Rusiya səfiri: “Şam və Moskva arasındakı münasibətlər həmişəkindən daha güclüdür”
Tarix: 21-05-2020 18:24 | Bölmə: Dünya
Rusiya səfiri: “Şam və Moskva arasındakı münasibətlər həmişəkindən daha güclüdür”

“Şam və Moskva arasındakı münasibətlər hər zamankından daha güclüdür”.

Reyting.az
“əl-Vatan”-a istinadla xəbər verir ki, bunu Rusiyanın Dəməşqdəki səfiri bildirib. O, Rusiya ilə Suriya arasındakı fikir ayrılığına dair mövcud söz-söhbətlərin əsassız olduğunu və iki ölkə arasındakı münasibətlərin bu gün keçmişə nisbətən daha güclü olduğunu açıqlayıb.

Aleksander Yefimov Suriyanın “əl-Vatan” qəzetinə verdiyi açıqlamada bu günlərdə Rusiya-Suriya münasibətlərindəki fikir ayrılıqlarına dair şayiələri təkzib edib.

Səfir atalar məsələni çəkib: “İt hürər, karvan keçər”.

Yefimov İdlibdəki atəşkəs razılaşmasına baxmayaraq, Suriya ərazisinin tam azad edilməsinə qədər terrorla mübarizənin davam etdirilməsi ehtiyacının olduğunu bildirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər