17:54 / 22-10-2025
Dabaq xəstəliyi Şəki-Zaqatalanı bürüyüb - Vaksin fayda vermir, mal-qaralar tələf olur
17:49 / 22-10-2025
Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyulub
17:42 / 22-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
17:28 / 22-10-2025
Hafiz Həsənovun məhkəməsi başlayıb
17:19 / 22-10-2025
Nazir işçilərinə maşın yuduzduranı direktor təyin edib
16:51 / 22-10-2025
Gələn ildən bu şəxslər gəlir vergisinə cəlb olunacaq
16:37 / 22-10-2025
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - Fotolar
16:22 / 22-10-2025
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
16:05 / 22-10-2025
"Qarabağ"ın U-19 komandası ardıcıl üçüncü oyunda uduzub
16:02 / 22-10-2025
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
15:55 / 22-10-2025
Qurban Pirimov direktor təyin olunub
15:49 / 22-10-2025
SLS raketi astronavtları Aya aparmağa hazırdır - Foto
15:37 / 22-10-2025
Estoniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
15:29 / 22-10-2025
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
15:07 / 22-10-2025
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
14:50 / 22-10-2025
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
14:41 / 22-10-2025
Yeni medal təsis edilib
14:29 / 22-10-2025
General-mayora yüksək vəzifə verilib
14:13 / 22-10-2025
XİN başçısı: "Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər"
14:08 / 22-10-2025
Müharibə bir ilə bitəcək? - Nurlan Umudov yazır
14:05 / 22-10-2025
"Zirə" Vinsent Tillə vidalaşıb
14:03 / 22-10-2025
Xəstə əməliyyat zamanı klarnet çalıb
13:55 / 22-10-2025
Ramiz Mehdiyevin bankında problem yaranıb?
13:54 / 22-10-2025
Məşhur kino şirkətini satışa çıxarıblar
13:33 / 22-10-2025
Mərkəzi Asiyadakı qaz kəməri...
13:27 / 22-10-2025
Estoniya Azərbaycanda səfirlik açacaq
13:03 / 22-10-2025
Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək - Sərəncam
12:56 / 22-10-2025
Müğənni: "Musa əvvəl rəhmətə getsin ki, onu şanlı-şöhrətli dəfn etdirim"
12:41 / 22-10-2025
Sabah bəzi ərazilərə yağış yağacaq
12:00 / 21-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

18:38 / 17-10-2025

19:14 / 18-10-2025

13:12 / 21-10-2025

14:39 / 19-10-2025

Rusiyanın mühasirəsi...
Tarix: 10-05-2016 15:51 | Bölmə: Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
Tarix: 10-05-2016 15:51 | Bölmə: Xəqani CƏFƏRLİ

2016-cı ilin may ayı bir neçə ildən sonra beynəlxalq siyasi münasibətlər tarixində yeni bir mərhələnin başlanğıcı kimi qeyd oluna bilər. Çünki ilk dəfə məhz 2016-cı ilin may ayında NATO Rusiyanın sərhədləri yaxınlığında, həm də bir neçə keçmiş sovet respublikasının ərazisinə öz ordusunu - hərbi texnikasını çıxarıb.
Mayın 2-də Estoniyada - üç Baltikyanı respubliakadan başqa - ABŞ, Böyük Britaniya, Almaniya, Polşa, Kanada, Finlandiya və Niderlanddan (Hollandiya) olan 10 min hərbçinin iştirakı ilə "Yaz fırtınası" adlı üçhəftəlik hərbi təlimlər başlayıb.
Mayın 3-də NATO-nun hərbi qüvvələri Moldova ərazisinə daxil olub. Bu hərbi qüvvələrin 18 gün ərzində Moldova ərazisində qalacağı və "Dragon Pioneer-2016" adı verilən hərbi təlimlərdə iştirakı nəzərdə tutulub.
Ancaq Rusiya mətbuatında xəbərlər yer alıb ki, Moldova ərazisinə daxil olan NATO-ya aid hərbi texnika əvvəlcədən elan olunduğu kimi 58 deyil, 100-dən çoxdur. Həmin hərbi texnikanın bir hissəsinin Moldovada qala biləcəyi ilə bağlı Moskvada narahatlıq var.
Rəsmi Moskvanı ən çox narahat edən Gürcüstanda ABŞ hərbi qüvvələrinin iştirakı ilə 11-26 may tarixlərində keçiriləcək təlimlərdir. Rusiya "Noble Partner-2016" adı verilən bu hərbi təlimləri Cənubi Qafqazda hərbi-siyasi vəziyyəti laxlatmağa yönələn təxribat adlandırıb.
Bu hərbi təlimlər Gürcüstanda ABŞ hərbçilərinin iştirakı ilə keçirilən ilk təlim olmasa da, Rusiya ilk dəfədir ki, belə kəskin reaksiya verir. Görünür, Gürcüstanda keçirilən hərbi təlimlərin Moldova və Estoniyada keçirilən hərbi təlimlərlə eyni dövrə təsadüf etməsi Moskvada mənfi siyasi-psixoloji təsirə səbəb olub.
Rusiyada belə hesab edirlər ki, NATO artıq Rusiyanı mühasirəyə almağa başlayıb. Həqiqətən də indi Rusiya ilə həmsərhəd keçmiş sovet respublikaları NATO-nun hərbi birləşmələrinin mövcud olduğu ön xəttə çevrilməkdədir.
Üç keçmiş sovet respublikasında keçirilən hərbi təlimlərin Rusiyanı narahat edən səbəblərindən biri də NATO-nun Baltikyanı respublikalar və Polşada əlavə dörd hərbi hissə yerləşdirmək planıdır. Bu dörd hərbi hissənin ikisi ABŞ-ın, biri Almaniyanın, digəri Böyük Britaniyanın olacaq.
Bundan başqa, rəsmi Moskva NATO-nun iyulda Varşavada keçiriləcək sammitində Gürcüstanın da bu alyansa üzv qəbul edilə biləcəyindən bərk narahatdır.
Qeyd edək ki, Ankara ilə Moskva arasında münasibətlər pisləşdikdən sonra Türkiyə Gürcüstanın NATO-ya qəbulunun əsas himayəçisinə çevrilib. Türkiyə rəsmiləri Gürcüstanın istisna qaydada NATO-ya üzvülük yolunda əsas qaydalardan olan zəruri Fəaliyyət Planını yerinə yetirmədən Şimali Atlantika Alyansına üzv qəbul olunmasını təklif edirlər. Türkiyənin bu təklifinin Polşa, Litva, Latviya, Estoniya kimi ölkələr tərəfindən qızğınlıqla dəstəklənəcəyi, ABŞ, Almaniya, Kanada və Böyük Britaniya kimi ölkələr tərəfindən himayə olunacağı gözlənilir. Belə görünür ki, artıq Gürcüstan NATO-nun qapısından içəri daxil olmaq üzrədir.
Moldovada da ölkənin NATO-ya üzvlüyünü dəstəkləyənlərin sayı artmaqdadır. Gürcüstanın Şimali Atlantika Alyansına daxil olması Moldovanın da seçimini sürətləndirəcək.
Rusiya isə Gürcüstanın NATO-ya üzvlüyünün "yolxucu" olacağından, Moldova ilə yanaşı Ukrayna və Azərbaycanın da bu yolu seçəcəyindən ehtiyat edir.
Onu da qeyd edək ki, Rusiya tarixdə ilk dəfədir ki, Qərb tərəfindən bu şəkildə və miqyasda mühasirəyə alınır. Estoniya, Moldova və Gürcüstanda keçirilən hərbi təlimlər bu istiqamətdə önəmli addım hesab olunur. Buna görə də, 2016-cı ilin may ayı beynəlxaql münasibətlər tarixinə yeni dövrün başlanğıcı kimi düşə bilər.
Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?