İsveçin XİN başçısı: “Aİ “Şərq tərəfdaşlığı” ölkələrinə fərqli yanaşmalıdır”
Tarix: 05-11-2019 17:57 | Bölmə: Dünya
İsveçin XİN başçısı: “Aİ “Şərq tərəfdaşlığı” ölkələrinə fərqli yanaşmalıdır”

“Artıq Avropa İttifaqı postsovet ölkələri haqqında danışmır, əksinə onları Avropanın tərəfdaşları adlandırır”.

Bu barədə İsveçin xarici işlər naziri Anna Lind “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin XİN başçıları ilə Stokholmda keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, “Şərq tərəfdaşlığı” təşəbbüsü Aİ-yə üzv olmaq istəyən ölkələrə sıx birləşmə və inteqrasiya vasitələri təklif etmək məqsədilə yaradılıb.

Nazir qeyd edib ki, Aİ “Şərq tərəfdaşlığı” ölkələrinə fərqli yanaşma nümayiş etdirməli və hər bir ölkəni onun əldə etdiyi tərəqqiyə uyğun olaraq qiymətləndirməlidir.

A.Lind son on ildə “Şərq tərəfdaşlığı” təşəbbüsünün gətirdiyi müsbət dəyişikliklərdən də danışıb: “Bu təşəbbüsün hər bir tərəfdaş ölkəyə gətirdiyi əhəmiyyətli dəyişikliklərdən danışarkən biz “Şərq tərəfdaşlığı”nın Avropa İttifaqını da dəyişdirdiyini etiraf etməyi unuduruq”.

XİN başçısı çıxışında Aİ və “Şərq tərəfdaşlığı” ölkələri arasında əməkdaşlığın dərinləşməsi üçün əsas prioritetlərdən də söz açıb. O qeyd edib ki, proqramın gündəliyində əsas diqqət demokratiya, ədalət, insan hüquqları, bərabər imkanlar kimi prioritetlərə və ortaq dəyərlərə yetirilməlidir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər