18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
12 tələbənin ABŞ-a girişinə qadağa qoyulub - Foto
Tarix: 21-09-2019 11:47 | Bölmə: Cəmiyyət / Xəbərlər
12 tələbənin ABŞ-a girişinə qadağa qoyulub

ABŞ hökuməti son bir ayda 12 iranlı tələbənin ölkəyə girişinə qadağa qoyub.

Reyting.az
“New York Times” qəzetinə istinadla xəbər verir ki, yeni tədris ilində mühəndislik və kompüter elmləri üzrə bakalavr proqramlarına başlamalı olan ən azı 12 iranlı tələbənin vizası qəfildən ləğv edilib.

“New York Times”-dan fərqli olaraq, ABŞ Dövlət Departamenti ABŞ-ın siyasətində hər hansı bir dəyişikliyin olmadığını bildirib.

ABŞ Dövlət Departamenti iddia edir:

“Tələbə vizalarında heç bir dəyişiklik edilməyib və ali təhsil rəsmiləri əmindir ki, ABŞ-ın kollec və universitetlərinə gedən yüz minlərlə beynəlxalq tələbə üçün problem olmayacaq”.

Ancaq Kaliforniya Universitetinə gedən tələbələrin əksəriyyəti vizalarının heç bir izahat olmadan son anda ləğv olunduğunu iddia edirlər.

12 tələbənin ABŞ-a girişinə qadağa qoyulub




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər