23:49 / 15-10-2025
Vahid Əhmədovdan Ramiz Mehdiyev haqqında - Açıqlama
23:30 / 15-10-2025
Ermənistanın Araqatsotn yeparxiyasının 13 ruhanisi saxlanılıb
20:22 / 15-10-2025
Ceyhun Bayramov TÜRKPA-nın yeni baş katibi ilə görüşüb
18:35 / 15-10-2025
Hikmət Hacıyev Almaniyada görüşlər keçirib (Yenilənib)
18:10 / 15-10-2025
Azərbaycanlı və rusiyalı alimlər dərinlikdən gələn sirri açıblar - Foto
18:09 / 15-10-2025
Ramiz Mehdiyevin əmlakları müsadirə oluna bilər
17:59 / 15-10-2025
Mask "Cybertruck"in satışını süni şəkildə artırıb
17:44 / 15-10-2025
İranın hərbi gəmiləri Azərbaycana gəlib - Fotolar
17:37 / 15-10-2025
Cəlaloğlu: Məsələ Ramiz Mehdiyevin həbsi ilə məhdudlaşmamalıdır - Müsahibə
17:31 / 15-10-2025
Pakistan və Əfqanıstan arasında 48 saatlıq atəşkəs əldə olunub
17:28 / 15-10-2025
Bakıda Zəfər Günü parad olacaq
17:18 / 15-10-2025
Sabah Binəqədinin bəzi ərazilərində qaz olmayacaq
17:02 / 15-10-2025
Növbəti iki gündə bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
16:48 / 15-10-2025
Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişib
16:36 / 15-10-2025
Avropa İttifaqı Çin qarşısında şərtlər qoyacaq
16:32 / 15-10-2025
Deputat: “Ciddi şübhələr var ki, Ramiz Mehdiyev..."
16:17 / 15-10-2025
Deputatın mandatına xitam verilib
15:48 / 15-10-2025
DTX və DSX sərhəddə əməliyyat keçirib - Foto
15:48 / 15-10-2025
İnsan hüquqlarının pozulmasına dair şikayətvermə qaydası dəyişib
15:40 / 15-10-2025
Siyavuş Novruzov: "Hazırda iclasdayam..."
15:39 / 15-10-2025
Dolu siniflər, çətin dərsliklər və… - Vüqar Vəliyev yazır
15:18 / 15-10-2025
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb
15:15 / 15-10-2025
Bakalavr təhsili olan zabitlərin ehtiyata buraxılma qaydalarına dəyişiklik edilir
14:58 / 15-10-2025
Zərdabda qəsdən yanğın törədən şəxs cərimələnib
14:41 / 15-10-2025
Premyer Liqanın növbəti turunun oyun cədvəli açıqlanıb
14:38 / 15-10-2025
Rusiya dəmir yollarına hücumları artırıb
14:25 / 15-10-2025
Ukrayna neft terminalını yenidən vurub
13:59 / 15-10-2025
Vəzifədən çıxarılan general: "Artıq bu səbəbdən işləyə bilmirəm"
00:42 / 11-10-2025

23:11 / 11-10-2025

18:07 / 12-10-2025

18:04 / 11-10-2025

14:35 / 11-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

17:07 / 11-10-2025

10:12 / 13-10-2025

13:48 / 11-10-2025

Məsləhət Onundur - Həyat etüdləri
Tarix: 18-07-2019 10:49 | Bölmə: Akif CABBARLI

Ötən əsrin axırlarında – dostlarımdan birinin dediyi kimi, min doqquz yüz çoxdanıncı illərdə ucqar dağ kəndində Zəhra nənə oğul-uşağı, nəvələri ilə özünün də bilmədiyi, fikrinə gətirmədiyi, olduqca mənalı, maraqlı həyat yaşayırdı. Dörd-beş inəyi, beş-on qoyun-quzusu, saysız-hesabsız toyuq-cücəsi, ördəyi, qazı ailənin ərzaq sarıdan korluq çəkməsinə imkan vermirdi. Bağ-bağatdan götürdüyü mer-meyvə, tərəvəz sahəsindən yığdıqları özlərinə də, hətta qonşularına da bol-bol yetirdi. Bir sözlə, heç nəyin korluğunu çəkmir, sağlam həyat tərzinin dadını çıxarırdılar.
Allahın verdiyi nemətləri süfryə düzdükcə, ətli-canlı çolpanı, toyuğu doğrayıb qazana atdıqca Zəhra nənə əllərini qaldırıb ucadan səslənərmiş:
- Xudaya, kərəminə şükür, ruzimizi kəsmirsən, qapımızın bərəkətini əksiltmirsən, Səndən çox razıyıq. Ya Rəbbim, bir xahişim var, həmişə mənim canımı sağ elə, ağlımı da əlimdən alma. Qulunam, Allah, səsimi eşit.
Nəvələrinin ən dəcəli və fərasətlisi Ağəli nənəsinin hər gün eyni mətnlə Allaha müraciətinə qulaq asmaqdan bezib, axırda dözməyib:
- Ay Zəhra nənə, hər dəfə qulaq asıram, eyni şeyi təkrar eləyirsən. Heç oğlun, qızın, nəvələrin yada düşmür axı, elə dayanmadan Allahdan özünə can sağlığı, baş salamatlığı istəyirsən. Bəs biz adam deyilik?
Zəhra nənə Ağəlinin başını sığallayıb qısaca cavabını verir:
- Ay bala, qurbanolduğumun vaxtı nə gəzir ki, bir-bir hamımızı dinləyib, ürəyimizdən keçəni yerinə yetirsin. Mən öz şəxsi xahişimi eləyirəm, eşidər-eşitməz, ya qismət. Siz də baxın da, növbə ilə əllərinizi qaldırın göyə, qəlbinizdən keçəni çatdırın. Məsləhət də ki, Onundur. Qandınız, ədə?!
****
Dunka niyə yoxa çıxdı...
Uşaqlıq dostum Nəriman əsl Allah adamı, həyatsevər, insansevər və heyvana, ağaca, gölə, dənizə, yaşıl yamaclara ürəyində tükənməz məhəbbət gəzdirən, qəlbən kövrək, ürəyiaçıq adamdır. Bu günlərdə görüşdük, söhbət elədik, adama bir parç pivə də içdik. Amma axıracan dostumun kefi açılmadı ki, açılmadı. Səbəbini soruşdum, bircə cümlə ilə cavabını verdi:
- Heç, Dunkanı oğurlayıblar, ona görə qanım qaradır.
Daha heç nə demədim. Dərhal bildim ki, həyətlərindəki iti nəzərdə tutur. Bu iti mən də görmüşdüm, hətta ürək eləyib zavallının başını da sığallaşmışdım. Ara-sıra Nərimangilə qonaq gedəndə bu boz, yaraşıqlı iti bir tikə toyuq ətinə, sosisə qonaq da eləmişdim. Dunkanı lap küçük vaxtından bu həyətdə yüz cür nəvazişlə, xətir-hörmətlə böyütmüş, nazını çəkmişdilər. İt də sakinlərlə necə deyərlər, nümunəvi davranır, uşaqlarla əylənir, böyüklərə səmimi qəlbdən iltifat göstərirdi. Bazarlıqdan gələn qadınların böyrünə düşüb giriş qapısınadək ötürür, az qala dil açıb öz köməkliyini təklif etmək də istəyirdi. Dunka həyətdə hamının sevimlisinə çevrilsə də, ondan zəhləsi gedən, bəzən aqressivlik göstərənlər də tapılırdı. Təbii ki, hərənin bir cür xasiyyəti olur və hər kəsdən heyvana qarşı mehribanlıq, ülfət gözləmək əbəsdir. Dunkadan acığı tutanların arqumenti isə adidən adi idi; it qapının ağzında, bəzən də liftin yanında kölgələnir, arabir də özünü unudub altını isladırdı. Nə etmək olardı, necə başa salydın ki, belə hallarda aralan, ağacların dibinə yaxınlaş. Bəlkə də Dunka elədiyinin peşmançılığını çəkirdi, amma danışa bilmirdi axı, ürəyindən keçəni necə çatdıraydı...
Nə isə. Nəriman müəllim bütün bunları xatırlayıb dərindən köksünü ötürdü:
- Hə, qardaş, neçə gündür həyətimizdən Dunka əlli-ayaqlı yoxa çıxıb. Özbaşına heç yana gedən deyildi. Son günlər onun gözlərində qəribə bir nigaranlıq, izaholunmaz qüssə işartısı görürdüm. Görünür, bizdən ayrılacağı ürəyinə damıbmış. O gün Dunkanın itməsi barədə söhbət düşmüşdü. Bir nəfər qayıtdı ki, itib-itib də, bizə itmi lazımdır? Mən də qayıtdım ki, bəs it oğrusu necə, bizə lazımdırmı? Allahın dilsiz-ağızsız heyvanını aylardan bəri tapındığı, güvəndiyi, bir tikə çörəyə, bir ovuc suya görə şükranlıqla gəzib-dolaşdığı, əvəzində yad itləri, pişikləri həyətdən uzaqlaşdıran bir iti gedər-gəlməzə yollamaq hansı insafdandır? Onu yaradan varlıq qismətini məhz bu ünvana yazmışdı və bizə də mesaj yollamışdı ki, xəlq etdiyimi yaşatmaq və qorumaq da sizlikdir. Əməl elədikmi?
Nə isə. Allah insaf versin aparana da, apatdırana da. Barı, yerini desinlər, məhəllədə onu görmək, vəziyyətindən xəbərdar olmaq istyən mərhəmətli və şəfqətli insanlar çoxdur...
Nə deyək?! Nəriman müəllimin haqlı olduğunu təsdiq edən yəqin ki, tək mən deyiləm.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir
15-07-2020, 13:02
Akif CABBARLI - Şəhid general-mayor Polad Həşimova açıq məktub - Akif Cabbarlı yazır