20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Nazir, nazir müavini və icra başçısının müavini saxlanıldı
Tarix: 30-05-2019 17:41 | Bölmə: Dünya / Xəbərlər
Nazir, nazir müavini və icra başçısının müavini saxlanıldı

Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) paytaxtı Batumi şəhərində xüsusi əməliyyat keçirilib.

Bu barədə Acarıstan MR-in Baş Prokurorluğu saxlanılan yüksək vəzifəli şəxslərlə bağlı məlumat yayıb.

Məlumata əsasən, 7 şəxs saxlanılıb.

Onların arasında muxtar respublikanın maliyyə və iqtisadiyyat nazirinin müavini Arçil Vanadze, vitse-mer Tengiz Petridze və təhsil naziri səlahiyyətlərini icra edən Baqrat Manvelidze var.

Batumi şəhər meriyası departamentlərinin 3 rəhbər şəxsi də saxlanılıb.

Şəhərin sabiq meri Giorgi Yermakov da saxlanılanlar arasındadır.

Saxlanılan şəxslər Batumidə həyata keçirilən "Ucuz ev” layihəsi ilə bağlı israfçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılırlar/Report.




Bölməyə aid digər xəbərlər
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər