14:47 / 17-10-2025
Maliyyə Nazirliyindən pensiya sistemi barədə - Açıqlama
14:29 / 17-10-2025
Prezident konfrans iştirakçılarına müraciət edib
14:15 / 17-10-2025
"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanıb
14:09 / 17-10-2025
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
13:49 / 17-10-2025
Robot azyaşlı dostu ilə kövrək şəkildə vidalaşıb
13:17 / 17-10-2025
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
13:12 / 17-10-2025
Avropada şərab istehlakı azalır
13:01 / 17-10-2025
Qurban Qurbanov yeni biznesə başlayıb
12:58 / 17-10-2025
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib
12:50 / 17-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:48 / 17-10-2025
Milli Məclisin plenar iclasının vaxtı elan olunub
12:43 / 17-10-2025
Paşinyan katolikosun ailəsinə hücum edir
12:30 / 17-10-2025
Gizir və miçmanların həqiqi hərbi xidmət müddəti artırılır
12:11 / 17-10-2025
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900-dən çox kadr yerləşdirib
12:05 / 17-10-2025
"Hakimlər haqqında" qanuna dəyişikliklər qəbul olunub
12:05 / 17-10-2025
Azərbaycanın xarici dövlət borcu azalıb
11:57 / 17-10-2025
Yasamaldakı silahlı insident: iki nəfər saxlanılıb
11:45 / 17-10-2025
Əkrəm Əylisli: "Bu mövzuda danışamaq mənim üçün çox çətindir”
11:18 / 17-10-2025
Xaricdə yaşayan blogerlərin məhkəməsi başlayıb
11:17 / 17-10-2025
Bir qrup QHT rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
11:05 / 17-10-2025
Parlament prezident və birinci xanıma təbrik məktubu ünvanlayıb
10:57 / 17-10-2025
Üç tanınmış hakim təqaüdə göndərilir
10:47 / 17-10-2025
Ruslar Krivoy Roqa kütləvi hücuma keçib
10:41 / 17-10-2025
Ukrayna oyundankənar vəziyyətə salınır
10:26 / 17-10-2025
Xidmət: "Yağışlı hava davam edəcək"
10:12 / 17-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından çıxarılacaq
10:10 / 17-10-2025
Bakıda iki nəfər bıçaqlanıb
10:01 / 17-10-2025
Rusiyalı müxalifətçini öldürmək istəyənlər ələ keçib
10:00 / 17-10-2025
Pensiya yaşı artırılacaq? - Açıqlama
09:56 / 17-10-2025
Ekspert: "Eşqi Bağırov Agentliyə buraxılmır, onun "qələm"i qırılıb"
18:07 / 12-10-2025

17:37 / 15-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

22:14 / 14-10-2025

08:06 / 13-10-2025

12:32 / 13-10-2025

14:10 / 16-10-2025

13:21 / 15-10-2025

13:38 / 13-10-2025

17:10 / 12-10-2025

20:10 / 13-10-2025

“Rafiqi durğuzun, müəllim” - Həyat etüdləri
Tarix: 07-08-2019 13:22 | Bölmə: Akif CABBARLI

Orta məktəbdə müəllim işləyən tanışım maraqlı bir əhvalat danışdı və dedi ki, əsl yazılmalı mövzudur.
Deməli, dərslərin birində “sürünənlərin” başında duran Ruslan gözlənilmədən əlini qaldırır, müəllimin diqqətini cəlb etmək üçün hələ ayağa da durur. Müəllim də sevinir ki, axır bu danabaş gədə də dərs danışmaq istəyirmiş. İcazə verir ki, yazı taxtasının qarşısına çıxsın.
- Müəllim, ora çıxmağa ehtiyac yoxdur, elə yerimdən də deyərəm.
- Nəyi deyərsən, bala? Nə bilirsən, nə öyrənmisən, gəl çıx qabağa, danış da.
- Yox e, müəllim, mən başqa şeyi bilirəm.
- Nəyi?
- Onu bilirəm ki, Rafiq bugünkü dərsi əla öyrənib. Onu durğuzun. Dünən işıqları sönmüşdü, bütün gecəni bizdə dərs oxuyub, məsələ-misal həll eləyib, hələ əlavə bir şeir də əzbərləyib, papa canı...
***
“Yenə ordasanmı?”
Köhnə dostlar – Əhmədlə Məmməd uzun illərdən sonra paytaxtın izdihamlı küçələrinin birində təsadüfən rastlaşdılar. Səmimi görüşdülər, qucaqlaşdılar, zəndlə bir-birinin gözlərinin içinə də baxdılar.
- Məmməd, nə təhərsən ey, aya-günə dönmüsən, neyləyirsən, yenə ordasan?
- Hə, Əhməd, səndə nə var-nə yox? Hələ ki, ordayam. Sən necə, ordasanmı?
- Ordayam, orda... Küləyi görürsən də, göz açmağa imkan vermir.
- Hə, qardaş, deyirlər sabahdan kəsəcək.
- Oldu, qardaş, öpürəm səni.
- Mən də səni...
Ayrıldılar.
Kimin harada olduğu, yəni ki, harada, hansı idarədə işlədiyi, nə ilə məşğul olduğu, ailələrində nə baş verdiyi bir-birinə özləri də bilmədən qaranlıq qaldı.
...Allah bilir bir də nə vaxt görüşəcəkdilər.
***
“Ağsaqqal, siz niyə tans eləmədiniz?..”
İsti günlərin birində qələm dostumun və qonşumun təklifi ilə yaşadığımız binadan cəmi on-on beş dəqiqəlik məsafədəki çimərliyə yollandıq. Bu, həm də debütümüz, el arasında deyildiyi kimi, şeytanın qılçasını qırmaq kimi bir şey idi. İsti qumda uzanmaq, gömgöy dənizə, mavi səmaya baxıb da cürbəcür qayğıdan uzaqlaşmaq, dincəlmək neçəyə desən dəyərdi.
Çimərlikdə sıxlıq idi. Saysız-hesabsız maşınların, ikimərtəbəli turist avtobuslarının arasından birtəhər adlayıb keçid məntəqəsinə yaxınlaşdıq. Burada keşik çəkən qapqara saqqallı, şivərək oğlanlar qarşımızı kəsib adambaşına çox yox, ikicə manatdan keçməli olduğumuzu bildirəndə dostum dilləndi:
- Axı, çimərliyə giriş indi pulsuzdur. Mətbuatda da elan olunub. Ay oğul, biz niyə pulla keçməliyik? – desə də, xeyiri olmadı.
Ayağımızı quma basan kimi Latın Amerikasındakı kovboyları xatırladan qapqara bədənli, çoxdan dəbdən düşmüş şlyapanı gözünün üstünədək endirmiş birisi baş barmağı ilə şəhadət barmağını bir-birinə sürtüb hırıldadı:
- Dayday, on beş manat qani (yəni ki, düş bura), sizə stol-stul verim. Çox çək-çevirdən sonra on manata razılaşdı. Deyinə-deyinə sınıq-salxaq plastmas stol-stulu zir-zibillə dolu talvarın altında ayağımızın altına tolazlayıb turşumuş sifətini qeyzlə kənara döndərdi.
Kefimizə yavaş-yavaş doğranan soğanın üstünə qəfildən sanki qapqara qətran tökdülər. Bizdən on-on beş metr aralıda rəngbərəng köşklərin ortasındakı kiçik meydançaya qolu-qılçası tatiurovkalı ərəb kişiləri və yalnız Çin fanarlarındakı təki işıldayan gözləri görünən qapqara örtüklü arvad-uşaq səs-küylə doluşdu. Sonra kişilər bir nəfər kimi dənizə təpildilər, qadınlar isə stollara haradansa gətirdikləri yeməkləri, sərinləşdirici içki şüşələrini düzdülər. Bir az keçdi, kişilər qayıtdı. Sonra bu meydançada elə bir mərəkə qopdu ki, sözlə deyil, gərək sazla çatdırasan. Ortaya səsgücləndirici qurğu qoyuldu, pəzəvənglərdən biri əlinə mikrofon götürüb elə ucadan qışqırmağa, sonra da oxumağa başladı ki, bütün çimərlik lərzəyə gəldi. Oxuyurdular, oynayırdılar, arada da ağızlarını göyə tutub elə bağırırdılar ki, sanki səmada əjdaha başı görmüşdülər.
Yan-yörəmizdə oturanların bəziləri qulaqlarını tutsa da, yalnız “həbibim” sözünü başa düşdüyümüz mahnının ritminə uyğun çiyinlərini atır, guya ki, rəqs edirdilər. Sonra bizim qarasaqqal qaqaşlar da gedib onlara qoşuldular. İlahi, burada elə bir mənzərə yaranmışdı ki, ən tanınmış kinorejissorlar belə bu cür səhnəni düzüb-qoşmaqda yəqin ki, çətinlik çəkərdilər.
Qarmaqarışıq musiqi, anlaşılmaz qışqırtılar sözün əsl mənasında bizi boğurdu. Odur ki, durub qaçdıq dənizin qoynuna. Suda da ki, nə qədər qalasan?! Yerimizə qayıdanda rəqslər, ifalar pik həddinə çatmışdı. Ərəblər və onlara qoşulan bizimkilər hamılıqla ekstaz vəziyyətdə idilər. Bizim uşaqlar qan-tərin içində elə tryuklar göstərirdilər ki, sanki Ginnesin kitabına düşmək istəyirdilər. Hələ bir oğlanın iki-üç yaşında qızını bir əli ilə başının üstünə qaldırıb toylarda oynayan bəzi düşük valideynlər kimi ərəb melodiyasına uyğun fırlatmağını görəydiniz...
İşin şirin yerində ynımızdakı bir rus qadın anlamadığı ərəb mahnısına bizim dildə bir mesaj qolayladı: - zurnaaaa!
Təbii ki, bu replikanı eşidə bilməzdilər. Bəlkə də eşitsəydilər, söz də tapıb deyərdilər. Deyərdilər ki, nədir, uzun illər sizin rəqslərinizə tullanıb-düşüblər, qoy bir az da istiqanlı, səxavətli ərəblərin sümük sındıran, şux rəqslərinə oynasınlar da...
Deyəsən arada bir yoruldular. Qısaca fasilə oldu. Bu vaxt haradansa, səsucldan qurğudan meyxana deyən bizimkilərdən bir cavab jesti yayımlandı: - bəh-bəh, zövqün(m)üzə əhsən! Görəsən, çimərliklərdə hansı dildə olur-olsun, hər kəsin ürəyindən olan klassik musiqilər, estrada nümunələri səsləndirmək olmazmı? Ümumiyyətlə, çimərliklərdə bu cür hoqqabazlıq lazımdırmı? Camaat şəhərin səs-küyündən, əsəbilikdən, problemlərdən qaçıb bir neçə saatlıq dincəlmək istəyirsə, o arzunun içinə acı soğan doğrayıb, üstünə də qara qətran əlavə etmək nə dərəcədə doğrudur, ədalətli və qanunidir?
Beynimizdə bu sualları dolaşdıra-dolaşdıra çimərliyi tərk edirdik ki, qarasaqqal cavanlardan biri bizə yaxınlaşdı:
- Ağsaqqal, siz nöşün tans eləmədiniz, xoşuvuza gəlmədi?
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir
15-07-2020, 13:02
Akif CABBARLI - Şəhid general-mayor Polad Həşimova açıq məktub - Akif Cabbarlı yazır