21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Kemeron Ukraynaya yardımın önünü açmaq üçün Trampla görüşüb
Tarix: 09-04-2024 12:40 | Bölmə: Dünya
Kemeron Ukraynaya yardımın önünü açmaq üçün Trampla görüşüb

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Floridada ABŞ-nin keçmiş prezidenti Donald Trampla görüşüb.

Reyting.az
xəbər verir ki, britaniyalı diplomat Ukraynaya yardım haqqında qanun layihəsinə mane olan Respublikaçılar Partiyasının üzvləri arasında dəstək qazanmaq niyyəti ilə Trampla müzakirələr aparıb.

Kemeron, 2021-ci ildə vəzifəsini tərk etdikdən sonra Trampla görüşən ilk məmur olduğu bilinir.

“Vaşinqtonda administrasiya rəsmiləri ilə görüş səfəri ərəfəsində Kemeron bildirib ki, Ukraynaya 60 milyard dollarlıq yardım paketi ABŞ-da əmək bazarını gücləndirməyə kömək edəcək”,- “Times” nəşri yazıb.

“Times” qeyd edib ki, Trampın britaniyalı siyasətçi ilə görüşə hazır olması onun Ukraynaya əlavə yardıma icazə verməyə hazır olmasını göstərə bilər, lakin belə görüş ona özünü mühüm dövlət xadimi kimi göstərməyə imkan verir.

“Britaniya xarici işlər naziri Vaşinqtona yollanır və burada ABŞ dövlət katibi Blinken, Bayden administrasiyasının digər rəsmiləri və Konqres üzvləri ilə danışıqlar aparacaq. Onun danışıqlarında ABŞ və Böyük Britaniyanın bir sıra ortaq prioritetləri, o cümlədən beynəlxalq dəstəyin təmin edilməsi müzakirə olunacaq. Ukrayna və Yaxın Şərqdə sabitliyin bərqərar olması məsələsi də diqqətdə olacaq”,- Böyük Britaniya hökuməti bildirib.

Hökumətin hesabatında Kemeronun ABŞ-nin keçmiş prezidenti Trampla Floridada bazar ertəsi baş tutan görüşündən də bəhs edilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər