Rusların 9 helikopteri vurulub
Tarix: 17-10-2023 16:16 | Bölmə: Dünya
Rusların 9 helikopteri vurulub

Ukrayna Silahlı Qüvvələri işğal olunmuş Berdyansk və Luqansk aerodromlarında müxtəlif modifikasiyalı 9 helikopteri məhv edib.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Telegram-da məlumat yayıb.

Qeyd olunur ki, Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin (MTR) Berdyansk və Luqanskdakı aerodromların məhv edilməsi üzrə uğurlu əməliyyatı “İynəcə” adlanır.

“Xüsusi Əməliyyat Qüvvələri Rusiyanın işğal altında olan Berdyansk və Luqanskdakı aerodromlardan istifadə edilməsi, habelə onların üzərində xeyli sayda aviasiya və xüsusi texnika və sursatın olması barədə məlumat almışdı”, - deyə məlumatda bildirilir.

Əsgərlər verilən məlumatları yoxlayıb və təsdiq ediblər: “Koordinatlar və lazımi məlumatlar məhv edilmək üçün Müdafiə Qüvvələrinin bölmələrinə ötürülüb. Oktyabrın 16-dan 17-nə keçən gecə işğalçılar xeyli itki verib”.

Ukrayna tərəfi rusların itkilərini də açıqlayıb: Müxtəlif modifikasiyalı doqquz helikopter, aerodromlarda yerləşən xüsusi avadanlıq, hava hücumundan müdafiə qurğusu, sursat anbarı, aerodromların uçuş zolaqları zədələnib.

“Berdyanskdakı sursat anbarı səhər saat 4-ə kimi partlayıb. Luqanskda partlayış səhər saat 11-ə qədər davam edib”, - məlumatda deyilir.

Bildirilir ki, Rusiyanın canlı qüvvə itkisi onlarla ölü və yaralıya bərabərdir. Hələ də dağıntılar altından meyitlər çıxarılır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}