20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Merkelə nə olub? - Ekspert kanslerin əsməsinin səbəbini açıqladı
Tarix: 14-07-2019 17:05 | Bölmə: Dünya
Merkelə nə olub? - Ekspert kanslerin əsməsinin səbəbini açıqladı

Ekspertlər Almaniyanın kansleri Anqela Merkelin gözlənilmədən və nəzarət edilməz titrəmə tutmalarının səbəblərinin müzakirəsini davam etdirirlər.

Reyting.az
-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Almaniyanın neyrobiologiya sahəsində aparıcı mütəxəssislərindən biri Uve Yanke kanslerin yalnız ayaq üstdə olanda əsməsinə diqqət yetirib.

Kanslerin oturanda, yaxud yeriyəndə belə tutması müşahidə edilməyib.

Mütəxəssisin fikrincə, belə tutmalar tremorun xüsusi növüdür. Yankenin sözlərinə görə, bu təhlükəli deyil və həkimlərin seçilmiş preparatları ilə müalicə olunandır.

Merkeldə ilk titrəmə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə rast gəlinib. Sonra tutma Almaniyanın prezidenti Frank Valter Ştaynmayerin qəbulunda və Finlandiyanın baş naziri Antti Rinne ilə görüşdə baş verib.

Danimarkanın baş naziri Mette Frederisenla görüşdə Merkel və Frederiksen iki ölkənin himnini kresloda oturaraq dinləyiblər.

Kansler bu gün Bastiliyanın alınması günü ilə bağlı Parisdəki təntənəli mərasimdə iştirak edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər