eləcə də Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edir. Və bütün bunları qaydalara uyğun həyata keçirir. Orada demokratiyadır. Məsələn, bir həftə əvvəl “Lend-liz haqqında” qanunu qəbul edərkən bir senator veto qoydu. Daha sonra təcili qərarları gündəliyə çıxarıb adi qayda da qəbul etməyə başladılar. Yəni Ukraynaya 40 milyard dollar yardımı adi qaydada səsvermədən keçirdilər. Orada qanun və reqlamentin əhəmiyyəti var.
Bütün bunlara baxmayaraq, Qərbin Ukraynaya hərbi yardımı istənilən sürətlə getmir. Bu səbəbdən Ukrayna addım-addım geri çəkilir.
- Geri çəkilmə hansı ana qədər davam edə bilər?
- Qərbdən silah-sursat gəlib çatacaq. Yəni müasir hücum silahları göndərəcəklər. Ukrayna zabitləri artıq bu silahlardan istifadə qaydalarını öyrənirlər. Ola bilsin, “Abram” tankları da verdilər. Yəni nə lazımdırsa, göndərirlər. Bir neçə aydan sonra Ukrayna ordusu əsasən NATO silahları ilə silahlanacaq. NATO silahı isə Rusiyanın köhnə silahından qat-qat səmərəli və keyfiyyətlidir. Bundan sonra Ukraynada səfərbərlik olacaq, ehtiyat qüvvələr hazılanacaq. Belə düşünmək olar ki, avqust və ya sentyabrda Ukrayna ordusu təşəbbüsü ələ götürərək işğal olunan torpaqları azad etməyə başlayacaq. Son nəticədə ədalətsiz müharibəyə başlayan hər zaman məğlub olur.
- Artıq müharibə dördüncü aya keçir. Bir çoxları ehtimal edirdi ki, bu savaş Rusiya daxilində etiraz dalğasını gücləndirəcək, Putinə qarşı böyük müxalifət formalaşdıracaq. Amma əks proses baş verdi və Putin cəmiyyətin daha böyük dəstəyini aldı. Sizcə, niyə?
- Rusiya cəmiyyəti zəifdir. Avtoritar hakimiyyət cəmiyyətə qalib gəlib. İfadə azadlığı yoxdur, cəza orqanları gücləndirilib və xalqın beynini zəhərləyiblər. Belə bir şəraitdə cəmiyyət doğru-dürüst fikirləşə bilmir.
Əslində müharibə uzandıqca və rus ordusu Kiyev ətrafından çəkildikcə Rusiyada hansısa dalğaların müşahidə ediləcəyi haqda fikirlər yanlış idi. Çünki rus cəmiyyəti əzilib, aldadılıb, mütəşəkkil deyil. Oradakı siyasi qüvvələrdən isə danışmağa dəyməz. Məsələn, kommunist ideologiyasına görə kapitalist müharibəsi cinayətdir. Amma Rusiya kommunistləri hamıdan qabaqda gedirlər. Yəni öz əqidələrinə, ədalətə xəyanət edirlər. Liberal Demokrat Partiyası isə Kremldən sadəqə alaraq təlxəklik edir. Rusiyada bir neçə nəfər sağlam şüurlu insan var, amma cəmiyyət onları qəbul etmir...
- Yaxın dövrdə ruslar Donbassı götürə biləcəkmi?
- Yox. Prinsipcə, götürə bilər, bəs sonra? Almanlar da gəlib Moskvaya çatmışdılar, Kiyevi götürmüşdülər, Somelenskini almışdılar və Leninqradı mühasirəyə salmışdılar. Sonra nə oldu? “Lend-liz haqqında” qanun və sovet xalqının qəhramanlığı öz işini gördü.
Mən əminəm ki, Rusiyanı bu müharibədə məğlub edəcəklər. Əgər belə olmasaydı, dünya hadisələri ədalətsizliyə doğru gedərdi. Odur ki, Rusiya məğlub olacaq.
- Məğlub Rusiyanı nələr gözləyəcək?
- Heç nə. Geri çəkiləcək. Rusiya böyük dövlətdir. Bir dəqiqəyə “Rusiya dağılacaq, məhv olacaq”,- söhbəti yoxdur. Nüvə silahı, atom bombası var. Öz sərhədlərinə qayıdacaq. Ola bilsin ki, siyasətlərini yenidən qiymətləndirəcəklər. Unutmayın ki, Putin də əvvəlki Putin deyil, yaşa dolub, tam sağlam adama bənzəmir və yaş öz təsirini göstərir.
Y. QACAR
Reyting.az
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək