22:44 / 02-07-2025
Ayxan Cavadov Avropa çempionu olub
21:18 / 02-07-2025
Azərbaycan və Özbəkistan prezidentləri görüşüblər - (Yenilənib) - Fotolar
21:11 / 02-07-2025
Göygöldə təcili tibbi yardım briqadasına hücum olub
20:57 / 02-07-2025
İlham Əliyev və Özbəkistan prezidenti “Sea Breeze”də - Fotolar
20:51 / 02-07-2025
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı səkkizə çatıb - Yenilənib
19:09 / 02-07-2025
Çexiya rusiyalı məmura sanksiya tətbiq edib
18:55 / 02-07-2025
Roma Papası Türkiyəyə səfər etmək niyyətindədir
18:41 / 02-07-2025
Türkiyədə yenidən zəlzələ baş verib
18:32 / 02-07-2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:01 / 02-07-2025
Kibercinayətkarlıqda təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayıb
17:54 / 02-07-2025
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşüb
17:25 / 02-07-2025
Rusiyanın Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
17:18 / 02-07-2025
Daha üç şəhidimizin dəfn mərasimi olacaq - Fotolar
17:05 / 02-07-2025
Məhkəmə vəzifəli şəxslərin cinayət əməlini araşdıracaq
16:55 / 02-07-2025
Professor: Rusiya başını itirmiş ayı kimi davranır
16:22 / 02-07-2025
Tramp Putinin işğal siyasətinə laqeyd yanaşır
15:59 / 02-07-2025
Bakıda qəzalı binalarla bağlı Xüsusi Komissiya yaradılıb
15:56 / 02-07-2025
Azərbaycan Rusiyadan tam uzaqlaşır?
15:33 / 02-07-2025
Rusiya daha da aqressivləşir
14:52 / 02-07-2025
Gürcüstandan çox sayda əcnəbi deportasiya olunub
14:37 / 02-07-2025
Avropa müharibəyə hazırlaşır - Foto
14:29 / 02-07-2025
Vilayət Eyvazov: "Bu yolda qüvvə və bacarığımızı əsirgəməyəcəyik"
14:10 / 02-07-2025
"City Net" "Jurnalistlərin binası"nda problem yaradıb
14:03 / 02-07-2025
Politoloq Azər Qasımlı hakim qarşısına çıxarılıb
14:01 / 02-07-2025
Ruslar gündəlik 500 PUA ilə hücum etməyə çalışır
13:27 / 02-07-2025
Sabahın hava proqnozu açıqlanıb
13:23 / 02-07-2025
Polis Akademiyasında Məzun Günü keçirilib - Video
13:16 / 02-07-2025
Mədəniyyət nazirinə kulturoloji tövsiyə - Akif Əli yazır
12:52 / 02-07-2025
Kelloq Lukaşenkonun dediklərini təkzib edir
13:16 / 29-06-2025

17:57 / 30-06-2025

08:55 / 28-06-2025

00:01 / 28-06-2025

15:08 / 30-06-2025

11:12 / 28-06-2025

21:03 / 30-06-2025

13:20 / 29-06-2025

13:01 / 01-07-2025

23:20 / 27-06-2025

09:57 / 28-06-2025

00:40 / 29-06-2025

Yolda - A. Cabbarlı yazır
Tarix: 24-05-2019 13:41 | Bölmə: Akif CABBARLI

(Həyat etüdləri)
Metronun “28 May” stansiyasının qənşərində qıpqırmızı avtobuslar cərgə ilə də olmasa, sıx-sıx düzülüb yaxına-uzağa gedən sərnişinləri gözləyirdi. Məni də mənzilbaşına çatdırası avtobusa minmək istəyənlərin sayı daha çox idi. Dünyanın hər yerində tətbiq olunan növbəlilik prinsipini yaxına belə buraxmaq istəməyən bizimkilər bir-birinin ayağını, səhv elədim, ayaqqabısını bastalamaqdan, dirsək və diz hərəkətlərindən sui-istifadədən çəkinmədən irəli dürtülür, salonda oturmaq üçün yer tutmağa cəhd edirdilər. Bu basabasda şəvə kimi qara saqqallı, gödərək bir oğlan özündən azı bir baş uca olan nərmənazik qızın belini gömgöy damarları çıxmış arıq qolları ilə elə sıxmışdı ki, sanki bu saat qızı əlindən alıb qaçıracaqdılar. İstidən nəfəsi kəsilsə də, cınqırını çıxarmayan qız isə qulaqlarından ağlı-qaralı şunur sallanan oğlanın Don kazaklarının at şallağına bənzəyən qollarının arasında anasından əmdiyi südü hara boşaltmağı ağlına belə gətirə bilmirdi.
Avtobusa minmək, özü də rahat yer tapıb əyləşmək istəyən hər kəsin istər-istəməz diqqətini çəkən cütlük salona daxil olmağa tələsmirdi. Görünür, növbəti avtobusu gözləyirdilər. Nə isə. Mindik, təbii ki, mən və mən xasiyyətlilərin çoxu da ayaq üstə qaldıq. Oturmağa ehtiyac duymurdum, çünki əvvəlcədən ayaq üstə durmaq ən faydalı və dürüst çıxış yoludur. Avtobus tərpəndi və elə ikinci dayanacaqda, Səməd Vurğun bağı ilə üzbəüzdə dəri gödəkçəli iki oğlan bizimlə yol yoldaşlığına başladı. Və dərhal hamımız burnumuzu tutmaq üçün dəsmal, salfet axtarmalı olduq. Görünür, yaxınlıqdakı “Bistro” kafesindən təzəcə çıxmışdılar və orada arzuladıqları kabab əvəzinə sarımsaqdan bəsdi deyincə “nuş” eləmişdilər özləri üçün. Əlbəttə, heç kim onların kefinə soğan doğramadı və kəskin qoxu ilə barışmalı olduq. Onu da deyim ki, Azneft meydanında bu tipli daha üç oğlanın avtobusa minməsi bizə sovet dövrünün baxımsız, gözdən düşmüş əsgər kazarmasını xatırlatdı. Görünür, onlar isti su, sabun və digər gigiyenik vasitələrin mövcudluğundan və zəruriliyindən tam xəbərsiz idilər.
Bir az keçmiş isə istidən tıncıxan sərnişinlərin səsi eşidilməyə başladı:
- Sürücü qardaş, kondisioneri yandır;
- Alə, voditel, işə sal da kondisinerivü;
- İstidən bişdik ki, ay yoldaş sürücü, kondisionerin işləmir sənin?
Sürücü nəhayət dilləndi:
- Ay camaat, hələ icazə vermirlər işlətməyə, pəncərələri açın, sərin gələcək.
Açdılar, amma sərin gəlmədi.
Arxadan nataraz bir kişi lap meşədə olduğu kimi bağırdı:
- Yandır o zəhrimarı, vallah gəlsəm, qapını açıb meşox kimi səni bayıra atajam ha...
Çevrilib güzgüdə sürücünün sifətinə baxdım. Ağappaq ağarmışdı, qorxu çox pis şeydir.
Salon azacıq da olsa sərinlədi. Görünür, sürücü bir əncam çəkmişdi.
Növbəti dayanacaqda salona bir qadın girdi. Yanında üç-dörd yaşlı oğlan uşağı vardı. Hamilə olması da aydınca sezilirdi. Heç kimin ona yer vermək fikrində olmadığını görüb qarşımda oturub xəyala dalan gənc qızdan bu barədə astaca xahiş etdim, amma reaksiya olmadı. Görünür, qulağındakı şunura görə eşitməmişdi. Bir az hündürdən qısaca bir çıxış eləməli oldum. Milli dəyərlərimizdən, böyük-kiçik məsələlərindən, hamilə qadının yolu ayaq üstə getməyinin törədəcəyi fəsadlar barədə xatırlatmama məhəl qoyan olmadı. Heç kim yerindən qımzanmadı və bəziləri hətta təəccüblə məni xeyli süzdülər də. Avtobusun repreduktorundan da tanış cümlələr salona yayılırdı – xəstələrə, uşaqlara, hamilə qadınlara, qocalara yer verin və sair və ilaxır. Xeyri yox idi, sadalanan status yiyələri ayaq üstə dayanır, cavanlar, bığıburma oğlanlar, ağzı saqqızlı, qara eynəkli xanımcığazlar oturacaqlarda xumarlanırdılar. Nəhayət, bir ağsaqqal sürücüyə xitabən səsləndi:
- Qardaş, o elanı ermənicə, rusca səsləndirə bilərsənmi? Bəlkə bir faydası oldu, hə?
Yenə vəziyyət dəyişmədi. Bu dəfə həmin kişi böyürə söykədiyi əsasını götürüb güc-bəla ayağa durdu. Zorla da olsa, hamilə qadını öz yerində oturtdu.
Salonda hərə öz işində, öz kefində idi. Saqqız çeynəyən kim, telefon, planşet qurdalayan kim, ucadan lətifə danışan kim. Bircə kitab oxuyan, qəzet vərəqləyən yox idi. Bir qadının səsi isə sərnişinləri lap dəng eləmişdi. Həddindən ziyadə tosqun, iki nəfərlik oturacağa birtəhər yerləşmiş qadın telefonla kiməsə nəyisə heç cür başa sala bilmirdi: “Bax, yenə deyirəm, bolşe povtorit eləmiyəcəm, razılaşma onunla, əvvəl-axır atıcey səni. Ona sənin var-dövlətin, evin, maşının lazımdı, elənçikləri çox görmüşük...”.
Avtobus isə artıq Yeni Salyan yolu-22-də dayanacağa yan almışdı. Düşəndə gördüyüm mənzərə dilxorçuluğumu bir az da artırdı – bir kişi ilə bir qadın, yanlarında da irimik oğlan uşağı dayanacağı əhatələyən yaşıllığı əzə-əzə enişlə aşağı düşürdülər. Küləkdən qorunmaq üçün isə bu yaxınlarda iməcilikdə əkdiyimiz körpə küknar ağaclarından yapışırdılar. Beş-on metr qabaqda isə rahat, daş döşənmiş piyada səkisi uzanırdı. Öz-özümə məhəlləmizdə yaşıllıqlara ürəklə qulluq edən ağsaqqalı xatırlayıb bu sözləri mızıldadım
– Bayram kişi, heyif sənin əziyyətindən...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir
15-07-2020, 13:02
Akif CABBARLI - Şəhid general-mayor Polad Həşimova açıq məktub - Akif Cabbarlı yazır